Mülkiyyətçinin dəyişməsi zamanı xitamla bağlı ödənişlər

posted in: Xəbər | 0

Mülkiyyətçisinin dəyişməsi zamanı əmək müqaviləsinin ləğvi

İşçi və işəgötürən arasında yaranmış əmək münasibətləri müəyyən səbəblərdən pozula bilər ki, bu da əmək müqaviləsinin ləğvi ilə yekunlaşır. Əmək müqaviləsinin xitam verilməsinin əsasları Azərbaycan Respublikasının Əmək Məcəlləsinin onuncu fəslinin müddəaları ilə tənzimlənir. Müəssisinin mülkiyyətçisinin dəyişməsi müqavilənin ləğvinə əsas verən səbəblərdən biridir.

Mülkiyyətçinin dəyişməsi müəssisənin əmlakına mülkiyyət hüququnun bir şəxsdən digər şəxsə və ya digər şəxslərə (xüsusən də dövlət və ya bələdiyyə mülkiyyətinin özəlləşdirilməsi zamanı) keçməsidir.

Bu zaman heç də həmişə mülkiyyətçi dəyişmir. Müəssisənin mülkiyyətçisinin dəyişməsi zamanı işəgötürən dəyişmədikdə, əmək müqaviləsinə və əmək kitabçasına düzəlişlər edilmir.

Mülkiyyət dəyişikliyi nə vaxt başa çatmış sayılır?

Proses müəssisəyə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından sonra başa çatmış sayılır. Qeydiyyat tarixi dövlət reyestrində müvafiq qeydin edildiyi tarix hesab olunur. Yalnız bundan sonra müəssisənin resurslarının idarə edilməsi hüquqları, o cümlədən Əmək Məcəlləsinin 63-cü maddəsinə uyğun qaydada kadr dəyişiklikləri etmək imkanı yaranır.

Əmək müqaviləsinə xitam verilən şəxslər kimlərdir?

Mülkiyyətçi dəyişən zaman əmək münasibətləri AR ƏM-in 63-cü, əmək müqaviləsinə xitam verilməsi 68 ”ç”, müqavilə şərtlərinin dəyişdirilməsi isə 56-cı maddəsi ilə tənzimlənir. Bu zaman yeni mülkiyyətçinin təşəbbüsü ilə yalnız aşağıdakı şəxslərin əmək müqaviləsinə xitam verilə bilər:

  • müəssisənin rəhbərinin;
  • müavinlərin;
  • baş mühasibin;
  • idarəetmə funksiyasını həyata keçirən digər struktur bölmə rəhbərlərinin.

Müəssislərdə mühasibat uçotunun aparılmasına məsul şəxs haqqında daha çox məlumat alın.

Əmək müqaviləsinə xitam necə verilir?

Müəssisə rəhbərinin əmək müqaviləsinə xitam verilməsi haqqında əmri yeni işəgötürənin özü və ya onun səlahiyyət verdiyi şəxs (orqan) imzalaya bilər.

Mülkiyyətçi dəyişdikdə işçilərin sayının və ya ştatının ixtisarına mülkiyyət hüququnun verilməsi dövlət qeydiyyatına alındıqdan sonra yol verilir. Əmlakın mülkiyyətində dəyişiklik təşkilatın digər işçiləri ilə əmək müqavilələrinə xitam vermək üçün əsas deyil. Müəssisədə yuxarıda göstərilən işçilər istisna olmaqla, qalan bütün işçilərlə əmək münasibətləri davam etməlidir. Bu zaman işçinin əvvəlki mülkiyyətçi ilə bağlanmış olduğu əmək müqaviləsi yeni mülkiyyətçi tərəfindən qüvvədə saxlanılır. Lakin işçinin özü yeni şərtlərlə işləməkdən imtina edə bilər. Bu halda, əmək münasibətlərinə xitam verilməsi qanunvericilik qaydalarına uyğun ƏM-nin 69-cu maddəsinə əsasən həyata keçirilir.

Əmək müqaviləsinin ləğvi zamanı ödənişlər hansılardır?

Beləliklə, işçinin əmək müqaviləsinə xitam verilməsi:

  • həm işəgötürənin təşəbbüsü (mülkiyyətçinin dəyişməsi) ilə bağlı:
  • həm də ümumi əsaslarla həyata keçirilə bilər.

Hər iki halda işçiyə sonuncu iş günü yekun haqq hesab ödənilir. Yekun haqq-hesaba aşağıdakı ödənişlər daxildir.

  • əməkhaqqı;
  • xəstəlik vərəqi üzrə hesablanıb ödənilməmiş müavinətlər;
  • digər sosial müavinətlər üzrə ödənilməmiş məbləğlər;
  • istifadə edilməmiş məzuniyyət günləri üçün ödənişləri;
  • istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə kompensasiya (ƏM, 144-cü maddə);
  • əmək müqaviləsində və kollektiv müqavilədə ödənilməsi nəzərdə tutulmuş digər məbləğlər.

Bunlardan başqa əmək müqaviləsinin ləğvi mülkiyyətçinin dəyişməsi səbəbindən işəgötürənin təşəbbüsü ilə baş verərsə, işdən çıxarılan işçilər müəyyən ödənişlər almaq hüququna malikdirlər.

Mülkiyyətçinin dəyişməsinə görə əmək müqaviləsinin ləğvi zamanı müavinət

Əmək Məcəlləsinin 77-ci maddəsinə əsasən yeni mülkiyyətçi ƏM 68 “ç” maddəsi əsasında əmək müqaviləsi ləğv edilmiş işçilərə orta aylıq əməkhaqqının azı 3 misli miqdarında müavinətin ödənilməsini təmin etməlidir.

Orta əməkhaqqı Məcəllənin 177-ci maddəsi əsasında hesablanır. Onun hesablanması aşağıdakı qaydada aparılır:

  • ödənişdən əvvəlki iki təqvim ayı ərzində qazanılmış əməkhaqqının cəmi həmin aylardakı iş günlərinin sayına bölünür;
  • alınmış məbləğ (bir günlük əməkhaqqı) əməkhaqqı saxlanılan iş günlərinin sayına vurulur.

Mülkiyyətçinin dəyişməsi zamanı əmək müqaviləsinə xitam verilən zaman ödənilən müavinətlər Vergilər Məcəlləsinin 102.1.4-cü, “Sosial sığorta haqqında” qanunun 15-ci maddəsinə əsasən uyğun olaraq gəlir vergisindən və məcburi dövlət sosial sığorta haqqından azaddır.

Faizsiz borclar hansı formada vergiyə cəlb olunur?

Maliyyə lizinqi ilə bağlı hansı ciddi dəyişikliklər həyata keçirilib?

posted in: Xəbər | 0

Vergi qanunvericiliyinə edilmiş son dəyişikliklərdə maliyyə lizinqi üzrə yanaşmalarda müəyyən yeniliklər yer alıb. İqtisadçı ekspert Anar Bayramov həmin dəyişiklikləri şərh edir.

2024-cü il yanvarın 1-dən Vergi Məcəlləsinin 140-ci maddəsindən “İcarəyə götürülən əmlak icarəçi üçün sifarişlə hazırlanmışdır və icarə müddəti qurtardıqdan sonra icarəçidən başqa heç kəs tərəfindən istifadə edilə bilməz” bəndi çıxarılıb. Bəndin ləğv edilməsinə səbəb bu il yanvarın 1-dən maliyyə lizinqi ilə bağlı vergi ödəyicisi üçün yüngülləşdirici halın maddəyə əlavə edilməsidir. Belə ki, Vergi Məcəlləsinin 140.7-ci maddəsinə əlavə olunmuş cümləyə əsasən, maliyyə lizinqi müqaviləsi üzrə lizinq alan bu müqavilə üzrə hüquq və öhdəliklərini digər şəxsə təqdim etdiyi halda, lizinq verənlə yeni alıcı arasında yaranan münasibətlər maliyyə lizinqi sayılır və əvvəlki maliyyə lizinqi müqaviləsinin davamı hesab edilir.

Misal 1

Vergi ödəyicisi nəqliyyat vasitəsini “A” müəssisəsinə, lizinq müqaviləsinə uyğun olaraq, 10 il müddətinə icarəyə verib. 4 ildən sonra iki tərəf lizinq müqaviləsi üzrə hüquq və öhdəlikləri “B” müəssisəsinə təqdim edir. Bu halda həmin proses maliyyə lizinqi müqaviləsinin davamı hesab ediləcək. Qeyd edək ki, son dəyişikliyədək vergi ödəyicisinə bu cür şans tanınmırdı.

Lizinqlə bağlı digər dəyişiklik isə Vergi Məcəlləsinin 140.2.3-cü maddəsindəki “əmlakın qalıq dəyəri” ifadəsinin aydınlaşdırılmasıdır. Dəyişikliyə qədər Vergi Məcəlləsinin 140.2.3-cü maddəsinə əsasən icarə müddəti qurtardıqdan sonra əmlakın qalıq dəyəri icarənin əvvəlinə onun bazar qiymətinin 20 faizindən az olduqda lizinq hesab edilirdi. Yeni dəyişiklikdən sonra artıq Vergi Məcəlləsinə əsasən müəyyənləşdirilmiş müəsissənin əmlakının qalıq dəyəri Vergi Məcəlləsinin 140.2.3-cü maddəsində əsas götürüləcək.

Digər dəyişikliklər maliyyə lizinqinə vaxtından əvvəl xitam verilməsini və müvafiq bəyannamənin təqdim olunmasını tənzimləyir. Vergi Məcəlləsinə əlavə edilmiş 140.7-ci maddəyə əsasən, maliyyə lizinqi müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əməliyyat bu Məcəllənin 140.2-ci maddəsinin tələblərinə cavab vermədiyi təqdirdə, belə əməliyyat əmlakın icarəyə verilməsi olmaqla maliyyə lizinqi hesab edilmir.

Misal 2

Vergi ödəyicisi qarşı tərəflə 5 illik lizinq müqaviləsi bağlayıb, 50.000 manatlıq nəqliyyat vasitəsi təqdim edib. Tərəflər lizinq müqaviləsinə vaxtından əvvəl, 3-cü ildə xitam veriblər. Bu zaman Vergi Məcəlləsinin 140.7-ci maddəsinə uyğun olaraq əmlakın icarəyə verilməsi maliyyə lizinqi hesab edilmir.

Maliyyə lizinqi hesab edilmədiyi halda, adi icarə müqaviləsində ƏDV öhdəliyi yarandığı üçün Vergi Məcəlləsinin 140.7-ci maddəsində bəyannamələrin təqdim olunması halına da aydınlıq gətirilib. Həmin maddəyə əsasən, bu zaman bu Məcəllənin 72.4-1-ci maddəsinə uyğun olaraq vergilərin dəqiqləşdirilməsi qiymətləndirmə bazasında dəyişikliyin baş verdiyi hesabat dövründə aparılır və hesabat dövrü üzrə vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamədə dəqiqləşdirilir.

Misal 3

Vergi ödəyicisi, lizinq müqaviləsinə əsasən, 1 yanvar 2024-cü il tarixdən 30.000 manatlıq nəqliyyat vasitəsini qarşı tərəfə təqdim etsə də 2024-cü ilin aprel ayında müqaviləyə xitam verildiyi üçün lizinq müqaviləsi hesab edilmir. Bu halda vergi ödəyicisinin 2024-cü ilin yanvar, fevral və mart ayları üzrə dəqiqləşdirilmiş ƏDV bəyannaməsi təqdim etməsinə ehtiyac yoxdur. Vergi ödəyicisi aprel ayında təqdim edilən ƏDV bəyannaməsində əməliyyatın xarekterinin dəyişməsi səbəbindən dəqiqləşdirilən dövriyyəni qeyd edəcək.

Misal 4

Vergi ödəyicisi, lizinq müqaviləsinə əsasən, 1 yanvar 2024-cü il tarixdən 30.000 manatlıq nəqliyyat vasitəsini qarşı tərəfə təqdim etsə də 2024-cü ilin aprel ayında həmin lizinq müqaviləsi üzrə öhdəliyi üçüncü tərəfə ötürür. Vergi Məcəlləsinə edilmiş son dəyişikliyə əsasən, maliyyə lizinqi müqaviləsi üzrə lizinq alan bu müqavilə üzrə hüquq və öhdəliklərini digər şəxsə təqdim etdiyi halda, lizinq verənlə yeni alıcı arasında yaranan münasibətlər maliyyə lizinqi sayılır və əvvəlki maliyyə lizinqi müqaviləsinin davamı hesab edilir. Bu səbəbdən də vergi ödəyicisinin aprel ayının ƏDV bəyannaməsində hər hansı dəqiqləşdirmə aparmasına ehtiyac olmayacaq.

Mənbə: vergiler.az

İşçilərin sığortalanması ilə bağlı xərclərin gəlirdən çıxılması

İşçilərin sığortalanması ilə bağlı xərclərin gəlirdən çıxılması

posted in: Xəbər | 0

2024-cü il yanvarın 1-dən qüvvəyə minən Vergi Məcəlləsində dəyişikliklərdən biri də müəssisələrin öz işçilərinin sığortalanması ilə bağlı xərclərinin gəlirdən çıxılması ilə bağlıdır. Artıq bu ildən çəkilən sığorta haqqı xərclərin hesablanma qaydasına müvafiq surətdə bölüşdürülərək gəlirdən çıxılması mümkün olacaq. Yeni qaydanı iqtisadçı ekspert Mahmud Abasquliyev şərh edir.

Vergi Məcəlləsinin 116.1-ci maddəsinə əsasən, öz işçilərinin xeyrinə əmlakın zərərdən sığortalanması, habelə xarici sığortaçılar ilə bağlanmış həyat sığortası müqavilələri üzrə sığorta haqları istisna olmaqla, sığorta haqları üzrə, həmçinin təkrarsığorta müqavilələrinə münasibətdə təkrarsığorta haqları üzrə öhdəliklər gəlirdən çıxılır. Sığorta müqaviləsinin müddəti bir neçə hesabat dövrünü əhatə edirsə, çəkilən sığorta haqqı xərcləri həmin hesabat dövrləri üzrə onun hesablanması qaydasına müvafiq surətdə bölüşdürülür.

Burada maraqlı məqam ondan ibarətdir ki, sığorta müqaviləsinin cari ildə bağlanma tarixi həmin ilin mənfəət və zərər hesabatında xərclərin hansı hissəsinin tanınmasına şərait yaradacaq.

Misal: Vergi ödəyicisi sığorta şirkəti ilə bağlanmış bir illik müqaviləyə əsasən, 01.07.2024-cü ildə 140.000 manat sığorta haqqı ödəyib. Bu halda vergi ödəyicisi ilin sonunda həmin məbləği gəlirdən xərc kimi çıxa biləcəkmi?

Sığorta şirkəti ilə bağlanmış müqavilənin müddəti 1 il olduğu üçün (01.07.2024-30.06.2025) sığorta şirkətinə odənilmiş 140.000 manatın bir hissəsi, yəni 70.002 manatı 2024-cü ildə əldə olunmuş gəlirindən çıxılacaq.

140.000 : 12 = 11667 manat;

11667 x 6 = 70002 manat.

Digər hissəsi isə 2025-ci ilin xərclərində nəzərə alınacaq.

Mənbə: vergiler.az

Faizsiz borclar hansı formada vergiyə cəlb olunur?

Faizsiz borclar hansı formada vergiyə cəlb olunur?

posted in: Xəbər | 0

Fiziki şəxs A və B müəssisələrinin təsisçisidir. Bu halda A müəssisəsi B müəssisəsinə 1 illik 20.000 manat borc verə bilərmi? Əgər borc verilərsə, həmin borc məbləği hansı formada vergiyə cəlb olunacaq?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, bazar qiymətinin tətbiq olunduğu hallar Vergi Məcəlləsinin 14.3-cü maddəsində qeyd olunub. Həmin hallardan biri təsərrüfat əqdlərinin qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildiyi haldır. Vergitutma məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər Vergi Məcəlləsinin 18.2-ci maddəsində qeyd olunub. Şəxslər üçüncü şəxsin birbaşa və ya dolayısı ilə nəzarətində olduqları halda, həmin şəxslər qarşılıqlı surətdə asılı olan şəxslər hesab olunur.

Eyni zamanda, qarşılıqlı əlaqəli olmayan şəxslər arasında bağlanmış müqaviləyə əsasən verilmiş faizsiz borc məbləğinə bazar qiyməti nəzərə alınmaqla faizlər hesablanmalı və ödənilməli olan faiz məbləğlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməlidir.

Bununla yanaşı, bağışlanmış borcun məbləği vergi ödəyicisinin qeyri-sahibkarlıqdan əldə etdiyi gəlir hesab olunur və vergiyə cəlb olunur.

Əsas: Vergi Məcəlləsinin 14-cü, 99.3.5-ci və 123.1-ci maddələri

Mənbə: vergiler.az

Birinin digərinə vurduğu ziyana görə tərəflərin qarşılıqlı maddi məsuliyyəti

1 434 435 436 437 438 439 440 2. 700