Video: “Vahid bəyannamənin hazırlanma qaydaları”

posted in: Xəbər | 0

vahid bəyannamə“Azərbaycan Mühasiblər Məktəbi”nin “Vahid bəyannamənin hazırlanma qaydaları” mövzusunda təşkil etdiyi ödənişsiz vebinara qoşula bilməyənlər, keçid edərək video yazını izləyə bilərlər. 17 Noyabr tarixində təşkil edilən vebinar “Azərbaycan Mühasiblər Məktəbi”nin 2023-cü ildə təşkil etdiyi altıncı ödənişsiz vebinar idi.

Vebinarın təqdimatçısı Salman Əbdülrzazadə İqtisad Universitetində “Biznesin idarə edilməsi və təşkili” ixtisası üzrə bakalavr, Türkiyənin Selçuk Üniversitetində “Mühasibat uçotu” ixtisası üzrə magistr təhsili almış və hazırda Selçuk Üniversitetində “Mühasibat uçotu” ixtisası üzrə doktorantura təhsili alır.

2019-cu ildən Azərbaycan Dövlət İqtisad Universitetində Mühasibat fənnini tədris edir. Azərbaycan Mühasiblər Məktəbinin direktoru və peşəkar təlimçisidir. Eyni zamanda mühasibat uçotu və vergi sahəsində fəaliyyət göstərən “Accounting.Az” konsaltinq şirkətində layihə rəhbəri olaraq fəaliyyət göstərir. 500-dən çox mühasibin ixtisaslaşmasında yaxından iştirak etmişdir.

Qeyd edək ki, Azərbaycan Mühasiblər Məktəbi 2019-cu ildən bəri mühasiblərin ehtiyac duyduğu müxtəlif sahələrdə təlimlər həyata keçirir. Fəaliyyətə başladığımız vaxtdan bu günədək 2000-dən çox tələbə kurslarımızda iştirak etmişdir.

Məktəb, uzunmüddətli təlimlər ilə yanaşı, 1 günlük, ödənişsiz təlimlər də təşkil etməkdədir. Təkcə 2022-ci ildə belə təlimlərin sayı 7 idi. Ödənişsiz təlimləri təşkil etməkdə məqsədimiz mühasiblərin biliklərini inkişaf etdirmək, yenidən hazırlığına dəstək olmaqdır.

Kanalımıza abunə olmaqla, qoşula bilmədiyiniz vebinarları yenidən izləyə bilərsiniz: https://www.youtube.com/@muhasiblermektebi

Mühasibat kursları: https://www.muhasibat.az/muhasibatliq-kursu/

Vergi kursları: https://www.muhasibat.az/vergi-kurslari/

Digər kurslarımız: https://www.muhasibat.az/kurslar/

Əlaqə:

Vebinar: “Vergi Məcəlləsinə gözlənilən dəyişikliklər – 2024”

posted in: Xəbər | 0

Vebinar: “Vergi Məcəlləsinə gözlənilən dəyişikliklər – 2024”Vergi Məcəlləsinə gözlənilən dəyişikliklər - 2024

24 Noyabr tarixində təşkil edilən vebinarı izləmək üçün keçid edin: https://www.youtube.com/

Vebinarın proqramı:

  • Əmtəəsiz əməliyyatlar və riskli vergi ödəyiciləri (m.13.2.81, 13.2.82)
  • Bazar qiymətləri (14.3.6, 14.6.5-cı maddə)
  • VM əlavələr
  • Vergi ödəyicisinin vəzifələri (16.1.6)
  • Vergi orqanının hüquqları (23.1.2)
  • Qeyri-rezidentin vergi uçotuna alınması (33.8-1)
  • Vergi yoxlamaları (36.3-1)
  • Nümunə kimi əşyaların və sənədlərin götürülməsi (43.11)
  • Maliyyə sanksiyaları (58.6, 58.8, 58.8.3, 58.16-cı maddələr)
  • Şikayətlər (63-cü maddə)
  • Borcların alınması (65-ci maddə)
  • Əlaqəli məlumatlara əsasən vergilərin hesablanması (67.2-ci maddə)
  • Müəssisə ləğv edildikdə vergi öhdəlikləri (79.3-cü maddə)
  • Vergi öhdəliklərinin yerinə yetirilməsi müddətləri (85-ci maddə)
  • Yeni əlavələr və düzəlişlər ( 85.8, 85.8.6, 85.8.7, 85.9-3, 85.10-2)
  • Fiziki şəxslərin gəlir vergisi (96.5, 98-ci maddələr)
  • Gəlir vergisinin dərəcəsi (101-ci maddə)
  • Azadolmalar (102, 106-cı maddələr)
  • Gəlirdən çıxılan və çıxılmayan xərclər (108,109,111.4-cü maddələr)
  • Təmir xərclərinin gəlirdən çıxılması (115-cı maddə)
  • Sığorta və məhdudlaşdırılan xərclərinin gəlirdən çıxılması (115-ci maddə)
  • Zərərin, təmir məbləğinin keçirilməsi, dividendlər və faizlər (121, 122,123-cü maddələr)
  • Birgə fəaliyətdən mənfəətin, gəlirlərin bölüşdürülməsi (137-ci maddə)
  • Maliyyə lizinqi (140-cı maddə)
  • ƏDV-dən azad olan əməliyyatlar (164-cü maddə)
  • ƏDV-nin əvəzləşməsi (175-ci maddə)
  • Aksiz vergisi, azadolmalar (188-ci maddə)
  • Aksiz vergisi, dərəcələr (190-cı maddə)
  • Keçid müddəalar.

Təlimçi: Azər Qənbərov

Azər Qənbərov Azərbaycan Dövlət İqtisad Universitetində “Dövlət maliyyəsində vergi siyasəti”, “Vergi inzibatçılığı”, “Vergi müqavilələri”, “Vergi auditi”, “Vergi planlaşdırılması”, “Rəqəmsal iqtisadiyyat və vergiqoyma” fənlərini tədris edir.

Eyni zamanda “Azərbaycan Mühasiblər Məktəbi”ndə vergi üzrə təlimçi, SOCAR Baş ofisində Vergilər Departamentində rəis müavini vəzifələrində çalışır.

Vergi qanunvericiliyinin tətbiqinə dair 50-dən artıq məqalənin müəllifidir. Peşəkar Mühasib Sertifikat imtahanını hər iki sektor üzrə müvəfəqiyyətlə vermişdir. «CİMA və ACCA» üzrə « Diplom Performance Management» və «DİPİFR»  beynəlxalq diplomların sahibidir.

Azərbaycanda ilk dəfə mənfəət vergisinin SAP ERP sistemində avtomatlaşdırılması və vergi uçotu ilə maya dəyərinin, gəlir və xərclərin uçotunun, eləcə də vergi registrlərinin düzgün formalaşması üzrə layihənin rəhbəridir.

Vergi auditi və daxili audit üzrə 15 ildən çox təcrübəyə malikdir.


Əlaqə:

Əmək pensiyalarının təyini və hesablanması qaydasına dəyişiklik edilib

posted in: Xəbər | 0

Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasında dəyişiklik edilib.

Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərarla əmək pensiyasının Qanunda müəyyən olunmuş minimum məbləğə çatdırılması, indeksləşdirilməsi və maddi yardımın (əvvəlki ildə ödənilmişdirsə) əmək pensiyasının tərkibinə daxil edilməsi ilə bağlı hesablamaların eyni vaxtda aparılması zərurəti yaranarsa, həmin hesablamalar aşağıdakı ardıcıllıqla yerinə yetiriləcək:

1. əmək pensiyası minimum məbləğə çatdırılır;

2. maddi yardımın (əvvəlki ildə ödənilmişdirsə) bir aya düşən hissəsi əmək pensiyasının tərkibinə daxil edilir;

3. əmək pensiyası indeksləşdirilir.

Əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6–6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1-ci və 39.1-ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir.

Mənbə: report.az

Minimum əməkhaqqı, yaşayış minimumu və ehtiyac meyarı məbləğlərinin illər üzrə artım tempi

Fermerlər vergi hesabatlarını necə verməlidirlər?

posted in: Xəbər | 0

Fermer kimi vergidən azad edildiyim üçün vergi hesabatım yoxdur. Lakin ipoteka krediti almaq ücün məndən vergilərə dair hesabat istəyirlər. Bilmək istərdim ki, hesabatı necə verməliyəm?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, 2014-cü il yanvarın 1-dən 10 il müddətinə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan şəxslərin bu fəaliyyətdən əldə etdikləri gəlirləri gəlir və mənfəət vergisindən, həmin fəaliyyət prosesində istifadə olunan əmlakları əmlak vergisindən, istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələr ƏDV-dən azaddır və məhsul satışından əldə olunan hasilatın həcmi sadələşdirilmiş verginin vergitutma obyektinə daxil edilmir.

Məlumat üçün bildiririk ki, kənd təsərrüfatı məhsullarının istehsalını həyata keçirən şəxslər də, digər vergi ödəyciləri kimi, ilk növbədə vergi orqanında uçota durmalı, bu fəaliyyət üzrə gəlirlərini və xərclərini qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirməli və vergi orqanına bəyan etməlidirlər.

Əsas: Vergi Məcəlləsinin 13.2.60-cı, 33-cü, 34-cü, 102.1.11-ci, 106.1.14-cü, 164.1.18-ci, 199.9-cu, 218-1-ci maddələri

Mənbə: vergiler.az

 

Mədən vergisi necə hesablanır və ödənir?

1 479 480 481 482 483 484 485 2. 700