Read More9
Read More9

Azərbaycanda qeyri-rezidentin xalis mənfəətindən ÖMV 5 faizə endirilir

posted in: Xəbər | 0

Azərbaycanda qeyri-rezidentin daimi nümayəndəliyindən mənfəət vergisindən əlavə olaraq onun xalis mənfəətindən həmin qeyri-rezidentə köçürdüyü hər hansı məbləğdən 5 % vergi tutulacaq.

Bu, Vergi Məcələsinə dəyişiklik edilməsi ilə bağlı layihəsində öz əksini tapıb.

Hazırda bu köçürmələrdən 10 % vergi tutulur.

Mənbə: report.az

511 saylı “İşdən azad olma ilə bağlı qısamüddətli müavinətlər və öhdəliklər” hesabı üzrə uçot

posted in: Xəbər | 0

Qısamüddətli qiymətləndirilmiş öhdəliklər

Mühasibat uçotunun hesablar planının 51-ci maddəsi (“Qısamüddətli qiymətləndirilmiş öhdəliklər” üzrə açılan hesablar (məsələn, 511 saylı “İşdən azad olunma ilə bağlı qısamüddətli müavinətlər və öhdəliklər” yaxud 512 saylı “Qısamüddətli zəmanət öhdəlikləri” və digərləri) qısamüddətli qiymətləndirilmiş öhdəliklər üzrə məlumatların uçotunu aparmaq üçün nəzərdə tutulub.

Mahiyyətcə eyni olan, amma müddətinə görə fərqlənən oxşar öhdəliklərin uçotu hesablar planının 41-ci bəndi üzrə açılmış hesablarda uçota alınır, məsələn 411 saylı “İşdən azad olunma ilə bağlı uzunmüddətli müavinətlər və öhdəliklər” hesabı buna bir nümunədir.

Mühasibat uçotunun 37 saylı beynəlxalq standartına görə qiymətləndirilmiş öhdəliklər ödəniş vaxtı:

  • dəyəri qeyri müəyyən olan, yaxud;
  • ödənilmə ehtimalı aşağı olan öhdəliklərdir.

Beynəlxalq standartlarda “Qiymətləndirilmiş öhdəliklər” ifadəsi “Ehtiyatlar” yaxud “Yaradılmış ehtiyat fondları” ifadələri kimi işlənir. “Provisions, Contingent Liabilities and Contingent Assets” – “Yaradılmış ehtiyat fondları, Şərti öhdəliklər və Şərti aktivlər” adlı MUBS 37-yə görə: “Yaradılmış ehtiyat fondları – vaxtı və ya dəyəri qeyri-müəyyən olan öhdəlikdir.” (IAS37:10)

Yaradılmış ehtiyat fondu adlandırdığımız öhdəliklərin tərkibi yuxarıda qeyd etdiyimiz MUSB (IAS)37- nin 10-11 bəndləri üzrə müəyyən olunur.

“İşdən azad olunma ilə bağlı qısamüddətli müavinətlər və öhdəliklər” hesabı

Bu hesabda mühasibat uçotu subyektlərinin keçmiş əməkdaşlarına qısamüddətli müavinət və başqa ödənişlərlə bağlı öhdəliklərin uçotu aparılır. Belə öhdəliklərə aşağıdakılar nümunə göstərilə bilər:

  • əmək vəzifələrini yerinə yetirərkən xəsarət almış şəxslərə verilən müavinətlər;
  • peşə xəstəliyinə tutulmuş işçilərə, yaxud;
  • bu səbəblərdən həlak olmuş işçilərin ailələrinə verilən müavinətlər.

511 saylı “İşdən azad olunma ilə bağlı qısamüddətli müavinətlər və öhdəliklər” hesabı “Qısamüddətli qiymətləndirilmiş öhdəliklər” maddəsi üzrə açılan hesablardan biridir.

Mühasibat uçotu subyektlərində subhesabların açılması, hesablar üzrə mühasibat yazılışlarının verilməsi AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”  vasitəsilə tənzimlənir. Qaydaların 35.1-ci maddəsinə görə maddə üzrə aşağıdakı hesablar açıla bilər:

51 nömrəli “Qısamüddətli qiymətləndirilmiş öhdəliklər” maddəsinə daxil olan “İşdən azad olma ilə bağlı qısamüddətli müavinətlər və öhdəliklər" hesabı keçmiş əməkdaşlara olan uzunmüddətli müavinət və başqa ödənişlərlə bağlı öhdəliklərin uçotu üçün nəzərdə tutulub.

511 №li “İşdən azad olma ilə bağlı qısanmüddətli müavinətlər və öhdəliklər” hesabında mühasibat uçotu subyektinin hesabat tarixindən sonra 12 ay ərzində ödənilməli olan işdən azad olma ilə bağlı qısamüddətli müavinətlər və öhdəlikləri barədə ümumiləşdirilmiş məlumatlar əks etdirilir. 511 saylı hesab öhdəlik (passiv) hesabıdır.

511 saylı hesab üzrə mühasibat uçotunun tənzimlənməsi

İşdən azad olma ilə bağlı qısamüddətli müavinətlər və öhdəliklər yarandıqda, habelə  onlar uzunmüddətli kimi təsnifləşdirildikdə yuxarıda qeyd edilən qaydaların 41.2.-ci bəndi tətbiq edilir.

Belə müavinətlər və öhdəliklər üzrə məzənnə fərqi yarandıqda mühasibat yazılışları qaydaların 41.3.-cü bəndi əsasında aparılır.

İşdən azad olma ilə bağlı qısamüddətli müavinətlər və öhdəliklər ödənildikdə müxabirləşmələr qaydalardakı 41.4.-cü bəndinə əsaslanaraq verilir.

İşçilərə müavinət ödənişi ilə bağlı müxabirləşmə nümunəsi

“A” MMC-nin 5 işçisi şaxtada yeraltı işlərin aparılması zamanı təhlükəsizlik qaydalarına əməl edilmədiyi üçün iş zamanı baş verən qəzada dağıntlar altında qalaraq həlak olmuşdur. Baş verən hadisəyə görə “A” MMC həmin işçilərin ailələlərinə müavinət ödəməlidir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Həlak olan işçilərə görə ümumi müavinət hesablandıqda 341 – Hesabat dövründə xalis mənfəət (zərər) 511 – İşdən azad olma ilə bağlı uzunmüddətli müavinətlər və öhdəliklər” 10000.00
2 Həlak olan işçilərə müavinət təqdim olunduqda 511 – İşdən azad olma ilə bağlı uzunmüddətli müavinətlər və öhdəliklər” 223 – Bank hesablaşma hesabları 1000.00

İşçiyə təzminat ödənişi zamanı müxabirləşmə nümunəsi

Yaranan münaqişə səbəbilə  “A” MMC öz işçisini işdən azad olunaraq əmək müqaviləsinə xitam vermişdir. Bununla bağlı  işdən azad olunan işçi“A” MMC-ni məhkəməyə vermişdir. Sözügedən işçinin məhkəməni qazanacağı gözlənilir. Məhkəmə tərəfindən verilən qərara əsasən “A” MMC işdən azad olunan şəxsə 800 AZN dəyərində pul vəsaiti ödəməlidir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 İşdən azad oluanan işçi üçün təzminat hesablandıqda 731 – Sair əməliyyat xərcləri 511 – İşdən azad olma ilə bağlı qısamüddətli müavinətlər və öhdəliklər” 800.00
2 İşdən azad oluanan işçiyə təzminat təqdim olunduqda 511 – İşdən azad olma ilə bağlı qısamüddətli müavinətlər və öhdəliklər” 223 – Bank hesablaşma hesabları 800.00

501 saylı “Qısamüddətli bank kreditləri” hesabı üzrə uçot

Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı?

posted in: Xəbər | 0

Vergi ödəyicisi olaraq, bankdan xarici valyuta alan zaman kommersiya bankı ilə Mərkəzi Bankın məzənnə fərqindən yaranan fərq vergi baxımından gəlirdən çıxılan xərc kimi nəzərə alınırmı?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 69.2-ci maddəsinə əsasən, xarici valyuta ilə aparılan və vergiyə cəlb etməyə aid olan əməliyyatlar üzrə yaranmış məzənnə fərqi əməliyyatın həyata keçirildiyi günlə malların (işlərin, xidmətlərin) dəyərinin ödənildiyi günə olan məzənnə arasındakı fərqlə müəyyən edilir.

Hesabat ilinin sonuna xarici valyutada alınmış və təqdim edilmiş mallar (işlər və xidmətlər) üzrə yaranan debitor və kreditor borcları üzrə məzənnə fərqi Azərbaycan Respublikasının Mərkəzi Bankının elan etdiyi məzənnə ilə qiymətləndirilməklə gəlirə və ya zərərə aid edilir. Vergi ödəyicisinin xarici valyutada olan pul vəsaitləri təqvim ilinin sonu vəziyyətinə Mərkəzi Bankın elan etdiyi rəsmi məzənnə ilə hesablanmaqla müəyyən edilir.

Mənbə: vergiler.az

Əmək məzuniyyəti əmri necə rəsmiləşdirilir

İş vaxtının cəmlənmiş uçotu

posted in: Xəbər | 0

İş vaxtının uçotu qaydaları

İş vaxtı daxili əmək qaydalarına, əmək müqaviləsinin şərtlərinə uyğun olaraq işçinin əmək vəzifələrini yerinə yetirdiyi vaxtdır. Qanunvericiliyə əsasən həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq olmamalıdır (Əmək Məcəlləsi, maddə 89). İşçinin faktiki  iş vaxtının və iş vaxtından artıq işlədiyi saatların dəqiq uçotunu aparmaq Məcəllənin 102-ci maddəsinə görə işəgötürənin borcudur və həmin maddənin 2-ci hissəsinə görə onun aparılması qaydaları  işəgötürən tərəfindən müəyyən olunur. Praktikada aşağıdakı qaydalardan istifadə edilir:

  • gündəlik uçot;
  • həftəlik uçot;
  • iş vaxtının cəmlənmiş uçotu.

Gündəlik uçot

İşin müddəti həmişə eyni olduqda (məsələn, 40 saatlıq iş həftəsində 8 saat (beş iş günü) yaxud 7 saat (altı iş gün)) istifadə olunur. Bu halda gün ərzində üçün müəyyən edilmiş iş vaxtı normaya uyğun olmalıdır. Normadan artıq işlənmiş saatlar iş vaxtından artıq iş hesab olunur və digər günlərdə az işlənmiş saatlarla kompensasiya edilə bilməz. Hesabat dövrü (faktiki işlənmiş vaxtın qeydə alındığı dövr) bir günə bərabərdir.

Həftəlik uçot

İş həftəsinin normalaşdırılması zamanı istifadə edilir (məsələn, həftəlik 40, 36, 24 saat). Həftənin müəyyən günlərində işçinin həm əlavə, həm də az iş vaxtı ola bilər. Bunlar həftə ərzində balanslaşdırılır. Ümumiyyətlə, həftəlik iş saatlarının həftə ərzində yerinə yetirilməsi vacibdir. Bu növ uçotu ilə gündəlik işin müddəti həftəlik norma daxilində qrafiklə müəyyən edilir. Müvafiq olaraq, hesabat dövrü bir həftəyə bərabərdir.

Cəmlənmiş uçot

Bəzən gündəlik və ya həftəlik iş saatlarına əməl edilməsi mümkün olmur, təyin edilmiş normal iş rejimindən kənara çıxılır. Bu zaman uçot müddətinin uzadılması zərurəti yaranır, uzadılma aylar, rüblər və il üzrə iş saatlarının miqdarı nəzərə alınmaqla aparılır. Belə hallarda iş vaxtının bölüşdürülməsi və uçotu üçün xüsusi qaydadan – cəmlənmiş uçotdan istifadə edilir. Bu metodun tətbiqi işçilər tərəfindən işlənmiş vaxt müəyyən edilmiş normalardan kənara çıxdıqda, onu hesabat dövrü (ay, rüb və ya il) çərçivəsində tənzimləməyə imkan verir. Tənzimləmələr zamanı Əmək Məcəlləsi, daxili normativ hüquqi aktla nəzərə almaqla aparılır. Bu metod əsasən fasiləsiz fəaliyyət göstərən müəssisələrdə, eləcə də:

  • nəqliyyatda;
  • kənd təsərrüfatında;
  • inşaatda və digər sahələrdə geniş tətbiq olunur.

Cəmlənmiş uçotun xarakterik xüsusiyyətləri

  • cəmlənmiş uçotun tətbiqi müəyyən edilmiş hesabat dövründə işlənmiş vaxtın müddətini tənzimləməyə imkan verir.
  • həmin dövr ərzində iş vaxtının müddəti normal iş saatlarının sayından artıq olmamalıdır.
  • bir qayda olaraq, hesabat dövrü kimi ay, rüb, il və digər dövrlər istifadə olunur. qeydiyyat dövrü bir ildən artıq, gündəlik işin müddəti isə 12 saatdan artıq olmamalıdır.
  • zərərli iş şəraiti olan işçilərin ümumi iş vaxtı uçota alınan zaman üç aydan artıq olmayan hesabat dövrü təyin edilməlidir.
  • uçotun aparılması zamanı işçinin işlədiyi saatların ümumi sayı gündəlik nəzərə alınır, lakin onların cəmi seçilmiş dövrün sonunda dəqiq yekunlaşdırılır. bu zaman aylıq əməkhaqqı sabit tariflə, işlənmiş artıq iş saatları seçilmiş hesabat dövrünün sonunda əlavə iş kimi ödənilir.

Hesabat dövrü ərzində müəyyən günlərdə işçinin iş növbəsi artırıla bilər, lakin bu, iş vaxtından artıq iş sayılmayacaq. Bir gündə əlavə iş vaxtı digər günlərdə az iş görməklə kompensasiya edilə bilər. Yaxud işçi şənbə və ya bazar günü işləyə bilər, lakin onun üçün bu günlər iş günləri hesab olunacaq və eyni tariflə maaş alacaq. Əgər işçi istirahət və ya qeyri-iş günündə aylıq normadan artıq  işə cəlb edilibsə, onun əməyi müvafiq qaydada ödənilməlidir. Həmin günün isə əlavə istirahət günləri ilə əvəzlənməsi mümkündür.

Cəmlənmiş uçotun tətbiq ardıcıllığı

Bu metodun tətbiqi üçün aşağıdakı  ardıcıllığa əməl edilməsi tövsiyə olunur:

  • uçot dövrünün müddətini müəyyənləşdirmək;
  • həftəlik iş vaxtı əsasında hesabat dövrü üçün standart iş saatlarını müəyyən etmək;
  • iş vaxtı cədvəlinin tərtibi;
  • artıq işlənmiş iş saatlarının təyin edilməsi qaydasını müəyyənləşdirmək;
  • həftə sonları, bayram günlərində iş vaxtından artıq əməyin ödənilməsi.

İş vaxtının uçota alınması qaydasından asılı olmayaraq, onun təşkilinə görə məsuliyyət birbaşa işəgötürənin üzərinə düşür. İş vaxtının cəmlənmiş uçotunun tətbiqi barədə qərar işəgötürən tərəfindən  qəbul edilir və hesabat dövrünün müddəti (ay, rüb, yarımil, il) müəyyən edilir.

Uçotun düzgün aparılması üçün konkret dövrün müəyyən edilməsi çox vacibdir, daxili qaydalara, əmək müqavilələrinə dəyişikliklər edilməli, növbə cədvəli hazırlanmalı və işçilər onunla əvvəlcədən tanış olmalıdır.

İş vaxtının uçotu işçinin əməkhaqqının düzgün hesablanması, kadr xərclərinin sənədləşdirilməsi, iş və istirahət vaxtlarının bölüşdürülməsi üçün zəruri hesab olunur.

Məzuniyyətdən geri çağırılma üçün əmr forması

1 273 274 275 276 277 278 279 2. 692
error: Content is protected !!