Bu məhsula tətbiq edilən vergilər artırılır

posted in: Vergi, Xəbər | 0

vergiAzərbaycanda istehsal olunan siqarlar, ucları kəsilən siqarlara və siqarillalara (nazik siqarlar) tətbiq edilən vergi dərəcəsi artırılır.

Bununla bağlı Vergi Məcəlləsində dəyişiklik edilir.

Məcəllənin 190-cı (Aksiz malların siyahısı və vergi dərəcələri) maddəsinin 3-cü bəndinə dəyişiklik edilir. Belə ki, Azərbaycanda istehsal olunan siqarların, ucları kəsilən siqarların və siqarillaların (nazik siqarlar) 1000 ədədinə görə 20 manat vergi tutulacaq. İndiyədək bu rəqəm 10 manat olub.

Layihə Milli Məclisin iyunun 12-də keçiriləcək növbədənkənar plenar iclasında müzakirə olunacaq.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Kassa çeki verməyənlərə 6 min manata qədər maliyyə sanksiyası tətbiq oluna bilər

posted in: Vergi, Xəbər | 0
maliyyə sanksiyasıVergilər Nazirliyi: Kassa çeki verməyənlərə 6 min manata qədər maliyyə sanksiyası tətbiq oluna bilər

Vergi Məcəlləsində nağd pul hesablaşmalarının aparıldığı təsərrüfat subyektləri və obyektlərində vergi ödəyiciləri tərəfindən nəzarət-­kassa aparatlarının quraşdırılması vəzifələri təsbit olunub.

Bu barədə Vergilər Nazirliyinin Analitik İnformasiya Mərkəzindən məlumat verilib.

Məlumatda deyilir ki, Vergi Məcəlləsinin 16.1.8-ci maddəsinə əsasən, bəzi fəaliyyət növləri istisna olmaqla, pərakəndə ticarət və ictimai iaşə fəaliyyəti üzrə nağd pul hesablaşmaları nəzarət-kassa aparatları (NKA) vasitəsilə aparılmalıdır. Nazirliyin açıqlamasına görə, kassa çekinin verilməməsi məsuliyyət yaradır:

“Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni NKA və ya ciddi hesabat blankları tətbiq edilmədən, vergi orqanlarında qeydiyyatdan keçirilməyən və ya texniki tələblərə cavab verməyən cihazlardan istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, alıcıya təqdim olunmalı çekin verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə görə vergi ödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 400 manat sanksiya tətbiq edilir. Həmçinin vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında 200 min manatdan artıq olan ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərə münasibətdə 2000 manat məbləğində, təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 800 manat, vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında 200 min manatdan artıq olan ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərə münasibətdə 4000 manat məbləğində sanksiya tətbirləri həyata keçirilir. Bundan əlavə təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 1200 manat, vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında 200 min manatdan artıq olan ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərə münasibətdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir”.

Nazirliyin açıqlamasında deyilir ki, kassa çekinin tələb edilməməsi verginin dövlət büdcəsindən gizlədilməsinə səbəb olur. Vergi orqanı müasir NKA-lar vasitəsilə (elektron məsafədən ötürmə qurğularının və ya elektron nəzarət lentinin köməyilə) vergi ödəyicisinin apardığı əməliyyatlarla bağlı bütün zəruri məlumatları əldə edə bilir:

“Ona görə də mağaza sahibləri kassa aparatlarından istifadə etməməklə vergini gizlədə biləcəyini, dövlət orqanlarını aldadacağını ağlına belə gətirməməlidir. Çünki NKA vasitəsilə aparılan nağd pul hesablaşmaları barədə bütün məlumatları ortaya çıxarmaqla, ödəyicinin hansı qanunsuzluqlara yol verdiyini sübut etmək çətin deyil. NKA-ya mədaxil olunmuş dövriyyə barədə «Z» hesabatının surəti kifayət edir ki, ödəyicinin hansı məbləğdə vergidən yayındığı müəyyən edilsin. Kassa çekinin tələb edilməsində vətəndaşlar da fəal olmalıdırlar. Çünki əksər hallarda mağaza sahibləri çek tələb etmədiklərinə və yaxud təqdim olunan çek götürülmədiyinə görə bundan sui-istifadə edirlər. Vətəndaşların çek tələb etmək vərdişinin olmaması qarşı tərəfi daha da arxayınlaşdırır”.

Nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin sənədlərdə qanunvericiliklə müəyyən olunmuş məlumatların əks etdirilməsini təmin etmək NKA istehlakçısının vəzifələrinə aiddir.Vergilər Nazirliyi davamlı olaraq təşviqedici və izahedici məlumatlarla sahibkarları qanunların tələblərinə və nağd hesablaşmaların aparılması qaydalarına əməl etməyə, nəzarət-kassa aparatlarından düzgün istifadəyə, vurulmuş çekləri mütləq qaydada alıcılara verməyə dəvət edir.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Daha bir xarici şirkət Azərbaycandan getdi

posted in: Xəbər | 0

xarici şirkətVergiler.az qəzetinin xüsusi buraxılışında dərc olunan yazıya əsasən, daha bir xarici şirkət ləğv olunduğunu elan edir.


“Fes UKS” MMC-nin Azərbaycan Respublikasındakı filialı (VÖEN: 1305333431) ləğv olunduğunu elan edir.

Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, Ayna Sultanova küçəsi, ev 1, mənzi 25 ünvanına bildirə bilərlər.

Mənbə: vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Nizamnamə kapitalı 165.000 manat olan MMC yaradıldı

posted in: Vergi, Xəbər | 0

Nizamnamə kapitalıVergiler.az qəzetinin xüsusi buraxılışında dərc olunan yazıya əsasən, nizamnamə kapitalı 165.000 manat olan MMC yaradılıb.


Kommersiya qurumunun adı: “Khalid Almutavva” MMC

Qeydiyyat nömrəsi (VÖEN): 3102650751

Təşkilati-hüquqi forması: MMC

Hüquqi ünvanı: AZ0100, Abşeron r., Xırdalan şəhəri, Memar Əcəmi küçəsi, ev 18, döngə2.

Nizamnamə kapitalı: 97.000 ABŞ dolları

Maliyyə ili: 01 Yanvar – 31 Dekabr.

Qanuni təmsilçi: Almutavva Khalid Mohd (Qətər dövləti)

Dövlət qeydiyyatına alındığı tarix: 27 aprel 2018

Mənbə: vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.