Baş mühasib axtarılır

posted in: İş elanı, muhasibat, Xəbər | 0

Baş mühasib İşəgötürən: “MilliKart” MMC

İş barədə məlumat

  • İlkin mühasibat sənədləri əsasında vergi və mühasibat uçotunun aparılması
  • Vergi orqanlarına aylıq, rüblük, illik hesabatların təqdim edilməsi
  • Beynəlxalq maliyyə hesabatlarının hazırlanması,
  • Büdcə tərtibatında iştirak etməli
  • Xərclərin düzgün aparılmasına nəzarət etməli
  • Mühasibat balansını hazırlamalı
  • İş qrafiki: bazar ertəsi – cümə, 09:00-dan 18:00-dək
  • Şənbə, bazar – istirahət

Namizədə tələblər

  • Ali təhsilli
  • Mühasibatlıq sahəsində ən az 5 il iş təcrübəsi
  • MS Excel və 1C Mühasibat proqramını yaxşı səviyyədə bilməli
  • Diqqətli, məsuliyyətli olması və kollektivdə işləməyi bacarmalı
  • Azərbaycan və Rus dillərini bilməli
  • Vergi və Əmək Qanunvericiliyini yaxşı bilməli
  • Rəhbərliyin tapşırıqlarını vaxtında və dəqiq yerinə yetirməli

Qəbul yalnız CV ilə həyata keçiriləcək.

Mənbə: boss.az

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

 

 

 

İnzibati Xətalar Məcəlləsində dəyişiklik – İşsizlikdən sığorta üzrə cərimələr sərtləşdirildi

posted in: Xəbər | 0

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsini “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2, I kitab, maddə 202, № 3, maddələr 397, 403, 429, № 4, maddələr 631, 647, 654, № 5, maddələr 835, 846, № 6, maddələr 997, 1010, № 7, maddələr 1247, 1249, № 10, maddə 1608, № 11, maddələr 1769, 1774, 1781, 1783, 1786, 1788, № 12, maddələr 1984, 2000, 2009, 2024, 2049; 2017, № 1, maddə 21, № 2, maddələr 139, 147, 152, 162, № 3, maddələr 331, 344, № 5, maddələr 698, 701, 734, 749, 754, № 6, maddələr 1020, 1033, 1036, № 7, maddələr 1273, 1296, 1297, 1299, № 11, maddələr 1964, 1966, 1969, 1979, № 12, I kitab, maddələr 2214, 2217, 2220, 2233, 2237, 2240, 2253, 2256, 2266; 2018, № 1, maddə 19; Azərbaycan Respublikasının 2017-ci il 29 dekabr tarixli 969-VQD nömrəli, 2018-ci il 1 fevral tarixli 981-VQD, 984-VQD nömrəli, 13 fevral tarixli 1002-VQD nömrəli, 6 mart tarixli 1035-VQD və 1038-VQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

1. 410-cu maddə üzrə:

1.1. adında və 410.1-ci maddədə (birinci halda) “Dövlət büdcəsindən” sözlərindən sonra “və büdcədənkənar dövlət fondlarından” sözləri əlavə edilsin;

1.2. 410.1-ci (ikinci və üçüncü hallarda), 410.2-ci və 410.3-cü maddələrdə “dövlət büdcəsindən” sözlərindən sonra “və büdcədənkənar dövlət fondlarından” sözləri əlavə edilsin.

2. 460-cı maddənin adına və dispozisiyasına “və ya məcburi dövlət sosial sığorta haqlarını” sözlərindən əvvəl “, işsizlikdən sığorta” sözləri əlavə edilsin.

3. Aşağıdakı məzmunda 477-1-ci maddə əlavə edilsin:

“Maddə 477-1. İşsizlikdən sığorta haqqında qanunvericiliyin pozulması

477-1.1. Sığortaedən tərəfindən işsizlikdən sığorta haqqında qanunvericiliyin pozulmasına, yəni:

477-1.1.1. sığortaedən kimi sığortaçıda qeydiyyata durmamasına;

477-1.1.2. işçiləri işsizlikdən sığorta etdirməməsinə;

477-1.1.3. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada, məbləğdə və vaxtda sığorta haqqını sığortaçıya ödəməməsinə;

477-1.1.4. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin birinci hissəsinə uyğun olaraq işçiyə xəbərdarlıq edildiyi gündən 5 gün müddətində həmin işçinin peşəsi, ixtisası və əməkhaqqı barədə sığortaçıya rəsmi məlumat verməməsinə;

477-1.1.5. sığorta haqqının hesablanmasına və ödənilməsinə, sığorta ödənişinin təyin edilməsinə əsas olan məlumatları sığortaçıya (elektron və ya kağız daşıyıcıda) təqdim etməməsinə;

477-1.1.6. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş hallarda özünün yenidən təşkil olunması və ya ləğv edilməsi barədə sığortaçıya məlumat verməməsinə;

477-1.1.7. sığorta haqqının hesablanmasının və köçürülməsinin uçotunu düzgün aparmamasına və bu barədə sığortaçıya hesabatı təqdim etməməsinə, sığorta ödənişi üçün əsas olan sənədlərin və məlumatların qorunub saxlanılmasını təmin etməməsinə görə –

fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər dörd yüz manat məbləğində cərimə edilir.

477-1.2. Sığortaolunan tərəfindən sığorta ödənişinin miqdarının dəyişməsinə və ya dayandırılmasına səbəb olan “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallar barədə 10 gündən gec olmayaraq sığortaçıya məlumat verilməməsinə görə –

inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir misli miqdarında cərimə edilir.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 aprel 2018-ci il.

Mənbə: president.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Vergi Məcəlləsinə kiçik dəyişiklik edildi

posted in: Vergi, Xəbər | 0

Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Vergi Məcəlləsini “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8, I kitab, maddə 583; 2001, № 7, maddə 454, № 9, maddə 576, № 12, maddə 734; 2002, № 5, maddə 249, № 12, maddə 707; 2003, № 8, maddə 425, № 12, I kitab, maddə 671; 2004, № 1, maddə 1, № 11, maddə 887, № 12, maddə 980; 2005, № 2, maddə 61, № 8, maddə 688, № 12, maddə 1081; 2006, № 12, maddələr 1005, 1026; 2007, № 1, maddə 4, № 6, maddə 597, № 8, maddə 745, № 11, maddə 1053, № 12, maddə 1192; 2008, № 7, maddə 602, № 11, maddə 960; 2009, № 7, maddə 506; 2011, № 1, maddə 14, № 7, maddələr 588, 603, № 12, maddə 1115; 2012, № 6, maddələr 500, 513, № 7, maddə 652, № 9, maddə 841, № 12, maddə 1226; 2013, № 2, maddə 91, № 4, maddə 366, № 11, maddə 1278, № 12, maddələr 1483, 1486, 1495; 2014, № 2, maddələr 94, 98, № 6, maddə 608, № 7, maddə 770, № 8, maddə 957, № 10, maddə 1158, № 12, maddə 1525; 2015, № 1, maddə 11, № 12, maddə 1433; 2016, № 2, I kitab, maddə 207, № 3, maddələr 396, 402, № 5, maddə 848, № 6, maddələr 973, 974, 1015, № 7, maddə 1245, № 10, maddə 1603, № 11, maddələr 1752, 1792, 1793, № 12, maddələr 2001, 2037, 2046; 2017, № 2, maddə 146, № 5, maddələr 695, 723, 737, № 6, maddə 1055, № 7, maddə 1304, № 8, maddə 1509, № 12, I kitab, maddələr 2219, 2251, 2270; Azərbaycan Respublikasının 2017-ci il 15 dekabr tarixli 939-VQD nömrəli Qanunu) 102.6.1-ci maddəsində “işsizlik müavinəti” sözləri “işsizlikdən sığorta ödənişi” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 aprel 2018-ci il.

Mənbə: president.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Azərbaycanda orta aylıq əmək haqqı yenidən artmağa başlayıb

posted in: Xəbər | 0

Orta aylıq əmək haqqıAzərbaycanda yarım illik fasilədən sonra orta aylıq əmək haqqı yenidən artmağa başlayıb.

Bu rəqəm aprelin 1-nə 532,4 manat təşkil edib. Bu isə martın 1-i ilə müqayisədə 4,2% çoxdur.

Son bir ildə isə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta maaşı 3,5% artıb. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

Qeyd edək ki, martın sonuna Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1532,3 min nəfər təşkil edib. Bunlardan 888,9 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 643,4 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 21,7%-i təhsil, 19%-i ticarət, nəqliyyat vasitələrinin təmiri, 13,5%-i sənaye, 8,6%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,1%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 6,2%-i tikinti, 4,6%-i nəqliyyat və anbar təsərrüfatı, 3,4%-i peşə, elmi və texniki fəaliyyət, 3,2%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6%-i maliyyə və sığorta fəaliyyəti, 11,1%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.