Audit yoxlamasından keçməyənlər məhkəməyə veriləcək

posted in: Audit, Xəbər | 0

Azərbaycan Respublikasının Auditorlar Palatası məcburi auditdən yayınan şirkətlərə qarşı avqustdan başlayaraq kütləvi şəkildə məhkəmələrə müraciət edəcək. Palata hazırda auditorlardan daxil olan son hesabatları təhlil etməkdədir. Auditdən keçməyən şirkətləri və onların rəhbərlərini ağır cərimələr gözləyir.

Məcburi auditdən yayınmaya görə sanksiyalar hələ 2011-ci ildə müəyyən olunub. Bu ilin mayında isə qanunu pozanlara qarşı inzibati cərimələrin tətbiqi qaydasının müəyyənləşdirilməsi tamamlanıb. Bu illər ərzində maliyyə hesabatlarını rəy almaq üçün auditorlara təqdim etməyənlərə «güldən ağır söz deyən» olmayıb. İndən belə banklar, sığorta şirkətləri, səhmdar cəmiyyətlərinə münasibətdə protokolları Maliyyə Bazarlarına Nəzarət Palatası, digər kommersiya və qeyri-kommersiya təşkilatlarına münasibətdə isə protokolları Auditorlar Palatası tətbiq edəcək.

Auditorlar Palatasının Məhkəmə işləri və inzibati protokollar şöbəsinin müdiri Elnur İbrahimov bildirib ki, indiyədək kənar auditdən keçməli olan əksər təşkilatlar boşluqdan sui-istifadə edərək qanunu pozub. «Vergilər nazirliyi məcburi auditdən keçməli olan qurumların siyahısını mütəmadi Palataya təqdim edir. Auditorların yarımillik hesabatlarının təhlili əsasında auditdən yayınanların siyahısını dəqiqləşdirəcəyik. Daha sonra onlara qarşı inzibati protokolları məhkəmələrə göndərəcəyik».

İnzibati Xətalar Məcəlləsinə əsasən, maliyyə hesabatlarını məcburi auditdən keçirməyən hüquqi şəxslərə qarşı tərtib olunan protokollar məhkəmədə təsdiqini taparsa, onlar 1500 manatdan 2500 manatadək cərimələnəcək. Şirkətlərin vəzifəli şəxsləri də cərimədən yaxa qurtara bilməyəcək. Onları 300 manatdan 600 manatadək cərimə gözləyir.

Auditorlar Palatasının hesabatına görə, maliyyə hesabatlarının yoxlanmasından ötrü kənar auditor cəlb edən qurumların sayı ilbəil azalır. 2016-cı il ərzində 67 min 522 məcburi audit obyektindən vur-tut 1 522-si, və ya 2,3 faizi auditdən keçib, halbuki, 2015-ci ildə auditor rəyi alan təşkilatların sayı 1 770 idi.

Bu ilin əvvəlinə Azərbaycanda 38 sərbəst auditorun, 67 auditor təşkilatının (o cümlədən, 4 beynəlxalq auditor təşkilatınınfilialı və nümayəndəliyi, eləcə də 18 xarici investisiyalı audit şirkəti) auditor fəaliyyətini həyata keçirmək hüququolub.2016-cı ildə onlar 56,8 milyon manat məbləğində 3 min 540 müqavilə bağlayıblar. Xarici auditor təşkilatlarının filial və nümayəndəlikləri həmin müqavilələrin 14 faizini (495) bağlayıblar, amma ümumi gəlirin 64,4 faizi (36,6 milyon manat) «Böyük dördlüyə» daxil bu şirkətlər götürüblər.

Gəlirlərin daha 25,5 faizini (14,5 milyon manat) 526 müqavilə bağlamağa nail olmuş xarici hüquqi şəxslərin ticarət nişanından istifadə edən auditor təşkilatları əldə ediblər. Yerli auditor təşkilatları ümumi dəyəri 3,9 milyon manat olan 1531 müqavilə, sərbəst auditorlar (fiziki şəxslər) isə 1 milyon 827,8 min manatlıq 988 müqavilə bağlayıblar.

Audit xidmətləri: Audit.Az

 

Vergilər Nazirliyində yenidən ciddi kadr dəyişiklikləri aparılıb

posted in: Vergi, Xəbər | 0

Fazil Məmmədov rəhbər şəxslərlə bağlı dəyişiklik edib.

Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin baş direktoru Habil Məmmədov Vergilər Nazirliyi yanında Lokal Gəlirlər Departamentinin baş direktoru vəzifəsinə keçirilib. Onun yerinə Vergilər Nazirliyinin Vergi risklərinin təhlili və nəzarəti departamentinin baş direktoru Natiq Şirinov təyin edilib.

Lokal Gəlirlər Departamentinin baş direktoru Nəsimi Cəfərov nazirliyin Daxili təhlükəsizlik departamentinin baş direktorunun müavini vəzifəsinə keçirilib.

Bakı şəhəri Kiçik sahibkarlıqla iş Departamentinin baş direktoru Sərxan Məmmədov nazirliyin 3 saylı Ərazi Vergilər İdarəsinin direktoru vəzifəsinə təyinat alıb. 3 saylı ƏVİ-nin direktoru Səməd Vəliyev isə Bakı şəhəri Kiçik sahibkarlıqla iş Departamentinin baş direktoru təyin edilib.

2017-ci ilin iyul ayı ərzində vergi orqanına təqdim edilməli olan bəyannamələr və ödənilməli vergilər barədə YADDAŞ

posted in: Vergi, Xəbər | 0

2017-ci ilin iyun ayına görə vergi ödəyiciləri tədiyəçisi olduğu

  • Əlavə dəyər vergisi bəyannaməsi,
  • Aksiz bəyannaməsi,
  • Yol vergisi bəyannaməsi,
  • Mədən vergisi bəyannaməsi,
  • Pul vəsaitlərinin nağd çıxarılmasına görə Sadələşdirilmiş verginin bəyannaməsi və
  • Uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan vergi bəyannaməsi

cari ilin iyul ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və təqdim edilmiş bəyannamələr üzrə hesablanmış vergilər həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.

  • Daşınmaz əmlakın təqdim edilməsi üzrə Sadələşdirilmiş verginin bəyannaməsi

cari ilin iyul ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməlidir (vergi əməliyyat aparıldığı gün – 1 bank günü ərzində ödənilir).

2017-ci ilin 2-ci rübünə görə vergi ödəyiciləri tərəfindən tədiyəçisi olduqları

  • Sadələşdirilmiş verginin bəyannaməsi və
  • Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi 

cari ilin iyul ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və rüb üzrə hesablanmış vergilər həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.

  • Cari ilin 2-ci rübü üzrə Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi (ƏDV və Sadələşdirilmiş vergi ödəyiciləri istisna olmaqla)

cari ilin iyul ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və iyun ayı üzrə hesablanmış vergi həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.

(ƏDV və Sadələşdirilmiş vergi ödəyiciləri bəyannaməni illik – növbəti ilin yanvar ayının 31-dən gec olmayaraq təqdim edirlər)

  • Xüsusi notariusların gəlir vergisi bəyannaməsi

cari ilin iyul ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və iyun ayı üzrə hesablanmış gəlir vergisi həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidirr.

  • Dövlər rüsumu haqqında hesabat

cari ilin iyul ayının 20-dək vergi orqanına təqdim edilməlidir (notariat hərəkətlərinə görə dövlət rüsumu notarius tərəfindən qəbul edilərək 2 bank günü,  xarici ölkələrdəki diplomatik nümayəndəliklərdə aparılan konsul əməliyyatları üçün alınan dövlət rüsumu 1 ay, digər dövlət rüsumları isə tutulduqdan sonra 1 bank günü ərzində dövlət büdcəsinə köçürülür).

Gəlir və mənfəət vergisi ödəyiciləri tərəfindən

2017-ci ilin 2-ci rübü üzrə hesablanmış cari ödəmələr iyul ayının 17-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir.

 

Bəyannamələr müəyyən edilən müddətdə təqdim edimədikdə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir (VM, 57), vergilər vaxtında ödənilmədikdə isə bir ildən çox olmamaqla ötmüş hər bir gün üçün 0,1 faizi məbləğində faiz tutulur (VM, 59).

 

Hörmətli vergi ödəyiciləri, Siz öz bəyannamələrinizi və hesablanmış vergiləri Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalı (https://www.e-taxes.gov.az) vasitəsi ilə elektron qaydada təqdim edə və ödəyə bilərsiniz.

Vergi öhdəliklərinizi vaxtında yerinə yetirməyi Sizə tövsiyə edirik.

Göndərilən məktublara nəzarət

posted in: muhasibat | 0

Şirkətlərin əksəriyyətində daxili yazışmalar üçün Microsoftun Outlook proqramından istifadə edilir. Outlookdan intensiv istifadə edilən şirkətlərdə hərdən elə olur ki, kiməsə məktub yazırsan və həmin məktuba verilən cavabdan asılı olaraq növbəti hərəkəti etməlisən. Məktub axını çox olan hallarda həmin məktubları nəzarətdə saxlamaq çətin olur. Özümün istifadə etdiyim bir texnika ilə bölüşmək istəyirəm. Mən bu tipli məktubları avtomatlaşdırmışam və nəzarətdə olan məktublar məndə xüsusi papkada yığılır. Bu papkanın adını Nəzarət, izləmə və ya waiting qoyuruq.

Outlookda yeni papka yaradırıq

CTRL+SHİFT+E düymələrini birlikdə sıxaraq yeni papka yaradırıq

Papka yaradılandan sonra belə bir görünüş alınır

Outlookda Rule (qaydalar) bölməsi var, həmin bölməyə girib yeni bir qayda yaradırıq. Mən istifadə etdiyim office paketi 2016 olduğundan Home menyusunda Rule bölməsinə girirəm. Digər versiyalarda fərqli yerlərdə yerləşə bilər. Onu tapmaq çox asandır

Orada yeni qayda yaradırıq və göstəririk ki, qayda göndərilən məktublara tədbiq edilsin:

Növbəti addımda with specific words in the body bölməsini seçirik:

Aşağıdakı pəncərədə specific words linkinə daxil oluruq:

Belə bir pəncərə açılacaq:

Orada birinci bölməyə [w] (waiting, yeni gözləmə sözündən) simvolu əlavə edirik və add edirik:

Növbəti addımda move a copy to the specified folder seçirik və aşağıda specified folderdə əvvəl yaratdığımız gözləmə və nəzarət papkasını seçirik:

Növbəti addımlarda bir neçə dəfə next düyməsini sıxaraq əməliyyatı tamamlayırıq.

Biz nə etdik? Biz elə bir qayda yaratdıq ki, outlook proqramı göndərdiyimiz məktubun mətn hissəsində [w] simvolu görsə, avtomatik olaraq həmin məktubun surətini gözləmə və nəzarət papkasında yerləşdirəcək.

Bunun üçün biz nəzarətdə saxlamaq istədiyimiz hər hansı bir məktub yaradırıq, məktubun alt hissəsində sadəcə olaraq [w] simvolunu əlavə edirik:

Bu simvola heç kim fikir verməyəcək. İstəyirsinizsə həmin simvolu ağ rənglə rəngləyə bilərsiniz. Bu halda o görsənməyəcək. Bu addımları atandan sonra məktubu göndərirsiniz. Göndərəndən dərhal sonra həmin məktubun surəti sizin gözləmə və nəzarət papkasına düşür. Beləliklər nəzarətə ehtiyac olan məktublar həmin papkada yığılır ki, onlar yaddan çıxmasın və nəzarət dairəsində olsunlar.

 

Müəllif: Zaur İsmayılov