Kapital Bank-dan nağd pul kreditini illik 10,9%-lə əldə edin!

posted in: Xəbər | 0

Kapital Bank, nağd pul kreditiKapital Bank-dan nağd pul krediti almaq istəyənlərə müjdə! Çoxdan gözlənilən nağd pul kreditinin faizi endirildi! Artıq müştərilər nağd pul kreditini onlayn kanallarla əldə edərkən 1 il müddətinə illik faiz dərəcəsi 10,9%-lə hesablanacaq.

Endirim əldə etmək üçün Birbank rəqəmsal bankı, birbank.az və kapitalbank.az saytı vasitəsilə kredit sifariş etmək kifayətdir. Onlayn müraciət zamanı mobil nömrənizi və şəxsiyyət vəsiqənizdəki FİN kodu yazmaqla, cəmi 2-3 dəqiqə ərzində krediti onlayn rəsmiləşdirə bilərsiniz.

Digər bankda kredit öhdəlikləri olan müştərilər də faiz endirimindən yararlana bilərlər. Əmək haqqını Kapital Bank və ya digər istənilən bankdan alanlar, 30 000 manatadək nağd pul kreditini maksimum 59 ayadək müddətə ala bilərlər. Kredit şərtləri barədə ətraflı məlumat və müraciət etmək üçün – https://kbl.az/kbgtkncd

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir. Azərbaycanda ən böyük filial şəbəkəsi — 115 filialı və 30 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/krdt, Birbank kartı sifarişi üçün — https://kbl.az/tkstcrd.


İşçi vəfat etdikdə müavinət kimə ödənilməlidir?

posted in: Xəbər | 0

vərəsəlik, Xərclər üzrə aparıcı mühasib, Gəlir vergisindən yayınma, Gəlir vergisi, Yol vergisi üzrə tətbiqetmələr, ödənişlərə görə məsuliyyətdən azadolma, icbari tibbi sığorta, işsizlikdən sığorta,Əmək qanunvericiliyi eksperti Nüsrət Xəlilov mövzu ilə bağlı şərhini təqdim edir. Əmək Məcəlləsinin 77-ci maddəsinin 7-ci bəndinə görə, işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə vəfat edənin vərəsələrinə orta aylıq əməkhaqqının azı üç misli miqdarında müavinət ödənilir.

Təcrübədə əsas sual doğuran məqam işçinin vəfati ilə bağlı müavinətin kimə ödənilməsidir. Mülki Məcəllənin 1133-cü maddəsinin 1-ci bəndinə əsasən, ölmüş şəxsin əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.

Əmlak və digər bu kimi hallarda mirasdan fərqli olaraq, işləyən şəxs adətən vəsiyyət etmir. Buna görə də vəfat halında vəfat edənin qanuni vərəsələrinə ödənilən müavinət qanun üzrə vərəsəlik üzrə tətbiq edilir. Mülki Məcəllənin 1159-cu maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar:

  • birinci növbədə – ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər);
  • ikinci növbədə – ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar;
  • üçüncü növbədə – həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın;
  • dördüncü növbədə – xalalar və bibilər, dayılar və əmilər;
  • beşinci növbədə – xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları.

Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir.

Yuxarıdakı ardıcıllıq əsasında vəfat edənin vərəsələri müəyyən olunur və ölüm haqqında şəhadətnamə əsasında vəfat etmiş işçinin ailəsinə və ya qohumlarına (hüquqi vərəsələrinə) müavinət ödənilir və vəfat etmiş işçinin əmək kitabçası onun ailə üzvlərinə verilir və ya onların tələbi ilə poçtla göndərilir.

Təcrübədə işçi vəfat etdikdə əmək müqaviləsinə xitam verilmə ilə bağlı müavinətin işçinin əməkhaqqı kartına ödənilməsi halları baş tutur ki, bu hallar qanuna uyğun deyildir. Müavinət vərəsələr müəyyən olunduqdan sonra hüquqi vərəsələrə ödənilməlidir.

Mənbə: Nüsrət Xəlilov. “Əmək qanunvericiliyi: testlər və praktik məsələlər toplusu” kitabı | vergiler.az


Birbank taksit kartı sahiblərinə Trendyol-da faizsiz taksit imkanı!

posted in: Xəbər | 0

Birbank taksit kartı, Trendyol-da faizsiz taksit,Birbank taksit kartı sahiblərinə Türkiyənin ən məşhur onlayn alış-veriş platformalarından biri olan Trendyol-da (https://trendyol.com) məhsul sifariş edərkən yeni sərfəli kampaniya təqdim edilir. Şərtlərə görə kart sahibləri istədikləri məhsulu sifariş edərkən 3 aylıq faizsiz taksit imkanından yararlana bilərlər.

Sözügedən alış-veriş saytında və mobil tətbiqində ödəniş edən zaman müştəriyə SMS-bildiriş gələcək və əgər kart sahibi istəsə ödədiyi məbləği 3 ay ərzində bərabər hissələrlə banka qaytara biləcək. Bu imkandan faydalanmaq üçün minimal ödəniş və əməliyyat sayı tələbi yoxdur. Kampaniya 18 iyun 2023-cü il tarixinədək davam edəcək. Ətraflı məlumat üçün – https://kbl.az/bbtr3mp.

Qeyd edək ki, bütün Birbank kartlarının həm taksit, həm də debet növü mövcuddur. Birbank Cashback debet kart sahibinə ikiqat ƏDV bonusu və nağdsız ödənişlərdə 1,5%-dən 30%-dək, Birbank-da kommunal, mobil və stasionar rabitə, Internet və TV ödənişlərində isə 1% keşbek qazandırır. Birbank Cashback debet kartları ilə ay ərzində 5000 manatadək istənilən yerli bankomatda vəsait nağdlaşdırarkən və ölkədaxili istənilən bank kartına pul köçürərkən heç bir komissiya haqqı tutulmur.

Birbank Miles kartları istənilən aviaşirkətin aviabiletinə dəyişdirilməsi mümkün olan millər qazandırır. Həmçinin Birbank Miles debet kartları ilə də ay ərzində 5000 manatadək istənilən yerli bankomatda vəsait nağdlaşdırarkən və ölkədaxili istənilən bank kartına pul köçürərkən heç bir komissiya haqqı tutulmur. Birbank Umico debet kartları ilə isə ay ərzində 4000 manatadək Kapital Bank-a məxsus bankomatlarda nağdlaşdırma və ölkədaxili istənilən bank kartına pul köçürməsi komissiyasızdır.

Birbank taksit kartları bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 63 günədək güzəşt müddəti, kartı idarə etmək üçün rahat mobil tətbiqi və pulsuz SMS məlumatlandırma xidməti. Birbank kartının ölkə üzrə 11 000-dən artıq partnyor mağazası fəaliyyət göstərir və bu say artmaqdadır.

Birbank kartı haqqında ətraflı məlumat üçün https://birbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook və Instagram səhifəsinə müraciət edə bilərsiniz. Birbank kartını sifariş vermək üçün Birbank tətbiqini yükləyin, “1” yazıb 8196 qısa nömrəsinə SMS göndərin, WhatsApp vasitəsilə (+994 50) 999 81 96 nömrəsinə yazın və ya Birbank mərkəzlərinə müraciət edin.


Kassa metodunda alınan mal necə silinməlidir?

posted in: Xəbər | 0

Kassa metodu, maliyyə sanksiyaları və faizlər, Vergi Məcəlləsi, Vergi Məcəlləsində maliyyə sanksiyaları, ƏDV, Qeyri-rezident şəxslər, Sahibkarlıq subyektləri, Sahibkarlıq subyektlərinin təsnifatı, təkrarsığortalanmış əsas vəsaitlər, Məlumatların üzləşdirilməsi, kameral vergi məktubları, Aksiz vergisi, Vergi Məcəlləsində dəyişikliklər, vergi məcəlləsi, Azərbaycan Vergi Məcəlləsi,Vergi Məcəlləsinin 133.4-cü maddəsinə əsasən, borc öhdəlikləri üzrə faizlər ödənilərkən və ya əmlakın icarəyə götürülməsi müqabilində ödəmə həyata keçirilərkən, borc öhdəliyinin və ya icarə müqaviləsinin müddəti bir neçə hesabat dövrünü əhatə edirsə, hesabat ilində gəlirdən çıxılmalı olan və faktiki ödənilən faizlərin (icarə haqqının) məbləği həmin il üçün hesablanan faizlərin (icarə haqqının) məbləği deməkdir.

Qanunvericiliyin bu tələbinin kassa metoduna münasibətdə icrasını maliyyə və vergi eksperti Rəşad Məmmədov  şərh edir.

Vergi Məcəlləsinin 133-cü maddəsində alınan malın silinməsi ayrıca göstərilməyib. Bəziləri elə başa düşə bilər ki, mal alınıbsa və pulu ödənibsə, bu mal kassa metoduna görə silinə bilər. Lakin bu belə deyil. Vergi Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, vergi ödəyicisi sonradan satılmaq üçün nəzərdə tutulan hər hansı malı əmtəə-material ehtiyatlarına aid etməyə borcludur.

Həmçinin, Məcəllənin 139.4-cü maddəsində göstərilib ki, vergi ödəyicisi onun ixtiyarında olan malların fərdi uçotunu aparmırsa, o, əmtəə-material ehtiyatlarının uçotunu orta maya dəyəri ilə qiymətləndirmə metodundan istifadə etməklə aparmaq hüququna malikdir.

Həmin maddədən belə bir nəticə çıxır ki, mənfəət vergisi üçün vergi bazasını ancaq müştəriyə təqdim edilən malların dəyəri azalda bilər. Vergi Məcəlləsinin 13.2.10-cu maddəsinə əsasən isə mallar üzərində mülkiyyət hüququ başqasına verildikdə mal təqdim olunmuş hesab olunur.

Ona görə də alınan malları xərcə aid etmək üçün 2 əsas şərt vacibdir:

  • Satıcıya olan borc ödənilməlidir;
  • Mülkiyyət hüququ alıcıya keçməlidir.

Misal 1: “A” şirkəti gəlir və xərclərinin uçotunu kassa metodu ilə aparır. 2019-cu ilin fevral ayının 5-də ƏDV ilə birlikdə 2.360 manat (o cümlədən 360 manat ƏDV) dəyərində mal alıb. 15 mart 2019-cu ildə bütün məbləğ (yəni ƏDV ilə birlikdə 2.360 manat) nağdsız qaydada ödənilib. 23 mart 2019-cu ildə maya dəyəri 1.500 manat olan mal satılıb. Bu halda satılan malın mayası kimi, kassa metoduna görə, 1500 manat mal silinməlidir.

Bəs alınan mallara görə verilmiş avans kassa metoduna görə xərc hesab olunurmu?

Satıcılara və podratçılara verilmiş avansları vergitutma bazasını azaldan xərc kimi əks etdirmək düzgün deyil. Çünki Vergi Məcəlləsinin 133.3-cü maddəsində maliyyə öhdəliyi ödənildiyi halda xərc, kassa metoduna əsasən, xərc kimi tanınır. Satıcılara və podratçılara verilmiş avanslar maliyyə öhdəliyi hesab olunmur. Bundan başqa, Vergi Məcəlləsinin 130.1-ci maddəsinə əsasən, vergi ödəyicisi sənədləşdirilmiş məlumat əsasında xərclərini onların çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Verilmiş avans isə mal, iş və xidmət əldə edildikdə əsaslandırılmış xərc hesab olunacaq. Ona görə də verilmiş avanslar kassa metoduna görə xərc hesab olunmur. Gözləmək lazımdır ki, verilən avansa görə mal, iş və xidmət mədaxil olunsun.

Misal 2: 2019-cu ilin yanvar ayında “A” şirkəti bir ilin (aylıq ƏDV-siz 500 manat olmaqla) icarə haqqını, yəni 6.000 manatı nağdsız ödəyib. Bir ilin ödənilən 6.000 manat icarə haqqı avans hesab olunur, onu xərc kimi silmək düzgün deyil. Ona görə də “A” şirkəti 2019 yanvar ayının kassa metoduna görə icarə xərcini, Vergi Məcəlləsinin 133.4-cü maddəsinə əsasən, 500 manat göstərməlidir.

Mənbə: vergiler.az


1 531 532 533 534 535 536 537 2. 685