Birbank taksit kartı ilə ilk alış-verişdə 10% keşbek qazanın

posted in: Xəbər | 0

Birbank taksit kartıBirbank yeni kampaniyası ilə müştərilərinə daha çox qazanma imkanı yaradır. Belə ki, ölkənin ilk rəqəmsal bankı “İlk alış-verişə 10% keşbek” adlı yeni kampaniyaya start verir. Kampaniya çərçivəsində Birbank Cashback taksit kartını onlayn əldə edən hər kəs rəsmiləşmə tarixindən etibarən 30 təqvim günü ərzində ilk birdəfəlik 20 AZN və üzəri əməliyyatlara 10% (maksimum 20 AZN) keşbek qazana biləcək.

Kart sahibləri Birbank-ın partnyor olduğu 7500-ə yaxın mağazada, market, kafe, restoran, yanacaq doldurma məntəqəsi, aptek və.s kimi ödəniş nöqtələrində kampaniyadan yararlanmaq fürsəti qazanırlar. Həmçinin, müştərilər  2 qat ƏDV, 63 günədək güzəşt müddəti, seçilmiş partnyorlarda 24 ayadək taksit imkanı, 100% nağdlaşdırma və pulsuz çatdırılma kimi üstünlüklərdən yararlana bilərlər.

Kampaniya 31 may 2024-cü il tarixinədək keçərlidir. Kampaniyadan yararlanmaq üçün Birbank Cashback taksit kartını birbank.az, kapitalbank.az və Birbank mobil tətbiqindən sifariş edə bilərsiniz.

Ətraflı məlumat üçün: https://kbl.az/nknk

Birbank kartı haqqında ətraflı məlumat üçün https://birbank.az  saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook və Instagram səhifəsinə müraciət edə bilərsiniz. Birbank kartını sifariş vermək üçün Birbank tətbiqini yükləyin, “1” yazıb 8196 qısa nömrəsinə SMS göndərin, WhatsApp vasitəsilə (+994 50) 999 81 96 nömrəsinə yazın və ya Birbank mərkəzlərinə müraciət edin.

Məzuniyyət hüququnun həyata keçirilməsi zamanı meydana çıxan mübahisələrin həlli

Mərkəzi Bank uçot dərəcəsini endirib

posted in: Xəbər | 0

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 0,25 faiz bəndi azaldılaraq 7,5 faizdən 7,75 faizə endirilib.

Faiz dəhlizinin yuxarı həddinin 8,5 faizdən 8,25 faizə endirilməsi, faiz dəhlizinin aşağı həddinin isə 6,25 faiz səviyyəsində dəyişməz saxlanılması haqqında qərar qəbul edilib.

Bu qərar 2 may 2024-cü ildən qüvvəyə minir. Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar barədə məlumat ictimaiyyətə 2024-cü il iyun ayının 21-də açıqlanacaq.

Mənbə: vergiler.az

Yerli investisiyalı MMC-nin dövlət qeydiyyatı necə aparılır?

Məzuniyyət hüququnun həyata keçirilməsi zamanı meydana çıxan mübahisələrin həlli

posted in: Xəbər | 0

Məzuniyyət və onun növləri

İşçinin istirahət vaxtının ən mühüm hisssəsini məzuniyyətlər təşkil edir. Məzuniyyət işçinin  iş yerinin, vəzifəsinin, əməkhaqqının saxlanması şərtilə müvəqqəti olaraq işdən uzaqlaşmasıdır. Məzuniyyətin verilməsi əmək qanunvericiliyi əsasında aparılır. Məzuniyyət hüququnun həyata keçirilməsi zamanı mübahisələr də yarana bilər. Belə mübahisələr fərdi əmək mübahisələrinin bir növüdür və qarşılıqlı anlaşma yaxud məhkəmə yolu ilə həll edilə bilər. İşçi və işəgötürən arasında ziddiyyət doğuran hallar haqqında danışmazdan öncə işçilərə verilən məzuniyyətin növlərinə, məzuniyyət hüququ anlayışına qısa nəzər salaq.

Məzuniyyətin  növləri müxtəlif əsaslara görə təsnifləşdirilir və Əmək Məcəlləsinin 112-ci maddəsi ilə tənzimlənir:

  • əsas əmək məzuniyyəti;
  • əlavə  məzuniyyətlər;
  • sosial məzuniyyətlər;
  • ödənişsiz məzuniyyət;
  • təhsil, yaradıcılıq məzuniyyəti.

Məzuniyyət hüququnun əsasları

Müqavilə üzrə işləyən bütün şəxslər illik məzuniyyət hüququna malikdir. İşçinin ilk iş ilində  altı ay fasiləsiz işlədikdən sonra  məzuniyyətdən istifadə hüququ   yaranmış hesab olunur. Lakin hər işçiyə 6 aylıq məhdudiyyət  qoyulmur və məzuniyyət bəzi kateqoriyadan olan işçilərə müqavilənin bağlandığı vaxt nəzərə alınmadan təyin olunur. Həmin müddət orta əməkhaqqına uyğun olaraq ödənilərək işçinin iş yeri, vəzifəsi məcburi saxlanılır. Bəzən bilərəkdən yaxud bilməyərəkdən qanunun tələbləri pozulur, bu da fərdi əmək mübahuisələrinin yaranmasına səbəb olur. Hər iki tərəfi maarifləndirmək məqsədi ilə burada işçilərin məzuniyyət hüququ barədə ətraflı şəkildə bəhs etmişik. Bəs məzuniyyət hüququnun həyata keçirilməsi zamanı meydana çıxan mübahisələr necə həll olunur?

Məzuniyyət hüququnun həyata keçirilməsi zamanı yarana biləcək mübahisələr

Məzuniyyət hüququ həyata keçirilməsi zamanı təcrübədə bir sıra mübahisəli hallara rast gəlinir. Həmin halların bəzilərinə nəzər yetirək:

  • işəgötürənlər tərəfindən işçilərin təhsil, yaradıcılıq və ödənişsiz məzuniyyətdən istifadəsinə məhdudiyyət qoyulması;

İşləyən şəxsin işlədiyi müəssisədən, vəzifəsindən, gün ərzində neçə saat işləməsindən asılı olmayaraq məzuniyyətlərin bütün növlərindən istifadə hüququ var.


“İnsan resursları üzrə sənədləşməni kadr xidməti bazarının peşəkarlarına etibar edin!”


  • işçi sayının çox olduğu müəssisələrdə işçilərin məzuniyyətə buraxılması zamanı yaranan mübahisələr;

Bu mübahisələrin yaranmaması üçün növbəlilik cədvəlini tətbiq  etmək məsləhət görülür (AR ƏM 133). Növbəlilik cədvəlini tərtib edərkən həm işləyən şəxsin, həm də işəgötürənin rəyini nəzərə almaq vacibdir. Əmək qanunvericiliyinə əməl edilməsi fərdi əmək mübahisələrinin yaranması riskini azaldır.

  • məzuniyyətdə olan işçinin geri çağırılması;

Məzuniyyətdə olan işçini Əmək Məcəlləsinin 137 nömrəli maddəsinə əsasən istehsalatda baş verən qəzaların nəticələrini aradan qaldırmaq, həmçinin təxirəsalınmaz işlərin görülməsi məqsədilə geri çağırmaq mümkündür. Lakin  məzuniyyət hüququnun həyata keçirilməsi zamanı yarana biləcək mübahisənin qarşısını almaq üçün bu işçinin razılığı vacibdir. İşçinin məcburi olaraq məzuniyyətdən geri çağırılması qanunauyğun deyil.

  • işçilərin qrup şəklində məzuniyyətə buraxılması;

Əgər müəssisədə işəgötürənin təqsirinə görə boşdayanma halı yaranarsa, bu zaman işçilərin qrup şəklində məzuniyyətə göndərilməsi qanunauyğun deyil. Bu işçi ilə işəgötürən qarasında sonu məhkəmə ilə bitə bilən fərdi əmək mübahisələrinin yaranmasına səbəb ola bilər.

  • əmək məzuniyyəti haqqının düzgün hesablanmaması;
  • məzuniyyətə görə kompensasiyanın ödənilməməsi;
  • məzuniyyətdə olan işçinin  intizam məsuliyyətinə cəlb edilməsi.

Hər bir işçi pozulmuş hüquqlarının bərpa olunmasını tələb edə bilər. Bu məqsədlə onun məhkəmədə iddia qaldırmaq istəməsi tamamilə qanunauyğun bir haldır.

Mübahisənin həlli yolları

Qanunvericiliyə əsasən  tərəflər arasındakı mübahisələr iki yolla həll edilə bilər:

  1. AR Əmək Məcəlləsi və Mülki Məcəllənin müəyyən etdiyi qaydada;
  2. Məhkəmə yolu ilə.

Tərəflər arasında yaranmış fərdi əmək mübahisələri, o cümlədən məzuniyyət hüququnun həyata keçirilməsi zamanı meydana çıxan mübahisələrin həlli məhkəməyə müraciət edilmədən də əmək mübahisələri komissiyasından, razılaşdırıcı komissiyadan, vasitəçidən və digər qaydalardan istifadə edilməklə həll edilə  bilər. Həmin qaydaların istifadəsi  könüllü, tərəflərin razılığı ilə olmalıdır.

Kollektiv müqavilələrdə nəzərdə tutulduğu halda, müəssisələrdə məhkəməyə qədər əmək mübahisələrinə  baxan orqanın yaradılması mümkündür. Məzuniyyət hüququnun həyata keçirilməsi zamanı mübahisələrin həllini öz üzərinə götürməklə bu orqan məhkəmə çəkinməsinin qarşısını ala bilər. İşçi həmin orqana  həm özü, həm də müvəkkil etdiyi nümayəndə vasitəsilə müraciət edə bilər. Hər iki tərəf  çıxarılan qərarla razılaşmadığı halda məhkəməyə müraciət edərək  yaranmış mübahisələrin həll olunmasını istəyə bilər. Tərəflərin məhkəməyə müraciət etmə hüququnun məhdudlaşdırılması  yolverilməzdir. AR Konstitusiyasının  60-cı maddəsinə görə hər bir kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Fərdi əmək mübahisələri zamanı məhkəmə qərarlarının işçi və işəgötürən tərəfindən yerinə yetirilməsi zəruridir. İşçinin məzuniyyət hüquqlarının pozulmasına görə işəgötürən qanunvericiliyə uyğun  məsuliyyət daşıyır.

Geri çağırılma zamanı məzuniyyətin yenidən hesablanması

Yerli investisiyalı MMC-nin dövlət qeydiyyatı necə aparılır?

posted in: Xəbər | 0

Mən Məhdud Məsuliyyətli Cəmiyyət yaratmaq istəyirəm. Xahiş edirəm bunun üçün nədən başlamalı olacağım barədə məni məlumatlandırasınız.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, kommersiya hüquqi şəxsin dövlət qeydiyyatına alınması üçün müraciətlər kağız daşıyıcılarda və ya elektron qaydada edilə bilər.

Qeydiyyatın aparılması üçün tələb olunan sənədlərin siyahısı, habelə sənədlərin təqdim edilməli olduğu vergi orqanları barədə və s. lazımi məlumatları Dövlət Vergi Xidmətinin rəsmi saytındakı “Bir pəncərə” bölməsindən əldə edə bilərsiniz.

Eyni zamanda, bildiririk ki, təsisçinin istəyi ilə yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatı elektron qaydada aşağıdakı formalarda həyata keçirilə bilər:

  • yerli investisiyalı hüquqi şəxsin onlayn qeydiyyatı – elektron imza olmadan mobil nömrə və FİN kod vasitəsilə;
  • yerli investisiyalı hüquqi şəxsin onlayn qeydiyyatı (sürətli və adi qeydiyyatı) – ASAN İmza vasitəsilə;
  • yerli investisiyalı hüquqi şəxsin onlayn qeydiyyat (sürətli qeydiyyat) – NRYTN kartı vasitəsilə;
  • yerli investisiyalı hüquqi şəxsin onlayn qeydiyyat (adi qeydiyyat) – NRYTN kartı vasitəsilə.

Bu qeydiyyat formalarının istifadəçi təlimatları Dövlət Vergi Xidmətinin internet (e-taxes.gov.az) portalında yerləşdirilib.

Həmçinin bildiririk ki, lizinq fəaliyyyətini həyata keçirən hüquqi şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur və mənfəət vergisi ödəyicisi kimi fəaliyyət göstərməlidirlər.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü, 104-cü maddələri, “Hüquqi şəxsin dövlət qeydiyyatına alınması və dövlət reyestri haqqında” Qanun

Mənbə: vergiler.az

Məzuniyyətin hesablanması qaydası

1 381 382 383 384 385 386 387 2. 684