Məzuniyyət hüququnun həyata keçirilməsi zamanı meydana çıxan mübahisələrin həlli

posted in: Xəbər | 0
birbank biznes

Məzuniyyət və onun növləri

İşçinin istirahət vaxtının ən mühüm hisssəsini məzuniyyətlər təşkil edir. Məzuniyyət işçinin  iş yerinin, vəzifəsinin, əməkhaqqının saxlanması şərtilə müvəqqəti olaraq işdən uzaqlaşmasıdır. Məzuniyyətin verilməsi əmək qanunvericiliyi əsasında aparılır. Məzuniyyət hüququnun həyata keçirilməsi zamanı mübahisələr də yarana bilər. Belə mübahisələr fərdi əmək mübahisələrinin bir növüdür və qarşılıqlı anlaşma yaxud məhkəmə yolu ilə həll edilə bilər. İşçi və işəgötürən arasında ziddiyyət doğuran hallar haqqında danışmazdan öncə işçilərə verilən məzuniyyətin növlərinə, məzuniyyət hüququ anlayışına qısa nəzər salaq.

Məzuniyyətin  növləri müxtəlif əsaslara görə təsnifləşdirilir və Əmək Məcəlləsinin 112-ci maddəsi ilə tənzimlənir:

  • əsas əmək məzuniyyəti;
  • əlavə  məzuniyyətlər;
  • sosial məzuniyyətlər;
  • ödənişsiz məzuniyyət;
  • təhsil, yaradıcılıq məzuniyyəti.

Məzuniyyət hüququnun əsasları

Müqavilə üzrə işləyən bütün şəxslər illik məzuniyyət hüququna malikdir. İşçinin ilk iş ilində  altı ay fasiləsiz işlədikdən sonra  məzuniyyətdən istifadə hüququ   yaranmış hesab olunur. Lakin hər işçiyə 6 aylıq məhdudiyyət  qoyulmur və məzuniyyət bəzi kateqoriyadan olan işçilərə müqavilənin bağlandığı vaxt nəzərə alınmadan təyin olunur. Həmin müddət orta əməkhaqqına uyğun olaraq ödənilərək işçinin iş yeri, vəzifəsi məcburi saxlanılır. Bəzən bilərəkdən yaxud bilməyərəkdən qanunun tələbləri pozulur, bu da fərdi əmək mübahuisələrinin yaranmasına səbəb olur. Hər iki tərəfi maarifləndirmək məqsədi ilə burada işçilərin məzuniyyət hüququ barədə ətraflı şəkildə bəhs etmişik. Bəs məzuniyyət hüququnun həyata keçirilməsi zamanı meydana çıxan mübahisələr necə həll olunur?

Məzuniyyət hüququnun həyata keçirilməsi zamanı yarana biləcək mübahisələr

Məzuniyyət hüququ həyata keçirilməsi zamanı təcrübədə bir sıra mübahisəli hallara rast gəlinir. Həmin halların bəzilərinə nəzər yetirək:

  • işəgötürənlər tərəfindən işçilərin təhsil, yaradıcılıq və ödənişsiz məzuniyyətdən istifadəsinə məhdudiyyət qoyulması;

İşləyən şəxsin işlədiyi müəssisədən, vəzifəsindən, gün ərzində neçə saat işləməsindən asılı olmayaraq məzuniyyətlərin bütün növlərindən istifadə hüququ var.


“İnsan resursları üzrə sənədləşməni kadr xidməti bazarının peşəkarlarına etibar edin!”


  • işçi sayının çox olduğu müəssisələrdə işçilərin məzuniyyətə buraxılması zamanı yaranan mübahisələr;

Bu mübahisələrin yaranmaması üçün növbəlilik cədvəlini tətbiq  etmək məsləhət görülür (AR ƏM 133). Növbəlilik cədvəlini tərtib edərkən həm işləyən şəxsin, həm də işəgötürənin rəyini nəzərə almaq vacibdir. Əmək qanunvericiliyinə əməl edilməsi fərdi əmək mübahisələrinin yaranması riskini azaldır.

  • məzuniyyətdə olan işçinin geri çağırılması;

Məzuniyyətdə olan işçini Əmək Məcəlləsinin 137 nömrəli maddəsinə əsasən istehsalatda baş verən qəzaların nəticələrini aradan qaldırmaq, həmçinin təxirəsalınmaz işlərin görülməsi məqsədilə geri çağırmaq mümkündür. Lakin  məzuniyyət hüququnun həyata keçirilməsi zamanı yarana biləcək mübahisənin qarşısını almaq üçün bu işçinin razılığı vacibdir. İşçinin məcburi olaraq məzuniyyətdən geri çağırılması qanunauyğun deyil.

  • işçilərin qrup şəklində məzuniyyətə buraxılması;

Əgər müəssisədə işəgötürənin təqsirinə görə boşdayanma halı yaranarsa, bu zaman işçilərin qrup şəklində məzuniyyətə göndərilməsi qanunauyğun deyil. Bu işçi ilə işəgötürən qarasında sonu məhkəmə ilə bitə bilən fərdi əmək mübahisələrinin yaranmasına səbəb ola bilər.

  • əmək məzuniyyəti haqqının düzgün hesablanmaması;
  • məzuniyyətə görə kompensasiyanın ödənilməməsi;
  • məzuniyyətdə olan işçinin  intizam məsuliyyətinə cəlb edilməsi.

Hər bir işçi pozulmuş hüquqlarının bərpa olunmasını tələb edə bilər. Bu məqsədlə onun məhkəmədə iddia qaldırmaq istəməsi tamamilə qanunauyğun bir haldır.

Mübahisənin həlli yolları

Qanunvericiliyə əsasən  tərəflər arasındakı mübahisələr iki yolla həll edilə bilər:

  1. AR Əmək Məcəlləsi və Mülki Məcəllənin müəyyən etdiyi qaydada;
  2. Məhkəmə yolu ilə.

Tərəflər arasında yaranmış fərdi əmək mübahisələri, o cümlədən məzuniyyət hüququnun həyata keçirilməsi zamanı meydana çıxan mübahisələrin həlli məhkəməyə müraciət edilmədən də əmək mübahisələri komissiyasından, razılaşdırıcı komissiyadan, vasitəçidən və digər qaydalardan istifadə edilməklə həll edilə  bilər. Həmin qaydaların istifadəsi  könüllü, tərəflərin razılığı ilə olmalıdır.

Kollektiv müqavilələrdə nəzərdə tutulduğu halda, müəssisələrdə məhkəməyə qədər əmək mübahisələrinə  baxan orqanın yaradılması mümkündür. Məzuniyyət hüququnun həyata keçirilməsi zamanı mübahisələrin həllini öz üzərinə götürməklə bu orqan məhkəmə çəkinməsinin qarşısını ala bilər. İşçi həmin orqana  həm özü, həm də müvəkkil etdiyi nümayəndə vasitəsilə müraciət edə bilər. Hər iki tərəf  çıxarılan qərarla razılaşmadığı halda məhkəməyə müraciət edərək  yaranmış mübahisələrin həll olunmasını istəyə bilər. Tərəflərin məhkəməyə müraciət etmə hüququnun məhdudlaşdırılması  yolverilməzdir. AR Konstitusiyasının  60-cı maddəsinə görə hər bir kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Fərdi əmək mübahisələri zamanı məhkəmə qərarlarının işçi və işəgötürən tərəfindən yerinə yetirilməsi zəruridir. İşçinin məzuniyyət hüquqlarının pozulmasına görə işəgötürən qanunvericiliyə uyğun  məsuliyyət daşıyır.

Geri çağırılma zamanı məzuniyyətin yenidən hesablanması

Print Friendly, PDF & Email