Read More9
Read More9

Kapital Bank-dan əməkhaqqıya uyğun kredit təklifi

posted in: Xəbər | 0

Ölkənin birinci bankı Kapital Bank müştərilərinə əməkhaqqıya uyğun kredit imkanı yaradır. Belə ki, özəl və ya dövlət sektorunda çalışmağından asılı olmayaraq 500 AZN əməkhaqqı alan müştərilərə 11 300 AZN-dək, 750 AZN əməkhaqqı alan müştərilərə 16 900 AZN-dək, 800 AZN əməkhaqqı alan müştərilərə 18 100AZN-dək, 1 000 AZN əməkhaqqı alan müştərilərə 22 600 AZN-dək, 1350 AZN əməkhaqqı alan müştərilərə 30 000 AZN-dək kredit təklif olunur.

Qeyd edək ki, əməkhaqqını Kapital Bank və ya digər banklardan alanlar nağd pul kreditini illik 10.9%-dan başlayaraq maksimum 59 ayadək ala bilərlər. Əməkhaqqıya uyğun təklif edilən kredit imkanlarından yararlanmaq üçün həm onlayn müraciət edə, həm də sizə ən yaxın Kapital Bank filialına yaxınlaşa bilərsiniz. Digər bankda kredit öhdəlikləri olan müştərilər də bu imkandan yararlana bilərlər.

Ətraflı məlumat üçün: https://kbl.az/prcfs

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 49 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.

Cari ildə ödənilən və əvəzləşdirilməyən ƏDV məbləğləri gəlirdən çıxıla bilərmi?

Cari ildə ödənilən və əvəzləşdirilməyən ƏDV məbləğləri gəlirdən çıxıla bilərmi?

posted in: Xəbər | 0

Təcrübədə vergi ödəyiciləri tərəfindən əsas məbləğ ödənilən vaxt əlavə dəyər vergisinin (ƏDV) ödənişinin qaydalara uyğun olmayaraq həyata keçirilməsi hallarına rast gəlirik. Bəs cari ildə ödənilən və əvəzləşdirilməyən ƏDV-lərin aqibəti necə olur? Məsələyə sərbəst auditor Altay Cəfərov aydınlıq gətirir.

Məsələni sadə formada nəzərdən keçirsək, görürür ki, Vergi Məcəlləsinin tələblərinə görə, əsas məbləğ alıcı tərəfindən satıcının bank hesabına, 18% ƏDV isə alıcının ƏDV depozit hesabından və ya bank hesabından satıcının ƏDV depozit hesabına ödənilməlidir. Ancaq bir çox hallarda ödənişlər qaydalara uyğun həyata keçirilmir və ödənilən ƏDV əvəzləşdirilmir.

Ən maraqlısı odur ki, əvvəlki illərdən qalan kreditor borclarına görə cari ildə ödənilən və əvəzləşdirilməyən ƏDV-lərin aqibəti necə olur. Məsələni tam başa düşmək üçün bir neçə misal üzərində nəzərdən keçirək.

Misal 1: “AA” MMC 2023-cü ilin noyabr ayında 10.000 manatlıq (ƏDV-siz), 1.800 manat ƏDV məbləği ilə birlikdə malları əldə edib. Həmçinin, malların ümumi dəyərini 2023-cü ilin bank hesabından satıcının bank hesabına ödəyib. Yəni bütün 11.800 manatın hamısı qarşı tərəfin bank hesabına ödənilib.

Misal 2: “AA” MMC 2022-ci ilin noyabr ayında 10.000 manatlıq (ƏDV-siz), 1.800 manat 18% ƏDV ilə birlikdə malları əldə edib. Şirkət aldığı malların dəyərini ödəməyib və 2022-ci ildə malları satıb. Həmçinin, malların ümumi dəyərini 2023-cü ilin may ayında bank hesabından satıcının bank hesabına ödəyib. Yəni bütün 11.800 manatın hamısını qarşı tərəfin bank hesabına ödəyib.

Misal 3: “AA” MMC 2022-ci ilin noyabr ayında 10.000 manatlıq (ƏDV-siz), 1.800 manat 18% ƏDV-si ilə birlikdə xidmətlər əldə edib. MMC əldə etdiyi xidmətlərin dəyərini ödəməyib. Və 2022-ci ildə xidməti xərc maddəsi kimi silib. Həmçinin, xidmətin ümumi dəyərini 2023-cü ilin may ayında nağd formada satıcının kassasına ödəyib. Yəni bütün 11.800 manatın hamısını qarşı tərəfin kassasına ödəyib.

Misal 4: “AA” MMC 2022-ci ilin noyabr ayında 10.000 manatlıq (ƏDV-siz), 1.800 manat 18% ƏDV ilə birlikdə xammal əldə edib. Cəmiyyət əldə etdiyi xammalın dəyərini ödəməyib və 2022-ci ildə xammal istehsala silinib. Hazır məhsul əldə edilib. Hazır məhsul 2022-ci ildə qalıqda qalıb və 2023-cü ilin fevral ayında satılıb. Həmçinin, xammalın ümumi dəyərini 2023-cü ilin may ayında nağd formada satıcının kassasına ödəyib. Yəni bütün 11.800 manatın hamısını qarşı tərəfin kassasına ödəyib.

Misallarda göstərilən hallarda nəzərdə tutulmuş qaydalara uyğun ödənilməyən ƏDV-nin aqibəti necə olacaq?

Vergi Məcəlləsinin 175.1-ci maddəsində qeyd edilib ki, bu maddədə başqa hallar nəzərdə tutulmayıbsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank və digər ödəniş hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir.

Birinci misalımızda nəticə daha sadədir. Belə ki, 1.800 manat ƏDV qaydalara uyğun ödənilmədiyindən əvəzləşdirilməyəcək və noyabr ayında alınmış malların maya dəyərinə daxil ediləcək.

İkinci misalımızda məsələ çox çətinləşir. MMC 2022-ci ildə 10.000 manatlıq malları alıb və bu malları 2022-ci ildə də satıb. Eyni zamanda, aldığı malların 1.800 manat ƏDV-sini hələki əvəzləşdirməyib və 241 saylı balans hesabında qalıq kimi saxlayıb. Yəni bu həm mühasibat uçotununun, həm də vergi uçotunun tələbləridir.

Odur ki, 01.01.2023-cü il tarixinə MMC-nin vergi və mühasibat uçotunda mal qalığı qalmayacaq. Amma 11.800 manat kreditor borcu və 1.800 manat əvəzləşdiriləcək ƏDV qalığı qalacaq. Nəticə odur ki, şirkət 11.800 manatı qaydalara uyğun ödəyəndə artıq 1.800 manat ƏDV də əvəzləşdiriləcək.

Ancaq sonradan aydın olur ki, 2023-cü ilin mayında 11.800 manat qaydalara uyğun ödənilməyıb. Nəticədə 1.800 manat əvəzləşdirilməyəcək.
Bu halda “AA” MMC əvəzləşdirilməyən 1.800 manatı xərc kimi tanımalıdır, yoxsa başqa mənbədən silməlidir?

Vergi Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, aşağıdakı vergilərin, faizlərin, maliyyə sanksiyalarının və cərimələrin gəlirdən çıxılmasına yol verilmir:

  • Azərbaycan Respublikasının və ya digər dövlətlərin ərazilərində ödənilmiş mənfəət vergisi və ya gəlirdən hesablanan hər hansı digər vergi.

Məcəllənin 119-cu maddəsinə əsasən, mənfəət və gəlirdən hesablanan digər vergilər gəlirdən çıxılmır, yerdə qalan digər vergilər gəlirdən çıxıla bilər. Yəni məhduddiyyət qoyulmayıb. Odur ki, ƏDV ya əvəzləşdirilməlidir, ya da əvəzləşdirilmədikdə gəlirdən çıxılan xərc kimi nəzərə alına bilər.

İlkin olaraq belə görünür ki, “AA” MMC-nin noyabr ayında əvəzləşdirmədiyi 1.800 manat ƏDV məbləği xərcə salınmalıdır. Ancaq məsələyə bir az da dərindən nəzər yetirməliyik. Vergi Məcəlləsində xərclərin tanınma vaxtı müəyyənləşdirilib. Məcəllənin 136.1-ci maddəsində göstərilib ki, vergi ödəyicisi vergi uçotunun aparılması üçün hesablama metodundan istifadə etdikdə, əqdlə bağlı olan xərcin çəkilməsi vaxtı, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, aşağıda sadalanan şərtlərin hamısına əməl edildiyi vaxt sayılır:

  • vergi ödəyicisi birmənalı olaraq maliyyə öhdəliklərini qəbul edir;
  • maliyyə öhdəliklərinin məbləği dəqiq qiymətləndirilir;
  • əqddə və ya müqavilədə iştirak edən bütün tərəflər əqd və ya müqavilə üzrə özlərinin bütün öhdəliklərini yerinə yetirmişlər, yaxud müvafiq məbləğlər qeyd-şərtsiz ödənilməlidir.

Maddənin tələblərindən aydın olur ki, “AA” MMC üçün xərcin tanınması vaxtı noyabr 2022-ci il üçün olacaq.

Bundan əlavə, Vergi Məcəlləsinin 108.1-ci maddəsində qeyd olunub ki, bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Gəlirdən çıxılan xərclər qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməlidir. Qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməyən xərclərin gəlirdən çıxılmasına yol verilmir.

Burdan da görünür ki, gəlirin əldə olunması ilə bağlı olan xərc gəlirdən çıxılır. Şirkət də gəliri 2022-ci ildə əldə edib və həmin dövrdə də xərci gəlirdən çıxmalıdır.

Nəticə olaraq aydın olur ki, MMC 2023-cü ilin mayında əvəzləşdirə bilmədiyi 1.800 manat ƏDV-ni 2023-cü ildə gəlirdən çıxa bilməz.

Şirkətin qəbul edəcəyi qərar:

  • Birinci variant kimi 2022-ci ilin mənfəət vergisi bəyannaməsini dəqiqləşdirilmiş təqdim etməklə 1.800 manatı xərc kimi tanıya bilər.
  • İkinci variant kimi heç bir dəqiqləşdirmə etməməklə 1.800 manatı 2023-cü ilin mənfəət bəyannaməsində xalis mənfəətdən silə bilər.

Adətən praktikada ikinci variant daha effektiv olur.

3-cü misal ikinci misal ilə analojidir, sadəcə, burada xidmətlər üzrə yaranıb.

Dördüncü misalda vəziyyət başqa formadadır. Misaldan da görünür ki, cəmiyyət tərəfindən məhsul istehsal edilib və satılıb, artıq qalıqda hazır məhsul qalmayıb. Ancaq satış əməliyyatları və ƏDV-nin əvəzləşdirilməməsi 2023-cü ildə olduğundan cəmiyyət 1.800 manatı 2023-cü ilin fevral ayında hazır məhsulun maya dəyəri kimi tanıya bilər və gəlirdən çıxa bilər.

Sonda aydın olur ki, hər bir vergi ödəyicisi müvafiq əvəzləşdirmələr apara bilməsi üçün Vergi Məcəlləsinin 175.1-ci maddəsinin tələblərinə uyğun olaraq ƏDV üzrə ödənişləri həyata keçirməlidir. Əks təqdirdə yuxarıdakı kimi problemlərlə üzləşəcəkdir.

Mənbə: vergiler.az

131 saylı “Bioloji aktivlərin dəyəri” hesabı üzrə uçot

İcbari ödənişlərlə bağlı xəzinə hesablarının rekvizitləri yenilənib

posted in: Xəbər | 0

Vergi rekvizitləri – 2024

Vergi və digər büdcə daxilolmalarının köçürülməsi üçün xəzinə hesablarının rekvizitləri – qısaca vergi rekvizitləri 2024-cü ilin əvvəlindən yenilənib.

Eyni zamanda aşağıdakı büdcədənkənar fondlara köçürmələr üçün nəzərdə tutulmuş  xəzinə hesabları üzrə də dəyişikliklər edilib:

  • Məcburi dövlət sosial sığorta vəsaitləri köçürüləcək hesabın (MDSS) rekvizitləri;
  • İcbari tibbi sığorta haqları üzrə (İTS) rekvizitləri;
  • İşsizlikdən sığorta ayırmaları köçürüləcək hesab üzrə rekvizitlər.

Xəzinə hesabları üzrə rekvizitlər hansılardır?

Rekvizitlər (lat. requisitum – tələb olunan, zəruri) hər hansı sənədin etibarlı hesab edilməsi üçün həmin sənəddə mütləq göstərilməli olan məlumatlar toplusudur. Məsələn, dövlət xəzinədarlıq orqanlarında olan vergi və digər büdcə daxilolmalarının köçürülməli olduğu xəzinə hesablarının rekvizitlərini belə qruplaşdırmaq olar:

  • xəzinədarlıq orqanının məlumatları;
  • bankın məlumatları;
  • büdcə səviyyəsi kodları.

Aşağıdakı keçiddə vergi ödəyicilərinin dövlət büdcəsi qırçısında yaranmış öhdəliklərin icrası üçün vacib olan vergi rekvizitləri öz əksini tapıb.

Dövlət xəzinədarlıq orqanlarında olan vergi və digər büdcə daxilolmalarının köçürülməli olduğu xəzinə hesablarının rekvizitləri haqqında Məlumat

Büdcədənkənar fondlarının hesabları üzrə məlumatlar aşağıdakı keçidlərdə verilib:

Məcburi dövlət sosial sığorta vəsaitləri köçürüləcək hesabın (MDSS) rekvizitləri

İcbari tibbi sığorta haqları üzrə ( İTS ) rekvizitləri

İşsizlikdən sığorta üzrə rekvizitlər haqqında məlumat

Xəzinə hesabı nədir?

Xəzinə hesabı xəzinədarlıq vasitəsilə əməliyyatlarının həyata keçirilməsi üçün nəzərdə tutulub. Hesabın açılması AR Maliyyə Nazirliyinin Kollegiyasının 21 dekabr 2023-cü il tarixli 22 saylı qərarı qəbul edilmiş “Dövlət xəzinədarlığı vasitəsilə maliyyə əməliyyatlarının həyata keçirilməsi və həmin əməliyyatların uçotunun aparılması Qaydası” ilə tənzimlənir. Həmin sənədə görə:

Xəzinə hesabı – vahid xəzinə hesabına milli valyutada pul vəsaitlərinin daxil olmasını, habelə həmin vəsaitlərin vahid xəzinə hesabından məxaric olmasını təmin etmək üçün bu Qayda ilə müəyyən edilmiş formada açılmış hesabdır.

Bəs vahid xəzinə hesabı nədir?

Vahid xəzinə hesabı aşağıdakı büdcələrə daxil olan pul vəsaitlərinin vahid hesaba toplanmasını və həmin pul vəsaitlərinin istifadəsini təmin edir:

  • Azərbaycan Respublikasının dövlət büdcəsinə;
  • Naxçıvan Muxtar Respublikasının büdcəsinə;
  • Büdcədənkənar dövlət fondlarına;
  • ƏDV depozit hesabına;
  • Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin  Təminat Fonduna;
  • Büdcə təşkilatlarının büdcədənkənar əməliyyatlarına;
  • Dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi mənbələri.

“Büdcə sistemi haqqında” AR Qanununa görə:

Vahid xəzinə hesabı – dövlət xəzinədarlığının bank və maliyyə institutlarındakı hesablar sistemidir.

Büdcə səviyyəsi kodu

Yuxarıda qeyd etdiyimiz keçidlərdəki cədvəllərdə hər bir xəzinə hesabının rekvizitləri ilə yanaşı, uyğun büdcə səviyyəsi kodu da verilib. Ümumiyyətlə, 12 büdcə səviyyəsi kodu vardır ki, onlardan 5-i mərkəzi, 5-yerli büdcəyə, qalanı isə digər büdcədənkənar fondlara aiddir:

1. Azərbaycan Respublikası Büdcəsi (mərkəzi)

1Y Azərbaycan Respublikası Büdcəsi (yerli)

2. Naxçıvan MR Büdcəsi (mərkəzi)

2Y Naxçıvan MR Büdcəsi (yerli)

3 Büdcədənkənar Vəsaitlər (mərkəzi)

3Y Büdcədənkənar Vəsaitlər (yerli)

4. Büdcədənkənar Fondlar (DSMF)

5. Neft Fondu

6. Naxçıvan MR Büdcədənkənar vəsait (mərkəzi)

6Y Naxçıvan MR Büdcədənkənar vəsait (yerli)

7. Depozit və tapşırıqlar (mərkəzi)

7Y Depozit və tapşırıqlar (yerli)

Xəzinə hesabları rekvizitləri, həmçinin büdcə səviyyəsi kodu vergi və büdcəyə digər ödənişlərin köçürülməsi üçün hər bir mühasibin bilməli olduğu məlumatlardandır. Vergi rekvizitləri, habelə MDSS, İTS, işsizlik sığortası rekvizitlərinin, habelə uyğun büdcə səviyyəsi kodlarının səhv işlənməsi köçürmələrin ödəyicilərin şəxsi hesabına işlənməsində  çətinlik yaradır.

2024-cü il üçün əməkhaqqı cədvəli – əməkhaqqıdan tutulmalar necə hesablanacaq?

Mühasibat uçotunun konsepsiyası

posted in: Xəbər | 0

Konsepsiya nədir?

Mühasibatı yeni öyrənməyə başlayarkən “mühasibat uçotunun konsepsiyası”, “prinsiplər, qaydalar” anlayışları ilə rastlaşırıq. Lakin çox vaxt onların nəyi ifadə etdiyini, hansı hansının tərkib hissəsi olduğunu, aralarında nə kimi fərq olduğunu başa düşə bilmirik. Bunun səbəbi nədir?

Əksəriyyətimiz mühasibat uçotunun əsaslarını onun praktik tətbiqindən öyrənməyə başlayırıq. Öyrənmək bir prosesdir, yoldur, mühasibatı öyrənməyə yolun yarısında başlamaq olmaz. Unutmayaq ki, peşəkarlıq bilik üstəgəl bacarıqlardır. Peşəkar mühasib ilk öncə fundamental, nəzəri suallar qoymalı, cavab tapdıqdan sonra təcrübədə tətbiq etməyi bacarmalıdır.

Əvvəlki yazılarımızın birində mühasibatı elm adlandırmışdıq. İstənilən elmin öz nəzəri-konseptual əsasları var. Bəs mühasibatın nəzəri-konseptual əsasları nədir? İlk öncə konsepsiya sözünün mənasını xatırlayaq.

Dərketmə, sistem anlamını verən konsepsiya (latınca conceptio) ideyalar, baxışlar, fikirlər sistemi, eləcə də elmi əsər, kitab, məqalə və s.-nin əsas mahiyyəti, hansısa hadisəni dərk etməyin, şərh etməyin üsulu, onların işıqlandırılması məqsədini güdən rəhbər ideyalar toplusudur. Onun köməyi ilə hadisənin mahiyyətini, onların inkişaf istiqamətini formalaşdıran konseptual çərçivələr hazırlanır.

Konsepsiya hər hansı  tədqiqat sahəsinin əsasını təşkil edən ümum qəbul edilmiş nəzəri prinsiplərin məcmusudur.

Gəlin yuxarıdakı qeydləri bir az sadələşdirək

Nümunəyə baxaq. Azərbaycanda sürücülərin əməl etməli olduğu qayda, konseptual əsas var – maşını yolun sağ ilə sürmək lazımdır. Bu, nəqliyyatın rahat axınına kömək edir.

Mühasib də, eynilə, təsərrüfat əməliyyatlarının qeydiyyatını aparıb, hesabatlar hazırlayarkən  qaydalar çərçivəsində fəaliyyət göstərməlidir. Bu nəzəri konsepsiyaların olmasını zəruri edir.

Ehtimal, qayda, prinsiplərə istinad edən mühasibat uçotunun konsepsiyası təsərrüfat əməliyyatlarının uçotu, həmçinin hesabların hazırlanmasının əsasını müəyyən edir.

Beləliklə, mühasibat 3 etapdan keçərək hədəflərə çata bilər:

  • mühasibat uçotunun konsepsiyasının hazırlanması;
  • konsepsiya çərçivəsində prinsiplərin işlənməsi;
  • prinsiplərin tələblərinə xidmət edən konkret qaydaların hazırlanması.

Yuxarıda qeyd etdiklərimiz konsepsiya, prinsip və qaydalar arasında əlaqə və  fərqləri ifadə edir.

Qeyd edək ki, konsepsiya çərçivədir, yəni konkret məqsədlərə nail olmağa hədəflənmiş əməkdaşlıq, birgə razılıq ruhunda sonrakı addımlar üçün baza prinsipləri müəyyən edən sənəddir.

Mühasibatın konsepsiyaları (accounting concepts)

Mühasibat tarixi inkişaf mərhələsində əsasən təcrübəyə üstünlük verirdi. Lakin uçot-hesabat işçiləri onun nəzəriyyəsini, konseptual əsaslarını yaratmağa çalışdılar. Zaman və biznesin inkişafı hər kəs tərəfindən tanınan vahid çərçivə sənədinin yaranmasını tələb edirdi.

Peşəkar mühasiblər tərəfindən müxtəlif nəzəri konsepsiyalar təklif olunurda, amma yalnız bəziləri hamı tərəfindən qəbul edilirdi.

Konseptual əsaslar standartlar deyil, onları əvəz etmir, standartların daha təkmil formada tərtib edilməsi üçün irəli sürülür. Mühasibat uçotunun konsepsiyasının bir-neçə əsas funksiyasını qeyd edək:

  • beynəlxalq, həmçinin milli uçot standartlarının hazırlanmasına, yenilənməsinə kömək etmək;
  • maliyyə hesabatları standartlarının hazırlanmasına, hesabatların tərtib ediləməsinə dəstək olmaq;
  • uçot-hesabat sənədlərinin qəbul edilmiş standartlara uyğunluğu haqqında audit rəylərin hazırlanmasına kömək etmək.

Qloballaşma və mühasibat konsepsiyası

Uçotun dünyanın müxtəlif regionlarında fərqli inkişafı uçotun konseptual əsaslarının formalaşmasına təsirsiz ötmürdü. Regionlarda mühasibatın məqsədindən, inkişaf səviyyəsindən asılı olaraq müxtəlif mühasibat uçotu konsepsiyaları formalaşdı. Müxtəliflilik maliyyə hesabatlarının, mühasibat balansının, digər uçot-hesabat sənədlərinin hazırlanmasında fərqli baxışlara yol açırdı.

Uçotun qloballaşması, beynəlxalq maliyyə hesabatı standartlarının hazırlanması vahid beynəlxalq mühasibat konsepsiyasının hazırlanmasını aktuallaşdırdı. Vahid əsas sənədin olması:

  • standartların müddəalarının ardıcıllığını təmin etməyə;
  • hesabat istifadəçilərin maraqlarına diqqət etməyə;
  • vahid prinsiplərə riayət etməyə kömək edərdi.

Bunu nəzərə alan Maliyyə Hesabatlarının Beynəlxalq Standartları Komitəsi müxtəlif vaxtlarda mühasibat uçotu, maliyyə hesabatları üzrə çərçivə sənədləri hazırlayırdı. Komitənin bazasında yaradılan BMUS Şurası səndələri  yenidən işləyərək 2018-ci ildən etibarən maliyyə hesabatlarının konsepsiya sənədini tətbiq etdi. Sənədin əsas istiqamətləri, məzmunu növbəti yazımızın mövzusudur. Mühasibatlıq sahasində ilkin nəzəri biliklərinizi formalaşdırmaq istəyirsinizsə bizi izləyin, dostlarınıza tövsiyyə edin.

Torpaq, tikili və avadanlıqlar yaxud əsas vəsaitlər

1 420 421 422 423 424 425 426 2. 684
error: Content is protected !!