Fiziki şəxslərin xidməti müqavilə və muzdlu işlə əlaqədar gəlirlərindən ÖMV tutulması

posted in: Xəbər | 0

Xidməti müqavilə üzrə gəlirlərdən ödəmə mənbəyində vergi tutulması

Xidməti müqavilə mülki-hüquqi müqavilədir, onun predmeti yerinə yetiriləcək işin yaxud xidmətin nəticəsidir. Bu zaman işçiyə staj hesablanmır və əmək kitabçası açılmır.

Xidməti müqavilə əsasında fiziki şəxsə ödənilən məbləğlər onun gəliri sayılır. Hansı halda bu gəlirlərdən ödəmə mənbəyində vergi tutulur?

Hüquqi şəxslər, habelə fərdi sahibkarlar tərəfindən vergi ödəyicisi kimi qeydiyyata düşməyən fiziki şəxslərin göstərdiyi xidmətlərə (işlərə) görə ödədiyi məbləğlərdən ödəmə mənbəyində vergi tutur. Bu zaman iş və xidmətlərə görə bağlanan mülki-hüquqi müqavilə (xidməti müqavilə) Mülki Məcəllənin tələblərini uyğun olmalıdır. Bu zaman tətbiq olunan dərəcələr Vergi Məcəlləsinin 101.1-ci maddəsi ilə tənzimlənir (VM, maddə 101.1-3).

2023-cü ildə qüvvədə olan Məcəllədə qeyd edilən maddəyə görə vergi dərəcəsinin tətbiqi iki pilləlidir. Belə ki, xidməti müqavilə əsasında ödənilən:

  • 2500 manata qədər olan məbləğdən 14% faiz;
  • 2500 manatdan çox olan məbləğdən 350 manatın (2500*14%) üzərinə 2500 manatdan artıq olan məbləğin 25%-i gəlməklə  ödəmə mənbəyində vergi tutulur.

Hesablamalar zamanı VM-in 102.1.6-cı maddəsi üzrə nəzərdə tutulmuş güzəşt (2023-ci il üzrə  200 manat) nəzərə alınmır.

VÖENİ-i olan fiziki şəxslə Mülki Məcəlləyə uyğun xidməti müqavilə (mülki-hüquqi müqavilə) bağlanarkən, bu müqavilə üzrə onun aldığı məbləğlər ödəmə mənbəyində vergiyə cəlb olunmur.

Xidməti müqavilə üzrə hesablanması ödənişlər üzrə “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi” hesabat rübündən sonrakı ayın 20-dən gec olmayaraq bəyan edilir və həmin müddətədək büdcəyə köçürülür.

Muzdlu işlə əlaqədar gəlirlərdən ödəmə mənbəyində vergi tutulması

AR VM-in 101.1-1 maddəsi “muzdlu iş” anlayışını aşağıdakı kimi təyin edir:

Muzdlu iş – əmək qanunvericiliyinə uyğun olaraq müqavilə (kontrakt) əsasında haqqı ödənilməklə yerinə yetirilən əmək fəaliyyətidir. Muzdlu işləyən şəxs bu Məcəllənin məqsədləri üçün «işçi», bu cür fiziki şəxsin işçi kimi göstərdiyi xidmətlərin haqqını ödəyən şəxs «işəgötürən», bu cür haqq isə «əməkhaqqı» adlandırılır.

Muzdlu işlə əlaqədar alınan əməkhaqqı, hər hansı ödəmə yaxud fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlir fiziki şəxsi üçün muzdlu işlə əlaqədar gəlir hesab olunur.

İş yerində işəgötürən tərəfində fiziki şəxsin muzdlu işlə əlaqədar gəlirlərdən ödəmə mənbəyində vergi tutulur. Əmək müqaviləsi ilə çalışan fiziki şəxslərin gəlir vergisi dərəcəsi Məcəllənin 101.1 maddəsi ilə müəyyən edilir və xidməti müqavilə üzrə gəlirlərdən ödəmə mənbəyində vergi tutularkən tətbiq olunan dərəcələrlə eynidir.

Vergi tutulan aylıq gəlirin məbləği

Verginin məbləği

2500 manatadək

14 faiz

2500 manatdan çox olduqda

350 manat + 2500 manatdan çox olan məbləğin 25 faizi

Muzdlu işlə əlaqədar gəlirlərdən ödəmə mənbəyində vergi tutulması zamanı nəzərə almaq lazımdır ki, bəzi kateqoriya işçilərə güzəştli dərəcələr tətbiq olunur. Belə işçilərə aşağıdakılar aiddir:

  • neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslər (VM, maddə 101.1-1);
  • texnologiyalar parkının rezidenti kimi texnologiyalar parkından kənar fəaliyyət göstərən müəyyən kateqoriya işçilər (VM 101.7).

Həmçinin, hesablamalar zamanı, VM-in 102.1.6-cı maddəsi üzrə nəzərdə tutulmuş güzəşt də (2023-ci il üzrə  200 manat) tətbiq edilir. Muzdlu işlə əlaqədar ödəmə mənbəyində vergi tutulması zamanı Məcəllədə nəzərdə tutulmuş digər azadolmalar və güzəştlər də nəzərə alınmalıdır.

Muzdla işləyən fiziki şəxs olaraq əgər siz iki və daha artıq yerdə işləyirsinizsə, gəlirdən ödəmə mənbəyində vergi tutulması hər işə görə ayrı-ayrılıqda aparılaraq dövlət büdcəsinə ödəniləcək.

Nağdsız ödənişlərdə POS-terminalların əhəmiyyəti

İş vaxtının uçotu necə aparılır

posted in: Xəbər | 0

İş vaxtına nəzarətin zəruriliyi

Hər bir işəgötürən üçün əmək kollektivinin səmərəli işləməsi önəmlidir. İşçiyə əməkhaqqı və digər ödənişlərin hesablanması iş vaxtının rejimindən və iş vaxtının uçotu formasından asılıdır. Uçotun  tənzimlənməsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin normaları əsasında aparılır, bu zaman standart tabel cədvəllərlə yanaşı, xüsusi proqramlar istifadə edən müasir metodlar da tətbiq edilə bilər.

Sizə təqdim edilən bu məqalə iş vaxtının uçotu, onun əsas növləri və metodlarına həsr olunub. Eyni zamanda əlavə edilmiş aşağıdakı keçidlərdə uçotun bəzi aspektləri şərh edilib:

Distant və məsafədən çalışan əməkdaşların iş vaxtının uçotu

Normalaşdırılmamış iş günündə çalışanların iş vaxtının uçotu

Şirkətlərin işlərinin “Bitriks24”də təşkili

Müasir dünyada zaman ən vacib resursa çevrilir və ondan səmərəsiz istifadə istənilən bir müəssisənin fəaliyyətinə mənfi təsir göstərə bilər. Məhz bu iş vaxtına nəzarəti zəruri edir.

Qanun iş vaxtı dedikdə nəyi nəzərdə tutur?

Əmək qanunvericiliyinə görə iş vaxtı:

  • işçinin vəzifə təlimatlarına uyğun olaraq əmək funksiyalarını yerinə yetirməyə həsr etdiyi vaxtdır.
  • dəqiq müddəti daxili əmək qaydaları, əmək müqaviləsinin şərtləri əsasında müəyyən edilir;

İş vaxtının uçotu saatlarla aparılır, sonradan əməkhaqqının hesablanması üçün istifadə olunur.

Nəzarət üçün işin formasının əhəmiyyəti yoxdur, məsələn, həm adi, həm də növbəli yaxud  məsafədən iş zamanı iş vaxtının uçotu eyni qaydada aparılır və hər bir halda rəsmiləşdirilməlidir.

İş vaxtının uçotu müəssisəni daxili qaydaları ilə müəyyən edilir. Bu zaman AR ƏM-in 14-cü fəslinin müddəaları əsas götürülmədir.

Məcəllədən başqa AR Ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanmış istehsalat təqviminə də diqqət etmək lazımdır.

İş vaxtının uçotu nə üçün vacibdir?

Birincisi, bunu əmək qanunvericiliyi tələb edir.

ƏM, maddə 102: “İşəgötürən, faktiki olaraq hər bir işçinin iş vaxtının və iş vaxtından artıq işlənmiş saatlarının dəqiq, dürüst uçotunu aparmağa borcludur.”

Həm də, bu formallıq kimi görünsə də, işəgötürəni xoşagəlməz hallardan qoruya bilər. Məsələn, əməkdaşla məhkəmə çəkişməsi zamanı tabel cədvəli bir zərurət halına gələ bilər.

İkincisi, yaxşı qurulmuş nəzarət sistemi işinə səhlənkar yanaşan və öz işini vicdanla yerinə yetirən əməkdaşları aşkara çıxarmağa imkan yaradır ki, nəticədə birinciləri cəzalandırmaq, ikinciləri isə mükafatlandırmaq mümkün olur.

Üçüncüsü, iş vaxtının uçotu intizamı dəstəkləməyə kömək edir, itkilərə gətirib çıxaracaq vəziyyətlərin yaranma ehtimalını azaldır.

Dördüncüsü, işçilərin fəaliyyətinə nəzarət ümumi təhlükəsizlik, habelə informasiya təhlükəsizliyi səviyyəsini artıra bilər. Bu isə öz növbəsində müəssisənin inkişaf səviyyəsinə təsir edir.

İş vaxtının uçotunun aparılması qaydası

İşçilər üçün iş rejiminin müəyyən edilməsi və iş vaxtının uçotunun aparılması işəgötürənin birbaşa öhdəliyidir. Buna görə də nəticəyə görə məsuliyyət direktorun (rəhbərin) üzərinə düşür. Lakin əksər hallarda bu iş daha kiçik vəzifəli işçilərə ötürülür. Müəssisədə iş rejimi aşağıdakı amillər nəzərə alınmaqla müstəqil seçilir:

  • istehsal fəaliyyəti;
  • əmək prosesinin xüsusiyyətləri;
  • iş vaxtı normaları;
  • əmək şəraiti;
  • digər amillər.

Bu məqsədlə müəssisə və təşkilatlarda  iş vaxtını müəyyən edən hüquqi tənzimləmə hazırlanır. Proses zamanı işəgötürən işçinin faktiki işlədiyi iş vaxtının, o cümlədən əlavə iş saatlarının, gecə, istirahət, bayram günlərində işlənmiş vaxtın uçotunu aparılır. Həmçinin, iş vaxtı cədvəlində iş vaxtından başqa, işlənməmiş müddət (müvəqqəti əlillik, bütün növ məzuniyyətlər, fasilələr, işdən çıxma və s.) haqqında məlumatlar olmalıdır.

İş vaxtının uçotunun aparılması forması və qaydası işəgötürən tərəfindən müəyyən olunur və onun əmri (sərəncamı) ilə təsdiq edilir. İş vaxtının bütün nüansları, xüsusən qısaldılmış iş saatları, iş həftəsinin uzunluğu və növbələr sənədləşdirilməlidir.

Uçotun aparılmasına məsul işçilər ay ərzində tabelləri aparır, hesabat dövrünün sonunda bağlayır və mühasibatlığa təhvil verirlər.

Uçotun aparılması üsulları

“Excel” yaxud “Google” cədvəlləri ucuz və sadədir, amma yalnız kiçik şirkətlər üçün yarayır, avtomatlaşdırma çətindir, müəssisədə vəziyyəti əks etdirmir.

Mühasibat proqramları mühasibat və HR xidmətləri (kadr bölmələri) üçün uyğundur. Hazır cədvəllər formalaşır, xidməti sənədləri əlavə etmək imkanı var. Mənfi cəhətlərinə iş vaxtının nə dərəcədə səmərəli istifadə edildiyin izləməyin mümkünsüzlüyünü nümunə göstərmək olar.

Videomüşahidə sistemi əməkdaşın iş yerində olduğu vaxtı qeydə alır, işçinin nə ilə məşğul olduğunu aydınlaşdırmağa kömək edir. Amma, mənfi cəhəti yalnız ofis işçiləri üzərində nəzarəti təmin etməsi, mühasibat sistemləri ilə inteqrasiya problemidir.

Avtomatik izləmə proqramları həyata keçirilən bütün hərəkətləri izləməyə imkan verir. Amma yazılı razılıq tələb olunur.

CRM sistemləri sərf olunan vaxtın keyfiyyətini təhlil etməyə kömək edir, avtomatik olaraq işin başlanma və bitmə vaxtının qeydiyyatını aparmaq, digər proqramlarla inteqrasiya imkanları var. Mənfiləri sazlanma zərurətidir.

Tabeldən hansı məqsədlə istifadə edilir?

İş vaxtının uçotunun aparılması əməkhaqqının hesablanması, kadr xərclərinin sənədləşdirilməsi, iş, istirahət vaxtlarının bölüşdürülməsi üçün əsas hesab olunur və o, yalnız işçinin iş yerində olması faktına yönəldilir. Uçot qaydaları nə əməyin məhsuldarlığı və effektivliyi, nə də onun dəyəri barədə mühakimə yürütməyə imkan vermir.

Beləliklə, iş vaxtının uçotu aşağıdakı məqsədlər üçün təşkil edilir:

  • işçinin işə vaxtında gəlib-getməsinə nəzarət, gecikmə və ya işə gəlməmə hallarının müəyyən edilməsi;
  • işçi heyətin iş vaxtı ərzində iş yerində olmasına, faktiki işlənmiş iş saatlarına nəzarət etmək;
  • faktiki işlənmiş vaxtın, fasilələrin, xəstəliyin, məzuniyyətlərin və iş vaxtından istifadənin digər formalarının uçotu;
  • işdən çıxma hallarının qeydiyyatı.

İş vaxtının normaları

Uçot zamanı əmək qanunvericiliyi ilə müəyyən edilmiş normalara əsaslanaraq aparılır. Əmək Məcəlləsinin 89-cu maddəsinə əsasən gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan, həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz. Bəzi hallarda natamam iş vaxtı da tətbiq edilə bilər. “Tam iş və natamam iş vaxtı” adlı məqaləmizdə bu haqda daha ətraflı məlumat verilib.

İstehsalat prosesinin tələb etdiyi hallarda iş vaxtının cəmlənmiş uçotu qaydasından istifadə edilə bilər. Belə bir rejim rəhbərliyin sərəncamı ilə müəyyən edilir. Metodun mahiyyəti ondan ibarətdir ki, iş saatları hər növbə üçün hesablanır. Seçilmiş dövrün (aylıq, rüblük, illik) nəticələrinə əsasən işlənmiş saatların ümumi sayı müəyyən edilir.

Aylıq əməkhaqqı sabit tariflə hesablanır. İş vaxtından artıq işlənmiş saatlar hesabat dövrünün nəticələrinə əsasən müəyyən edilir və ödənilir.

Sahibkarlıq fəaliyyəti üçün əlverişli ekosistem yaradılır

Biznes kreditinizi indi alın, 3 ay sonra ödəməyə başlayın!

posted in: Xəbər | 0

Birbank Biznes biznes sahiblərinə dəstək olmağa və sahibkarlara yeni həllər təqdim etməyə davam edir. Bu dəfəki xəbər isə kiçik bizneslə məşğul olan hər kəsi sevindirəcək. Belə ki, sahibkarlar biznes kreditlərini onlayn şəkildə əldə edib, ödəməyə 3 ay sonra başlamaq imkanı qazanırlar.

Bu imkan sahibkarların işlərini asanlaşdırmaq və ölkəmizdə biznesin inkişafını dəstəkləmək məqsədi daşıyır. Kredit tamamilə onlayn şəkildə, zaminsiz və girovsuz təqdim olunur, üstəlik istifadəçilər 24/7 istənilən vaxt Birbank Biznes mobil tətbiqindən kredit üçün müraciət edə bilərlər.

Maliyyə resurslarını mikro biznes sahiblərinə əlçatan edən Birbank Biznes-in bu kampaniyası 30 dekabr 2024-cü il tarixinədək keçərlidir. İndi vaxt itirməyə ehtiyac yoxdur. Sadəcə bir kliklə 30 000 manatadək kredit sizin olsun. Yeni sərmayə axtaran və ya biznesini genişləndirmək istəyən sahibkarları bu fürsətdən faydalanmağa dəvət edirik.

Ətraflı məlumat üçün: https://onelink.to/ej5bbu

Birbank Biznes müştərilərində suallar yaranarsa, onlara istənilən vaxt canlı çat vasitəsilə də dəstək göstərilir. Sahibkarlara vaxta qənaət etmək imkanı verən Birbank Biznes sistemi haqqında ətraflı məlumat üçün https://bir.bank/bbfipr saytına keçid edin və ya 896 məlumat mərkəzinə zəng edin.

Bu şəxslərdən artıq ödəmə mənbəyində vergi tutulmayacaq

Stomatoloji klinikalara hansı vergi güzəşti tətbiq olunur?

posted in: Xəbər | 0

2023-cü ildən etibarən lisenziya alıb stomatoloq xidmətləri göstərirəm. Obyektdə yeni nəsil nəzarət-kassa aparatı və həmin aparata inteqrasiya edilmiş POS-terminal quraşdırmışam. Eyni zamanda 01.01.2024-cü il tarixdən könüllü ƏDV qeydiyyatındayam. 2024-cü ilin yanvar ayında ümumi dövriyyəm 20.000 manat, o cümlədən nağdsız dövriyyəm 8.500 manat olub. Bilmək istərdim ki, Vergi Məcəlləsində bu fəaliyyət üzrə güzəşt nəzərdə tutulubmu?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 2024-cü il yanvarın 1-dən qüvvəyə minmiş müddəalarına əsasən, tibb müəssisələrinin və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin hesabat dövrü ərzində əhaliyə göstərilən tibbi xidmətlər üzrə nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan dövriyyəsinin 50 faizi 2024-cü il 1 yanvar tarixindən 3 il müddətinə onun ƏDV üzrə vergi tutulan ümumi dövriyyəsindən çıxılır. Nağdsız ödəmələr nəzarət-kassa aparatına vahid əməliyyat sistemində inteqrasiya edilmiş POS-terminal vasitəsilə aparılmalıdır. Eyni zamanda özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən dövlət büdcəsinə ƏDV hesablanarkən, bu Məcəllənin 174.5-ci maddəsinə uyğun olaraq, ƏDV məbləğinin azaldılmasından əldə edilən gəlirlər gəlir vergisindən azaddır.

Qeyd olunanlara əsasən, 2024-cü il yanvarın 1-dən tərəfinizdən hesabat dövrü ərzində əhaliyə göstərilən tibbi xidmətlər üzrə nağdsız qaydada nəzarət-kassa aparatına vahid əməliyyat sistemində inteqrasiya edilmiş POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan dövriyyənizin 50 faizi ƏDV üzrə vergi tutulan ümumi dövriyyənizdən çıxılmaqla ƏDV hesablanır:

8.500 x 50% = 4250 manat;

(20.000 – 4.250) x18% = 2.835 manat.

Azaldılan ƏDV məbləği üzrə əldə edilən gəlirlər gəlir vergisindən azaddır.

4.250 x 18% = 765 manat.

Əsas: Vergi Məcəlləsinin 102.1.41-ci və 174.5-ci maddələri

Mənbə: vergiler.az

Sahibkarlıq fəaliyyəti üçün əlverişli ekosistem yaradılır

1 271 272 273 274 275 276 277 2. 692