Read More9
Read More9

Peşəkar mühasib sertifikatı – PMS : əsas anlayışlar, növləri, alınma qaydası

posted in: Xəbər | 0

Əsas anlayışlar

Peşəkar mühasib sertifikatı – PMS verilməsi barədə müddəalar “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununun V-I fəslində şərh edilir. Bu fəsil 2018-ci ilin may ayında yeni məzmunda Qanuna əlavə edilib.

Sertifikatla bağlı əsas anlayışlar həmin qanunun I fəslinin 2-ci maddəsində (“Əsas anlayışlar”, 2.1.19 -2.1.22) öz əksini tapıb.

Qanunvericiliklə müəyyən edilmiş qurum tərəfindən təşkil edilən imtahandan uğurla keçən, aşağıdakı şərtlərə cavab verən şəxslər peşəkar mühasib hesab olunur:

  • onlar bu sertifikatı alıb və;
  • peşəkar mühasib təşkilatının üzvüdürlər.

Hazırda sertifikat üçün imtahanların keçirilməsinə məsul qurum AR Dövlət İmtahan Mərkəzi müəyyən edilib.

“Mühasibat uçotu haqqında” Qanunun 21.20-ci bəndinə görə “Peşəkar mühasib sertifikatı – şəxsin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun təşkil etdiyi imtahandan müvəffəqiyyətlə keçdiyini və “Peşəkar mühasib” səviyyəsinə uyğunluğunu təsdiq edən sənəddir.”

PMS almış şəxslərin dövlət reyestri AR Maliyyə Nazirliyi tərəfindən AR NK tərəfindən qəbul edilmiş “Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması qaydaları” əsasında aparılır.

Qanunun 2.2.21-ci bəndi “Peşəkar mühasib səviyyəsi” anlayışına aydınlıq gətirir: “Peşəkar mühasib səviyyəsi – maliyyə hesabatlarının Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına, İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına və ya Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun tərtib edilməsi, habelə Azərbaycan Respublikasının qanunlarına əsasən vergi və digər hesabatların hazırlanması və təqdim edilməsi bacarığını təsdiq edən peşəkarlıq səviyyəsidir.”

Peşəkar mühasib təşkilatı:

  • qeyri-kommersiya təşkilatıdır;
  • üzvləri peşəkar mühasiblərdir;
  • qanunvericiliyə uyğun akkreditasiya olunub.

Akkreditasiya AR NK-nın 2.5. 2019-cu il tarixli 204 saylı  Qərarı ilə təsdiq edilmiş “Peşəkar mühasib təşkilatının akkreditasiya olunması qaydası” əsasında aparılır.

Sertifikatın növləri

Mühasiblər aldıqları həmin sertifikatın növünə uyğun peşəkar mühasibat xidməti göstərmək hüququ əldə edirlər.

Sertifikat imtahanları iki mərhələdən ibarətdir:

  • I mərhələ mühasibat uçotuna aid suallardan ibarətdir;
  • II mərhələdə imtahanverənlər büdcə, vergi, mülki və əmək qanunvericiliyi üzrə suallara cavab verməlidir.

Qanunvericilikdə PMS-in 4 növü nəzərdə tutulub:

  • Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə;
  • Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə;
Sertifikatın ilk iki növünü alaraq “Peşəkar mühasib” adını qazanmaq istəyən şəxsləri Azərbaycan Mühasiblər Məktəbi PMS imtahanın I mərhələsi üzrə hazırlıq kurslarına dəvət edir. Kurslar ənənəvi və onlayn formada təşkil edilir. Daha ətraflı məlumat üçün bir kilik bəs edər!

İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I səviyyə ;

İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – II səviyyə.

Azərbaycan Mühasiblər Məktəbi sertifikat imtahanlarının II mərhələsi üzrə hazırlıq kursları təşkil edir. Dərslər həftədə 1 dəfə, şənbə günləri, ənənəvi və onlayn formada keçirilir. Daha ətraflı məlumat üçün buraya keçid edin!

Kimlər peşəkar mühasib sertifikatı almalıdır?

Əslində bu sualın lakonik cavabı var: hər bir mühasibə. Kim peşəkar olmaq istəməz? Peşəkarlığın hamı tərəfindən qəbul edilən təsdiqi belə bir sənədin alınmasıdır. Təbii, onu almaq hamı üçün məcburi deyil, amma elə şəxslər var ki, PMS almalıdır. “Mühasibat uçotu haqqında” qanunun 3 maddəsinin 4-cü bəndinə görə müəyyən kateqoriya qurumların baş mühasibləri peşəkar mühasiblər olmalıdır. Həmin bəndi ətrafı şərhi ilə buradan tanış olmaq olar.

Bəs peşəkar mühasib sertifikatı olmaya baş mühasiblər hansı neqativ hallarla üzləşə bilər? Qeyd etdiyimiz kimi, peşəkar olmaq, bunu təsdiq edən sənəd əldə etmək karyera inkişafında əsas üstünlükdür. Bundan başqa uyğun sənədə malik olmayan baş mühasiblərin:

  • işlərini itirmək riski var;
  • inzibati maliyyə sanksiyalarına məruz qala bilərlər;
  • onların hesabatları qəbul edilməyəcək.

PMS imtahanından azadolmalar varmı?

Bəli, var. Bu azadolmalar “Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması qaydalarının” 2-ci maddəsinin uyğun bəndlərində şərh olunub.

Qaydaların 2.8 bəndinə görə, “Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə peşəkar mühasib sertifikatını və ya Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS əldə etmək üçün müraciət etmiş namizəd aşağıdakı sertifikatlardan hər hansı birinə malik olduğu hallarda keçiriləcək imtahanın birinci mərhələsindən azad edilir:

  • imtiyazlı və Sertifikatlaşmış Mühasiblər Assosiasiyasının FR – “Financial Reporting” imtahanını müvəffəqiyyətlə keçməsi barədə sənədə və ya “DipIFR” sertifikatına;
  • imtiyazlı İdarəedici Mühasiblər İnstitutunun (CİMA – Chartered Institute of Management Accountants) F2 “Advanced Financial Reporting” sertifikatına;
  • sertifikatlaşmış İctimai Mühasib (CPA – Certified Public Accountant) təşkilatının sertifikatına;
  • imtiyazlı Mühasiblər Assosiasiyasının sertifikatına;
  • serifikatlı Maliyyə Menecerləri İnstitutunun sertifikatına (ICFM (Institute of Certified Financial Managers) – “Diploma in IFRS”.”

Qaydaların 2.9 bəndinə görə isə “İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I və ya II səviyyə PMS əldə etmək üçün müraciət etmiş namizəd İctimai Sektor üçün İmtiyazlı Maliyyə və Mühasibatlıq İnstitutunun (CİPFA- Chartered Instıtute Of Publıc Fınance & Accountancy) sertifikatına malik olduğu hallarda keçiriləcək imtahanın birinci mərhələsindən azad edilir.”

Sertifikat hansı müddətə qüvvədədir?

Peşəkar mühasib sertifikatının qüvvədə olma müddəti beş ildir. Əgər şəxs fəaliyyətini peşəkar mühasib kimi davam etdirmək istəyirsə, onun qüvvədə olma müddətinin sonuncu ilində imtahanda iştirak etməli və yenidən PMS almalıdır. Peşəkar mühasib kimi fəaliyyət göstərən şəxs İki dəfə eyni standart aldıqda, sonuncu sertifikat ona ömürlük verilir. O, həmin standart üzrə peşəkar mühasib kimi fəaliyyətini davam etdirmək üçün hər hansı imtahana cəlb olunmur.

Günlük kirayə verilən evlərə görə nə qədər vergi ödənilməlidir?

Günlük kirayə verilən evlərə görə nə qədər vergi ödənilməlidir?

posted in: Xəbər | 0

Özümə məxsus bağ evini günlük icarəyə vermək istəyirəm. Bunun üçün hansı vergi öhdəliklərim yaranır?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, fiziki şəxsə icarə haqqı vergi ödəyicisi kimi uçotda olan şəxslər tərəfindən ödənildikdə icarədən gəlirlər üzrə vergi öhdəliyi ödəmə mənbəyində (14 faiz dərəcə ilə) icarəyə götürən şəxslər tərəfindən yerinə yetirilir. Fiziki şəxsin gəlirləri yalnız icarədən olduğu halda, vergi uçotuna alınmaq və bununla bağlı bəyannamə təqdim etmək öhdəliyi yaranmır.

İcarə haqqını ödəyən şəxs vergi ödəyicisi kimi uçotda olmadıqda isə icarəyə verən fiziki şəxs özü vergi ödəyicisi kimi vergi orqanında uçota alınmalı (VÖEN almalı) və bu fəaliyyətdən əldə etdiyi gəlirdən 14 faiz dərəcə ilə vergini hesablamalı, hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq “Gəlir vergisinin bəyannaməsi”ni vergi orqanına təqdim etməklə həmin müddətdə də hesablanmış gəlir vergisinin məbləğini dövlət büdcəsinə ödəməlidir. Sorğuda qeyd olunan halda, icarə müqaviləsində qeyd olunan məbləğdən 14 faiz dərəcə ilə gəlir vergisi tutulmalı və qalan vəsait icarəyə verən şəxsə ödənilməlidir.

Əlavə olaraq bildiririk ki, “Sosial sığorta haqqında” Qanunun 15-ci maddəsinin 12-ci abzasına əsasən, muzdlu işə və sahibkarlıq fəaliyyətinə aid olmayan gəlirlər (faiz gəliri, dividend, əmlakın icarəyə verilməsindən gəlir, royalti, sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan aktivlərin təqdim edilməsindən gəlir, hədiyyə və mirasların məbləği, idman oyunları ilə əlaqədar aparılan mərc oyunlarından, lotereyaların keçirilməsindən, habelə digər yarışlardan və müsabiqələrdən pul şəklində əldə edilən uduşlar) üzrə məcburi dövlət sosial sığorta haqqı hesablanmır.

Əsas: Vergi Məcəlləsinin 99.3.3-cü və 124-cü maddələri, “Sosial sığorta haqqında” Qanun

Mənbə: vergiler.az

Kassa əməliyyatları: əsas anlayışlar

Odero Mərkəzi Bank tərəfindən lisenziya alan ilk ödəniş təşkilatı oldu

posted in: Xəbər | 0

Odero“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının Qanununun tələbinə əsasən Ödəniş təşkilatı, elektron pul təşkilatı və operator (Mərkəzi Bank istisna olmaqla) ödəniş xidmətləri və ödəniş sistemləri sahəsində fəaliyyəti bu Qanuna uyğun olaraq lisenziya aldıqdan sonra həyata keçirə bilərlər.

Token Azərbaycan MMC (Odero) bu Qanunun tələblərinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankına müraciət edərək lisenziyalaşma prosesini uğurla tamamlamışdır və Mərkəzi Bankın ÖT-001 saylı lisenziyası əsasında Ödəniş təşkilatı olaraq aşağıdakı fəaliyyətləri həyata keçirəcəkdir:

  • Virtual POS vasitəsilə ödəniş əməliyyatının ekvayrinqi,
  • Link və QR vasitəsilə ödəniş qəbulu,
  • Kart yadda saxlama əsasında təkrarlanan və abunəlik ödənişlərinin icra olunması,
  • KOB sahibkarlıq subyektlərinin onlayn ödəniş qəbul edə bilməsi üçün əlavə dəyərli xidmət olaraq elektron ticarət platformasının təqdim olunması

Ölkənin ilk lisenziyalı ödəniş təşkilatı olan Odero Fortune 500 siyahısında olan Koç Holdinqə daxildir və Azərbaycanda onlayn ödəniş qəbulu və elektron ticarət həlləri ilə müştərilərin xidmətindədir. Oderonun məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://odero.az/ saytına, 012 310 57 10 Məlumat Mərkəzinə və ya müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Kassa əməliyyatları: əsas anlayışlar

İkili yazılış, debet – kredit hesablar nədir?

posted in: muhasibat, Məqalə, Xəbər | 0

Debet, kredit anlayışları mühasibatlıqda necə tətbiq olunur? Uçot hesablarında ikitərəfli qeydlərin tətbiqi hansı zərurətdən meydana çıxıb? Hansı alimlər mühasibat uçotunda qeydlərin sistemləşdirilməsində əhəmiyyətli rol oynayıb?

İkili yazılış metodunun zəruriliyi

Aktiv və passivlər, onların tarazlığı haqqında danışarkən, müəssisədə baş verən təsərrüfat əməliyyatlarının azı 2 mühasibat hesabına (bəzən isə 4) təsir etdiyini qeyd etmişdik.

Mühasibatlıqda ikili yazılış prinsipini mühasibat uçotunun təməl prinsiplərindən biri kimi də şərh etmişdik. Məsələ ondadır ki:

  • əməliyyat iqtisadi səmərə axını gətirməli yaxud onu azaltmalıdır;
  • axının artımının mənbəyi, azalmanın səbəbi olmalıdır.

Yəni, pulumuz artırsa-mənbəyi, malımız azalırsa-səbəbi axtarmalıyıq. Mühasib uçot qurursa, həm iqtisadi səmərə axınını, həm də mənbəni, səbəbi qeyd etməlidir. Hadisənin nəticəsini bilirik, lakin səbəb aydın deyilsə, baş verənlər barədə təsəvvürümüz yarımçıq olacaq. Səhər həyətə düşəndə yerin yaş olduğunu görərkən “Gecə yağışmı yağıb?” sualını veririk: bizi ilk maraqlandıran həmin nədən qaynaqlanmasıdır.

Bir halda ki hər şey səbəb-nəticə əlaqəsinə bağlıdır, təsərrüfat əməliyyatı da azı 2 hesabda özünü büruzə verməlidir (səbəb və nəticə hesabında). İkili yazılış prinsipinin bizə demək istədiyi budur.

Beləliklə, 1 əməliyyat ən azı 2 hesaba təsir edəcək, onları azaldacaq yaxud artıracaq. Əməliyyatın təsirini mühasibat uçotunda qeydə almaq üçün artma və azalma kimi ikili imkana malik uçot hesabına sahib olmalıyıq. İkili xüsusiyyət uçot hesabını sol və sağ, qərb və şərq kimi 2 hissəyə ayırmağa vadar edir.

Hesabların təsviri, debet – kredit anlayışı

Təsərrüfat əməliyyatlarının ikili təsirini əks etdirmək üçün mühasibatda xüsusi uçot sənədi – T formalı mühasibat hesablarından istifadə olunur. T-hesab ikitərəfli cədvəldir, sol tərəf debet, sağ tərəf kredit adlandırılır. Belə adlandırılma şərtidir, əksinə də ola bilərdi. Bu mahiyyətə təsir etmir, sadəcə belə qəbul edilib. Hesabın belə strukturu bütün hesablara (aktiv, passiv, gəlir, xərc və sair) aiddir.

T formalı mühaisibat hesabları, aktiv. Passiv, debet kredit

İkili yazılış metodunun tətbiqi zamanı istifadə edilən “Debet” və “kredit” sözləri latın əsaslıdır, uyğun olaraq “o borcludur” və  “o inanır” mənasını verir.

Mühasibat krEditi ilə bank kredİtini qarışdırmayın. Vurğu “e” hərfinə düşən birinci, mühasibat uçotu hesabının bir hissəsi, vurğu “i” hərfinə düşən ikinci isə bankdan faizlə götürülmüş borcdur.

Bir qayda olaraq hesablar hansı tərəfi (kredit və ya debet) artırsa, o qalığa da malik olmalıdır. Aktivləri uçota alan hesablar aktiv hesablar, passivləri uçota alan hesablar passiv hesablar adlanır.

İkili yazılışın mahiyyəti

Qeyd etdiyimiz kimi, əməliyyatların ikili yazılış formasında qeydiyyatı mühasibatın təməl prinsiplərindəndir. Mühasibat uçotunun ilkin inkişaf mərhələsində uçot bir əməliyyat növü üzrə (məsələn, borclar) cədvəllərdə, belə demək olarsa, birli yazılış formasında aparılırdı. Amma belə uçotda tam təsəvvür formalaşmır. İnsan beyni onu tam anlaya bilmir. Bunun səbəbi insan beyninin işləmə tərzidir. İnsan beyni:

  • müqayisələrlə daha yaxşı fəhm (dərk) edir;
  • səbəb-nəticə əlaqəsini gördükdə daha yaxşı yadda saxlayır;
  • qrup halında daha çox məlumat yadda saxlayır.

İkili yazılış bizə bunun hər 3-nü təmin edir. Təsəsvvür edin ki, tacir 500 manat pul verib mal alır və hər birini yalnız mallar və pullar kitabında ayrılıqda yazır, əməliyyatın özü ayrıca bir jurnalda qeyd edilmir. Əmin olun ki, tacir bu cür müxtəlif əməliyyatlarını bir yerdə görməkdə çətinlik çəkəcək və öz biznesi barədə bir qədər təhrif olunmuş məlumatlara sahib olacaq.

Lakin tacir hər bir kitab üzrə ayrıca qeyd aparmamışdan öncə, baş vermiş əməliyyatı ayrıca:

                                               Dt “Mallar”     Kr “Kassa”      Mal alışı  500 manat  

formasında qeyd edərsə, hər şey onun üçün daha rahat olacaqdır.

Hesab edirik insan beyninin ikili yazılışa uyğun olmasını kəşf etmək və bunun üçün zəruri olan debet və kredit məfhumlarını mühasibat uçotuna gətirmək ona edilmiş ən böyük töhfələrdəndir.

Tarixə qısa baxış

Avropada ikili yazılış prinsipinin sistemləşdirilmiş təqdimatı italyan rahib və riyaziyyatçısı Luka Paçolinin (1445-1517) adı ilə bağlıdır, o, bunu özünün “Hesab, həndəsə, nisbət və mütənasibliyə dair biliklərin cəmi” (1494) dərsliyində şərh edib. Bu prinsiplər Gerolamo Cardano (1501-1576) Simon Stevin (1548-1620) əsərlərində inkişaf etdirilmişdir. Mühasibatın tarixçəsini araşdıran alim Y.V.Sokolov qeyd edir ki, L.Paçolinin kitabında nə mühasibat nəzəriyyəsi, nə də mühasibat elmi var idi: o, yalnız mühasibat uçotu prosedurunu təsvir etmişdir. Ümumiləşdirici ölçü olmadan ikili yazılışın tətbiqi mümkün deyil. Buna görə də ikili yazılış prinsipindən istifadə edərək mühasibat uçotunun aparılmasının zəruri şərti uçotun pul (dəyər) ifadəsində aparılmasıdır.

Gəlir vergisi

1 378 379 380 381 382 383 384 2. 691
error: Content is protected !!