Sadələşdirilmiş vergi ödəyicilərində gəlir və xərclərin uçotu

posted in: Xəbər | 0
birbank biznes

Gəlir/xərc anlayışı bizim üçün tanışdır. Hər bir sahibkar gəlir və xərclərinin uçotunu aparmalıdır.  Bəs sadələşdirilmiş vergi ödəyiciləri üçün gəlir və xərcin uçotuna hansı tələblər vardır?

Sadələşdirilmiş vergi ödəyicilərində mühasibat uçotun təşkili

Azərbaycan vergi qanunvericiliyinə görə  sadələşdirilmiş vergi ödəyiciləri qanunla müəyyən edilmiş qaydada gəlir və xərclərinin, habelə vergitutma obyektlərinin uçotunu aparmalıdır. Əldə edilmiş gəlir vergidən azad edilir, amma mühasibat uçotun aparılması tələbi qüvvədədir. Öz fəaliyyətləri zamanı sadələşdirilmiş vergi ödəyiciləri uçot sənədlərini qanunvericiliklə tələb olunan müddətdə saxlamalıdır.

Uçot sənədləri dedikdə vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan sənədlər nəzərdə tutulur

Sadələşdirilmiş verginin hasilatdan hesablanması vergi ödəyicilərini uçot aparmaqdan, uçot sənədlərini saxlamaq vəzifəsindən azad etmir. Onlar digər vergi ödəyiciləri kimi, “Mühasibat uçotu haqqında” AR qanununa uyğun mühasibatlığı qurmağa, vergi orqanlarının tələb etdiyi uçot sənədlərini tərtib etməyə və saxlamaqla məsuldurlar. Yəni uçot sənədlərinə münasibətdə digər vergi ödəyicilərindən fərqlənmirlər, hər hansı üstünlüyə malik deyillər.

İlkin uçot sənədləri

Sadələşdirilmiş vergi ödəyiciləri digər vergi ödəyicilərinə mal satdıqda, yaxud onlar üçün bir iş gördükdə e-qaimə göndərməyi unutmamamlıdırlar. Satdıqları malı idxal ediblərsə:

  • idxalla bağlı YGB sənədləri;
  • xarici təşkilatdan verilmiş invoys mütləq olmalıdır.

Əgər mallar yerli bazardan vergi ödəyicilərdən alınmışdırsa, e-qaimə faktura, vətəndaşlardan alınmışdırsa alış aktı mütləq olmalıdır.

Bunların hər biri ilkin uçot sənədi hesab edilir. Qeyd etdiyimiz alış aktı mütləq elektron formada tərtib edilməlidir. Müəyyən səbəblərdən elektron tərtibat mümkün deyilsə, alış aktı kağız daşıyıcıda hazırlanır, sonradan 5 gün ərzində elektron formada tərtib edilir. İstənilən halda vətəndaşın imzası mütləq şərtdir.

Sadələşdirilmiş vergi ödəyicisi vergi agenti kimi

Qeyd edək ki, sadələşdirilmiş vergi ödəyicisi vergi agenti qismində çıxış edə bilər. Bu zaman agentin bütün vəzifələri ilə mükəlləf olur . Bu vəzifələrə:

  • ödənilmiş məbləğlərin;
  • tutulmuş, büdcəyə köçürülmüş vergilərin uçotunun aparılması daxildir.

Yəni istər bu əməkhaqqıda tutulmalar olsun, istərsə də digər ödənişlərlə bağlı, sadələşdirilmiş vergi ödəyicisi uçotunu elə təşkil etməlidir ki, kimdən, nə vaxt, hansı miqdarda vergi tutub ödədiyi  barədə məlumatı rahat əldə etmək mümkün olsun.

Sadələşdirilmiş vergi ödəyicilərində kassa əməliyyatları

İctimai iaşə yaxud pərakəndə ticarətlə məşğul olan vergi ödəyicisi NKA və Pos terminal quraşdırmalıdır.

Vətəndaş ödənişi nağd etmişdirsə ona NKA qəbzi, nağdsız (Pos-terminal vasitəsi ilə) həm Pos-terminaldan, həm də NKA-dan qəbz vermək lazımdır.

Sadələşdirilmiş verginin ödəyiciləri nağd pullarının uçotunu düzgün təşkil etməlidir. Kassaya mədaxil zamanı kassa mədaxil orderi mütləq şərtdir. Həmin sənəd ciddi hesabat blankı hesab edilir və orada təyinat mütləq göstərilməlidir.

Kassadan çıxarılmış pullar üçün məxaric orderi tərtib edilir. Lakin hər iki sənəddə səlahiyyətli şəxslərin, habelə pulu alan, verən şəxslərin imzası olmalıdır.


Vergi uçotu haqqında daha çox məlumat burada


Sadələşdirilmiş verginin ödəyiciləri malları təhtəlhesab şəxsin əliylə aldıqda, ona vəkalətnamə verir. Bundan sonrakı prosedur isə ümumi qaydalarla davam etdirilir. Yəni vəkalətnaməni almış malın satıcısı vəkalətnaməni verən şəxsə e-qaimə göndərir.

Unutmayaq, ödəyici mühasibat uçotunu aparmadıqda, yaxud düzgün formada aparmadıqda, sənədləri, habelə bütövlükdə uçotu itdikdə, məhv olduqda, vergi orqanları verginin məbləğini əlaqəli məlumatlardan istifadə edərək hesablayıb çıxara bilərlər.


Print Friendly, PDF & Email