Mühasiblərin diqqətinə! İşsizlikdən sığorta haqqı üzrə rekvizitlər müəyyənləşdi

posted in: Xəbər | 1

Sığortaedənlərin nəzərinə!!!

İşsizlikdən sığorta sisteminin tətbiqi barədə

Bildiyiniz kimi, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanunu 2018-ci il yanvarın 1-dən qüvvəyə minir. Həmin Qanunun 6-cı maddəsində digər vəzifələrlə yanaşı işçilərini işsizlikdən sığorta etdirmək, əmək haqqı fondundan və sığortaolunanın əmək haqqından bu Qanunla müəyyən edilmiş tariflər əsasında sığorta haqqını sığortaçıya ödəmək, sığorta haqqının hesablanmasının və köçürülməsinin uçotunu düzgün aparmaq və bu barədə sığortaçıya hesabat təqdim etmək sığortaedənin vəzifələrinə aid edilmişdir.

Göstərilənləri nəzərə alaraq aşağıdakıları diqqətinizə çatdırmaq istəyirik:

  1. Məcburi dövlət sosial sığortası məqsədləri üçün “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda (bundan sonra Fond)  uçota alınmış sığortaedənlər işsizlikdən sığorta məqsədləri üçün Fondda qeydiyyata alınmış hesab edilirlər.
  2. Sığortaedənin məcburi dövlət sosial sığortası məqsədləri üçün Fond tərəfindən verilmiş uçot nömrəsi (SUN) eyni zamanda onun işsizlikdən sığorta məqsədləri üçün Fondda qeydiyyat nömrəsi hesab edilir.
  3. Məcburi dövlət sosial sığortası üzrə dövlət sosial sığorta sistemində fərdi uçotu aparılan sığortaolunanlar (yalnız əmək müqaviləsi ilə işləyənlər) işsizlikdən sığorta üzrə Fondda qeydiyyata alınmış hesab olunurlar.
  4. Sığortaedənlər tərəfindən hesablanıb Fonda ödənilən işsizlikdən sığorta haqları barədə məlumatlar sığortaolunanların fərdi şəxsi hesablarında nəzərə alınmır.
  5. İşsizlikdən sığorta haqqı, hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi və işçinin əməkhaqqının 0,5 faizi miqdarında sığortaedən tərəfindən ödənilir.
  6. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanunu ilə işsizlikdən sığorta haqqının hesablanmasından azad olma müəyyən edilməmişdir.
  7. Hər ay üçün hesablanmış işsizlikdən sığorta haqqı sığortaedən tərəfindən əməkhaqqı ödənişləri ilə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə Fonda ödənilir.
  8. Sığortaedənlər hər rüb üçün “İşsizlikdən sığorta üzrə rüblük hesabat”ı (əlavə edilir) həmin rübdən sonra gələn birinci ayın 20-dən gec olmayaraq və hər rüb üçün ayrı-ayrılıqda Fonda məcburi dövlət sosial sığortası üzrə rüblük hesabatla birgə təqdim edirlər. Aprelin, iyulun, oktyabrın və yanvarın 20-i iş günü olmayan dövrə təsadüf edərsə, hesabatın təqdim olunması müddəti ayın 20-sindən sonra gələn birinci iş gününə qədər artırılır.
  9. İşçilərin işsizlikdən sığorta etdirilməməsinə, sığorta haqqının hesablanmasının və köçürülməsinin uçotunun düzgün aparılmamasına və bu barədə sığortaçıya hesabatın təqdim edilməməsinə, sığorta haqqının vaxtında köçürülməməsinə görə inzibati qaydada məsuliyyət tədbirləri nəzərdə tutulmuşdur.

 

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə hüquqi şəxslərlə iş İdarəsinin işsizlikdən sığorta haqqı üçün bank rekvizitləri aşağıdakı kimidir:

 

B1. Benefisar (alan bank)

Adı: Dövlət Xəzinədarlıq Agentliyi

Kodu: 210005

VÖEN: 1401555071

Müxbir hesab:  AZ41NABZ01360100000000003944

S.W.İ.F.T.   BİK: CTREAZ22

B2. Alan müştəri

Adı:  DSMF Bakı şəhəri üzrə Hüquqi Şəxslərlə İş İdarəsi

Hesab:  AZ42CTRE00000000000007018576

VÖEN: 1600351421

Büdcə səviyyəsinin kodu: 4

Büdcə təsnifatının kodu:

Sığortaedənin hesabına ödənilən işsizlikdən sığorta haqqı – 123100

Sığortaolunanın hesabına ödənilən  işsizlikdən sığorta haqqı– 123200

Peniya və maliyyə sanksiyasının ödənilməsi – 143300

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə hüquqi şəxslərlə iş İdarəsi.

Faylı yükləyin: [Download not found]

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Sahibkar: “Gömrükçülər səhvən gələn yükə görə bəyannamə tələb edirlər”

posted in: Xəbər | 0

Xaricdən səhvən Azərbaycana göndərilən yüklərin geri qaytarılması işləri çox yubanır və bəzən bu, 2-3 gün çəkir.

Bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyevlə keçirilən görüşdə “ARS Express & Logistics” MMC-nin (“FedEx Azerbaijan”) baş direktoru Sevda Xanməmmədova deyib.

Şirkət rəsmisinin sözlərinə görə, həmin yüklərə görə DGK-nin əməkdaşları bəyannamə tələb edirlər: “Anlamaq olmur ki, səhv gələn yükə görə niyə ödəniş etməliyəm?”

A.Əliyev sualın cavabında bildirib ki, bəzən fiziki şəxslər tərəfindən bilərəkdən səhv yüklər gətirilir. Lakin S.Xanməmmədova imtina edilmiş yüklərlə deyil, səhvən ölkəyə göndərilmiş yüklərlə bağlı məsələnin həllində DGK rəhbərliyindən yardım göstərilməsini xahiş edib.

Daha sonra isə DGK sədri Komitənin Gömrük nəzarətinin təşkili Baş İdarəsinin rəisi Cavad Qasımova problemin araşdırılması və həll edilməsi ilə bağlı tapşırıq verib.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Hesablama Palatasının məlumatlara çıxış imkanları genişləndirilir

posted in: Xəbər | 0

Bu gün Bakıda kənar dövlət maliyyə nəzarətini tənzimləyən yeni qanun layihəsi – “Hesablama Palatası haqqında” qanun layihəsinin ictimai müzakirəsi keçirilib.

Platformanın kooordinatoru Əliməmməd Nuriyev bildirib ki, qanun layihəsi beynəlxalq audit standartlarının tələbləri nəzərə alınmaqla hazırlanıb. Onun sözlərinə görə, yeni qanun layihəsi əvvəlkindən həm əhatə dairəsinə, həm də fəaliyyətin dəqiqliynə görə seçilir. Yeni layihə palatanın həyata keçirdiyi auditin forması ilə bağlı yeniliklər də gətirib.

Hesablama Palatasının auditoru Firsənd Qurbanov bildirib ki, zaman dəyişir, dövlət büdcəsinin xərclərinə münasibət dəyişir, hər bir xərc mütləq nəzarətdə olmalıdır: “Nəzarət mexanizmi elə olmalıdır ki, xərclərdən təkcə büdcə təşkilatlarının rəhbərləri deyil, ictimaiyyət nümayəndələri də xəbərdar olsunlar”. O bildirib ki, ictimai müzakirədə səslənən faydalı fikirlər palatanın fəaliyyətində nəzərə alınacaq.

Palatanın hüquq və kadr məsələləri şöbəsinin müdiri Nəsir Sadıqov isə qeyd edib ki, yeni layihə ilə Hesablama Palatasının statusu və dövlət maliyyə nəzarəti konkret müəyyən olunub, təşlilati və funksional müstəqilliyin təminatı, maliyyə-büdcə nəzarətinin əhatəliyi, kənar və daixli nəzarət arasında qarşılıqlı əlaqələr, nəzarət tədbirləri ilə bağlı məlumatların əldə edilməsi və məlumatlara çıxış imkanları genişləndirilib, auditlərin mandatı və spesifikası müəyyən olunub.

Həmçinin, yeni növ nəzarət tədbiri metodları müəyyən olunub. Nəzarət tədbirinin nəticəsi üzrə məlumatların göndərilməsi ilə bağlı yeniliyə əsasən, palata Milli Məclisdən əlavə Prezidentə və aiddyyəti dövlət orqanlarına da məlumat verəcək. Şöbə müdiri bildirib ki, kadr potensialının genişləndirilməsi üçün xüsusi təlim mərkəzi yaradılacaq.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Auditorlar barədə lətifələr (3-cü hissə)

posted in: Audit, Məqalə, Xəbər | 0

Konsertdən sonra məşhur rok-ulduzunun yanına bir kişi yaxınlaşır. Özünü pərəstişkar kimi təqdim edir və soruşur:

– Söyləyin, siz ki, bu qədər məşhursunuz, bəs niyə konsertinizdə zaldakı yerlər tam dolmur?

– Necə, zal dolu olmur? Mənim konsertlərimə zaldakı yerlərin iki qatı qədər bilet satılır. Hətta bəzi şəxslər həmin biletlərdən nə qədərini əldə edib, konsert günü 200 dollar artığına satırlar.

– Nə yaxşı. Bəs sizin diskləriniz mağazalada nəsə heç vaxt olmur…

– Necə yəni, olmur? Mən ölkənin bir nömrəli sənətkarıyam! Mənim iki qızıl və üç platin disklərim çıxıb və hələ onu da deyim ki, hər tində piratçılıq yolu ilə həmin disklərin surətləri satılır! Necə də siz diqqətsiz pərəstişkarsınz!

– Bilirsiniz, ümumiyyətlə, mən əslində pərəstişkar filan deyiləm. Mən vergi müfəttişliyindən gəlmişəm…

Məqalənin 2-ci hissəsini bu linkə daxil olmaqla oxuya bilərsiniz.

Digər məqalələrimizi bu linkə daxil olmaqla oxuya bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.