Təcrübəçi Mühasib köməkçisi tələb olunur – Maaş da veriləcək!

posted in: İş elanı, muhasibat, Xəbər | 1
mühasib

Təcrübəçi Mühasib köməkçisi tələb olunur


İşəgötürən: BERC GROUP
Vəzifə: Mühasib köməkçisi (Təcrübəçi)
İş barədə məlumat

– Vergi bəyannamələrinin hazırlanması və təqdim edilməsi
– Kadr Uçotu üzrə əməliyyatların və sənədləşmə işlərinin aparılması
– DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi
– Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
– Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi
– Bank əməliyyatlarının idarə edilməsi
– İş qrafiki: həfət içi 09:00-dan 18:00-dək

Namizədə tələblər

– Ali təhsilli olmalı (təhsilinin maliyyə, mühasibat sahəsində olması üstünlükdür)
– Mühasibat sahəsində nəzəri biliklər
– Vergi Uçotu üzrə nəzəri biliklər
– MS Office proqramlarında (xüsusən excel) sərbəst işləmək bacarığı
– Komandada işləmək bacarığı, yaradıcı və innovativ yanaşmalara açıq olan
– Məsuliyyət götürmək və təşəbbüskarlıq bacarıqlarını inkişaf etdirən

Mənbə: boss.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

“Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin hesablanması ilə bağlı qərar”da kiçik dəyişiklik edilib

posted in: Xəbər | 0

sığortaAZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
Q Ə R A R
№ 249
Bakı şəhəri, 4 iyun 2018-ci il

“Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarında dəyişiklik edilməsi haqqında

“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 6 mart tarixli 1029-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 29 mart tarixli 3849 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 9, maddə 596; 2000, № 10, maddə 764; 2001, № 3, maddə 214; 2003, № 6, maddə 342; 2005, № 7, maddə 661, № 9, maddələr 857, 858, № 12, maddə 1244; 2006, № 1, maddə 58, № 3, maddə 291, № 4, maddə 370, № 9, maddələr 819, 821, № 10, maddələr 902, 903; 2007, № 2, maddələr 185, 188, № 5, maddə 544; 2008, № 2, maddələr 114, 129, 130, № 9, maddə 853, № 10, maddə 857; 2010, № 3, maddələr 263, 264, № 8, maddə 763, № 12, maddə 1123; 2011, № 5, maddə 449, № 7, maddə 742; 2012, № 2, maddə 180, № 7, maddə 773; 2014, № 4, maddə 459; 2016, № 7, maddə 1343, № 11, maddə 1973; 2017, № 4, maddə 610, № 5, maddə 995, № 9, maddə 1728, № 10, maddə 1913, № 12 (II kitab), maddə 2548) ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin 3-cü hissəsinin dördüncü abzasının ikinci cümləsinə “həddi” sözündən sonra “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 6-1-ci maddəsinə uyğun olaraq” sözləri əlavə edilsin.

Azərbaycan Respublikasının
Baş naziri                                         Novruz Məmmədov

Mənbə: cabmin.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Vergi borcuna gorə fiziki şəxsin paltaryuyan maşını hərraca çıxarılıb

posted in: Vergi, Xəbər | 0

VergiVergi borcuna gorə fiziki şəxsin paltaryuyan maşını hərraca çıxarılıb


Vergilər Nazirliyi Əbdüləzimov Rüfət Əlövsət oğluna məxsus 7 ədəd xalçanı vergi borcuna görə hərraca çıxarıb.

Bu barədə məlumat rəsmi mətbuatda dərc edilib.

Hərraca çıxarılan xalçaların ümumi dəyəri 3000 min manat civarındadır. Əmlak Goranboy rayonu, Goranboy şəhəri, yaşayış massivi, 58-ci kvartal ünvanında yerləşir.

Bundan əlavə, Nazirlik fiziki şəxs Əsgərov Anar Məhəmməd oğluna məxsus 5 ədəd paltaryuyan maşını da hərraca çıxarıb. Paltaryuyanların ümumi hərrac dəyəri 2350 manatdır. Əmlak Gəncə şəhəri, Müslüm Maqomayev küçəsi, 1-ci döngə, ev 5 ünvanında yerləşir.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mənfəət bəyənnaməsinin 1 saylı əlavəsinin 1.5-ci sətrində hansı məbləğlərin cəmi yazılmalıdır?

posted in: Vergi, Xəbər | 0
mənfəətSual: Mənfəət bəyənnaməsinin 1 saylı əlavəsinin 1.5 – Pul vəsaitləri bəndində (Dövr ərzində daxil olmuşdur, Dövr ərzində silinmişdir) göstərilməli məbləğ olmalıdır:
1. Burada göstərilən rəqəm şirkətin bütün-kassa, hesablaşma, valyuta hesabları, depozit hesabları arasında daxili ötürmələr də (məsələn; xəzinəyə kənar satışdan gəldi 20.000 manat, xəzinədən hesablaşma hesabına 15.000 manat qoyuldu, ordan 14.000 manat konvertasiya olub valyuta hesablarına qoyuldu və 13.800 manat mal üçün xaricə ödənildi, bank xərci 100 manat silindi. 20.000+15.000+14.000=49.000 manat) toplanmaqla yazılır? Yaxud da ki, 2. Burda göstərilən rəqəm yalnız şirkətə satışdan, xidmətdən, təsisçidən və sair kənardan daxil olmadan və kənar xaric olmalar (məsələn: xəzinəyə kənar satışdan gəldi 20.000 manat, xəzinədən hesablaşma hesabına 15.000 manat qoyuldu, ordan 14.000 manat konvertasiya olub valyuta hesablarına qoyuldu burda yalnız 20.000 manat kənar daxilolmadır) yazılır?
Cavab: 1 və 2.  Bildiririk ki, “Mənfəət vergisinin bəyannaməsinə Əlavə №–1”in 1.5-ci ( Pul vəsaitləri) sətirinin “Hesabat dövrünün əvvəlinə” sütununda hesabat dövrünün əvvəlinə olan pul vəsaitlərinin qalığı, “Dövr ərzində daxil olmuşdur” sütununda dövr ərzində kənardan yeni daxil olmuş pul vəsaitlərinin məbləği (sorğunuzda qeyd edilmiş halda 20.000 manat), “Təqdim edilmiş, silinmiş və ləğv edilmişdir” sütununda isə dövr ərzində təqdim edilmiş, ləğv edilmiş və silinmiş pul vəsaitlərinin məbləği manatla əks etdirilir. “Hesabat dövrünün sonuna” sütunun xanalarında əks etdirilməli pul vəsaitlərinin məbləği aşağıdakı qaydada müəyyənləşdirirlir: – pul vəsaitlərinin ilin əvvəlinə qalığı üstəgəl “Dövr ərzində daxil olmuşdur” sütununda əks etdirilmiş məbləğ çıxılsın “Təqdim edilmiş, silinmiş və ləğv edilmişdir” sütununun müvafiq sətrilərində əks etdirilmiş məbləğlər.
Bax: Vergilər nazirinin 13.01.2017-ci il tarixli Əmri ilə təsdiq edilmiş “Mənfəət vergisinin bəyannaməsi”nə Əlavə №–1in tərtib edilməsi Qaydası”.
Mənbə: taxes.gov.az