Read More9
Read More9

Bu şəxslərdən artıq ödəmə mənbəyində vergi tutulmayacaq

posted in: Xəbər | 0

Azərbaycanda texnologiyalar parkının rezidenti kimi texnologiyalar parkından kənar sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslər tərəfindən ödənilən dividentdən ödəmə mənbəyindən vergi tutulmayacaq.

Vergi Məcəlləsinə dəyişiklik edilməsi ilə bağlı layihəsində öz əksini tapıb.

Hazırda Azərbaycanda texnologiyalar parkının rezidenti kimi texnologiyalar parkından kənar sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslər tərəfindən ödənilən dividentdən texnologiyalar parkının qeydiyyat şəhadətnaməsinin alındığı hesabat ilindən başlayaraq 10 il müdddətinə ödəmə mənbəyindən vergi tutulmur.

Mənbə: report.az

Əlilliyi olan şəxslərin əmək münasibətlərinin tənzimlənməsi

Sahibkarlıq fəaliyyəti üçün əlverişli ekosistem yaradılır

posted in: Xəbər | 0

Birbaşa xarici sərmayə axını yalnız yerli bazarın cəlbediciliyindən deyil, daha geniş anlamda əlverişli biznes mühitindən, infrastrukturdan, qanunlardan və biznesə başlamaq prosedurlarının sadəliyindən asılıdır. Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvaba məxsus bu fikirlər ölkələrin iqtisadi strategiyalarını formalaşdırarkən biznes mühitinin təkmilləşdirilməsini nəzərdə tutur. Hər bir ölkə üçün xarici biznes subyektlərini cəlb etmək prioritetdir. Bunun üçün milli iqtisadiyyatın inkişaf hədəflərini formalaşdıran zaman xarici sərmayədarların istəklərini nəzərə almaq önəmlidir. Xarici investorlar yalnız ölkənin maliyyə potensialına baxmır, bütün biznes ekosistemini qiymətləndirirlər.

Biznes mühitində sərfəli şərtlər artır

Ölkəmizin hazırkı sosial-iqtisadi səviyyəsi inkişafın keyfiyyətcə yeni mərhələyə qədəm qoyması üçün geniş imkanlar yaradır. “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” məhz həmin imkanlardan səmərəli istifadə yollarını və inkişafın davamlılığının təmin edilməsi üçün strateji hədəfləri müəyyən edən proqram xarakteri daşıyır. Konsepsiyada qeyd olunan hədəflərə çatmaq üçün ölkəmizin vergi sistemi qarşısında investisiyalar üçün əlverişli vergi şərtlərinin və stimullaşdırıcı vergi siyasətinin tətbiq olunması, “kölgə iqtisadiyyatı” ilə sistemli mübarizə aparılması, habelə şəffaflıq səviyyəsinin artırılması üçün vergi siyasətində rəqəmsallaşmanın genişləndirilməsi kimi vəzifələr qoyulub. Bu məqsədlə biznes mühiti son illər mütəmadi olaraq təkmilləşdirilir və investorlar üçün cəlbediciliyi artırılır. Son illər sahibkarlıq subyektləri arasında xarici investisiyalı şirkətlərin sayının artması da bu fikri təsdiq edir. Xarici investisiyalar üçün əlverişli mühit yaradan amillərdən biri də biznes təhlillərinin aparılmasıdır.

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Biznesə daxilolma” işçi qrupuna rəhbərlik edən Dövlət Vergi Xidməti (DVX) ölkəmizdə biznesə daxilolma sahəsində tənzimləyici çərçivənin hazırlıq səviyyəsinin təhlilini aparıb. Bu sahədə son illərdə tətbiq edilmiş mütərəqqi təcrübələr nəzərə alınmaqla yenilənmiş təhlil biznesə başlamanın əsas məqamları, o cümlədən biznesin qurulması və əməliyyatların başlanması üçün xidmətlərin qarşılıqlı əlaqəsi, məlumatların onlayn mövcudluğu kimi aspektləri əhatə edir. Bir növ biznes bələdçisi olan bu resurs Azərbaycanda fəaliyyət göstərmək istəyən xarici investorlar üçün də əlçatandır və DVX-nin rəsmi saytında yerləşdirilib.

Xarici investorlar üçün bərabər imkanlar

Sahibkarlığın dəstəklənməsi və ölkədə investisiya şərtlərinin səmərəliliyinin artması qanunvericilik səviyyəsində yeni mərhələni əhatə edir. Bu mərhələ vergi siyasəti ilə biznes mühitinin təkmilləşdirilməsi, investisiya şərtlərinin optimallaşdırılması və sərmayədarlar üçün bir sıra üstünlüklərin formalaşdırılması ilə səciyyələnir. Bu xüsusda Azərbaycanda xarici investisiyalı hüquqi şəxslərin təsisçilərinin xarici fiziki və ya hüquqi şəxs olmasına baxmayaraq, elektron qaydada dövlət qeydiyyatına alınması üçün hüquqi əsasların yaradılmasını qeyd etmək yerinə düşər. Bir müddət əvvəl biznesin qeydiyyatının sadələşdirilməsi və qeyd olunan islahatların həyata keçirilməsi məqsədilə Dünya Bankı Qrupunun “Business Ready” layihəsi üzrə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın tərkibində fəaliyyət göstərən “Biznesə daxilolma” işçi qrupunun təşəbbüsü ilə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunda, Əmək, Mülki və İnzibati Xətalar məcəllələrində dəyişiklik edilməsi barədə qanun layihələri hazırlanaraq Milli Məclisdə qəbul edilib və dövlət başçısı tərəfindən təsdiqlənib. Yenilənmiş qanunvericiliyə əsasən yerli və xarici investisiyalı MMC-lərin elektron dövlət qeydiyyatı prosedurları eyniləşdirilib. Bu yenilik ölkədə xarici subyektlər üçün elektron qeydiyyat xidmətini tamamilə əlçatan etməklə biznesə başlama prosesini asanlaşdırıb. Ölkəmizin investisiya cəlbediciliyinin artırılmasında mühüm əhəmiyyət kəsb edən bu addımdan irəli gələn texniki şərtlər də yerinə yetirilir. Bütün bunlar davamlı investisiya axınının təmin edilməsinə, şəffaf tənzimləmə sistemi və sabit idarəetmə ilə əlverişli biznes mühitinin formalaşdırılmasına xidmət edir. Bu isə nəticədə beynəlxalq kapitaldan geniş istifadə, sabit maliyyə axını və davamlı iqtisadi artım təminatını vəd edir.

Mənbə: vergiler.az

511 saylı “İşdən azad olma ilə bağlı qısamüddətli müavinətlər və öhdəliklər” hesabı üzrə uçot

Əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının hesablanma qaydası necədir?

posted in: Xəbər | 0

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının hesablanma qaydasını açıqlayıb.

Məlumata əsasən, şəxsin əlilliyinin müəyyən edildiyi tarixdəki yaşına uyğun əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı tələb olunur.

Məsələn, 45 yaşında orqanizmin funksiyalarının 55 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs üçün tələb olunan sosial sığorta stajı aşağıdakı qaydada hesablanır:

– 45 yaş-15 yaş=30 il;

– 30×4=120 ay (tələb olunan sığorta stajı ayları) (cədvəl 1).

Cədvəl 1

Yaş  

Tələb olunan staj

ayla

 

Tələb olunan staj

İllə

 

Yaş

 

Tələb olunan staj

ayla

 

Tələb olunan staj

İllə

30 yaş və 30 yaşadək 60 5 il 48 132 11 il
31 64 5 il 4 ay 49 136 11 il 4 ay
32 68 5 il 8 ay 50 140 11 il 8 ay
33 72 6 il 51 144 12 il
34 76 6 il 4 ay 52 148 12 il 4 ay
35 80 6 il 8 ay 53 152 12 il 8 ay
36 84 7 il 54 156 13 il
37 88 7 il 4 ay 55 160 13 il 4 ay
38 92 7 il 8 ay 56 164 13 il 8 ay
39 96 8 il 57 168 14 il
40 100 8 il 4 ay 58 172 14 il 4 ay
41 104 8 il 8 ay 59 176 14 il 8 ay
42 108 9 il 60 180 15 il
43 112 9 il 4 ay 61 184 15 il 4 ay
44 116 9 il 8 ay 62 188 15 il 8 ay
45 120 10 il 63 192 16 il
46 124 10 il 4 ay 64 196 16 il 4 ay
47 128 10 il 8 ay 65 200 16 il 8 ay

Əmək məzuniyyəti əmri necə rəsmiləşdirilir

Minimum 3 işçi tələbi hansı sahibkarlar üçün ləğv olunacaq?

posted in: Xəbər | 0

Növbəti ildən illik dövriyyəsinin həcmi 45 min manatadək olan bir sıra xidmət sahələri üzrə fəaliyyət göstərən mikro sahibkar olan fiziki şəxslər əldə etdikləri gəlirlərinin 75 faizi hər hansı şərt tətbiq edilmədən (3 işçi və məcburi dövlət sosial sığorta haqqı üzrə borcun olmaması tələbi) vergidən azad edilir.

Bu Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdə öz əksini tapıb.

Qeyd edilən xidmət sahələri aşağıdakılardır:

  • Proqram təminatının işlənməsi;
  • layihə-dizayn və dekorasiya sahəsində xidmətlər;
  • tərcümə xidmətləri;
  • reklam xidmətləri;
  • araşdırma və tədqiqat sahəsində fəaliyyət;
  • elm, təhsil, mədəniyyət və idman sahəsində göstərilən xidmətlər;
  • Hüquq, sərbəst auditor, mühasibat və maliyyə sahəsi üzrə məsləhət xidmətləri;
  • Jurnalistlərin fəaliyyəti;
  • Bazar konyukturunun öyrənilməsi;
  • Qiymətləndirmə fəaliyyəti;
  • Avtonəqliyyat vasitələri ilə yükdaşımaları istisna olmaqla sifarişlərin çatdırılması və kuryer xidməti;
  • Turizm bələdçiliyi;
  • İxrac xidməti.

Xatırladaq ki, bu ilin yanvarın 1-dən Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirinin 75 faizi gəlir vergisindən azad ediliib.

Əlavə edək ki, təklif edilən güzəştlər yalnız fiziki şəxslərə aiddir, hüququ şəxslər isə əvvəlki qaydada (yəni il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmamaq) şərtləri yerinə yetirdikdən sonra güzəştlərdən istifadə edə biləcəklər.

Bu Qanun qəbul ediləcəyi halda 2025-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Mənbə: apa.az

1 272 273 274 275 276 277 278 2. 692
error: Content is protected !!