Read More9
Read More9

Mühasibat uçotunun məqsədi

posted in: Xəbər | 0

Luka Paçoli uçotun məqsədləri haqqında

Mühasibat uçotunun aparılması hüquqi və sahibkarlıqla məşğul olan şəxslər üçün məcburidir. Belə olan halda, belə bir sual yaranır: “Bu məcburiyyət nə üçün lazımdır, ümumiyyətlə, mühasibat uçotunun məqsədi nədir?” Bəzən sahibkar, həm də təkcə sahibkarlar yox, elə yeni başlayan mühasiblər də belə güman edir ki, uçot vergi qurumlarına hesabat vermək üçün lazımdır və bu məqsədlə aparılır. Bu gümanda yalnız həqiqətin bir damlası var. Məsələyə daha geniş aspektdə baxmaq lazımdır.

Mühasibatın atası Luka Paçoli hüquqi sayılan Hələ XV əsrdə düzgün ticarət aparmağın üç əsas şərtini sadalayaraq qeyd edirdi ki, “işi elə qurmalıdır ki, gecikmədən borclar, əmlak və öhdəlikləri barədə məlumat ala bilsin” (Mənbə: Cəmil Əsədov “Əməliyyatçı – mühasib”,  Peşə təhsili müəssisələri üçün dərslik, Bakı-2021, səh, 342).

Paçolidən daha çox əvvəl isə Aristotel pulu biznesin “damarlardan axan qanı” adlandırırdı. Təbii ki, istənilən axın nəzarətdə saxlanılmalı və idarə olunmalıdır.  Məhz bu mühasibatlığın və mühasibin fəaliyyətini zəruri edir.

Paçoli “sahibkarın (tacir, istehsalçı, xidmət göstərən və s.) öz işlərinin mövcud vəziyyəti barədə məlumat əldə etmə və fəaliyyətin maliyyə nəticəsini hesablama istəyini uçot qeydlərinin aparılmasının başlıca məqsədi” kimi qeyd etmişdir.

Bu müasir dövrdə də öz qüvvəsində qalır, sadəcə uçot qeydləri məlumatlarda maraqlı olan şəxslərin əhatə dairəsi genişlənib.

Mühasibat uçotunun məqsədi 

Qanunvericiliyə görə “Mühasibat uçotu – mühasibat uçotu subyektlərinin aktivləri, öhdəlikləri, kapitalı, gəlir və xərcləri barədə məlumatların yığılması, qeydiyyatı və ümumiləşdirilməsi, habelə maliyyə, vergi və digər hesabatların tərtib edilməsi məqsədi ilə baş vermiş maliyyə-təsərrüfat əməliyyatları üzrə ilkin uçot sənədləri əsasında məlumatların analitik və sintetik uçotunun aparılmasıdır.”

Bu tərifə əsaslanıb deyə bilərik ki, mühasibat uçotunun məqsədi daxili və xarici məlumat istifadəçilərini uçot subyektlərinin təsərrüfat və maliyyə fəaliyyəti haqqında bütün zəruri məlumatlarla təmin etməkdir. Bu məqsədlə hazırlanan ən vacib məlumat icmallarından biri uçot subyektinin müəyyən tarixə sahib olduğu resurs və borclarını əks etdirən maliyyə vəziyyəti haqqında hesabatdır. Onun əsas elementləri aşağıdakılardır:

Aktiv – müəssisənin sahib olduğu, nəzarət etdiyi və mülkiyyətçisinin gələcəkdə iqtisadi mənfəət gözlədiyi hər şey, məsələn pul vəsaitləri, nəqliyyat vasitələri, binalar, mebel və mal- material ehtiyatları (satış üçün alınmış mallar, xammallar, hazır məhsul və s.) və s. buraya aiddir;

Öhdəlikmüəssisənin digər tərəflər qarşısındakı bütün öhdəlikləri, məsələn, təchizatçılar üzrə borclar və bank xidmətləri bu sıradandır;

Kapital – müəssisənin sahibkarlar, yaxud səhmdarlar qarşısında bütün öhdəlikləridir.

Sahibkarlar tərəfindən qoyulmuş ilkin kapital, habelə mənfəət də buraya daxildir.

Səhmdar cəmiyyətlərdə uçot zamanı səhmdar kapital anlayışına tez-tez istifadə olunur. Səhmdar kapitaldan kapitala sinonim kimi istifadə edilə bilər.

Bunu nəzərə alıb kapitalı öhdəliklər çıxdıqdan sonra uçot subyektlərinin aktivlərində sahibkarın (yaxud səhmdarların) qalıq payı kimi xarakterizə edə bilərik (Kapital = Cəmi aktivlər – Cəm öhdəliklər).

kapitalı öhdəliklər çıxıldıqdan sonra müəssisənin aktivlərində sahibkarın (yaxud səhmdarların) qalıq payı kimi xarakterizə edə bilərik (Kapital = Cəmi aktivlər – Cəm öhdəliklər).

 

Uçot subyektinin fəaliyyətinin maliyyə nəticəsi mənfəət, yaxud zərər haqqında məlumatlar əsasında qiymətləndirilir.

Mühasibat uçotunun vəzifələri

Mühasibat uçotunun məqsədi onun əsas vəzifələrini müəyyən edir. Bunlar aşağıdakılardır:

  • maliyyə, bank, vergi orqanları, investorlar, malsatanlar, malalanlar, kreditorlar, dövlət orqanları və digər marağı olan təşkilat və şəxslər tərəfindən operativ rəhbərlik və idarəetməni həyata keçirmək məqsədi ilə maliyyə-təsərrüfat fəaliyyəti haqqında etibarlı və sənədləşdirilmiş məlumatları toplamaq və onların əsasında hesabatlar hazırlamaq;
  • cari nəticələrə nəzarət etmək, gələcək göstəriciləri proqnozlaşdırmaq;
  • uçot subyektinin maliyyə stabilliyini, zərərlə deyil, mənfəətlə işləməsini təmin etmək məqsədi ilə ehtiyatlar tapmaq;
  • təsərrüfat fəaliyyətinin qanun çərçivəsində olunmasına nəzarət etmək, əmək, material və maliyyə ehtiyatlarının təsdiq edilmiş normalara, normativlərə və smetalara müvafiq istifadəsini təmin etmək.

Həmçinin, şirkətin maddi, əmək və maliyyə resurslarından istifadəyə, debitor və kreditor borclarına, əmlakının mövcudluğuna və hərəkətinə nəzarət də mühasibat uçotunun məqsədindən irəli gələn əsas vəzifələrdir.

Daşınmaz əmlakın təqdim edilməsi: sadələşdirilmiş vergi dərəcəsi

Birbank Biznes-dən daha bir yenilik: sərəncam ödənişləri ölkədə ilk dəfə mobil tətbiqdə

posted in: Xəbər | 0

Birbank Biznes, sərəncam ödənişləri, sərəncam ödənişləri mobil tətbiqdə, mobil tətbiq, biznes prosesləriBirbank Biznes sahibkarlar üçün biznes proseslərini asanlaşdırmağa davam edir. Belə ki, müştərilər artıq sərəncam ödənişlərini də Birbank Biznes mobil tətbiqindən edə biləcəklər. Bu funksionallıq onlara hesablarına daxil olan sərəncamları filiala getmədən, vaxt itirmədən, günün istənilən saatında rahatlıqla və operativ şəkildə ödəmək imkanı yaradır.

Bunun üçün sadəcə Birbank Biznes mobil tətbiqində Sərəncamlar bölməsinə klik edərək sərəncamı seçib ödəniş etmək kifayətdir.

Vaxt itirmədən https://onelink.to/ej5bbu linkinə keçid edərək Birbank Biznes mobil tətbiqini yükləyə və sahibkar hesabı aça bilərlər.

Qeyd edək ki, Birbank Biznes-də biznes sahiblərinin mütəmadi istifadə etdiyi bir sıra xidmətlər var:

  • Onlayn biznes hesablarının açılması;
  • Ölkədaxili və beynəlxalq köçürmələrin edilməsi;
  • Nağdsız valyuta mübadiləsi;
  • Biznes krediti üzrə müraciətlərin edilməsi;
  • Cari və kart hesabından QR – nağdlaşdırma;
  • Mobil POS sifarişi və əməliyyatların qəbulu;
  • Biznes kartların sifarişi, çatdırılması və onlara mədaxil;
  • Əməkhaqqı kartlarına mədaxil;
  • POS əməliyyatlarının onlayn izlənilməsi və çıxarışların əldə olunması;
  • Kliklə ödə xidməti;
  • Süni intellekt əsaslı “Çat” sorğu xidməti;
  • HÖP ödənişləri ( büdcə, kommunal və s.) xidmətinin həyata keçirilməsi;
  • Sərəncamlara nəzarət və s.

Birbank Biznes müştərilərində suallar yaranarsa, onlara istənilən vaxt canlı çat vasitəsilə dəstək göstərilir. Sahibkarlara vaxta qənaət etmək imkanı verən Birbank Biznes sistemi haqqında ətraflı məlumat üçün https://bir.bank/bbfipr saytına keçid edin və ya 896 məlumat mərkəzinə zəng edin.

Vergi orqanına müraciətlər necə cavablandırılır?

Vergi güzəştindən yararlanmaq üçün mikro sahibkarlara verilən şans

posted in: Xəbər | 0

Cari il yanvarın 1-dən Vergi Məcəlləsində edilmiş dəyişikliyə görə, mikro sahibkarlıq subyektlərinin mənfəət (gəlir) vergisi ilə bağlı 75% faiz güzəştdən yararlanıb-yararlanmaması ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Bununla bağlı yaranmış bir sıra məsələlərə aydınlıq gətirmək üçün sualları sərbəst auditor Altay Cəfərov cavablandırıb: 

Vergi Məcəlləsinin 106.1.20-ci maddəsində göstərilib ki, müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizi gəlir (mənfəət) vergisindən azaddır. Müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı təqvim ili ərzində muzdlu işçilərin sayının cəmlənərək 12-yə bölünməsi yolu ilə müəyyən edilir.

Vergi ödəyicisi vergi güzəştinin tətbiqi məqsədilə bu maddədə müəyyən edilmiş şərtlərə cavab vermədikdə və növbəti hesabat ilində mikro sahibkarlıq subyektindən digər kateqoriya sahibkarlıq subyektinə keçdikdə hüquqi şəxsin mikro sahibkar olduğu əvvəlki 3 təqvim ilinin yekunlarına görə hesablanmış və ödənilmiş mənfəət vergisinin 75 faizi həcmində vergi güzəşti müəyyən edilməklə digər sahibkarlıq subyekti olduğu dövrlərdə mənfəət vergisi öhdəliyindən çıxılır. Vergi ödəyicisi tərəfindən əmtəəsiz əməliyyatlar aparıldığı halda, bu maddə ilə müəyyən edilmiş vergi güzəşti əmtəəsiz əməliyyatlardan yaranan gəlirlərə münasibətdə tətbiq edilmir.

Əlavə olaraq qeyd edim ki, Vergi Məcəlləsinin 102.1.30-cü maddəsinin mahiyyəti və nəticəsi də 106.1.20-ci maddə ilə eynidir. Sadəcə, 106.1.20-ci maddə hüquqi şəxslərə, 102.1.30-cu maddə isə fiziki şəxslərə aiddir. Deməli, yuxarıdakı maddədə olan güzəşti əldə etmək üçün birinci tələb orta aylıq işçi sayının 3 nəfərdən az olmamasıdır. Bunun hesablanması üçün baza kimi təqvim ili ərzində olan işçilərin orta sayı götürülür. İkinci tələb isə məcburi dövlət sosial sığorta (MDSS) haqları üzrə borcun olmamasıdır.

Bəs hansı dövr üçün MDSS borcunun olmaması nəzərdə tutulur? Bildirdiyim kimi, orta işçi sayının hesablanması üçün dövr kimi təqvim ili götürülür. Orta işçi sayını müəyyənləşdirmək üçün təqvim ili bitməlidir ki, bundan sonra dəqiqləşdirmə aparılsın. Bundan sonra həm birinci, həm də ikinci tələbə cavab verən mikro sahibkarlıq subyektlərinin müəyyənləşdirilməsi mümkün olacaq. Başqa sözlə, MDSS üzrə borc tələbi təqvim ili qurtardıqdan sonra baxılıb təyin ediləcək.

Bəs bu tələbə işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə borclar da aiddirmi? Qeyd etdiyimiz kimi, borcun olmaması ilə bağlı tələb yalnız MDSS haqlarına qoyulub. MDSS “Sosial sığorta haqqında” Qanun ilə tənzimlənir və həmin qanun işsizlikdən sığorta və ya icbari tibbi sığorta haqlarına aid edilmir. İşsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının yığılması digər normativ aktlarla tənzimlənilir.

Misal 1

Mikro sahibkarlıq subyekti olan “AA” MMC-nin 2024-cü il dekabrın sonuna olan illik işçilərin ümumi sayı 40 nəfər (yanvar-dekabr aylarında olan ümumi işçilərin cəmi) olub. Həmçinin, şirkət MDSS üzrə birinci və ikinci rüblərə üzrə borcunu noyabr ayında ödəyib. Ancaq MMC 2024-cü il üçün hesabladığı bütün MDSS borclarını 31.12.2024-cü il tarixinə kimi ödəyib və heç bir borcu qalmayıb. Buna rəğmən, şirkətin 31.12.2024-cü il tarixində işsizlikdən sığorta və icbari tibbi sığorta üzrə borcu qalıb.

Misal 2

“AA1” MMC də əvvəlki misalda olan vəziyyətdir, sadəcə MDSS üzrə olan yanvar-noyabr borclarını 31.12.2024-cü ilə kimi, dekabr ayının borcunu isə 10.01.2025-ci ildə ödəyib.

Misal 3

“AA2” MMC-də durum 2-ci misalda qeyd olunan formadadır. Lakin MDSS üzrə olan bütün illik borcunu 10.01.2025-ci ildə ödəyib.

Misal 4

“AA3” MMC yanvar-noyabr aylarının borclarını 31.12.2024-cü ilə kimi bitirib, lakin dekabr ayının borcunu 20.01.2025-ci ildə ödəyib. Bəs bu hallarda MMC 75% mənfəət vergisi üzrə güzəştdən istifadə edə bilərmi? Əvvəldən də bildirdiyim kimi, birinci tələb illik orta işçi sayının 3 nəfər olmasıdır. Odur ki, bütün misallarda 40 nəfər :12 ay = 3,33 nəfər orta işçi sayı olduğundan və bu da 3 nəfərdən çox olduğuna görə, birinci tələb tam yerinə yetirilmiş olur.

Birinci misalda MMC rüblər üzrə MDSS borclarını vaxtında ödəmədiyinə baxmayaraq, ona güzəşt tətbiq olunacaq. Çünki hesablamalar üçün dövr kimi illik göstəricilər nəzərə alınır. İlin sonuna MDSS üzrə borcu qalmadığına görə, 75% güzəştdən yararlana biləcək.

İkinci misalda da şirkət 75%-lik güzəştdən yararlana biləcək, çünki yanvar-noyabr borcları 31.12.2024-cü ilədək, dekabr ayının borcunu da hesabat ayından sonrakı ayın 15-nə kimi ödəyib. Qeyd etdiyimiz kimi, MDSS üzrə hesablanan borclar növbəti ayın 15-dək ödənilməlidir. Buna görə, MMC borcunu vaxtında ödəmiş sayılır və 75%-lik güzəştdən istifadə edə bilər.

Üçüncü misalda göstərilən halda, artıq MMC ehtiyatlı olmalıdır. Belə ki, 2024-cü il üçün yaranmış bütün borcları yanvarın 10-da ödəyib. Əvvəlki misalda izah etdiyim kimi, cari ayın borcu növbəti ayın 15-nə kimi ödənilməlidir. Belə olan halda, vergi orqanları vergi ödəyicisinə 75% vergi güzəştinin ona aid olmaması haqqında uyğunsuzluqlar bildirə bilər. Bu zaman vergi ödəyiciləri əsaslı və tutarlı açıqlamalar təqdim etməlidir.

Dördüncü misalda isə MMC 75%-lik vergi güzəştindən yararlana bilməyəcək. Çünki MDSS üzrə borclarını vaxtında ödəməyib. Bu da güzəştin ona tətbiq edilməməsinə əsas verir.

Sonda bildirək ki, artıq hesabat ilinin yarısını keçmisik və vergi ödəyiciləri bu məsələlərdə diqqətli olmalıdırlar. Tövsiyə edilir ki, MDSS üzrə borclar vaxtında ödənilsin ki, qeyd olunan güzətdən istifadə etmək mümkün olsun.

Mənbə: vergiler.az

321 saylı “Geri alınmış kapital (səhmlər)” hesabı üzrə uçot

Vergi orqanına müraciətlər necə cavablandırılır?

posted in: Xəbər | 0

Dövlət Vergi Xidmətinə vergi qanunvericiliyi ilə bağlı təklif ünvanlamışam. Müraciətin cavabı poçt ünvanıma göndərilməlidirmi?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 2024-cü ilin yanvarın 1-dən qüvvəyə minmiş müddəalarına əsasən, vergi ödəyicilərindən daxil olan müraciətlər (təklif, ərizə, şikayət və s.) üzrə vergi orqanı tərəfindən verilən cavablar elektron üsulla vergi ödəyicisinin elektron kabinetinə göndərilir. Vergi ödəyicisinin müraciəti əsasında cavab sənədinin kağız daşıyıcıda olan surəti ona verilir.

Odur ki, cavab sənədi ilə tanış olmaq üçün elektron kabinetinizə baxmağınız tövsiyə edilir. Cavab sənədinin kağız daşıyıcıda olan surətini əldə etmək üçün müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 70.2-4-cü maddəsi

Sadələşdirilmiş vergi ödəyicilərində gəlir və xərclərin uçotu

1 332 333 334 335 336 337 338 2. 683
error: Content is protected !!