Kriptovalyuta əməliyyatları qeyri-sahibkarlıq fəaliyyətinə aid edilməlidir

posted in: Vergi, Xəbər | 0
KriptovalyutaKriptovalyuta əməliyyatları qeyri-sahibkarlıq fəaliyyətinə aid edilməlidir.

Vergilər Nazirliyi bir daha bəyan edib ki, Azərbaycanda kriptovalyuta əməliyyatları həyata keçirən fiziki şəxslər vergiyə cəlb olunacaq.

Nazirliyin mövqeyini qurumun Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktorunun müavini Şamil Ərəbov açıqlayıb.

“Azərbaycanda kriptovalyuta əməliyyatlarını əsasən fiziki şəxslər həyata keçirir. Hesab edirik ki, bu insanların apardığı əməliyyatlar qeyri-sahibkarlıq fəaliyyətinə aid edilməli, həmin şəxslər vergi orqanlarında uçota durmalıdır, qeyri-sahibkarlıq fəaliyyəti üzrə dərəcələr tətbiq edilməklə vergi ödəməlidirlər”, – deyə o, qeyd edib.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

2018-ci il üçün Azərbaycanda əmək miqrasiya kvotası müəyyən olunub

posted in: Xəbər | 1

Əmək miqrasiya kvotası Dövlət Miqrasiya Xidmətinin əməkdaşları sahibkarlara təlim keçib

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin birgə təşkilatçılığı ilə “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında əmək fəaliyyətinin tənzimlənməsi, müvəqqəti olma müddətinin uzadılması və onlara müvəqqəti  yaşamaq üçün icazələrin verilməsi” mövzusunda təlim keçirilib.

Dövlət Miqrasiya Xidmətinin Təşkilat-nəzarət baş idarəsinin rəis müavini Abbasova Xəyalə və baş inspektoru Süleymanzadə Lalə  tərəfindən keçirilən iki günlük təlimdə  iştirakçılara Azərbaycanda haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazələrinin verilməsi və müddətinin uzadılması  prosedurları haqqında ətraflı məlumat verilib.

Qeyd olunub ki, Nazirlər Kabinetinin 2016-cı  il 14 mart tarixli qərarı ilə təsdiq edilmiş “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası”na görə əcnəbilərə Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazələrinin verilməsi hər təqvim ili üzrə müəyyən edilmiş kvota çərçivəsində həyata keçirilir.

İş icazəsi ilə bağlı daxil olmuş müraciətlərə 20 iş günü ərzində baxılır. İş icazəsinin verilməsinə və müddətinin uzadılmasına görə dövlət rüsumu işəgötürən tərəfindən ödənilir. Bu məbləğ  3 ayadək 350 manat, 6 ayadək – 600 manat, 1 ilədək isə 1000 manat təşkil edir. İşəgötürənin işçi qüvvəsinə olan tələbatının yerli əmək ehtiyatları hesabına ödənilməsinin mümkün olub-olmamasını müəyyən etmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəy üçün sorğu göndərilir.

Diqqətə çatdırılıb ki, təqvim ili ərzində əmək miqrasiyası kvotası dolduğu təqdirdə iş icazəsi verilmir. Kvota Azərbaycan Respublikasının Nazirlər Kabineti, Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat, Xarici İşlər, Təhsil nazirlikləri, Dövlət Miqrasiya Xidməti və Dövlət Neft Şirkətinin nümayəndələrindən ibarət komissiya tərəfindən müəyyən edilir.

Xəyalə Abbasova bildirib ki, 2018-ci təqvim ilində Azərbaycanda əmək miqrasiya kvotası – yəni əmək fəaliyyətini həyata keçirmək üçün bir il ərzində Azərbaycan Respublikasına gəlmələrinə icazə verilən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayının son həddi – 7300 nəfər müəyyən olunub.

Bundan başqa vurğulanıb ki, hər il, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Dövlət Miqrasiya Xidmətinə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün 50 minə qədər müraciət daxil olur.

Qeyd olunub ki, Dövlət Miqrasiya Xidməti tərəfindən verilən iş icazələri, əmək miqrasiyası kvotası barədə işəgötürənlərə zəruri məlumatların çatdırılması, əcnəbi işçi qüvvəsinə tələbatın təmin edilməsi zamanı yaranan çətinliklərin və digər faydalı, işgüzar mövzuların müzakirəsi məqsədilə DMX-nin rəisi cənab Vüsal Hüseynovun rəhbərliyi ilə may ayının 18-də yerli və xarici iş adamları ilə görüş keçiriləcək.

Mənbə: ask.org.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

İcarəyə götürülmüş bələdiyyə torpaqlarına görə ödəmə mənbəyində vergi tutulurmu?

posted in: Vergi, Xəbər | 0

Ödəmə mənbəyində vergiİcarəyə götürülmüş bələdiyyə torpaqlarına görə ödənilən icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu?

Azərbaycan Respublikası Vergi Məcəlləsinin (VM) 106.1.4-cü maddəsinə əsasən, dövlət hakimiyyəti orqanlarının, büdcə təşkilatlarının və yerli özünüidarəetmə orqanlarının gəlirləri (sahibkarlıq fəaliyyətindən gəlir istisna olmaqla) mənfəət vergisindən azaddır.

Rezident müəssisələrə və ya qeyri-rezidentlərin daimi nümayəndəliklərinə Azərbaycan Respublikasında ödənilmiş məbləğlər bu maddə üzrə vergitutma obyekti deyildir (VM, maddə 124.3).

Azərbaycan Respublikasının 7 dekabr 1999-cu il tarixli 772-İQ nömrəli «Bələdiyyələrin maliyyəsinin əsasları haqqında» Qanununun 7-ci maddəsinin müddəalarına əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq bələdiyyə əmlakının özəlləşdirilməsindən və icarəyə verilməsindən gəlirlər yerli büdcənin gəlirlərinə aid  edilir.

Qeyd olunanlara əsasən:

İcarəyə götürülmüş bələdiyyə mülkiyyətində olan torpaqlara görə ödənilən icarə haqqından ödəmə mənbəyində vergi tutulmur və bu torpaqlara görə alınan icarə haqqı bələdiyyə tərəfindən mənfəət vergisinə cəlb edilmir.

Mənbə: vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Azərbaycanda 18 yerli şirkət ləğv edildi

posted in: Xəbər | 0

Yerli şirkət

  • “TRANS LİNKS CO.LTD” MMC (VÖEN: 1600498671) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi 5, ev 21 ünvanına bildirə bilərlər.
  • “CƏLALİ” firması (VÖEN: 1600569771) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 2270-77-ci məhəllə ünvanına bildirə bilərlər.
  • “VÜSAL-XALİDİ” İstehsalat kommersiya firması (VÖEN: 1500329641) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Atatürk prospekti 28D ünvanına bildirə bilərlər.
  • “BAKI İNVEST GROUP” MMC (VÖEN: 1201957141) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan ŞTQ, Almas İldırım küçəsi, ev 8 ünvanına bildirə bilərlər.
  • “İNFOSPACE” MMC (VÖEN: 1302696161) Ümumi Yığıncağı 17.04.2018 tarixdə hüquqi şəxsin hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən ləğv edilməsi barədə qərar qəbul etmişdir. Kreditorlar ləğv edilən hüquqi şəxsə qarşı tələblərini Bakı şəhəri,  Yasamal rayonu, Balababa Məcidov küçəsi, ev 44/46, m.13 ünvanına bildirə bilərlər.
  • “HƏSƏN KƏND TƏSƏRRÜFATI” MMC (VÖEN: 1001958331) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bərdə rayonu, Güloğlular, ev 0, mənzil 0 ünvanına bildirə bilərlər.
  • “NƏRMİN-2012” MMC (VÖEN: 2902819781) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Sumqayıt şəhəri, məhəllə 12 (Təzə Kotec), ev 118 ünvanına bildirə bilərlər
  • “CLEANİNG” MMC (VÖEN:1004958821) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Binəqədi rayonu, S.S. Axundov küçəsi, ev 5/34 mənzil 12 ünvanına bildirə bilərlər.
  • “BİZNES-RABİTƏ” MMC (VÖEN: 1400313851) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 67 ünvanına bildirə bilərlər.
  • “RİTM-Dizayn” MMC (VÖEN: 15018391111) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Zeynal Xəlil küçəsi, ev 12, mənzil 16 ünvanına bildirə bilərlər.
  • “AZƏRİNŞAAT RN” MMC (VÖEN:1503389021) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Masud Əlizadə küçəsi, ev 46, mənzil 51 ünvanına bildirə bilərlər.
  • “AZƏRMAKARON” MMC (VÖEN: 2900220301) hüquqi varisliyini “HİRKAN COM” MMC-yə (2902851231) verməklə ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Sumqayıt şəhəri, Tblisi  və Lənkərana çıxış yolu sağ tərəf ünvanına bildirə bilərlər.
  • “CLİMTECH AVROPA İSTİLİK VƏ HAVALANDIRMA  SİSTEMLƏRİ” MMC (VÖEN: 1700882871) ) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Sarayev küçəsi 22, mənzil 107 ünvanına bildirə bilərlər.
  • “VÜSALƏ 1987” MMC (VÖEN: 2002427261) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, ev 20, mənzil 68 ünvanına bildirə bilərlər.
  • “CASPİAN BUSİNESS NEWS” Qəzeti Redaksiyası (VÖEN: 1700287761) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Güloğlan Məmmədov ev 13, mənzil 3 ünvanına bildirə bilərlər.
  • “XƏZƏR İXTİSASLAŞMIŞ HÖVZƏ QƏZA-XİLASETMƏ” ASC (VÖEN: 1700190811) ) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri,Səbail rayonu, Sahil buxtası 3 ünvanına bildirə bilərlər.
  • “AVA CONSTRUCTİON” MMC (VÖEN: 1503991571) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, ev 19 ünvanına bildirə bilərlər.
  • “ADA” MMC (VÖEN: 1700442691) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Ə.Cavad küçəsi, ev 22, mənzil 66 ünvanına bildirə bilərlər.

Mənbə: vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.