Ödəmə mənbəyində tutulan vergilər hansılardır?

posted in: Vergi, Xəbər | 0

Ödəmə mənbəyində vergi nədir?

Vergilər dövlətin hakimiyyətinin öz ehtiyaclarını ödəmək üçün zəruri olan ən ucuz vasitələrdən biridir. Verginin toplanması müxtəlif formalarda həyata keçirilir və ölkələrə görə fərqlənə bilər. Onlardan biri də ödəmə mənbəyində vergi (ÖMV) tutulmasıdır.

Azərbaycan Respublikası Vergi Məcəlləsinin 5-ci maddəsi üç vergitutma forması müəyyən edir:

  • mənbədən;
  • bəyannaməyə görə;
  • vergi qurumlarının bildirişi əsasında.

Bir sıra gəlirlər (yaxud mənfəət) bilavasitə mənbədə, yəni gəlir əldə edilənədək vergilənir. AR VM-ə görə ödəmə mənbəyində vergi ayrıca vergi növü deyil, müəyyən gəlir vergisi ödəyicilərinə xərclər nəzərə alınmadan tətbiq olunan vergitutma formasıdır.

ÖMV-nin ödəyiciləri

Ödəmə mənbəyində verginin ödəyicisi bilavasitə gəliri əldə edən deyil. Onun tutulması, bəyan edilməsi və ödənilməsi vəsait köçürülərkən gəliri ödəyən, Məcəlləyə əsasən üzərinə vergi agenti vəzifəsi qoyulan, qeydiyyata alınmış fərdi sahibkar və hüquqi şəxslər tərəfindən həyata keçirilir.

Vergitutma obyekti

AR VM-in 96.1-ci maddəsinə əsasən ÖMV üzrə “vergitutma obyekti vergiyə cəlb olunan gəlirdir”.

Ödəmə mənbəyində vergi tutulan gəlirləri aşağıdakı kimi qruplaşdırmaq olar:

  • respublika daxilində ödəmə mənbəyində tutulan vergilər – vergi ödəyicisi olmayan şəxslərin gəlirlərinə rezident müəssisələr tərəfindən tətbiq olunur;
  • qeyri-rezident şəxslər üzrə ödəmə mənbəyində tutulan vergilər – rezident vergi ödəyicisinin qeyri-rezident hüquqi şəxslərin Azərbaycan mənbəyindən əldə olunan gəlirlərinə (belə gəlirlər haqqında bax: AR VM,  maddə 13.2.16) tətbiq olunur.

ÖMV tətbiq edilən gəlirlərin növləri

Bəzi gəlirlərin bəyannamə, yaxud bildirişlə tutulması məqsədəuyğun olmur. Məsələn, muzdlu işə görə gəliri olan şəxslərin belə gəlirindən vergini ödəmə mənbəyindən tutmasaydılar, muzdlu işdən gəlir əldə edən hər bir şəxs:

  • vergi uçotuna durmalı, yaxud;
  • bəyannamə təqdim etməli idi.

Bu isə praktik olaraq mümkün deyil.

Sığorta ilə bağlı gəlirlər – üç ildən artıq müddətə bağlanan, amma müqavilə daha tez xitam verilmiş pensiya və həyatın yığım sığortası üzrə ödəmə mənbəyində verginin tutulması tətbiq edilir.

Qaytarılan sığorta haqları, qeyri-dövlət pensiyaları, VÖEN-siz şəxsə ödənilən iş və xidmətlərə görə haqq üzrə ödəmə mənbəyində tutulan vergi üzrə vergi dərəcələrinin tətbiqi oxşardır və burada şərh olunub.

Digər sığorta haqlarından ödəmə mənbəyində vergi tutulması haqqında buraya keçid etməklə tanış olmaq olar.

Digər nümunə kimi gəliri yalnız icarədən olan fiziki şəxsləri aid etmək olar. Tətbiq edilən vergi dərəcəsi 14%-dir. Eyni faiz dərəcəsi royaltidən ödəmə mənbəyində verginin tutulan daimi nümayəndəliyi olmayan qeyri-rezidentlər və fiziki şəxslərlə münasibətdə tətbiq olunur. ÖMV-nin tətbiqi royalti alıcısı olan fiziki şəxsin vergi öhdəliyini tam yerinə yetirməsi sayılır. Həmin şəxs bu gəlirini bəyan etmir.

Aşağıda qeyd edilən digər hallarda da ödəmə mənbəyində vergi tətbiq olunur:

Dividend gəliri – bəyan edilmədən ödəmə mənbəyində vergi tutulur, sonradan vergiyə cəlb olunmur;

Faiz gəlirləri, məsələn fiziki şəxslərin əmanətləri üzrə ödənilən illik faiz məbləğləri. Faizlər üzrə gəlirlərin vergiyə cəlb edilməsi zamanı müəyyən məhdudlaşmalar tətbiq oluna bilər ki, onlar haqqında da buradan oxumaq olar;

Daşınmaz əmlakın təqdim edilməsi, idman mərc oyunları, lotereyalar, yarış və müsabiqələrdən əldə edilən uduşlar, habelə hüquqi şəxslərə və fərdi sahibkarların  bank hesabından aldıqları nağd  pul vəsaitlərindən də ödəmə mənbəyində vergi tutulur.

Qeyri-rezidentlərin ödəmə mənbəyində gəlirləri

Qeyri-rezident hüquqi şəxslərin və fərdi sahibkarların Azərbaycan mənbəyindən əldə olunan gəlirlərindən rezident vergi ödəyiciləri tərəfindən müvafiq vergilər tutulur, bəyan edilir və büdcəyə ödənilir. Bu mövzunu maliyyə mütəxəssisi Vüqar Mirheydərov vergiler.az saytına şərh edib. Həmin şərhi dıqqətinizə çatdırırıq:

“Vergi Məcəlləsinin 13.2.16.14-1 maddəsinə əsasən, güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə, o cümlədən digər ölkələrdə olan filial və ya nümayəndəliklərinə, habelə güzəştli vergi tutulan ölkələrdə olan bank hesablarına rezidentlərin və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlər Azərbaycan mənbəyindən gəlir hesab edilir. Ona görə də bu cür əməliyyatlar ödəmə mənbəyindən tutulan vergi məqsədləri baxımından vergitutma obyekti kimi qəbul edilir.

Misal: Tutaq ki, “A” MMC-yə Çin şirkətindən təklif gəlir ki, digər ölkədəki şirkətdən aldığı malı Çində yerləşən bir şirkətdən daha ucuz qiymətə alsın. Bu halda, nəzərə almaq lazımdır ki, Çin şirkətlərinin əksəriyyəti bank hesablarını güzəştli vergi tutulan vergi ölkəsi siyahısına daxil edilmiş Honkonqdakı banklarda açırlar, bəzi şirkətlərin isə özləri Honkonqda təsis edilirlər. Bu o deməkdir ki, “A” şirkəti malın haradan alınması barədə qərar qəbul edərkən Çin şirkətinin təklif etdiyi qiymətə büdcəyə ödəyəcəyi 10 faizlik vergini də əlavə etməli olduğunu nəzərə almalıdır. Əks halda, vergi xidməti bu əməliyyat üzrə verginin ödənilməsini aşkar etdikdə həmin vergi öhdəliyi, üstəlik də 50 faizlik maliyyə sanksiyası hesablayacaq. Ölkədə fəaliyyət göstərən bankların hər ay güzəştli vergi tutulan ölkələrə edilən köçürmələr barədə Dövlət Vergi Xidmətinə məlumat verdiyini nəzərə alsaq, belə əməliyyatların gözdən yayınmağna ümid etmək böyük səhv olar.

Vergi Məcəlləsinin 128.2 maddəsinə əssən, güzəştli vergi tutuln xarici ölkə dedikdə:

  • vergi dərəcəsi bu Məcəllə ilə müəyyən edilmiş dərəcənin 75 faizi və ya daha aşağı hissəsinə bərabər olan ölkələr və ya ərazilər;
  • Azərbaycan Respublikası ilə beynəlxalq müqavilələr çərçivəsində müvafiq standartlara uyğun məlumat mübadiləsini aparmayan ölkələr və ya ərazilər;
  • maliyyə məlumatını, yaxud əmlakın faktiki sahibi və ya gəlir (mənfəət) götürən barədə sirri qorumaq imkanı verilmiş şirkətlər haqqında məlumatın məxfiliyinə dair qanunun mövcud olduğu ölkələr və ya ərazilər başa düşülür.

Həmin ölkələrin siyahısı hər il müvafiq icra orqanı tərəfindən təsdiq edilir. Haırda qüvvədə olan siyahıya 40-dan çox ölkə, o cümlədən Honkonq, Lixtenşteyn, Monako, Panama kimi ölkələr daxildir. Burada güzəştli vergi tutulan ölkələrin siyahısı  ilə tanış olmaq olar.

Qeyri-rezidentlərə ödənilən gəlirlərə fərqli – 4, 6, 10 faiz dərəcələrlə ödəmə mənbəyində gəlir tətbiq edilə bilər. Bəs bunların hansı, nə vaxt tətbiq olunur? Bu bir az geniş mövzudur, onun şərhi bizim başqa məqaləmizdə verilib.

ÖMV-nin digər növləri

Sözün qısası, gəlirin əldə edildikdən sonra yaxud əldə edilməsi anınadək vergilənməsi:

  • vergi inzibatçılığı, vergi strategiyasının bir hissəsidir;
  • ümumi vergitutma məsələlərini optimallaşdırmaq üçün bu və ya digər formada tətbiq olunur.

Sadələşdirilmiş vergi də, bəzi hallarda, ödəmə mənbəyində tutula bilər. Bunu biz “Hansı hallarda sadələşdirilmiş vergi ödəmə mənbəyində tutulur?” adlı məqaləmizdə şərh etmişik.

Yuxarıda qeyd edilən ödəmə mənbəyində vergi tutulması (ÖMV) halları ilə saytımızın digər məqalələrində daha ətraflı məlumat verilib.

Hüquqi şəxslərin dövlət qeydiyyatı prosesi

Hüquqi şəxslərin dövlət qeydiyyatı prosesi

posted in: Xəbər | 0

Dünyaya gələn yaxud dövlət sərhədlərini keçərək ölkəyə daxil olan istənilən fiziki şəxs müvafiq qurumlarda uçota alınır. Analoji olaraq hüquqi şəxslər də təsis edildikdən sonra dövlət qeydiyyatına alınır. Dövlət qeydiyyatı vacibdir, bu prosedura keçməmiş hüquqi şəxslər yaradılması, təsis edilməsi hüquqi cəhətdən tamamlanmamış sayılır.

Hüquqi şəxslərin qeydiyyat orqanları

Hüquqi şəxslərin yaradılması məqsədi müxtəlifdir. Onlar müxtəlif formalarda, fərqli təyinatlarla, ayrı-ayrı məqsədlərə xidmət etmək üçün təsis edilir, bu onları fərqləndirən əsas xarakteristik xüsusiyətlərdəndir. Belə xüsusiyyətlər onların hüquqi şəxslərin təşkilati-hüquqi təsnifatının əsasını təşkil edir. Hüquqi şəxslərin qeydiyyat orqanları məhz bu təsnifata uyğun olaraq dəyişir. Məsələn:

  • kommersiya müəssisələrinin, habelə publik hüquqi şəxslərin qeydiyyatı Dövlət Vergi Xidmətində;
  • dini istiqamətdə fəaliyyət göstərən qurumlar Dini Qurumlarla iş üzrə Dövlət Xidmətində;
  • bəziləri Ədliyyə Nazirliyində aparılır.

Hüquqi şəxslər qeydiyyata alınarkən onlar müvafiq reyestrə  daxil edilir. Qeydiyyata alınma və reyestrə daxil edilmə xarici hüquqi şəxslərin filialları, nümayəndəlikləri ölkəmizdə fəaliyyətə başladıqda da aparılır.

Dövlət qeydiyyatına alınma hüquqi şəxsin ərizəsi əsasında aparılır, ərizəyə təsisçilər barədə müxtəlif məlumatları təsdiq edən sənədlər, həmçinin təsis sənədləri əlavə edilir.

“Bir pəncərə” sistemi

Əvvəllər qeydiyyat məsələləri nisbətən çətin, yorucu bir iş idi, lakin Azərbaycan Prezidentinin 25 oktyabr 2007-ci il tarixli sərəncamı ilə təsdiqlənmiş 2008-ci il yanvarın 1-dən tətbiq edilən  “Bir pəncərə” sistemi qeydiyyat prosedurunu  xeyli asanlaşdırmış oldu. Dövlət Vergi Xidmətində tətbiq edilən “Bir pəncərə” prinsipi biznesin qeydiyyatı zamanı tələb edilən prosedurların  həm sayında həm də qeydiyyata sərf edilən müddətin azalmasına səbəb oldu. Sistemin tətbiqi həm də kağız sənədlərin sayını azaltmağa kömək etdi. Bu sistemin davamı olaraq 2011-ci ildən “E-qeydiyyat” sistemi tətbiq edilməyə başlandı.

2019-cu ildən etibarən isə “Fin kod + mobil nömrə” üsulu ilə biznesi daha rahat qeydiyyata almaq olur. Hazırda ən çoxu 30 dəqiqə sərf etməklə şirkəti elektron formada, həm də heç bir rüsum, maliyyə sənədi təqdim etmədən dövlət qeydiyyatına almaq üçün müraciət etmək olar.

Qeydiyyata alınma başa çatdıqdan sonra vergi ödəyicisinin təsis sənədləri onlayn qaydada onun elektron kabinetinə göndərilir. Vergi ödəyicisinə təsis sənədlərinin kağız formasında verilməsinə ehtiyac qalmır.

Qeydiyyat vasitələri

Hazırda Bakı şəhərində fəaliyyət göstərən firmaların qeydiyyatı Milli Gəlirlər Baş İdarəsinin (MGBİ) “Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində” həyata keçirilir. Regionlarda yaşayan şəxslər öz şirkətlərini qeydiyyata almaq üçün müvafiq bölgə üzrə ərazi vergi baş idarələrinə müraciət etməlidir.

Şirkətinizi təsis etdikdən sonra sizə mütləq şəkildə asan imza, yaxud elektron imza lazım olacaqdır. Təcrübədə “Asan imzanın” daha çox istifadə edilir. Bunun üçün mobil operatorlarının müvafiq şöbələrinə edə bilərsiniz.

Hazırda mövcud mobil nömrənin dublikatını çıxartmaqla da asan imza əldə etmək olar. Mobil operatorla müvafiq işləri bitirib ASXM-yə (Asan Sertifikat Xidmətləri Mərkəzi) müraciət edərək həmin nömrə üçün 3 illik verilən sertifikatı əldə edilir. Sertifikat alan gün “Asan imza” aktivləşir. Sertifikatın alınması ödənişlidir.

Asan İmza verilərkən 2 pin kod verilir. İlk pin kod girişləri təsdiqləmək üçündür. İkinci pin kod isə əməliyyatları təsdiqləmək üçündür.

Hüquqi şəxslərin dövlət qeydiyyatına alınması prosesi haqqında daha detallı məlumat Vergilər Nazirliyinin rəsmi saytında  da verilib. Hüquqi şəxsin növündən asılı olaraq qeydiyyatın necə aparılmasına oradan baxa bilərsiniz.

442 saylı “Gələcək hesabat dövrlərinin gəlirləri” hesabı üzrə uçot (1-ci hissə)

Əmək müqaviləsinə dəyişiklik öncəki tarixdən hüquqi qüvvəyə minə bilərmi?

posted in: Xəbər | 0

ƏMAS altsistemində işəgötürən və işçi arasında əmək müqaviləsinə dəyişiklik olduqda bütün hallarda elektron əmək müqaviləsinin imzalanması həyata keçirilir. Müqavilənin qüvvəyə minməsi ilə bağlı halları iqtisdaçı ekspert Anar Bayramov şərh edir. 

Əmək Məcəlləsinin 46-cı maddəsinin altıncı hissəsinə əsasən, elektron sənəd formasında bağlanılan əmək müqavilələrində dəyişiklik edildikdə, ilkin əmək müqaviləsi yenidən tərtib olunaraq təsdiq edilir. Bu səbəbdən də əmək müqavilələrinə dəyişiklik olduqda yenidən onlayn əmək müqaviləsi tərtib edilir. Əmək Məcəlləsinin 49-cu maddəsində qeyd edilir ki, əmək müqaviləsinə dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir.

Bir məqama xüsusi diqqət yetirmək lazımdır. Əmək Məcəlləsinin 1 saylı əlavəsində əmək müqaviləsinə dəyişikliyin hüquqi qüvvəyə minməsi üçün iki variant təklif edilir. Belə ki, əmək müqaviləsinin nümunəvi formasının 8.3-cü bəndində qeyd edilir ki, tərəfimizdən razılaşdırılmış dəyişikliklər və əlavələr imzalandığı tarixdən və ya ____ gündən gec olmayaraq qüvvəyə minir və bu Əmək müqaviləsinin tərkib hissəsini təşkil edir.

Bənddən göründüyü kimi, əmək müqaviləsinə dəyişikliklərin hüquqi qüvvəyə minməsi üçün 2 variant var:

– dəyişikliklər və əlavələr imzalandığı tarixdən və ya

– _____ gündən gec olmayaraq.

İkinci variant o halda mümkündür ki, işçi və işəgötürən arasında bağlanan əmək müqaviləsində tutaq ki, 2 sentyabr 2024-cü il tarixdə dəyişiklik edilsə də sənədin hüquqi qüvvəyə minmə tarixi – misal üçün, 15 sentyabr 2024-cü il tarixi olsun.

Əmək müqaviləsinə dəyişikliklə bağlı prosesin necə həyata keçirilməsini misalla izah edək.

Misal 1

İşəgötürən və işçi arasında bağlanan əmək müqaviləsinə edilən dəyişikliyə əsasən, işçi yeni vəzifəyə keçirilir. Bu zaman işəgötürən cari əmək müqaviləsi üzrə dəyişiklik həyata keçirdikdə, hər iki tərəfin imzaladığı tarixdən işçinin yeni vəzifəyə keçirilməsi təsdiqlənir. İşəgötürən dəyişiklik edilmiş elektron əmək müqaviləsini imza üçün işçiyə göndərir. İşçi elektron əmək müqaviləsini elektron imza ilə imzaladıqdan sonra işəgötürən tərəfindən də eyni proses həyata keçirilir. İşəgötürən elektron əmək müqaviləsini imzaladıqdan sonra işçinin yeni vəzifəyə keçməsinin hüquqi qüvvəsi olacaq. Əks halda, işəgötürən tərəfindən işçinin yeni vəzifəyə keçirilməsinin hüquqi əsası olmayacaq.

Bəs əmək müqaviləsinə dəyişiklik öncəki tarixdən qüvvəyə minə bilərmi?

Bəzi hallarda işəgötürən və işçi arasında bağlanan əmək müqaviləsinə dəyişikliklərin öncəki tarixdən hüquqi qüvvəyə minməsinə ehtiyac yaranır.

Misal 2

İşəgötürən 15 noyabr 2024-cü il tarixdə qərar verir ki, 1 noyabr 2024-cü il tarixdən etibarən işçilərin əmək haqları 20 faiz artırılsın. 15 noyabr 2024-cü il tarixdə işəgötürən və işçilər arasında bağlanan əmək müqavilələrinə dəyişiklik edildiyi zaman ƏMAS-da dəyişikliyin qüvvəyə mindiyi tarix 1 noyabr 2024-cü il kimi qeyd ediləcək. Bu səbəbdən elektron əmək müqaviləsinin 15 noyabr 2024-cü il tarixdə imzalanmasına baxmayaraq, əməkhaqqının yeni artımla hesablanması 1 noyabr 2024-cü il tarixdən həyata keçirilə bilər.

Amma yuxarıdakı misalda qeyd etdiyimiz kimi, əmək müqaviləsində dəyişiklik və əlavələr imzalandığı və ya razılaşdırımış müəyyən tarixdən sonra qüvvəyə minməsinə icazə verilir. O səbəbdən də işəgötürənlərə tövsiyə edirik ki, əmək müqaviləsinə dəyişiklik tarixini öncəki tarixlǝrǝ qeyd etməsinlər. Baxmayaraq ki, ƏMAS alstistemində dəyişiklik tarixinin öncəki tarixlərdə qeyd edilməsinə hər hansı məhdudiyyət yoxdur.

Mənbə: vergiler.az

Sahibkarlığın innovativ inkişafına dəstək: səmərəli biznes şərtləri formalaşdıran vergi güzəştləri

Kapital Bank-dan böyük fürsət: depozitiniz sizə 50 000 AZN qazanmaq şansı yaradır

posted in: Xəbər | 0

Ölkənin birinci bankı Kapital Bank-ın depozit yerləşdirən müştərilər üçün həyata keçirdiyi stimullaşdırıcı “Depozit lotereyası” davam edir. Şərtlərə əsasən 31 oktyabr 2024-cü il tarixinədək minimum 500 AZN olmaqla istənilən məbləği banka əmanət edən müştərilər lotereyada iştirak etmək şansı əldə edirlər. Lotereya çərçivəsində faizləri müddətin sonunda götürmək şərti ilə 6, 12 və ya 18 ayadək depozit yerləşdirən müştərilər lotereyada qalib olmaq şansı qazanırlar.

Lotereyanın 7 noyabr 2024 tarixində keçiriləcək  final tirajında 60 qalibə maksimum 2000 AZN olmaqla ikiqat faiz ödənişi təqdim olunacaq. Bu isə illik 18%-dək gəlir deməkdir. Bir şanslı müştəri isə 2-ci tirajda 50 000 AZN-ə sahib olacaq.

Qeyd edək ki, filiallarda yerləşdirilən hər əlavə 1000 AZN depozit 10 şans, Birbank mobil tətbiqi üzərindən yerləşdirilən depozitlər isə hər əlavə 1000 AZN üçün 20 şans yaradır.

Ətraflı məlumat üçün: https://kbl.az/dll

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.

Sahibkarlığın innovativ inkişafına dəstək: səmərəli biznes şərtləri formalaşdıran vergi güzəştləri

1 300 301 302 303 304 305 306 2. 700