Mühasibat uçotu və müəssisənin ətraf mühiti

posted in: Xəbər | 0
birbank biznes

Müəssisənin ətraf mühiti nədir?

Müəssisə boşluqda fəaliyyət göstərmir, cari, strateji fəaliyyətində müxtəlif amillərin məcmusundan ibarət mühitlə əhatələnib. Dünyada hər şey, o cümlədən, müəssisəni əhatə edən mühit daima dəyişir.

İndiki dövr əmtəə və avadanlıqların sürətlə köhnəlməsinə səbəb olan texnoloji yeniliklər, rəqiblərin qüvvələrində köklü dəyişikliklər dövrüdür. Bütün bunlar müəssisəni dəyişən ətraf mühit şəraitinə uyğunlaşmağa məcbur edir. Təsirlərin proqnozlaşdırılmasında mühasibat uçotu məlumatlarının rolu əvəzsizdir.

Müəssisənin ətraf mühiti – şirkətin fəaliyyətinə, onun nəticələrinə təsir göstərən qüvvələr, amillər məcmusudur.


Müəssisəni əhatə edən mühit
2 qrupa bölünür:

  • makro mühit;
  • mikro mühit.

Makro mühit müəssisənin maraqları ilə ziddiyyətdə olan, mikro mühitə təsir göstərən, təşkilatdan asılı olmayan əsas təsir qüvvələridir. Sosial-demoqrafik, iqtisadi, elmi-texniki, siyasi mühit, mədəni, həmçinin təhsil kimi faktorlar onu xarakterizə edən faktorlardandır.

Makro mühit müəssisənin maraqları ilə ziddiyyətdə olan, mikro mühitə təsir göstərən, təşkilatdan asılı olmayan əsas təsir qüvvələridir. Sosial-demoqrafik, iqtisadi, elmi-texniki, siyasi mühit, mədəni, həmçinin təhsil kimi faktorlar onu xarakterizə faktorlardandı.

Məsələn, müəyyən dövrdə ailələrin sayı azalıb, işləyən qadınların sayı artıb. Evdar qadınlar üçün tikiş maşınları istehsalçısı olan şirkət sosial – demoqrafik faktorun təsirini nəzərə almalıdır, əks halda tənəzzülə uğraya bilər.

 Mikro mühitin əsas faktorları

Şirkətin əsas məqsədi mümkün qədər çox mənfəət əldə etməkdir. Buna bazarda cəlbedici əmtəə və xidmətlər istehsalı etməklə nail olmaq olar. İdarəetmə sisteminin hədəfə istiqamətlənmiş təsərrüfat fəaliyyəti:

  • müştərilərin;
  • vasitəçilərin;
  • rəqiblərin;
  • şirkət işçilərinin hərəkətlərindən asılıdır.

Bunlar müəssisənin mikro mühitini formalaşdırır.

Müəssisənin mikro mühiti birbaşa onun özünə aid amillər, müştəri xidməti imkanları ilə əlaqəli faktorlardır.

Mikro mühitin təsnifatı

Mikro mühit hər birinin müəssisənin fəaliyyətində rolu yaxud marağı olan iki qrupa bölünür:

  • daxili;
  • xarici.

Müəssisənin daxili mikro mühitinə aşağıdakı şöbə, xidmət, bölmələr aid edilir:

  • rəhbərlik;
  • maliyyə xidməti;
  • istehsal prosesi;
  • maddi-texniki təchizat;
  • mühasibat xidməti.

“Xarici” sözü xarici ölkələr anlamında deyil, kənar təsirlər (şəxslər) mənasında işlənir. Xarici mikro mühit – şirkətlə qarşılıqlı əlaqəli, şirkət tərəfindən hər hansı şəkildə (məsələn, müqavilə) idarə olunan bütün strukturların məcmusudur. Bunlara:

  • təchizatçıları;
  • vasitəçiləri;
  • müştəriləri
  • rəqibləri nümunə göstərmək olar.

Xarici mikro mühiti formalaşdıran amillərin vaxtında, dəqiqi mühasibat uçotu müəssisə rəhbərliyinə mənfi təsirləri proqnozlaşdırmağa, mənfi təsirləri vaxtında aradan qaldırmağa imkan yaradır.

Mühasibat uçotu və müəssisənin ətraf mühiti

Son 50 ildə dünya əhəmiyyətli dərəcədə dəyişib. Buna bir çox hadisələr, məsələn texnoloji tərəqqi, qloballaşma səbəb olub.

Müəssisəni əhatə edən biznes mühitinin sürətlə dəyişməsi, qeyri-sabit, qeyri-müəyyən olması rəqabət qaydalarına əsaslı təsir edib. Biznes mühit dəyişdikcə, mühasibat uçotu ətraf mühitdə və texnologiyada baş verən dəyişikliyə uyğunlaşmaq məqsədilə inkişaf etməli, biznes məlumatlarının qeydiyyatının, təhlilinin, təqdimatının səmərəli üsullarını tapmalı, daim inkişaf etməlidir.

Sadə bir nümunəyə baxaq. Biz uçotun tarixindən danışarkən, müasir mühasibat uçotunun müəssisənin ətraf mühitinin dəyişən faktorlarının təsiri altında necə inkişaf etdiyini izləmişdik. Yaxud beynəlxalq mühasibat cəmiyyətlərinin formalaşması məhz müəssisələrin daima inkişafda olan əhatə mühitinin təsiri altında baş verirdi.

Mühasibata təsir edən ətraf mühit amilləri

Qloballaşma, xarici iqtisadi əlaqələr, korporasiyalar mühasibat uçotunun beynəlxalq mühasibat uçotu standartlarının hazırlanmasını zəruri edir.

Artan bazarlar, rəqabət idarəetmə uçotu mühasiblərindən imkanlar yaxud təhlükələrə cəld, çevik reaksiya tələb edir. Onlar beynəlxalq bazarlar, mədəni mühitlər barədə biliklərə yiyələnməli, müəyyən ölkələrə xas risklərdən xəbərdar olmalıdırlar.

Xammalın qiyməti, biznesin aparılması xərcləri artdıqca, rəqabətə davamlı məhsulların istehsalı xərclərin idarə edilməsi vacibdir.

Daxili əməliyyatlar üzərində şəffaflığın, nəzarətin artırılması əhəmiyyətlidir. İdarəetmə uçotu baxımından mühasiblər bütün funksiyalar üzrə menecerlərlə müntəzəm əlaqə saxlamalıdırlar.

Bazarlar əhəmiyyətli gəlir üçün unikal fürsət təqdim edərkən, bəzi şirkətlər özlərini vergidən yayınma, fırıldaqçılıq, rüşvətxorluq, korrupsiya risklərinə məruz qoyurlar.

Nəticədə:

  • Mühasibat uçotu mütəxəssisləri rəqəmlərin sadəcə hesablanmasını deyil, kommersiya əsasını anlayaraq, müəssisəni əhatə edən mənfi amillərin biznes mühitə təsirini yuxarıdan aşağı, idarəetmənin hər mərhələsində məlumatlandırmaqla, etik və hesabatlılıq məsələlərində mühüm rol oynamalıdır.
  • Ümumiyyətlə, mühasibat uçotu müəssisənin ətraf mühiti amillərinin idarə edilməsində aktiv iştirak etməklə, onun öz missiyasına nail olmasına öz töhfəsini verməlidir.

Hazırda mühasibatın fəaliyyəti mənfəətə diqqət yetirməkdən daha çox, müştərilər, işçilər,  cəmiyyət kimi müxtəlif maraqlı tərəflərlə işgüzar münasibətlərə yönəlməkdədir.

İllik iş vaxtı norması və onun hesablanması

Print Friendly, PDF & Email