Read More9
Read More9

Azərbaycanda yeni müavinət növləri təsis edildi – Prezident təsdiqlədi

posted in: Xəbər | 0

pul nişanlarının dəyişdirilməsi, mal alqı-satqısı, əməkhaqqının artım faizi, Əmək pensiyası, orta aylıq əməkhaqqı, köhnəlmiş əskinaslar, zədələnmiş əskinaslar, sosial müavinətlər, büdcə ssudası, büdcə ssudasının verilməsi, 2022 minimum əməkhaqqı, 2022 minimum əməkhaqqı, ehtiyac meyarı, illər üzrə minimum əməkhaqqı, yaşayış minimumu, yaşayış minimumunun məbləği, Minimum aylıq əməkhaqqı,Prezident İlham Əliyev “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Sənədə əsasən, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakı dəyişikliklər edilib:

– 1-ci maddənin birinci hissəsi üzrə:

– üçüncü abzasa “hər iki valideyni” sözlərindən sonra “aşağıda qeyd olunan kateqoriyaların hər hansı birinə aid olan” sözləri əlavə edilsin;

– on doqquzuncu abzas iyirminci abzas hesab edilsin və həmin abzasa “qəyyumun (himayəçinin)” sözlərindən sonra “, himayədar valideynin (himayədar ailənin)” sözləri əlavə edilsin;

– aşağıdakı məzmunda on doqquzuncu abzas əlavə edilsin:

“himayədar valideyn (himayədar ailə) – valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqları Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyən edilmiş qaydada tərbiyə olunması üçün himayəyə götürən yetkinlik yaşına çatmış, hər iki cinsdən olan, ən azı ümumi orta təhsilli, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan, Azərbaycan Respublikasının vətəndaşı olan şəxs (ər-arvad);”.

– 3-cü maddə üzrə:

– dördüncü hissə aşağıdakı redaksiyada verilsin:

“Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün qəyyumlara (himayəçilərə) aylıq, himayədar valideynlərə (himayədar ailəyə) verilən aylıq və birdəfəlik müavinətlərin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.”;

– aşağıdakı məzmunda yeddinci hissə əlavə edilsin:

“Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar himayədar valideynlərə (himayədar ailəyə) verildikdən sonra da bu maddədə və bu Qanunun 5 – 8-ci maddələrində nəzərdə tutulmuş təminatlara olan hüquqlarını saxlayırlar.”.

– 7-ci maddənin dördüncü hissəsinə “qəyyumun (himayəçinin),” sözlərindən sonra “himayədar valideynin (himayədar ailənin),” sözləri əlavə edilsin.

Mənbə: report.az


Ofisiantlar nə qədər vergi və sosial ödənişlər ödəməlidirlər?

posted in: Xəbər | 0

Restoranlarda xidmət göstərən fiziki şəxslər (ofisiantlar) vergi ödəməlidirlərmi? Ödəməlidirlərsə, neçə manat ödəməlidirlər?

Dövlət Vergi Xidmətindən bildirilib ki, iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslər (ofisiant) vergi öhdəliklərini “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almaqla yerinə yetirirlər.

Buna əsasən iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxs (ofisiant) vergi orqanında uçota alınmalı, VÖEN əldə etməli və bu fəaliyyəti həyata keçirməyə başlayanadək, Dövlət Vergi Xidmətindən könüllü olaraq növbəti ay, rüb, yarımil və ya il üçün “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almalıdır.

Vergi Məcəlləsinə əsasən, iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxs (ofisiant) aylıq 10 manat məbləğə Bakı şəhəri üçün 2 əmsalı tətbiq etməklə 20 manat sadələşdirilmiş vergi ödəyir.

Qeyd olunan şəxslər tərəfindən Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) minimum aylıq əməkhaqqının 3 faizinin 2,0 əmsalı (345 x 3% x 2 = 20,7 manat) miqdarında məcburi dövlət sosial sığorta haqqı və minimum aylıq əməkhaqqının 4 faizi məbləğində icbari tibbi sığorta haqqı ödənilməlidir.

“Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” vergi ödəyicisi yazılı müraciət etdikdə iki iş günündən gec olmayaraq, elektron qaydada müraciət etdikdə isə real vaxt rejimində verilir. Həmin şəxslər sabit qəbz almaq üçün yazılı müraciət etdikdə, sadələşdirilmiş verginin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsini təsdiq edən ödəniş sənədini müraciətinə əlavə edir, elektron qaydada müraciət etdikdə isə, ödənişi müraciətin edildiyi zaman elektron qaydada həyata keçirir.

Əsas: Vergi Məcəlləsin 16-cı, 33-cü, 218-ci, 220-ci və 221-ci maddələri və “Tibbi sığorta haqqında”, “Sosial sığorta haqqında” haqqında Azərbaycan Respublikasının Qanunları.

Mənbə: vergiler.az


Əsas və əlavə məzuniyyətlərin cəmlənməsi

posted in: Xəbər | 0

Əmək məzuniyyətinin növləri

İşçinin işlədiyi iş yerini, vəzifəsini saxlamaqla iş günləri ərzində müvəqqəti işdən uzaqlaşması məzuniyyət adlanır. Belə uzaqlaşma işçinin Konstitusiya ilə təsbit edilmiş hüququdur. İşçinin işəgötürənlə əmək münasibətlərində olması, onun bu hüquqdan istifadəsi üçün əsas şərtidir. İşçiyə ildə bir dəfədən az olmayaraq, əsas və əlavə kimi iki hissədən ibarət ödənişli əmək məzuniyyəti verilir. Bu zaman məzuniyyətlərin cəmlənməsi mümkündür.

Əsas məzuniyyət ən çox istifadə edilir, minimum müddəti 21 təqvim günüdür. Aşağıdakı xüsusiyyətlər nəzərə alınaraq işçilərə əlavə məzuniyyətlər də təyin edilir:

  • iş şəraiti;
  • əmək funksiyası;
  • əmək stajı;
  • uşaqlı qadınlar.

Əsas və əlavə məzuniyyətlərin cəmlənməsi

Məzuniyyətlərin cəmlənməsi qaydaları Əmək Məcəlləsinin 136-cı maddəsi ilə tənzimlənir. Həmin maddənin birinci hissəsinə görə, işçiyə ödənişli əsaslarla verilən əmək məzuniyyətinin  21, yaxud 30 günlük müddəti yalnız aşağıdakı əlavə məzuniyyətlərlə toplanır:

  • əmək şəraiti və funksiyasına görə verilən minimum 6 günlük məzuniyyət;
  • əmək stajına görə verilən 2-6 günlük məzuniyyət;

Uşaqlı qadınlara verilən əlavə məzuniyyətlər əsas məzuniyyətlə cəmlənməməlidir.

Gəlin, bir nümunəyə nəzər yetirək:

Nümunə 1:

Sual: “A” MMC-də mühasib vəzifəsində çalışan Leylanın ümumi stajı 7 ildir. Onun məzuniyyətdən istifadə müddəti nə qədər olacaq?

Cavab: Leylaya mühasib vəzifəsində çalışdığına görə ƏM-nin 114.3-cü maddəsinin b) bəndinə görə müəssisənin mütəxəssisi kimi 30 gün müddətində əsas məzuniyyət təyin edilir. 7 illikstajı da nəzərə alsaq Leylanın əmək məzuniyyəti iki təqvim günü qədər artır. Məzuniyyətlərin cəmlənməsi nəticəsində Leylanın 32 gün məzuniyyət hüququ olacaq.

Məzuniyyətlərin birləşdirilmə qaydası

Qeyd etdiyimiz kimi, işçinin əsas məzuniyyətlə yanaşı əlavə məzuniyyət hüququ da var. İşçilərin əmək şəraitinə görə əlavə məzuniyyət hüququ həmin fəaliyyət sahəsində ən azı 6 ay işlədikdə  yaranmış olur. İş stajına görə əlavə məzuniyyətlər isə işçilərin bütövlükdə malik olduğu staja əsasən təyin edilir. Qanunvericiliyə əsasən həm iş şəraiti xüsusiyyətlərinə, həm də staja görə əlavə məzuniyyətlərin müddəti əsas məzuniyyətlə birləşdirilərək verilməlidir.

Əgər işçinin iki və daha çox əlavə məzuniyyətdən istifadə hüququ olarsa, hər iki maddə üzrə əldə etdiyi əlavə məzuniyyətin hər biri onun əsas məzuniyyətinə birləşdirilir. (ƏM, 136.2-ci maddəsi).

Nümunə 2:

Sual: “A” MMC-də elektrovoz maşinisti vəzifəsində çalışan Elvinin ümumi iş stajı 7 ildir. Onun məzuniyyətinin müddəti nə qədər olacaq?

Cavab: Bu zaman Elvinə ƏM-nin 115-ci maddəsinə görə ağır şəraitli, yüksək fiziki gərginlikli işi olduğu üçün, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 92 saylı qərarına uyğun olaraq, 12 gün əlavə məzuniyyət hesablanır.

Elvinin 7 illik stajını da nəzərə alsaq, onun 2 gün əlavə məzuniyyət götürmək şansı yaranır. ƏM-nin 136.2 maddəsinə görə Elvinin cəmlənmiş əmək məzuniyyəti əsas məzuniyyət və 14 gündən ibarət əlavə məzuniyyətlərin cəmindən ibarət olacaq. 

İşçi məzuniyyət hüququndan istifadə etmədikdə, onun istəyi ilə istifadə olunmayan əmək məzuniyyəti pul kompensasiyasi ilə əvəzlənə bilər. Lakin müqaviləyə xitam verildikdə kompensasiya həm istifadə olunmayan əsas məzuniyyətlər üçün, həm də ƏM-nin 115, 116-cı maddələrində nəzərdə tutulmuş əlavə məzuniyyətlərə  görə ödənilir.

Onu da qeyd edək ki, pul kompensasiyası Məcəllənin 118-1-ci maddələrində nəzərdə tutulmuş əlavə məzuniyyətə görə də verilir.

115, 116, 118-1 maddələri üzrə istifadə olunmayan əmək məzuniyyəti üçün pul əvəzinin verilməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq qərarı ilə təsbit olunub.

Torpaq vergisi dövlət büdcəsi gəlirlərinə necə təsir edir?

posted in: Xəbər | 0

Azərbaycan Respublikasının dövlət büdcəsi

Dövlət büdcəsi gəlirlərinin tərkibində torpaq vergisi özünəməxsus çəkiyə malikdir. Büdcə dövlətin funksiyalarının icrasında xüsusi rol oynayır. Azərbaycan Respublikasının dövlət büdcəsi öz strukturunda aşağıdakıları birləşdirir:

  • respublika dövlət büdcəsi;
  • Naxçıvan Muxtar Respublikasının büdcəsi;
  • yerli büdcələr.

Dövlətin büdcəsi öz tərkibində dövlətin gəlir və xərclərini birləşdirir. Gəlirlərin formalaşmasında vergilərin, o cümlədən mülkiyyətdən vergilərin əhəmiyyəti əvəzedilməzdir. Mülkiyyətdən vergilər dedikdə aşağıdakılar başa düşülür:

  • torpaq vergisi;
  • əmlak vergisi;
  • qiymətli kağızlarla aparılan əməliyyatlardan vergi;
  • vərəsəlikdən və hədiyyələrdən vergi.

Büdcə sistemi, onun tənzimlənməsi Azərbaycan büdcə qanunvericiliyi aktlarına əsasən müəyyən edilir. Büdcə xərclərinin əsas mənbəyi olan vergilər, o cümlədən torpaq vergisi üzrə yığımlar Azərbaycan Respublikasının Vergi Məcəlləsi əsasında aparılır.

Büdcə gəlirlərinin tərkibində torpaq vergisi

2017-ci ildən etibarən bu vergi üzrə yığımlar, demək olar ki, özünün son həddinə çatıb. Həmin ildən etibarən hər il təxminən 50 milyon manat torpaq vergisi daxil olur. 2017-ci ildən torpaq vergisi üzrə daxilolmaların artım tempində durğunluğun müşahidə edilməsi:

  • sözü gedən vergidən yayınma hallarının minimuma enməsi;
  • nəzarətin tam həyata keçirilməsi ilə izah edilə bilər.

Gəlirlərin, büdcə daxilolmalarının artımı büdcənin gəlir və xərcləri arasında tarazlığı qorumağa kömək edir. Balanslı büdcə siyasəti aparmaq üçün düzgün proqanozlaşdırma mühüm əhəmiyyət kəsb edir.

Büdcəyə torpaq vergisi daxilolmalarının proqnozlaşdırılması

Hər il Maliyyə Nazirliyi tərəfindən büdcəyə daxil olacaq vergilərin proqnoz göstəriciləri müəyyən edilir. Proqnozlaşdırma, onun növləri haqqında buradan oxumaq olar. Proqnozlaşdırmanın metodoloji əsasları müvafiq qanunvericilik aktı ilə müəyyən edilib. Maliyyə Nazirliyi tərəfindən hazırlanmış bu qaydalarda dövlət büdcəsi gəlirlərinin, o cümlədən torpaq vergisinin proqnozlaşdırılaması da öz əksini tapıb. Bu zaman istifadə edilən məlumatlar aşağıdakı şəkildə verilib:

Torpaq vergisinin proqnozlaşdırılması üçün istifadə edilən məlumatlar.

Proqnozlaşdırma haqqında qeyd etdiyimiz mənbələrdə kifayət qədər material var, odur ki, onları burada yenidən şərh etmək istəmədik. Sadəcə, torpaq vergisi üzrə yığımlara təsir edə biləcək bəzi mülahizələri nəzərinizə çatdırmaq istərdik. Bildiyiniz kimi, kənd təsərrüfatı sektoru torpaq vergisi istisna olmaqla digər vergilərdən azad edilib. Diqqəti cəlb edən odur ki, belə bir sahə torpaq vergisindən azad edilmədiyi halda qeyri-kommersiya təşkilatları sahib olduqları torpaqlara görə vergi ödəmirlər (VM, maddə 13.2.39 və 204). Hesab edirik ki, növbəti illərdə torpaq vergisinin yalnız müəssisələrdən deyil, müəssisə hesab edilməyən qurumlardan (qeyri-hökumət təşkilatları və s.) da toplanması sözügedən tədiyyə üzrə büdcə daxilolmasını artıra bilər.

Ölkə torpaqlarının həcminin artmamasını nəzərə alsaq torpaq vergisindən daxilolmaların artımının başqa yolla vergi dərəcələrinin artırılması, habelə şərti balların qaldırılmasıdır. Başqa bir metod bir qism vergi ödəyicilərindən vergilərin bələdiyyələrə deyil, dövlət büdcəsinə ödənilməsini təmin etmək ola bilər. Bunlara torpaq sahəsi olan bütün fərdi sahibkarları aid etmək olar.

Digər yanaşma tikinti aparılan torpaqlara münasibətin dəyişməsi ola bilər. Bina tikintisi fəaliyyətilə məşğul olan şəxslərin öz fəaliyyətlərini həyata keçirmək üçün sahib olduqları torpaq sahələrinə görə vergitutma bazasının genişləndirilməsi dövlət büdcəsi gəlirlərinin  artımı üçün məqsədəmüvafiq ola bilər.


1 514 515 516 517 518 519 520 2. 685
error: Content is protected !!