1 il iş təcrübəsi olan mühasib köməkçisi axtarılır

posted in: İş elanı, muhasibat, Xəbər | 0

Mühasib köməkçisiVəzifə: Mühasib köməkçisi (Kürdəxanı)

İşəgötürən:  “Xurcun” mağazalar şəbəkəsi

Əmək haqqı : 400-600 AZN

Yaş həddi: 22-30

İşin təsviri:

– Mühasibatlıq və vergi üzrə biliklərə malik olmaq
– MS Office proqramlarında sərbəst işləməli
– 1 C (8.3 versiya) sərbəst işləmək. Malların və xidmətlərin mədaxil, məxaric, anbarlar arası yerdəyişmə, qiymət qoyulması komletasiyaların icrası, kassa mədaxil məxaric orderlərinin, bank çıxarışlarının və kassa çeklərinin işlənilməsi.

Tələblər:

– Mühasibatlıq sahəsi üzrə 1 il iş təcrübəsi
– Excel proqramında işləmək bacarığı olmalı
– Azərbaycan və Rus dili yaxşı səviyyədə bilməli

İş qrafiki:

– Həftə içi 5 gün saat 09:00-18:00 kimi , şənbə günü 09:00-13:00-dəkdir.

Maraqlanan namizədlər mövzu yerində “Mühasib köməkçisi” yazmaqla öz CV-lərini   ünvanına göndərə bilərlər.

Mənbə: jobsearch.az

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Vergilər nazirinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib

posted in: Vergi, Xəbər | 0

Vergilər naziriVergilər naziri Mikayıl Cabbarovun may ayının 19-da Şamaxı rayonunda keçirilməsi planlaşdırılan vətəndaşların qəbulu vaxtı dəyişdirilib.

Bu barədə Vergilər Nazirliyindən məlumat verilib.

Məlumata görə, qəbul mayın 30-u saat 11:00-da Şamaxı şəhərində Bakı-Qazax şossesinin 118-ci km-də yerləşən 4 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında keçiriləcək.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, qəbul Şamaxı, Ağsu və Qobustan rayon sakinləri üçün təşkil ediləcək.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Nağd pulların daxil olması və xərclənməsinə dair tipik əməliyyatlar

posted in: Məqalə, Xəbər | 0

Nağd pul

  • Bankdan nağd pul vəsaitlərinin alınması: 50 “Kassa” debet hesabı, 51 “Hesablaşma hesabı” kredit hesabı;
  • Alıcının mala, işə, xidmətə görə borcunun ödənişi: 50 “Kassa” debet hesabı, 62 “Alıcılar və sifarişçilərlə hesablaşmalar” kredit hesabı;
  • Kassanın inventarizasiyası (təftişi) nəticəsində aşkar edilən qalıqların mədaxil olunması: 50 “Kassa” debet hesabı, 91 “Digər gəlirlər və xərclər” kredit hesabı;
  • Hesabat verməli şəxslər tərəfindən istifadə olunmamış vəsaitlərin qalıqlarının verilməsi: 50 “Kassa” debet hesabı, 71 “Hesabat verməli şəxslərlə hesablaşma” kredit hesabı;
  • Kassadan işçilərə ödənilən ödənişlərin əks olunması (əmək haqqı, sosial müavinət, nizamnamə kapitalında iştirakdan gələn gəlirlər və s.): 70 “Personalla əmək haqqı ödənişləri üzrə hesablaşma” debet hesabı, 50 “Kassa” kredit hesabı.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

500 manat məvaciblə Mühasib axtarılır

posted in: İş elanı, muhasibat, Xəbər | 0

Mühasibatİşəgötürən: Pera Plastik Qrup MMC

İş barədə məlumat

  • Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar
  • Elektron portal proqramı ilə işləmək bacarığının olması
  • Vergi orqanları ilə yazışmalar
  • Vergi sahəsi ilə bağlı əməliyyatlar – bütün vergi hesabatlarının göndərilməsi
  • E-Qaimə və Vergi Hesab Fakturalarının yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı
  • Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək
  • Vergi hesabatlarının hazırlanması və təqdim edilməsi
  • Bank əməliyyatlarının aparılması
  • DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi
  • Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
  • BTP proqramında işləməklə vergi bəyannamələri göndərmək
  • İş qrafiki: 09:00-dan 18:00-dək
  • İstirahət günü: Həftədə 2 dəfə (şənbə və bazar günü)

Namizədə tələblər

  • 1C,(mütləqdi) MS Office proqramlarını bilməli
  • Ünsiyyət qurmaq və danışıqlar aparmaq bacarığı
  • Ali iqtisadi təhsil
  • Yaş həddi: 25-45 yaş arası/ Xanım namizəd

Mühasibatlıq sahəsində təcrübəsi olan şəxslər müraciət etsinlər! (uygun olmayan CV-ə baxilmayacaq)

Mənbə: boss.az

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.