Read More9
Read More9

Kapital Bank 2023-cü ilin nəticələrini elan edib

posted in: Xəbər | 0

Ölkənin birinci bankı Kapital Bank-ın aktivləri 1 yanvar 2024-cü il tarixinə 8.7 milyard manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə 4.3 milyard manat olub.

1 yanvar 2024-cü il tarixinə olan nəticələrə görə bankda müştəri depozitlərinin həcmi 6.3 milyard  manat təşkil edib.

Bankın 1 yanvar 2024-cü il tarixinə tutulmalardan sonra məcmu kapitalı 833 milyon manat, adi və imtiyazlı səhmlər isə 265 milyon manatdır.

Qeyd edək ki, Kapital Bank Moody’s və Standard & Poor’s beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 39 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.

 

Əsas vəsaitlərin yenidən qiymətləndirilməsi zamanı amortizasiya xərclərinin hesablanması

Maliyyə sanksiyaları, cərimə və faizlər müəssisənin gəlirindən çıxılırmı?

posted in: Xəbər | 0

Mövzu ilə bağlı  maliyyə-mühasibat üzrə ekspert Xalid Cəfərov aydınlıq gətirir: 

Vergi öhdəliklərinin yerinə yetirilməməsi halında müəssisələrə maliyyə sanksiyaları və cərimələr tətbiq oluna bilər. Lakin bu sanksiya və cərimələr müəssisələrin gəlirdən çıxılan xərclərinə aid edilmir. Vergi Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, aşağıdakı vergilərin, faizlərin, maliyyə sanksiyalarının və cərimələrin gəlirdən çıxılmasına yol verilmir:

  • Azərbaycan Respublikasının və ya digər dövlətlərin ərazilərində ödənilmiş mənfəət vergisi və ya gəlirdən hesablanan hər hansı digər vergi;
  • bu Məcəllə və digər qanunlarla müəyyən edilmiş qaydada hesablanmış faizlər, maliyyə sanksiyaları və inzibati cərimələr (gəlirin əldə edilməsi ilə bağlı mülki hüquq müqavilələri üzrə faizlər, dəbbə pulu (cərimə), icranın gecikdirilməsi ilə əlaqədar vurulmuş zərərin əvəzinin ödənilməsi və digər analoyi cərimələr istisna olmaqla).

Misal: “XX” MMC-yə Vergi Məcəlləsinin 58.4 maddəsinin (vergi ödəyicisi tərəfindən ƏDV üzrə qeydiyyat məcburi olduğu halda, qeydiyyat olmadan fəaliyyət göstərilməsi) tələbinin pozulmasına görə 35.000 manat cərimə tətbiq edilib. MMC bu cərimə məbləğini gəlirindən çıxa bilməz.

Mənbə: vergiler.az

Məzuniyyət üçün orta əməkhaqqının ödənilməsi

Əsas vəsaitlərin yenidən qiymətləndirilməsi zamanı amortizasiya xərclərinin hesablanması

posted in: Xəbər | 0

Mühasiblərin və sahibkarların diqqət verdiyi mövzulardan biri də əsas vəsaitlərin yenidən qiymətləndirilməsi və bununla bağlı amortizasiya məbləğinin hesablanmasıdır. Mövzu ilə bağlı  sərbəst auditor Altay Cəfərov nümunələr əsasında aydınlıq gətirir. 

Tutaq ki, “AA” MMC-nin balansında illik dəyəri 20.000 manat olan əsas vəsait vardır. Şirkət mənfəət vergisi ödəyicisidir və illər ərzində əsas vəsaitə 6.000 manat amortizasiya hesablanıb (amortizasiya norması 7%-dir), qalıq dəyəri isə 14.000 manatdır. MMC rəhbərliyi əsas vəsaitin yenidən qiymətləndirilməsi ilə bağlı qərara gəlib və qiymətləndirmədən sonra əsas vəsaitin balans dəyəri 18.000 manat olub. Bu halda “AA” MMC vergi uçotunu necə formalaşdırmalıdır?

İlkin olaraq, Vergi Məcəlləsinin 104-cü maddəsinə nəzər yetirməliyik. Məcəllənin 104.5-ci maddəsində göstərilib ki, əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) mənfəət vergisinin vergitutma obyekti deyil. Maddədən aydın olur ki, bizim misalda yenidən qiymətləndirmədən yaranan (18.000 – 14.000) 4.000 manat fərq mənfəət vergisi üçün gəlir sayılmır, ancaq əsas vəsaitin dəyərini artırır.

Bəs qalıq dəyəri olan 14.000 manata amortizasiya hesablanmalıdırmı?

Bir çox hallarda mühasiblər yenidən qiymətləndirmədən sonra əsas vəsaitlərə amortizasiyanı tam məbləğə hesablayırlar və gəlirdən çıxırlar. Yəni, bizim misalımızda olan 18.000 manata amortizasiya hesablayırlar. Məsələyə tam aydınlıq gətirmək üçün Vergi Məcəlləsinin 114-cü maddəsinə nəzər yetirək.

Məcəllənin 114.6-cı maddəsinə əsasən, amortizasiya hesablanması məqsədləri üçün əsas vəsaitlər (vəsait) üzrə vergi ilinin sonuna qalıq dəyəri aşağıdakı qaydada müəyyənləşdirilən (lakin sıfırdan aşağı olmayan) məbləğdən ibarət olur:

  • əsas vəsaitlərin (vəsaitin) əvvəlki ilin sonuna qalıq dəyərinə (həmin il üçün hesablanmış amortizasiya məbləği çıxıldıqdan sonra qalan dəyər) bu Məcəllənin 143-cü maddəsinə uyğun olaraq cari ildə daxil olmuş əsas vəsaitlərin (vəsaitin) dəyəri, habelə cari ildə bu Məcəllənin 115-ci maddəsinə əsasən müəyyən edilən təmir xərclərinin məhdudlaşdırmadan artıq olan hissəsi əlavə edilir, vergi ilində təqdim edilmiş, ləğv edilmiş və ya qalıq dəyəri 500 manatdan və ya ilkin dəyərin 5 faizindən az olduqda əsas vəsaitlərin qalıq dəyəri çıxılır. Əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) amortizasiya hesablanması məqsədləri üçün əsas vəsaitlərin (vəsaitin) vergi ilinin sonuna qalıq dəyərinə əlavə olunmur.

Maddədən tam aydın olur ki, yenidən qiymətləndirmədən yaranan fərq amortizasiya hesablamaq üçün əsas vəsaitlərin qalıq dəyərinə əlavə edilmir. Deməli, balansda əsas vəsaitin dəyəri 18.000 manat olacaq, ancaq amortizasiya məqsədləri üçün qalıq dəyəri isə 14.000 manat kimi qalacaq. Odur ki, növbəti ildə gəlirdən çıxılan amortizasiya məbləği 1.260 manat yox, 980 manat olacaq:

14.000 x 7% = 980 manat.

Bəs yenidən qiymətləndirmədən formalaşmış 4.000 manatın aqibəti necə olacaq və həmin 4.000 manata da amortizasiya hesablana bilərmi?

Yenidən qiymətləndirmədən yaranan 4.000 manat əsas vəsaitlərin dəyərinə əlavə olunur və eyni zamanda kapitalda əks etdirilməlidir. Həmin məbləğə də 7% amortizasiya hesablanıla bilər. Bu halda, 280 manat kapitalın azaldılması kimi əks olunacaq:

4.000 x 7% = 280 manat.

Yəni, amortizasiya ayırmaları kimi əsas vəsaitin kapitalda olan hissəsindən də amortizasiya hesablanıla və kapitaldan azaldıla bilər.

Mənbə: vergiler.az

Əmək müqaviləsi bağlanarkən tələb olunan sənədlər

Birbank Biznes sahibkarlara yeni onlayn imkanlar yaradır

posted in: Xəbər | 0

Birbank Biznes hüquqi şəxslər və fərdi sahibkarlar üçün kredit xəttindən istifadəyə dair yeni onlayn xidmət təqdim edir. Belə ki, Birbank Biznes istifadəçiləri artıq kredit xəttindən istifadəni tam olaraq onlayn formada edə biləcək, əlavə vaxt itkisinin qarşısını almış olacaqlar.

Xidmət tam rəqəmsal olaraq məsafədən həyata keçirildiyi üçün müraciəti həm ölkə daxilində, həm də ölkə xaricindən etmək mümkündür. Artıq kredit xəttinin istifadəsi üçün vaxt itirərək bank filialına gəlməyə, müştəri menecerinə müraciət etməyə ehtiyac yoxdur.

Müraciət üçün link: https://my.birbank.business/login

Qeyd edək ki, Birbank Biznes-də biznes sahiblərinin mütəmadi istifadə etdiyi bir sıra xidmətlər var:

  • Biznes bank hesablarının açılması
  • Təcili köçürmələr, milli və xarici valyutada köçürmələr
  • Nağdsız ödənişlər
  • Əməkhaqqı və biznes kartların sifarişi, çatdırılması və onlara mədaxil
  • POS-terminal sifarişi, POS əməliyyatlarının onlayn izlənilməsi və çıxarışların əldə olunması
  • Cari və kart hesabından QR-nağdlaşdırma
  • Sənəd dövriyyəsi və sənədlərin kütləvi imzalanması
  • Biznes krediti və bank qarantiyaları
  • Mobil POS, e-ticarət və “Kliklə ödə” xidmətləri
  • Açıq Bankçılıq Xidmətləri
  • Özəl tarif paketləri və s.

 

Birbank Biznes müştərilərində suallar yaranarsa, onlara istənilən vaxt canlı çat vasitəsilə dəstək göstərilir. Sahibkarlara vaxta qənaət etmək imkanı verən Birbank Biznes sistemi haqqında ətraflı məlumat üçün https://bir.bank/bbfipr saytına keçid edin və ya 896 məlumat mərkəzinə zəng edin.

Vergi orqanında uçotda olmayan fiziki şəxslə bağlanan xidməti müqaviləyə görə vergi öhdəlikləri

1 454 455 456 457 458 459 460 2. 700
error: Content is protected !!