Nizamnamə kapitalı 381 min manat olan MMC yaradıldı

posted in: Xəbər | 0

Nizamnamə kapitalıVergiler.az qəzetinin xüsusi buraxılışında dərc olunan yazıya əsasən, nizamnamə kapitalı 381.241 manat olan MMC yaradılıb.

Kommersiya qurumunun adı: “LEYMAN” MMC

Qeydiyyat nömrəsi (VÖEN): 7600691861

Təşkilati-hüquqi forması: MMC

Hüquqi ünvanı: AZ2522, Göygül r., Almədədli.

Nizamnamə kapitalı: 381241 manat

Maliyyə ili: 01 Yanvar – 31 Dekabr

Qanuni təmsilçi: Verdiyev Fikrət Süleyman oğlu

Dövlət qeydiyyatına alındığı tarix: 10 aprel 2018.

Mənbə: www.vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Maliyyə Nazirliyinin dövlət qurumlarına təqdim etdiyi hesabatların formaları təsdiqləndi

posted in: Maliyyə, Xəbər | 0

Maliyyə Nazirliyinin dövlət qurumlarına təqdim etdiyi hesabatların formalarıAzərbaycan Respublikası Maliyyə Nazirliyinin dövlət qurumlarına təqdim etdiyi hesabatların formaları və onların təqdim edilməsi Qaydası

Azərbaycan Respublikası Prezidentinin

2018-ci il 15 may tarixli Fərmanı ilə təsdiq edilmişdir

1. Ümumi müddəa

Bu Qayda “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 20.4-1-ci maddəsinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin dövlət qurumlarına təqdim etdiyi məlumat və hesabatların formalarını, həmçinin onların təqdim edilməsi qaydasını müəyyənləşdirir.

2. Təqdim edilən məlumat və hesabatlar

2.0. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi (bundan sonra – Nazirlik) bu Qaydaya əlavə olunan formalarda dövlət qurumlarına büdcə sistemi və mühasibat uçotu ilə bağlı aşağıdakı məlumat və hesabatları təqdim edir:

2.0.1. dövlət büdcəsinin gəlirlərinin icrası barədə məlumat (gəlir inzibatçıları üzrə əvvəlki dövrlə müqayisə) – 1 nömrəli əlavə;

2.0.2. dövlət büdcəsinin xərclərinin icrası barədə məlumat (funksional təsnifat üzrə əvvəlki dövrlə müqayisə) – 2 nömrəli əlavə;

2.0.3. dövlət büdcəsinin icrası barədə hesabat (gəlirlərin təsnifatı üzrə) – 3 nömrəli əlavə;

2.0.4. dövlət büdcəsinin xərclərinin icrası barədə hesabat (xərclərin funksional təsnifatı üzrə) – 4 nömrəli əlavə;

2.0.5. dövlət büdcəsinin xərclərinin icrası barədə hesabat (xərclərin iqtisadi təsnifatı üzrə) – 5 nömrəli əlavə;

2.0.6. dövlət büdcəsinin vahid xəzinə hesabında qalığı barədə məlumat – 6 nömrəli əlavə;

2.0.7. dövlət büdcəsinin vahid xəzinə hesabının xarici valyuta qalıqları barədə məlumat – 7 nömrəli əlavə;

2.0.8. idarəetməyə verilmiş (yerləşdirilmiş) vahid xəzinə hesabında olan vəsaitin qalığı (sərbəst qalıq) barədə məlumat – 8 nömrəli əlavə;

2.0.9. debitor borcları barədə məlumat (funksional, inzibati və iqtisadi təsnifatlar üzrə) – 9 nömrəli əlavə;

2.0.10. bölüşdürülməmiş (bloklanmış) xərclər barədə məlumat (funksional, iqtisadi və inzibati təsnifatlar üzrə) – 10 nömrəli əlavə;

2.0.11. büdcə təşkilatlarının büdcədənkənar xərclərinin icrası barədə məlumat (funksional, iqtisadi və inzibati təsnifatlar üzrə) – 11 nömrəli əlavə;

2.0.12. xarici valyutada aparılan əməliyyatlar barədə məlumat (xərc istiqamətləri üzrə) – 12 nömrəli əlavə;

2.0.13. dövlət büdcəsinin xərclərinin icrası barədə məlumat (əsaslı xərclər, cari xərclər və dövlət borcu üzrə xərclər) – 13 nömrəli əlavə;

2.0.14. kəsirin maliyyələşdirilməsi barədə məlumat (mənbələr üzrə) – 14 nömrəli əlavə;

2.0.15. Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondunun gəlir və xərcləri barədə məlumat – 15 nömrəli əlavə;

2.0.16. dövlət büdcəsinin xərcləri barədə hesabat (xərclərin funksional təsnifat üzrə bölmə və köməkçi bölmə səviyyəsində) – 16 nömrəli əlavə;

2.0.17. şəhər və rayonlar üzrə yerli gəlirlərin və xərclərin icrası barədə məlumat – 17 nömrəli əlavə;

2.0.18. ehtiyat fondlarının xərcləri barədə məlumat – 18 nömrəli əlavə;

2.0.19. dövlət əsaslı vəsait qoyuluşu xərcləri barədə məlumat – 19 nömrəli əlavə;

2.0.20. yerli gəlir və xərclər arasında yaranmış fərqin tənzimlənməsi məqsədi ilə ayrılan büdcə vəsaiti barədə məlumat – 20 nömrəli əlavə;

2.0.21. xarici dövlət borcunun və dövlət zəmanətinin reyestri – 21 nömrəli əlavə;

2.0.22. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə məxsus vəsaitlərin qalıqları barədə məlumat – 22 nömrəli əlavə;

2.0.23. büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar barədə hesabat – 23 nömrəli əlavə;

2.0.24. xarici dövlətlərə verilmiş kreditlər barədə məlumat – 24 nömrəli əlavə;

2.0.25. büdcədən verilmiş kreditlər barədə məlumat – 25 nömrəli əlavə;

2.0.26. xarici və daxili dövlət borcunun əsas borc və faiz borcu üzrə icra vəziyyəti barədə məlumat – 26 nömrəli əlavə;

2.0.27. Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondu tərəfindən ödənilmiş vəsaitlərin hər bir təşkilat üzrə qaytarılma qrafiki – 27 nömrəli əlavə;

2.0.28. dövlət büdcəsinin xərclərinin icrası barədə hesabat (funksional, iqtisadi və inzibati təsnifatların paraqrafları üzrə) – 28 nömrəli əlavə.

3. Məlumat və hesabatların təqdim edilməsi

3.1. Nazirlik məlumat və hesabatları aşağıdakı dövlət qurumlarına (bundan sonra ─ dövlət qurumları) təqdim edir:

3.1.1. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına – 1, 2, 3, 4, 5 (aylıq, rüblük və illik dövriliklə), 12 (aylıq və rüblük dövriliklə), 14, 16, 17, 18, 19, 20, 22 (aylıq dövriliklə), 6, 7, 8, 15 (rüblük dövriliklə), 21, 26 (rüblük, yarımillik və illik dövriliklə), 13 (yarımillik, 9 aylıq və illik dövriliklə), 9, 11, 24, 25, 27, 28 (yarımillik və illik dövriliklə), 10, 23 (illik dövriliklə) nömrəli əlavələr;

3.1.2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə – 1, 2, 3, 4 və 5 (aylıq, rüblük və illik dövriliklə) nömrəli əlavələr;

3.1.3. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə – 3, 5, 16, 17, 19 (aylıq dövriliklə), 21 (yarımillik və illik dövriliklə) nömrəli əlavələr;

3.1.4. Azərbaycan Respublikasının Hesablama Palatasına – 1, 2, 3, 5, 14, 16, 17, 18, 19, 20, 22 (aylıq dövriliklə), 6, 7, 8, 12, 15 (rüblük dövriliklə), 13 (yarımillik, 9 aylıq və illik dövriliklə), 9, 11, 21, 24, 25, 26, 27, 28 (yarımillik və illik dövriliklə), 10, 23 (illik dövriliklə) nömrəli əlavələr.

3.2. Nazirlik dövlət qurumlarına məlumat və hesabatları kağız və elektron daşıyıcılarda təqdim edir.

3.3. Nazirlik dövlət qurumlarına məlumat və hesabatları aşağıda qeyd olunan müddətlərdən gec olmayaraq təqdim edir:

3.3.1. bu Qaydanın 1, 2, 3, 4, 5, 6, 7, 8, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 24, 25, 26 və 27 nömrəli əlavələrində nəzərdə tutulan məlumat və hesabatları – hesabat dövrü başa çatdıqdan sonra növbəti ayın 25-dək;

3.3.2. bu Qaydanın 9 və 11 nömrəli əlavələrində nəzərdə tutulan məlumatları – yarımillik hesabat dövrü başa çatdıqdan sonra növbəti ayın sonunadək, illik hesabat dövrü başa çatdıqdan sonra isə növbəti ilin fevral ayının sonunadək;

3.3.3. bu Qaydanın 10 və 23 nömrəli əlavələrində nəzərdə tutulan məlumat və hesabatları – hesabat dövrü başa çatdıqdan sonra növbəti ilin fevral ayının sonunadək;

3.3.4. bu Qaydanın 28 nömrəli əlavəsində nəzərdə tutulan hesabatı – yarımillik hesabat dövrü başa çatdıqdan sonra növbəti ayın sonunadək, illik hesabat dövrü başa çatdıqdan sonra isə növbəti ilin aprel ayının 25-dək;

3.3.5. bu Qaydanın 1, 12, 14 və 22 nömrəli əlavələr üzrə ilkin (operativ) məlumatları – hesabat dövrü başa çatdıqdan sonra 5 iş günü müddətində.

Mənbə: president.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Optimal Electronics’də Ödənişli Təcrübə Proqramı

posted in: Xəbər | 0

Optimal Electronics“Optimal Elektronika” MMC  1997-ci ildə yaradılmışdır. Azərbaycanda BOSCH, Vestel, Samsung, Simfer, Carrier, Singer, Eksen, Aldora Mebel, Konfor Mebel və dünyaca tanınmış digər brendlərin rəsmi distribüteri və satış təmsilçisidir. Keyfiyyətli və geniş çeşidli məhsulların satışını həyata keçirən Optimal Şirkəti müştəriləri üçün audio-video və rəqəmsal texnika, iri və xırda məişət avadanlıqları, mobil tellefon, keyfiyyətli və zövqlü mebellər təqdim edir. Təklif etdiyi məhsulların yüksək keyfiyyətinə və müştəriyönümlü satış strategiyasına və satış sonrası göstərdiyi servis xidmətinə görə “Optimal Elektronika” MMC Azərbaycan bazarında aparıcı mövqelərdən birini tutmuşdur. Azərbaycanda ilk dəfə olaraq “Mobil servis” layihəsini həyata keçirməklə bir ilkə imza ataraq müştəri məmnuniyyətinə önəm verdiyini bir daha sübut etmişdir.

“Optimal Elektronika” MMC-nin tərkibində fəaliyyət göstərən “GENTLEMAN” multi-brend geyim mağazası 1996-cı ildən fəaliyyət göstərir.  Mağaza İtaliya, Ukrayna, Moldova, Yunanıstan və digər ölkələrin  brend geyimlərinin  Azərbaycanda satışı ilə məşğuldur.

“Optimal Elektronika” MMC  davamlı olaraq inkişafı üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların  karyera inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin qaldırılması yönümdə fəal iş aparır.

“Optimal Elektronika” MMC Kredit Departamentində Təcrübə Proqramını açıq elan edir.

Tələblər:

  • Ali təhsil müəssissini yeni bitirməlidir. (Maliyyə, kredit ixtisası üzrə);
  • Azərbaycan dilində səlist yazmaq və danışmaq bacarığı olmalıdır;
  • İnkişafa meylli olmalıdır;
  • Microsoft Office proqramlarını yaxşı bilməlidir.

Biz Sizə təklif edirik;

  • Karyera inkişafı;
  • Əmək  Məcəlləsinə əsasən rəsmiləşmə;
  • 5 günlük iş rejimi;
  • Şirkət hesabına nahar;
  • Ödənişli təcrübə proqramından fayadalanma imkanı.

Maraqlanan şəxslər CV-lərini müvzu yerində “Kredit Departamentində Təcrübəçi” qeyd etməklə,  ünvanına göndərə bilərlər.

Son tarix:.15.06.2018

Mənbə: jobsearch.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Pərakəndə satış zamanı kassada olan nağd pula limit varmı?

posted in: Xəbər | 0

Pərakəndə satışSual: Pərakəndə satış zamanı kassada nağd pulun istifadəsi ilə hər hansı bir qanunvericilik tələbi var? Ümumiyyətlə, kassada 30.000 manatdan artıq pul yığılırsa bank hesabına qoyulma barədə tələb varmı?

Cavab:  Bildiririk ki, Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.3-cü bəndinə əsasən müvafiq qanunun 3.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği 30.000 manatadək, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği 15.000 manatadək hesablaşmalar üzrə ödənişlər nağd qaydada həyata keçirilə bilər. Göstərilən hədlərdən artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir.

Eyni zamanda bildiririk ki, hal-hazırda qanunvericilikdə kassada mövcud olan nağd pul vəsaitinin bank hesabına qoyulmasına dair hər hansı tələb müəyyən olunmamışdır.

Bax: “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının 16 dekabr 2016-cı il tarixli 461-VQ nömrəli Qanunu.

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.