Dövlət satınalma müqaviləsi üzrə ödənişlərin nağd istifadəsi

posted in: Xəbər | 0
satınalma müqaviləsiMüəssisə tərəfindən dövlət satınalma müqaviləsi üzrə əldə olunan vəsaitdən ödənişlər nağd qaydada həyata keçirilə bilərmi?

Azərbaycan Respublikasının «Nağdsız hesablaşmalar haqqında» Qanununun 3.4.7-ci maddəsinə əsasən, müəssisə tərəfindən dövlət satınalma müqaviləsi üzrə əldə olunan vəsaitin istifadəsi (xərclənməsi) yalnız nağdsız qaydada həyata keçirilməlidir.

Vergi Məcəlləsinin 58.7-1.1-ci maddəsinə əsasən, adıçəkilən Qanunun 3.4.7-ci maddələrinin tələblərinin pozulmasına görə ödənişi həyata keçirən vergi ödəyicisinə aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə isə 40 faizi həcmində maliyyə sanksiyası tətbiq edilir.

Qeyd olunanlara əsasən:

Müəssisə tərəfindən dövlət satınalma müqaviləsi üzrə əldə olunan vəsaitin xərclənməsi yalnız nağdsız qaydada həyata keçirilir.

Mənbə: vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Azərbaycan manatının real effektiv məzənnəsi artıb

posted in: Xəbər | 0

manatAzərbaycan manatının real effektiv məzənnəsi bu il mayın 1-nə 92,2 faiz bəndi təşkil edib.

Bu, aprelin 1-i ilə müqayisədə 0,8 faiz bəndi çoxdur.

İlin əvvəlinə nisbətən isə milli valyutanın real effektiv məzənnəsi 2,0 faiz bəndi, son 1 ildə isə 3,4 faiz bəndi azalıb.

Xatırladaq ki, Azərbaycan manatının real effektiv məzənnəsi 2000-ci ildən hesablanır. Onun minimum səviyyəsi 2004-cü ildə 74,2 faiz bəndi, maksimum səviyyəsi isə 2015-ci il fevralın 1-nə 153,1 faiz bəndi təşkil edib. Maliyyə böhranı başlayandan isə minimum hədd 2016-cı il sentyabrın 1-də 87 faiz bəndi olub.

Real effektiv məzənnə – manatın ticarət tərəfdaşı olan ölkələrin valyutalarına nəzərən ikitərəfli nominal məzənnələrinin dəyişiminin ticarət xüsusi çəkiləri və həmin ölkələrdə inflyasiya nəzərə alınmaqla həndəsi ortalamasını əks etdirir. Yəni milli valyutanın bir neçə valyutaya nəzərən orta çəkili dəyişmə indeksidir.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Debitor və kreditor borcların auditi barədə bilmədiklərimiz

posted in: Məqalə, Xəbər | 0

 kreditor

Debitor və kreditor borclar təkcə alqı-satqı ilə bağlı sövdələşmələr nəticəsində yaranmır, həm də mübadilə əməliyyatları, qarşılıqlı tələblərin zaçotu, barter əməliyyatları, öz vekselləri və üçüncü şəxslərin vekselləri ilə hesablaşmalar nəticəsində də yarana bilir.

Müəssisənin maliyyə hesabatında bu cür borclar korrekt olaraq əks edilməlidir.

Auditin məqsədi –  hesabat dövrünün sonunda tədarükçülər və alıcılarla hesablaşma hesablarının balans qalıqlarının tamlığı, hüququ, varlığıdəyərini təsdiq etməkdir.

Bu məqsədə nail olmaq üçün mühasibat uçotu və vergitutma qaydalarının aparılması, habelə mülki hüquq sahəsində bilgilərə dair yaxşı biliklər lazımdır.

Debitor və kreditor borcları ilə bağlı audit zamanı bunlar həyata keçirilir:
  • debitor və kreditor borclar üzrə əməliyyatları əks etdirmək hüquqlarınızı təsdiq edən sənədlərin yoxlanılması;
  • bütün debitor və kreditor borcların baş vermə tarixlərini müəyyənləşdirmək;
  • müddəti bitmiş məhdudiyyət müddətli borcların müəyyən edilməsi;
  • silinmiş borclar uçotunun təhlili;
  • verilmiş avans və s. borclar üzrə müqavilənin şərtlərinə və ödəniş sənədlərinə uyğunluğunun müəyyənləşdirilməsi.

Buna sərf olunan əməyin təxmini dəyərləndirilməsi və borclar üzrə auditin təqribi qiymətinin müəyyən olunması üçün bizə zəruri olan məlumatlar lazımdır.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Maliyyə Nazirliyi tərəfindən mühasibat uçotunun aparılması mövzusunda ödənişsiz təlim!

posted in: Maliyyə, Xəbər | 0
Maliyyə NazirliyiMaliyyə Nazirliyi Kiçik və Orta Sahibkarlıq subyektlərində çalışan mühasibləri ödənişsiz təlimə dəvət edir!

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”nin 4.2.5-ci “Mühasibat Uçotunun Beynəlxalq Standartlarının KOS subyektləri tərəfindən tətbiqinin stimullaşdırılması” tədbiri üzrə əsas icraçı qurum olan Azərbaycan Respublikasının Maliyyə Nazirliyi “KOS subyektlərində mühasibat uçotunun aparılması” mövzusunda təlimlərə başlayır.

Təlimlər ödənişsiz olaraq, hər qrup üzrə 8-10 həftə ərzində keçiriləcək.

Qeydiyyat üçün tələb olunan sənədlər:
1. Şəxsiyyət vəsiqəsi (surəti və ya skan olunmuş);
2. Namizəd haqqında məlumat (CV);
3. İş yeri haqqında arayış (yazılı, skan olunmuş və ya elektron hökumət portalından arayış).

Tələb olunan sənədləri 01.07.2018-ci il tarixinə qədər ünvanına göndərə və ya Maliyyə Elm-Tədris Mərkəzinə (Bakı şəhəri, Heydər Əliyev prospekti 10) təqdim edə bilərsiniz.

Əlavə məlumat üçün tel: 012 4048159; 012 5668477.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.