Mərkəzi Bank uçot dərəcəsini endirib

posted in: Xəbər | 0

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 0,25 faiz bəndi azaldılaraq 7,5 faizdən 7,75 faizə endirilib.

Faiz dəhlizinin yuxarı həddinin 8,5 faizdən 8,25 faizə endirilməsi, faiz dəhlizinin aşağı həddinin isə 6,25 faiz səviyyəsində dəyişməz saxlanılması haqqında qərar qəbul edilib.

Bu qərar 2 may 2024-cü ildən qüvvəyə minir. Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar barədə məlumat ictimaiyyətə 2024-cü il iyun ayının 21-də açıqlanacaq.

Mənbə: vergiler.az

Yerli investisiyalı MMC-nin dövlət qeydiyyatı necə aparılır?

Məzuniyyət hüququnun həyata keçirilməsi zamanı meydana çıxan mübahisələrin həlli

posted in: Xəbər | 0

Məzuniyyət və onun növləri

İşçinin istirahət vaxtının ən mühüm hisssəsini məzuniyyətlər təşkil edir. Məzuniyyət işçinin  iş yerinin, vəzifəsinin, əməkhaqqının saxlanması şərtilə müvəqqəti olaraq işdən uzaqlaşmasıdır. Məzuniyyətin verilməsi əmək qanunvericiliyi əsasında aparılır. Məzuniyyət hüququnun həyata keçirilməsi zamanı mübahisələr də yarana bilər. Belə mübahisələr fərdi əmək mübahisələrinin bir növüdür və qarşılıqlı anlaşma yaxud məhkəmə yolu ilə həll edilə bilər. İşçi və işəgötürən arasında ziddiyyət doğuran hallar haqqında danışmazdan öncə işçilərə verilən məzuniyyətin növlərinə, məzuniyyət hüququ anlayışına qısa nəzər salaq.

Məzuniyyətin  növləri müxtəlif əsaslara görə təsnifləşdirilir və Əmək Məcəlləsinin 112-ci maddəsi ilə tənzimlənir:

  • əsas əmək məzuniyyəti;
  • əlavə  məzuniyyətlər;
  • sosial məzuniyyətlər;
  • ödənişsiz məzuniyyət;
  • təhsil, yaradıcılıq məzuniyyəti.

Məzuniyyət hüququnun əsasları

Müqavilə üzrə işləyən bütün şəxslər illik məzuniyyət hüququna malikdir. İşçinin ilk iş ilində  altı ay fasiləsiz işlədikdən sonra  məzuniyyətdən istifadə hüququ   yaranmış hesab olunur. Lakin hər işçiyə 6 aylıq məhdudiyyət  qoyulmur və məzuniyyət bəzi kateqoriyadan olan işçilərə müqavilənin bağlandığı vaxt nəzərə alınmadan təyin olunur. Həmin müddət orta əməkhaqqına uyğun olaraq ödənilərək işçinin iş yeri, vəzifəsi məcburi saxlanılır. Bəzən bilərəkdən yaxud bilməyərəkdən qanunun tələbləri pozulur, bu da fərdi əmək mübahuisələrinin yaranmasına səbəb olur. Hər iki tərəfi maarifləndirmək məqsədi ilə burada işçilərin məzuniyyət hüququ barədə ətraflı şəkildə bəhs etmişik. Bəs məzuniyyət hüququnun həyata keçirilməsi zamanı meydana çıxan mübahisələr necə həll olunur?

Məzuniyyət hüququnun həyata keçirilməsi zamanı yarana biləcək mübahisələr

Məzuniyyət hüququ həyata keçirilməsi zamanı təcrübədə bir sıra mübahisəli hallara rast gəlinir. Həmin halların bəzilərinə nəzər yetirək:

  • işəgötürənlər tərəfindən işçilərin təhsil, yaradıcılıq və ödənişsiz məzuniyyətdən istifadəsinə məhdudiyyət qoyulması;

İşləyən şəxsin işlədiyi müəssisədən, vəzifəsindən, gün ərzində neçə saat işləməsindən asılı olmayaraq məzuniyyətlərin bütün növlərindən istifadə hüququ var.


“İnsan resursları üzrə sənədləşməni kadr xidməti bazarının peşəkarlarına etibar edin!”


  • işçi sayının çox olduğu müəssisələrdə işçilərin məzuniyyətə buraxılması zamanı yaranan mübahisələr;

Bu mübahisələrin yaranmaması üçün növbəlilik cədvəlini tətbiq  etmək məsləhət görülür (AR ƏM 133). Növbəlilik cədvəlini tərtib edərkən həm işləyən şəxsin, həm də işəgötürənin rəyini nəzərə almaq vacibdir. Əmək qanunvericiliyinə əməl edilməsi fərdi əmək mübahisələrinin yaranması riskini azaldır.

  • məzuniyyətdə olan işçinin geri çağırılması;

Məzuniyyətdə olan işçini Əmək Məcəlləsinin 137 nömrəli maddəsinə əsasən istehsalatda baş verən qəzaların nəticələrini aradan qaldırmaq, həmçinin təxirəsalınmaz işlərin görülməsi məqsədilə geri çağırmaq mümkündür. Lakin  məzuniyyət hüququnun həyata keçirilməsi zamanı yarana biləcək mübahisənin qarşısını almaq üçün bu işçinin razılığı vacibdir. İşçinin məcburi olaraq məzuniyyətdən geri çağırılması qanunauyğun deyil.

  • işçilərin qrup şəklində məzuniyyətə buraxılması;

Əgər müəssisədə işəgötürənin təqsirinə görə boşdayanma halı yaranarsa, bu zaman işçilərin qrup şəklində məzuniyyətə göndərilməsi qanunauyğun deyil. Bu işçi ilə işəgötürən qarasında sonu məhkəmə ilə bitə bilən fərdi əmək mübahisələrinin yaranmasına səbəb ola bilər.

  • əmək məzuniyyəti haqqının düzgün hesablanmaması;
  • məzuniyyətə görə kompensasiyanın ödənilməməsi;
  • məzuniyyətdə olan işçinin  intizam məsuliyyətinə cəlb edilməsi.

Hər bir işçi pozulmuş hüquqlarının bərpa olunmasını tələb edə bilər. Bu məqsədlə onun məhkəmədə iddia qaldırmaq istəməsi tamamilə qanunauyğun bir haldır.

Mübahisənin həlli yolları

Qanunvericiliyə əsasən  tərəflər arasındakı mübahisələr iki yolla həll edilə bilər:

  1. AR Əmək Məcəlləsi və Mülki Məcəllənin müəyyən etdiyi qaydada;
  2. Məhkəmə yolu ilə.

Tərəflər arasında yaranmış fərdi əmək mübahisələri, o cümlədən məzuniyyət hüququnun həyata keçirilməsi zamanı meydana çıxan mübahisələrin həlli məhkəməyə müraciət edilmədən də əmək mübahisələri komissiyasından, razılaşdırıcı komissiyadan, vasitəçidən və digər qaydalardan istifadə edilməklə həll edilə  bilər. Həmin qaydaların istifadəsi  könüllü, tərəflərin razılığı ilə olmalıdır.

Kollektiv müqavilələrdə nəzərdə tutulduğu halda, müəssisələrdə məhkəməyə qədər əmək mübahisələrinə  baxan orqanın yaradılması mümkündür. Məzuniyyət hüququnun həyata keçirilməsi zamanı mübahisələrin həllini öz üzərinə götürməklə bu orqan məhkəmə çəkinməsinin qarşısını ala bilər. İşçi həmin orqana  həm özü, həm də müvəkkil etdiyi nümayəndə vasitəsilə müraciət edə bilər. Hər iki tərəf  çıxarılan qərarla razılaşmadığı halda məhkəməyə müraciət edərək  yaranmış mübahisələrin həll olunmasını istəyə bilər. Tərəflərin məhkəməyə müraciət etmə hüququnun məhdudlaşdırılması  yolverilməzdir. AR Konstitusiyasının  60-cı maddəsinə görə hər bir kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Fərdi əmək mübahisələri zamanı məhkəmə qərarlarının işçi və işəgötürən tərəfindən yerinə yetirilməsi zəruridir. İşçinin məzuniyyət hüquqlarının pozulmasına görə işəgötürən qanunvericiliyə uyğun  məsuliyyət daşıyır.

Geri çağırılma zamanı məzuniyyətin yenidən hesablanması

Yerli investisiyalı MMC-nin dövlət qeydiyyatı necə aparılır?

posted in: Xəbər | 0

Mən Məhdud Məsuliyyətli Cəmiyyət yaratmaq istəyirəm. Xahiş edirəm bunun üçün nədən başlamalı olacağım barədə məni məlumatlandırasınız.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, kommersiya hüquqi şəxsin dövlət qeydiyyatına alınması üçün müraciətlər kağız daşıyıcılarda və ya elektron qaydada edilə bilər.

Qeydiyyatın aparılması üçün tələb olunan sənədlərin siyahısı, habelə sənədlərin təqdim edilməli olduğu vergi orqanları barədə və s. lazımi məlumatları Dövlət Vergi Xidmətinin rəsmi saytındakı “Bir pəncərə” bölməsindən əldə edə bilərsiniz.

Eyni zamanda, bildiririk ki, təsisçinin istəyi ilə yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatı elektron qaydada aşağıdakı formalarda həyata keçirilə bilər:

  • yerli investisiyalı hüquqi şəxsin onlayn qeydiyyatı – elektron imza olmadan mobil nömrə və FİN kod vasitəsilə;
  • yerli investisiyalı hüquqi şəxsin onlayn qeydiyyatı (sürətli və adi qeydiyyatı) – ASAN İmza vasitəsilə;
  • yerli investisiyalı hüquqi şəxsin onlayn qeydiyyat (sürətli qeydiyyat) – NRYTN kartı vasitəsilə;
  • yerli investisiyalı hüquqi şəxsin onlayn qeydiyyat (adi qeydiyyat) – NRYTN kartı vasitəsilə.

Bu qeydiyyat formalarının istifadəçi təlimatları Dövlət Vergi Xidmətinin internet (e-taxes.gov.az) portalında yerləşdirilib.

Həmçinin bildiririk ki, lizinq fəaliyyyətini həyata keçirən hüquqi şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur və mənfəət vergisi ödəyicisi kimi fəaliyyət göstərməlidirlər.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü, 104-cü maddələri, “Hüquqi şəxsin dövlət qeydiyyatına alınması və dövlət reyestri haqqında” Qanun

Mənbə: vergiler.az

Məzuniyyətin hesablanması qaydası

Geri çağırılma zamanı məzuniyyətin yenidən hesablanması

posted in: Xəbər | 0

Əmək məzuniyyəti

Əmək müqaviləsi ilə işləyən hər bir şəxsin Azərbaycan Respublikasının Konstitusiyasının 37-ci maddəsində təsbit edilmiş istirahət və məzuniyyət hüququ var. Bu hüququn təmin edilməsinin əsasları Əmək Məcəlləsinin V bölməsinin maddələrinə əsasən tənzimlənir. İşçi:

  • illik əsas ödənişli məzuniyyətə gedə bilər, bu zaman məzuniyyətin hesablanması işəgötürən tərəfindən təmin edilir;
  • əlavə məzuniyyət hüququndan istifadəsi mümkündür, əlavə məzuniyyət ödənişlidir;
  • ödənişsiz məzuniyyət götürə bilər, təbii ki, heç bir hesablama aparılmır.

Bəzi kateqoriya mütəxəssislərin yaradıcılıq və təhsil məzuniyyəti hüququ var. Məzuniyyət və onun növləri haqqında eyni adlı səhifəmizdəki məqalələrdən daha ətraflı məlumat almaq olar.

İşçilərin məzuniyyət hüququ, ondan istifadə qaydaları məhdudlaşdırıla bilməz. Məzuniyyətdə olduğu müddətdə işçinin fəaliyyət yeri, vəzifəsi saxlanılır, orta əməkhaqqının saxlanılması üçün məzuniyyətin hesablanması təmin edilir, eyni zamanda onunla bağlanmış müqavilənin pozulmasına, onun intizam məsuliyyətinə cəlb olunmasına  yol verilmir. Həmin müddət işçinin əmək stajına daxil edilir.

Bəzən mütəxəssisi məzuniyyətdən geri çağırmaq lazım gəlir, yaxud işçi özü müəyyən səbəbdən işə erkən qayıtmaq istəyir.

Məzuniyyətdən geriçağırma

Məzuniyyətdə olan işçinin geri çağırılması Əmək Məcəlləsinin 137-ci maddəsinə uyğun tənzimlənir. Məcəllədə müstəsna hal kimi şərh olunan geri çağırılma həm işçinin,  həm də işəgötürənin təşəbbüsü ilə mümkündür. İşəgötürən tərəfindən məzuniyyətdən geriçağırma aşağıdakı hallarda baş verə bilər:

  • yaranmış qəzanın nəticələrini aradan qaldırmaq məqsədilə;
  • təxirə salına bilinməyən işlərin icrasının zəruriliyi yarandıqda.

Əmək qanunvericiliyi işəgötürənə işçini illik ödənişli məzuniyyətdən yalnız onun razılığı ilə geri çağırmasına icazə verir. Əgər məzuniyyət müddətində işçi işə başlamaq istəməzsə, işəgötürən tərəfindən intizam məsuliyyətinə cəlb edilə bilməz.

Məcəllənin 137.4 maddəsinə görə “işçinin təşəbbüsü ilə əmək məzuniyyətindən geriçağırma yalnız işəgötürənin mülahizəsi ilə həyata keçirilir”

Yarana biləcək əmək mübahisələrinin qarşısını almaq məqsədilə məzuniyyətdən geri çağrılan işçinin razılığı yazılı formada alındıqdan sonra uyğun əmr verməlidir. Əmrdə işçinin adı, soyadı, vəzifəsi, məzuniyyətdən geri çağırılma səbəbləri, gələcək təminatının necə olacağı, məzuniyyətin yenidən hesablanması qaydası, ona nə vaxt ödənişli, ya da ödənişsiz əvəzgün verilməsi qeyd edilməlidir. İşçi bu şərtlərlə tanış olmalı, öz razılığını bildirməlidir.

Məzuniyyətdən geriçağırma qaydaları ilə buradan daha çox məlumat almaq olar.

Geri çağırılma zamanı hesablamalar

Amma, onu da qeyd etmək lazımdır ki, işçi işəgötürənin bu qərarı ilə razılaşsa belə, onda bir sıra suallar yarana bilər, məsələn:

  • Birincisi, məzuniyyətdən geri çağırılma zamanı məzuniyyətin yenidən hesablanması zəruridirmi?
  • İkincisi, alınan vəsaitin qaytarılma qaydası necədir?

Bu sualların cavabı ƏM-nin 137.3-cü maddəsində şərh olunub. Gəlin bunları bir-bir araşdıraq.

Əgər işçi məzuniyyətdən geri çağırılırsa, o, işə başlayır və artıq məzuniyyət kimi ödənildiyi günlər üçün əməkhaqqı almağa başlayır. Yəni, məzuniyyət haqqı, eləcə də vergi və digər tutulmalar üzrə artıq ödəmələr yaranır. Məcəllənin yuxarıda qeyd edilən maddəsi bu sualların həlli üçün iki variant təklif edir:

  1. İşə başlanan gündən əməkhaqqı hesablanır, is­ti­fa­də edil­mə­miş mə­zu­niy­yət gün­lə­ri­nin əvə­zin­də əlavə ödənişsiz istirahət günləri təyin edilir, yaxud;
  2. İşə baş­la­dı­ğı gün­dən eti­ba­rən iş­çi­yə əməkhaq­qı he­sab­la­nır, məzuniyyətin yenidən hesablanması aparılır. Yəni məzuniyyətin istifadə edilməyən günlərinin məbləği əməkhaqqından tutulur, həmin günlər sonradan müəyyən olunan vaxtda verilərək, ƏM-nin 140-cı mad­də­sin­də nə­zər­də tu­tul­muş qay­da­da hesablamalar aparılır.

Variantlardan biri tərəflərin qarşılıqlı razılığı əsasında seçilir.

Əməkhaqqıdan tutulmanın rəsmiləşdirilməsi

İki variantdan birinin seçimi işçinin yazılı ərizəsi əsasında həyata keçirilir. İstifadə olunmamış məzuniyyət günləri üçün artıq ödənilmiş vəsaitin tutulması prosesi aşağıdakı ardıcıllıqla həyata keçiriləcək:

  • işçi mühasibat şöbəsinə artıq ödənilmiş vəsaitin tutulması barədə ərizə yazır;
  • bundan sonra işəgötürən tərəfindən uyğun əmr verilir.
  • mühasibat şöbəsində məzuniyyətin yenidən hesablanması aparılaraq işçiyə artıq ödənilmiş məbləğ müəyyən edilir;
  • bu məbləğ işçinin ərizəsi və işəgötürənin əmri əsasında onun qazancından tutulur;
  • əməkhaqqıdan vergi və digər tutulmalar üzrə yenidən hesablamalar aparılır.

Məzuniyyətdən geri çağırılma zamanı əməkhaqqının hesablanması ilə bağlı nüanslar barədə buradan oxumaq olar.

Məzuniyyətin yenidən hesablanması

İşçinin məzuniyyətdən geri çağırılması ilə əlaqədar istifadə olunmayan günlər işçinin seçimi ilə cari iş ili ərzində onun üçün əlverişli vaxtda verilməli və ya növbəti iş ilinin məzuniyyətinə əlavə edilməlidir. Bir işçi istifadə olunmamış məzuniyyət günlərini başqa vaxta keçirmək qərarına gələrsə, işəgötürənə müvafiq ərizə təqdim etməlidir. Əgər işçi belə bir müraciət etməzsə, istifadə olunmamış məzuniyyət qalığı növbəti ilin məzuniyyət cədvəlinə daxil ediləcək.

Tutaq ki, işəgötürən işçiyə 28 təqvim günü üçün məzuniyyət haqqı ödəyib və 20 gündən sonra onu məzuniyyətdən geri çağırır, bu zaman işçinin işlədiyi günlər üçün ona əməkhaqqı verilməlidir. Yəni, işəgötürən məzuniyyət haqqını yenidən hesablamalı olacaq, çünki məzuniyyət haqqının artıq ödənilməsi halı yaranacaq. O, işçinin məzuniyyətdə olmadığı günlər üçün əvvəllər ödənilmiş məzuniyyət haqqını tutmalı, həmçinin, gəlir vergisi və sığorta haqlarını yenidən hesablamalıdır.

Məzuniyyətin yenidən hesablanması nümunəsi

İşçi iyunun 5-dən iyulun 3-dək 28 təqvim günü məzuniyyətdədir. Onun maaşı 1600 manatdır. Məzuniyyətin hesablanması zamanı orta gündəlik qazancı 52,63 manat olduğunu düşünək. Məzuniyyət pulu 1473.68  (52,63 x 28 ) manat təşkil edir. Təxirə salınması mümkün olmayan işlərin icrasının zəruriliyi yarandığı üçün onu 2 iyulda məzuniyyətdən geri çağırırlar. İşçinin razılığı ilə məzuniyyətin istifadə edilməyən günlərinin məbləği əməkhaqqıdan tutulur və ona 2 iyuldan başlayaraq əməkhaqqı hesablanmağa başlanır.

Aşağıdakı cədvəldə iyunun 5-dək olan iş günləri üçün əməkhaqqı nəzərə alınmadan işçinin almalı olduğu məzuniyyətin hesablanması və yenidən hesablanması əks olunub. Şərti olaraq işçinin dövlət müəssisəsində işlədiyini və əlavə güzəştlərin olmadığını qəbul edək.

Məzuniyyətin hesablanması Məzuniyyətin yenidən hesablanması Fərq
Məzuniyyət dövrü üçün orta əməkhaqqı məbləği 1473.68
(52,63 x28)
1368.42
(52.63×26)
105.26
Gəlir vergisi 178.32 163.58 14.74
DSMF ayırmaları: 44.21 41.05 3.16
İşsizlikdən sığorta haqqı: 7.37 6.84 0.53
İcbari tibbi sığorta haqqı: 29.47 27.37 2.10
Həmkarlara üzvülük (2%) 29.47 27.37 2.10
Yekun ödəniləcək məbləğ 1184.84 1102.21 82.63

Cədvəlin məlumatlarından göründüyü kimi geriçağırma səbəbindən məzuniyyətin yenidən hesabatlanması nəticəsində 105.26 manat fərq yaranır. İşçiyə iyul ayı üçün əməkhaqqı ödənişi artıq verilmiş 82.63 manat qədər azaldılacaq. Eyni zamanda işçinin əməkhaqqından tutulan gəlir vergisi və digər məcburi tutulmalar uyğun məbləğlər qədər azaldılmalıdı. Bu, əməkhaqqına görə işəgötürənə hesablanan məbləğlərdə də nəzərə alınır.

Bütün dəyişikliklər cari dövrə aid olduğundan yenilənmiş bəyannamələrə ehtiyac olmayacaq.

121 saylı “İnvestisiya mülkiyyətinin dəyəri” hesabı üzrə uçot

1 405 406 407 408 409 410 411 2. 700