512 saylı “Qısamüddətli zəmanət öhdəlikləri” hesabı üzrə uçot

posted in: Xəbər | 0

Qısamüddətli öhdəliklər

“Yaradılmış ehtiyat fondları, Şərti öhdəliklər və Şərti aktivlər” adlı 37 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartına (IAS 37) görə “Öhdəlik keçmiş hadisələrdən yaranan, ödənməsi iqtisadi səmərələri təcəssüm etdirən resursların müəssisədən xaric olması ilə nəticələnəcəyi gözlənilən müəssisənin cari borcudur.” Qiymətləndirilmiş öhdəliklər:

  • ödəniş müddəti yaxud dəyəri qeyri müəyyən olan;
  • yaxud da ödənilmə ehtimalı aşağı olan öhdəliklərdir.

Belə öhdəliklər ehtimaldan yaranır, bir qayda olaraq hesabat dövrünü əhatə edir.

Qısamüddətli öhdəliklər hesabat tarixindən sonra bir ildən az ödəmə müddətinə malik öhdəliklərdir. Bu öhdəliklər “Qısamüddətli öhdəliklər” adlı beşinci maliyyə hesabatları bölməsində əks etdirilir. V bölmənin ayrı-ayrı maddələri üzrə qısamüddətli öhdəliklərin uçotu üçün müxtəlif hesablar açılır. Belə hesablardan biri  512 №li “Qısamüddətli zəmanət öhdəlikləri” hesabıdır.

Mühasibat uçotunun hesablar planına əsasən qısamüddətli öhdəliklərə aşağıdakı maddələr üzrə açılmış hesablar da daxildir:

  • qısamüddətli faiz xərcləri yaradan öhdəliklər (məsələn, kreditlər, borclar);
  • qısamüddətli qiymətləndirilmiş öhdəliklər;
  • vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər;
  • qısanmüddətli kreditor borcları;
  • sair qısamüddətli öhdəliklər (pensiya öhdəlikləri, alınmış avanslar və s.).

Uzunmüddətli zəmanət öhdəlikləri üzrə məlumatlar hesablar planının 412 saylı hesabında uçota alınır.

512 saylı “Qısamüddətli zəmanət öhdəlikləri” hesabı

Mal, iş və ya xidmətlərin təqdim olunması zamanı mühasibat uçotu subyektlərində qısamüddətli zəmanət öhdəlikləri yarana bilər. Belə öhdəlik satış şərtlərindən asılı olaraq şirkət öz məhsullarına zəmanət verdikdə yaranır və bütün zəmanət müddəti ərzində mövcuddur.

Qısamüddətli öhdəliklərə subhesabların açılması, müxabirləşmələrin verilməsi AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” vasitəsilə tənzimlənir. Qaydaların 41.1 maddəsinə əsasən mühasibat uçotu subyektlərində qısamüddətli qiymətləndirilmiş öhdəliklərin uçotu üçün aşağıdakı hesablar açıla bilər:

Mühasibat uçotu subyektlərində qısamüddətli qiymətləndirilmiş öhdəliklərin uçotu üçün açılan hesabladan biri 512 saylı “Qısamüddətli zəmanət öhdəlikləri” hesabıdır.

512 №-li “Qısamüddətli zəmanət öhdəlikləri” hesabı öhdəlik hesabıdır.

Hesab üzrə tənzimləmələr

512 №li “Qısamüddətli zəmanət öhdəlikləri” hesabında mühasibat uçotu subyektinin hesabat tarixindən sonra 12 ay ərzində ödənilməli olan zəmanət öhdəlikləri barədə ümumiləşdirilmiş məlumatlar əks etdirilir.

  • Qısamüddətli zəmanət öhdəlikləri yaradıldıqda, habelə onlar uzunmüddətli kimi təsnifləşdirildikdə qeyd edilən qaydaların 41.7.-ci bəndi tətbiq olunur.
  • Belə öhdəliklər üzrə məzənnə fərqi yarandıqda müvafiq mühasibat yazılışları qaydaların 41.8.-ci bəndi əsasında nizamlanır.
  • Qısamüddətli zəmanət öhdəliklərinin yerinə yetirilməsi zamanı görülən işlər və ya göstərilən xidmətlər sözügedən qaydaların 41.9.-cu bəndi, bu zaman hesablanmış əlavə dəyər vergisi ilə bağlı uyğun mühasibat yazılışı isə həmin qaydalardakı 41.10.-cu bəndi ilə tənzimlənir.
  • Qısamüddətli zəmanət öhdəlikləri ilə əlaqədar görülən işlər və göstərilən xidmətlərin üçüncü şəxs tərəfindən ödənilməsi qaydaların 41.11.-ci bəndi lə nizamlanır.

Zəmanətlə məişət texnikasının satışı zamanı müxabirləşmə nümunəsi

Məişət texnikalarının satışı sahəsində fəaliyyət göstərən  “A” MMC satılan mallara 1 illik zəmanət verir. Zəmanətin şərtlərinə əsasən problem yaranarsa satılmış məişət texnikları 3% zəmanətlə dəyişdirilməlidir. Sözügedən şirkət noyabr ayında bir ədədinin qiyməti 650 manat olan 200 ədəd paltaryuyan maşın satışmışdır. Daha sonra aydın olmuşdur ki satılan paltaryuyanlardan 10 ədədi müştərilərin şikayətinə əsasən yenisi ilə dəyişdirilmişdir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Qısamüddətli zəmanət öhdəliyi yaradıldıqda (200*3%*650=3900) 711 – Kommersiya xərcləri 512 – Qısamüddətli zəmanət öhdəlikləri 3900.00
2 Zəmanət ilə paltaryuyan dəyişdirildikdə 512 – Qısamüddətli zəmanət öhdəlikləri 205 – Mallar 6500.00

Zəmanətlə satılmış məişət texnikasının qaytarılması zamanı müxabirləşmə nümunəsi

Məişət texnikalarının satışı sahəsində fəaliyyət göstərən  “A” MMC satılan mallara 1 illik zəmanət verir. Zəmanətin  şərtlərinə əsasən problem yaranarsa satılmış məişət texnikları 3% zəmanətlə qaytarılmalıdır. Məlum olmuşdur ki, sözügedən şirkət noyabr ayında bir ədədinin qiyməti 650 manat olan 200 ədəd paltaryuyan maşın satılmışdır. Daha sonra aydın olduğu üzrə satılan paltaryuyanlardan 10 ədədi müştərilərin şikayətinə əsasən qaytarılmışdır.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Uzunmüddətli zəmanət öhdəliyi yaradıldıqda (200*3%*650=3900) 602 – Satılmış malların qaytarılması və ucuzlaşdırılması 512 – Qısamüddətli zəmanət öhdəlikləri 3900.00

Zəmanətlə satılmış məişət texnikasının pulu müştəriyə geri ödənildikdə

İstilik sistemlərinin təchizatı ilə məşğul olan “A” MMC bir ədədi 170 manat olan qızdırıcıların satışını həyata keçirmişdir. Daha sonra problem yarandığı üçün satılan qızdırcılardan 3 ədədi müştəri tərəfindən geri qaytarılmışdır. Qaytarılan malların pulu kassa hesabından müştəriyə geri ödənilmişdir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Satılan qızdırıcıların pulu geri ödənildikdə 512 – Qısamüddətli zəmanət öhdəlikləri 221 – Kassa 510.00

511 saylı “İşdən azad olma ilə bağlı qısamüddətli müavinətlər və öhdəliklər” hesabı üzrə uçot

Riskli vergi ödəyicilərinə dair qərarda dəyişiklik edilib

posted in: Xəbər | 0

Nazirlər Kabineti “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Qərar qəbul edib. Qərara əsasən, “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarında bir sıra dəyişikliklər edilərək ad aşağıdakı redaksiyada verilib: “Vergi ödəyicisinin risk meyarları və vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi, həmin siyahıdan çıxarılması Qaydası və şərtləri”nin təsdiq edilməsi haqqında”.

Dəyişiklikdə bildirilir ki, sənəd Azərbaycan Respublikası Vergi Məcəlləsinin13.2.82-ci maddəsinə uyğun olaraq hazırlanıb və vergi ödəyicisinin risk meyarlarını və vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi, həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müəyyən edir.

Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması barədə qəbul edilmiş qərarlar həmin qərarların qəbul edildiyi gün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında yerləşdirilir.

“Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın təsdiq edilməsi haqqında” Qərar (588 downloads )

Mənbə: vergiler.az

Vergi Məcəlləsinə dəyişikliklər layihəsi Milli Məclisin komitə iclasında təqdim edilib

posted in: Xəbər | 0

Noyabrın 20-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. İclasda növbəti il üçün Vergi Məcəlləsinə dəyişikliklər layihəsi müzakirə olunub.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli komitənin iclasında çıxış edib. DVX rəisi vergi sisteminin qarşısında duran çağırışlar, vergi islahatların iqtisadi təsirləri və vergi tənzimlənməsi sahəsində aparılan işlər barədə danışıb. Qeyd edib ki, vergi xidməti bu gün ölkənin büdcə gəlirlərinin formalaşması, iqtisadi inkişafın təmin olunması, sahibkarlığın dəstəklənməsi prosesinin fəal iştirakçısıdır.

Orxan Nəzərli son illərdə Dövlət Vergi Xidmətinin üzərinə düşən fiskal yığımların həcminin artdığını bildirib. Vergi daxilolmaları ilə yanaşı, məcburi dövlət sosial sığorta haqlarının, işsizlikdən sığorta haqlarının, tibbi sığorta haqlarının da toplanması funksiyalarının vergi orqanlarına həvalə edildiyini xatırladıb. Xidmət rəisi Azərbaycanda “kölgə iqtisadiyyatı”nın aradan qaldırılması ilə bağlı aparılan işlərin həm dövlət büdcəsinin gəlirlərinin təmin edilməsində, həm də iqtisadi dövriyyənin şəffaflaşmasında əhəmiyyətli dəyişikliklər yaratdığını vurğulayıb.

DVX rəisi “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın orta müddətli dövr üçün vergi orqanları qarşısında 2 mühüm hədəf müəyyənləşdirdiyini qeyd edib. Bunlar iqtisadiyyatın şəffaflaşması, şaxələnməsi və investisiyaların cəlb edilməsi üçün stimullaşdırıcı vergi siyasətinin tətbiqi, “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması, şəffaflıq səviyyəsinin artırılması üçün vergi siyasətində rəqəmsallaşmanın genişləndirilməsi ilə bağlıdır. Bu baxımdan müzakirəyə təqdim olunan Vergi Məcəlləsinə dəyişikliklər layihəsi öz hədəf, nəticə və məqsədləri baxımından məhz həmin istiqamətləri əhatə edir.

Dəyişikliklər paketi barədə danışan Orxan Nəzərli vergi qanunvericiliyində investisiya cəlbediciliyinin artırılmasına istiqamətlənmiş yeni müddəaların olduğunu bildirib və ilk növbədə, dövlət – özəl sektor tərəfdaşlığı ilə həyata keçirilən layihələr üçün əhəmiyyətli və uzun müddətli vergi təşviqlərini qeyd edib. Bu təşviqlər investisiya qoyuluşlarını stimullaşdırmağa xidmət etməklə yanaşı, həm də uzunmüddətli perspektivdə dövlətin üzərinə düşən maliyyə yükünün azaldılmasına, müəyyən sahələrdə istehlakçılar üçün tariflərin aşağı salınmasına, daxili istehsalın dəstəklənməsinə yönəlib. Həmçinin ölkədə avtomobil və avtobus istehsalının stimullaşdırılması, gəmi təmiri sənayesinə sərmayələrin cəlb olunması, “yaşıl iqtisadiyyat”ın təşviqi, maliyyə bazarlarının genişləndirilməsi, tibb, mədəniyyət, film sektoru kimi sosial sahələrin inkişafı üçün təşviqlərin verilməsi nəzərdə tutulur.

DVX rəisi “kölgə iqtisadiyyatı” ilə mübarizə sahəsində aparılacaq işlərə də toxunub. Qeyd edib ki, bazarlarda fəaliyyət göstərən sahibkarların qanunsuz və uçotsuz fəaliyyətinin qarşısının alınması üçün nəzarət mexanizmləri qurulacaq. Çünki bölüşdürücü vasitə rolunda çıxış edən bazarlar iqtisadi əməliyyatların rəsmiləşdirilməsi prosesinə ciddi təsir göstərir. Sahibkarların uçot sahəsində çətinliklərini aradan qaldırmaq, rəsmiləşdirmə proseslərini leqallaşdırmaq məqsədilə qanunvericilikdə müvafiq düzəlişlər təklif edilib. Bu mexanizmlər bazar mülkiyyətçiləri üzərindən vergi uçotuna nəzarətin qurulmasını nəzərdə tutur ki, bu da ölkə ərazisində obyektləşmə və kassalaşma ilə bağlı aparılan proseslərin əsası kimi uçot intizamının düzgün qurulmasına imkan verəcək.

Vergi Məcəlləsində ölkəmizin beynəlxalq reytinqlərdə mövqeyinin yaxşılaşdırılması ilə bağlı dəyişikliklər də nəzərdə tutulur ki, bu da qanunverici sahədə gözləntilərlə bağlıdır. Bu, ilk növbədə transmilli şirkətlərə dair transfer qiymətqoyma ilə bağlı hesabatlılıqda sanksiyaların adekvatlığı ilə əlaqədar məsələlərdir.

DVX rəisi bildirib ki, Vergi Məcəlləsinə dəyişikliklə bağlı qanun layihəsinin qəbulu ölkəyə investisiyaların cəlb edilməsi, əlavə iş yerlərinin yaradılması, real sahibkarlıq fəaliyyəti ilə məşğul olan mikro sahibkarların fəaliyyətinin dəstəklənməsi, azgəlirli mikro sahibkarların vergi yükünün optimallaşdırılması, yerli avtomobil sənayesinin canlanması və müxtəlif sahələrdə təşviqedici vergi siyasətinin həyata keçirilməsinə gətirəcək.

Təklif olunmuş paket ölkənin investisiya mühitinin təkmilləşdirilməsinə, iqtisadiyyatın ayrı-ayrı sahələrinə cəlb olunmuş özəl investisiyaların dəstəklənməsinə, birbaşa xarici investisiyaların həcminin artırılmasına, o cümlədən dövlət – özəl sektor tərəfdaşlığı layihələrinin və dövlətin satınalma öhdəliyi ilə özəl sektor tərəfindən reallaşdırılan elektrik enerjisi istehsalı layihələrinin dəstəklənməsinə öz töhfəsini verəcək.

Sonra DVX-nin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov komitə üzvləri üçün Vergi Məcəlləsinə dəyişikliklər layihəsinin detallı təqdimatını keçirib.

Mənbə: taxes.gov.az

İş vaxtının uçotu necə aparılır

Nağdsız ödənişlərdə POS-terminalların əhəmiyyəti

posted in: Xəbər | 0

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 17-ci maddəsinə əsasən, ticarət, məişət və digər növ xidmətlərin göstərilməsi zamanı müştərilərlə hesablaşmaların aparılması, habelə vergilərin və dövlət orqanları tərəfindən göstərilən xidmətlərə (işlərə) görə dövlət rüsumlarının və haqlarının ödənilməsi üçün müvafiq POS-terminallar quraşdırılmalıdır. Bəs qanunvericiliyin bu tələbinin pozulması hansı məsuliyyəti yaradır?

Mövzu ilə bağlı suala “Business Service Center” MMC şirkətinin maliyyə və mühasibat işləri üzrə mütəxəssisi Lamiyə Qarayeva aydınlıq gətirir.

Nazirlər Kabinetinin 2012-ci il 4 oktyabr tarixli qərarı ilə Azərbaycan Respublikasının ərazisində “POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydaları” və “POS-terminalların quraşdırılacağı obyektlərin müəyyən edilməsi meyarları” təsdiq edilib.

POS-terminal – nağdsız ödənişlərin (o cümlədən təmassız ödənişlərin) aparılması və nağd pul vəsaitinin alınması üçün nəzərdə tutulmuş avadanlıq, o cümlədən lazımi proqram təminatı ilə təmin edilmiş mobil cihazdır.

Nazirlər Kabinetinin 2012-ci il 4 oktyabr tarixli 219 nömrəli qərarında POS-terminal quraşdırılacaq obyektlərin siyahısı müəyyən olunub. Siyahıda aşağıdakı vergi ödəyiciləri yer alıb:

  • Dövriyyəsindən və ərazisindən asılı olmayaraq əlavə dəyər vergisi (ƏDV) ödəyicilərinin bütün təsərrüfat subyektləri (obyektləri) (vergi ödəyicisinin ƏDV məqsədləri üçün qeydiyyata alındığı tarixdən);
  • Dövriyyəsindən və ərazisindən asılı olmayaraq, avtomobil və mebel satışı üzrə ixtisaslaşmış müəssisələr, idman və sağlamlıq kompleksləri, səhiyyə obyektləri, istirahət və əyləncə obyektləri, mehmanxanalar, şadlıq evləri, yanacaqdoldurma məntəqələri, hava, su, dəmiryol və avtomobil nəqliyyatı vasitələri ilə sərnişindaşımada biletlərin satışını həyata keçirən satış məntəqələri və turizm şirkətləri (təsərrüfat subyektinin (obyektinin) qeydiyyata alındığı tarixdən);
  • Rüb üzrə orta aylıq dövriyyəsi 2.000 manatdan artıq olan vergi ödəyicilərinin bütün təsərrüfat subyektləri (obyektləri);
  • Hüquqi şəxslərə və fərdi sahibkarlara məxsus minik avtomobili ilə (taksi) sərnişin daşınmasını həyata keçirən nəqliyyat;
  • Vergilərin və göstərilən xidmətlərə (işlərə) görə dövlət rüsumlarının və haqlarının ödənişini qəbul edən dövlət orqanları.

Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş uçota alınmamış və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməsi barədə alıcının müraciətindən sonra da bunların verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə:

  • təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində;
  • təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində;
  • təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Sadalanan maliyyə sanksiyalarının tətbiqi qaydalara ciddi riayət olunmasını təmin etmək və maliyyə əməliyyatlarında şəffaflığın təmin edilməsində və vergilərin düzgün ödənilməsinə riayət olunmasının təkmilləşdirilməsində əsas rol oynayan nağdsız ödəniş üsullarının qəbulunu təşviq etmək üçün nəzərdə tutulub.

Nəticə olaraq, Azərbaycanda POS-terminalların məcburi quraşdırılması ilə bağlı tənzimləmə rəqəmsal iqtisadiyyatın gücləndirilməsi və vergi yığımının səmərəliliyinin artırılması üçün daha geniş strategiyanı əks etdirir. Sektorların geniş spektrində POS-terminalları məcburi etməklə hökumət istehlakçıların rahatlığının artmasına və vergidən yayınma hallarının aradan qaldırılmasına səbəb ola biləcək nağdsız əməliyyatları asanlaşdırmağı hədəfləyir. Uyğunsuzluğa görə maliyyə sanksiyalarının tətbiqi bu təşəbbüsün ciddiliyini vurğulayır və biznesin milli iqtisadi məqsədlərə uyğun olmasını təmin edir. Azərbaycan maliyyə sferasını modernləşdirməyə davam etdikcə bu tədbirlərin uğurla həyata keçirilməsi güclü rəqəmsal iqtisadiyyatın inkişafında mühüm rol oynayacaq.

Mənbə: vergiler.az

Bu şəxslərdən artıq ödəmə mənbəyində vergi tutulmayacaq

1 270 271 272 273 274 275 276 2. 692