Vergilər Nazirliyi yeni iş prinsiplərini açıqlayacaq

posted in: Vergi, Xəbər | 0

Gələn həftə Vergilər Nazirliyi yeni vergi siyasəti və vergi inzibatçılığında aparılacaq dəyişikliklərə həsr edilmiş konfrans keçirməyi planlaşdırır.

Tədbirə dövlət qurumları, iri və orta şirkətlərin nümayəndələri, sahibkarların ictimai birlikləri, millət vəkilləri, ekspertlər, ictimai təşkilatların nümayəndələri dəvət ediliblər.

Konfransda vergi siyasətinin gələcək istiqamətləri, vergi inzibatçılığında dəyişikliklər, vergi orqanlarının sahibkarlarla quracağı iş prinsipləri və s. bağlı müzakirələr aparılacaq, vergi sisteminin səmərəliliyinin artırılması istiqamətində millət vəkillərinin və ekspert cəmiyyətinin təklifləri dinləniləcək.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Növbədənkənar prezident seçkiləri keçirilməsi barədə sərəncam

posted in: Xəbər | 0

Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsinin I hissəsini rəhbər tutaraq, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 179-cu maddəsinə uyğun olaraq qərara alıram:

1. Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri elan edilsin.

2. Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 fevral 2018-ci il.

Mənbə: president.az

Kənd təsərrüfatında vergi və mühasibat uçotuna aid 4 vacib sualın cavabı

posted in: muhasibat, Vergi, Xəbər | 1

Sual: Fiziki şəxs olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul oluram. Fəaliyyət növüm kənd təsərrüfatı məhsullarının əsasən pomidorun istixanada yetişdirilməsindən ibarətdir (Digər fəaliyyət növü ilə məşğul olmuram). Yığılan məhsulları istixanadan bir başa olaraq alıcılara müxtəlif çəkilərdə (1 kq və ya 5.000 kq) nağd pula satıram. Xahiş edirəm fəaliyyətimlə bağlı suallarıma cavab verəsiniz.

1. Mən istixanaya kassa aparatı qoymalıyammı? Əgər kassa aparatı qoymalı deyiləmsə alıcılara kassa mədaxil orderi yazmalıyammı?

2. Yığılan məhsulu necə rəsmiləşdirmək lazımdır, yəni akt və ya hansı digər sənəd tələb olunur?

3. Satışdan əldə etdiyim nağd pulu banka qoymalı və ya bir başa digər təşkilatlara ödəyə bilərəm?

4. İstixananın tikilməyinə 300.000 manat pul xərcləmişəm, satışdan əldə etdiyim pul vəsaitini həmin xərcin əvəzinə ayda 100.000 manat geri götürə bilərəmmi?

Cavab: 1. Bildiririk ki, bazarlarda, yarmarkalarda və səyyar qaydada satış istisna olmaqla, pərakəndə ticarətdə, o cümlədən də sorğunuzda qeyd olunan istixana vasitəsi ilə istehlakçıya kənd təsərrüfatı məhsullarının pərakəndə ticarət qaydasında nağd satışı NKA çekləri vasitəsilə rəsmiləşdirilməlidir. Kənd təsərrüfatı mallarının iri həcmdə digər sahibkarlara satışı isə artıq topdansatış anlamını verir və bu halda malların nağd satışı ciddi hesabat blankları ilə rəsmiləşdirilməlidir.

Bax: Vergi Məcəlləsinin 13.2.62-ci, 13.2.63-cü və 16.1.8-ci maddələri.

Cavab 2. Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 19.04.2017-ci il tarixli 1341 nömrəli Fərmanı ilə “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası” və “İctimai iaşə fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”, 16 iyun 2017-ci il tarixli 1460 nömrəli Fərmanı ilə “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası” və “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası” təsdiq edilmiş, fərmanların icrası məqsədi ilə Maliyyə Nazirliyinin Kollegiyasının 30.06.2017-ci il tarixli Q-08 nömrəli və 04.10.2017-ci il tarixli Q-12 nömrəli Qərarları ilə müvafiq sahələr üzrə ciddi hesabat blankları formaları təsdiq edilmişdir. Fəaliyyətinizdə ilk növbədə qeyd olunan qaydaların müddəalarını nəzərə almalı və müvafiq ciddi hesabat blanklarından istifadə etməlisiniz. Bubunla belə, maliyyə-təsərrüfat əməliyyatlarının sənədləşdirilməsi, qiymətlilərin uçotunun təşkili ilə bağlı aidiyyəti üzrə mühasibat uçotunun təşkili və aparılması sahələrində tənzimlənməni həyata keçirən Maliyyə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.

Bax: Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”.

Cavab 3: Bildiririk ki, malların (işlərin, xidmətlərin) alışı ilə bağlı məxaric əməliyyatlarının həcmi “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.3-cü maddəsi ilə məhdudlaşdılır və bu baxımdan yarana biləcək çətinlikləri istisna etmək məqsədi ilə tərəfinizdən nağd qəbul olunmuş pul vəsaitlərini bank hesabınıza yerləşdiməyiniz və ödənişləri nağdsız şəkildə aparmağınız məqsədəuyğundur.

Bax: “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının 16 dekabr 2016-cı il tarixli 461-VQ nömrəli Qanununun 3.3-cü maddəsi.

Cavab 4: Bildiririk ki, maliyyə-təsərrüfat fəaliyyətlərini təmin etmək məqsədilə aparılan məxaric əməliyyatları “Nağdsız hesablaşmalar haqqında” Qanunla müəyyən olunmuş hədlər daxilində nağd qaydada həyata keçirilə bilər. Qeyd olunanlarla bağlı əlavə suallar yarandıqda Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Bax: “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının 16 dekabr 2016-cı il tarixli 461-VQ nömrəli Qanunu.

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Maaş barədə bilmədiklərimiz (2-ci hissə)

posted in: Məqalə, Xəbər | 0

  • İngilis qanunvericilərindən etiket qaydaları ilə bağlı heyrətləndirici fakt: Bundan sonra Britaniya müəssisələrinin işçiləri öz həmkarları və rəhbərliyə daxil olan işçilərin maaşlarının məbləği ilə maraqlanmaq hüququ əldə ediblər. Maraqlıdır, belə bir hüquq bizim ARDNŞ işçilərinə də verilsəydi, görəsən nə baş verərdi?
  • Elə sözügedən ölkədə, yəni İngiltərədə qadınlara ənənəvi olaraq kişilərdən 17% az əmək haqqı verilir. İngiltərəli xanımlar bu aşkar seksizmdən çox şikayətçidirlər, rus qadınlarıı isə kişilərdən 26% az maaş alsalar da, buna dözür və səslərini belə çıxarmırlar.
  • Təbil çalaraq oynayıb, ruhlardan məvacibinin artırılması diləyini etmək üçün ən yaxşı gün – çərşənbədir. Özü də yalnız nahardan sonra. Məhz, günün həmin vaxtı rəislər, müəssisə rəhbərləri, direktorlar bu cür incə mövzuları müzakirə etməyə və müsbət cavab verməyə meyilli olurlar. Elm adamları bu fikirdədirlər.
  • Generalissimus təkcə hərbi sahədə dahi olmayıb, o, həm də savadlı tribildinq (psixoloji oyunlar, məşqlər) barədə də az bimirdi. Döyüşdən sonra öz məvacibini alan Suvorov həmin pulları gümüş rubl sikkələrinə çevirirdi və onları sağ qalan əskərlərə bağışlayırdı. Əskərlər isə öz növbəsində həmin sikkələrin üzərində yivlə dəlik açır və öz sinələrindən asaraq, qürurla gəzirdilər.

Məqalənin 1-ci hissəsini bu linkə daxil olaraq oxuya bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.