Müasir biznes mühitində mühasibat uçotunun rolu (III hissə)

posted in: Xəbər | 0

mühasibin rolu, mühasib,

Müasir biznes mühitində mühasibat uçotunun rolu (III hissə)

II hissəyə nəzər yetirin

Müasir dövrdə maliyyə uçotunun rolu

İdarəetmə uçotu müasir iş dünyası üçün həyati əhəmiyyət kəsb etsə də, maliyyə uçotu da xüsusilə kiçik müəssisələr üçün mühüm rol oynayır.

Kiçik biznes sahibləri, maliyyə uçotu əməliyyatlarının uçotunun son nəticəsi olan maliyyə hesabatları vasitəsilə kənar tərəflərə məlumat ötürmək üçün bu uçotdan istifadə edirlər.

Kənar istifadəçilər maliyyə hesabatlarını öyrənəcək və sonra nəticələri öz gözləntiləri ilə müqayisə edərək şirkətin qiymətləndirilməsini formalaşdıracaqlar. Qeyd edildiyi kimi, tipik kənar istifadəçilərə banklar, təchizatçılar və lizinq şirkətləri daxildir.

Xüsusilə, daxili və kənar maraqlı tərəflərin mühasibat uçotundan və mühasiblərin yerinə yetirdiyi işlərdən faydalanmasının əsas səbəbləri aşağıdakılardır:

  • Təchizatçılar mal və xidmətlər təqdim edirlər. Onlar xidmət etdikləri şirkətlərin balans hesabatlarını görmək istəyirlər ki, öz məhsulları üçün ödənişləri vaxtında gözləyə bilsinlər. Hesablar şirkətin mühasibat kitablarında bu cür ətraflı baxışı təmin edir.
  • Kreditorlar və banklar kreditlər, lizinq və digər xidmətlər təqdim edirlər və əgər onlar şirkətin etibarlı maliyyə vəziyyəti ilə bağlı hesabatı ilə tanış ola bilməyiblərsə, bunu etməyəcəklər. Bu maliyyə görüntüsünü də yenə mühasiblər təqdim edirlər.
  • Əməkdaşlar şirkətlərin işini dəstəkləyir, bundan ötrü vaxt və səylərini və ya əməklərini əsirgəmirlər. Ən azından, ictimai bir şirkətdə çalışan işçilər şirkətin hazırda iş qabiliyyətində olduğunu və fəaliyyət göstərə biləcəyini ehtimal edən rəqəmləri görmək istəyəcəklər. Bu informasiyanı da mühasiblər təqdim edirlər.
  • Hökumət işləmək üçün icazəni təqdim edir, habelə bələdiyyə xidmətlərini, qaydalar və mühafizəni təmin edir. Hökumətlərin şirkətin mühasibat kitabları ilə tanış olmaq istədikləri və ya tələb edəcəyi hallar olur. Mühasiblər sözügedən mühasibatlıq kitablarını tərtib edir və onları aktual vəziyyətdə saxlayırlar.
  • Müştərilər şirkətlərin fəaliyyətini təmin edən və həyati əhəmiyyət daşıyan pul vəsaitlərini təqdim edirlər. Elə hallar da olur ki, əgər ictimai şirkətdirsə, bəzən müştərilər də sözügedən şirkətin maliyyə vəziyyəti ilə tanış olmaq istəyirlər. Bax, bu məsələyə də yenə mühasiblər müdaxilə edirlər, yəni, lazım olan informasiyanı onlar çatdırırlar.

Beləliklə, maliyyə uçotu qərar qəbul edənlər və səhmdarlar, təchizatçılar, kreditorlar və banklar, işçilər, dövlət qurumları və müştərilər kimi maraqlı tərəflər üçün maliyyə hesabatlarının hazırlanması ilə məşğul olur.

Bu təşkilatlar biznes üçün həyati əhəmiyyət kəsb edir və çox vaxt şirkətin spesifik və ətraflı maliyyə vəziyyətini, eləcə də gələcək perspektivlərini bilməlidirlər.


İqtisadçı-mühasib peşəsi


Mühasibin rolu və vəzifələri nədən ibarətdir?

Müasir təşkilatda mühasibin rolunun müzakirəsi müasir dövrdə mühasibat uçotunun rolunun izahını tələb edir, çünki mühasiblər mövcud biznes mühitinin ayrılmaz hissəsidir. Mühasibin bəzi rol və məsuliyyətlərinə aşağıdakılar daxildir, lakin bunlarla məhdudlaşmır:

  • Bank çıxarışlarının yoxlanılması və mühasibat uçotu ilə tutuşdurulması, habelə işçilər tərəfindən təqdim edilmiş xərclərin yoxlanılması;
  • Debitor borcları üzrə daxil olan ödənişləri və kreditor borcları üzrə gedən ödənişləri izləmək;
  • Şirkətin maliyyə hesabatlarının yaradılması, həmçinin hesab məlumatlarının və tendensiyaların toplanması, təhlili və ümumiləşdirilməsi yolu ilə xüsusi maliyyə hesabatlarının hazırlanması;
  • Şirkətin maliyyə vəziyyətini müəyyən etmək və şirkətin harada gəlir əldə etdiyini və itirdiyini anlamaq üçün toplanmış məlumatların təhlili;
  • Uçot qeydləri üzrə məlumatların toplanılması və təhlili yolu ilə aktivlər, öhdəliklər və kapitalla əməliyyatlar üzrə müxabirləşmələrin hazırlanması;
  • Hesab məlumatlarını daxil etmək yolu ilə maliyyə əməliyyatlarının sənədləşdirilməsi;
  • Uçot variantlarının təhlili yolu ilə maliyyə hərəkətlərinin tövsiyə edilməsi;
  • Məlumat toplamaq, balans hesabatlarını, mənfəət və zərər hesabatlarını və digər hesabatları hazırlamaqla cari maliyyə vəziyyətinin yekunlaşdırılması;
  • Mövcud və yeni qanunvericiliyin öyrənilməsi, tələblərə riayət olunmasının təmin edilməsi və zəruri tədbirlər üzrə rəhbərliklə məsləhətləşmə yolu ilə dövlət və yerli maliyyə qanunvericiliyinin tələblərinə riayət olunması;
  • Müştəri etimadını qorumaq və maliyyə məlumatlarının məxfiliyini qorumaqla əməliyyatların müdafiəsi.

Sadə dillə desək, müasir təşkilatda mühasibin vəzifələri və rolları mühasibat uçotu məlumatlarını tədqiq və təhlil edərək, daha sonra hesabatlar hazırlamaqla rəhbərliyə maliyyə məlumatlarını təqdim etməkdən ibarətdir.

Mühasibat uçotunun səviyyələri

Bizim dövrümüzdə təkcə mühasibat uçotunun rolunu deyil, həm də müasir təşkilatda mühasiblərin rolunu izah edərkən, başa düşmək lazımdır ki, mühasibat uçotu hansısa bir şeydən ibarət deyil; böyük və ya kiçik biznesdə mühasibat uçotunun bir çox səviyyəsi və ya növləri vardır. Mühasiblər müxtəlif ixtisaslara malik ola bilər, o cümlədən aşağıdakılara:

  • Vergilər: hər bir müəssisə vergi ödəməlidir və hər bir müəssisə mümkün qədər az vergi ödəmək istəyir. Mühasiblər bunu yerinə yetirməyə kömək edə bilir.
  • Əməkhaqqı: müəssisələr işçilərə maaş ödəməlidirlər, lakin daha da önəmlisi, müəssisələr əməkhaqqıdan vergi ödəməlidirlər. Bunlara aiddir: sosial təminatlar, pensiyalar, işçilərə kompensasiyalar və s. Əməkhaqqının hesablanması üzrə mühasiblər bütün bu işləri dəstəkləyirlər.
  • Kreditor və debitor borclar: istər podratçılara, istər satıcılara, istərsə də təchizatçılara ödənilməli olan hesab-fakturalar, eləcə də daxil olan ödənişlər hamısı işlənməlidir. Mühasiblər və ya mühasibat şöbələri bu prosesi həyata keçirirlər.
  • Mühasibat uçotu: gəlirlər bir sütunda, xərclər başqa bir sütunda qeyd olunur – və bu iki sütun bir-birinə uyğun gəlmirsə – biznesdə ciddi problemlər yarana bilər. Mühasib kimi fəaliyyət göstərən şəxs hər hansı bir iş üçün problemə çevrilməzdən əvvəl bu cür uyğunsuzluqları aradan qaldırmağa çalışır.

Aydındır ki, bugünkü biznes mühitində mühasibin rolu əvəzolunmazdır.

Başqa sözlə desək, müasir dövrümüzdə mühasibat uçotunun rolunu izah etmək üçün mühasiblərin hər hansı bir iş üçün daşıdığı müxtəlif və həyati məsuliyyətləri, şirkətin həm indi, həm də uzaq gələcəkdə davamlı və gəlirli olmasına kömək edən vəzifələri müəyyən etmək lazımdır.


Hüquqi şəxs digər hüquqi şəxsə qoşulduqda vergi öhdəliyi necə tənzimlənir?

posted in: Xəbər | 0

vergi öhdəliyi,A şirkəti torpaq sahəsini girov qoyaraq kredit götürmüşdür və kredit məbləğini təsisçiləri eyni olmayan B şirkətinə faizsiz borc müqaviləsi əsasında borc vermişdir. Sonradan torpaq ilkin dəyəri qiymətinə satılmışdır. Bu zaman A şirkətinin gəliri yaranmamış və balansında heç bir aktivi qalmamışdır. A şirkətini almaq istəyən D şirkəti A şirkətini özünə birləşdirib onun kredit faizinə görə yaranmış zərərini öz zərəri kimi tanıya bilərmi?

Dövlət Vergi Xidmətindən bildirilib ki, sadələşdirilmiş vergi üzrə vergitutma obyekti təqdim edilmiş mallara (işlərə, xidmətlərə) və əmlaka görə əldə edilmiş ümumi hasilatın, habelə satışdankənar gəlirlərin həcmi hesab olunur. Sadələşdirilmiş vergi hesablanarkən xərc maddələri nəzərə alınmır və zərər yaranmır.

Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 56.2-ci maddəsinə əsasən hüquqi şəxs digər hüquqi şəxsə qoşulduqda qoşulan hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq əvvəlki hüquqi şəxsə keçir.

Eyni zamanda, vergitutma məqsədləri üçün hüquqi şəxsin yenidən təşkil edilməsi Vergi Məcəlləsinin 147-ci maddəsi ilə tənzimlənir. Vergi Məcəlləsinin 147-ci maddəsinin müddəalarına əsasən birləşmənin, əldəetmənin, birləşdirmənin, ayrılmanın və ya ayırma yolu ilə yeni şəxs yaradılmasının əsas məqsədinin vergilərdən yayınma olmadığı vergi orqanı tərəfindən təsdiq edilmiş olsun.

Qeyd olunanları nəzərə alaraq, müraciətdə göstərilən halla bağlı əməliyyatın xüsusiyyətləri, işin faktiki halları barədə məlumatlar tam açıqlanmaqla bu əməliyyat üzrə müvafiq təsdiqedici sənədlər, o cümlədən borc və kredit müqavilələri, torpağın təqdim edilməsi və yenidən təşkil barədə sənədlərlə birlikdə vergi ödəyicisinin qeydiyyatda olduğu vergi orqanına müraciət edilməsi tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 219-cu və 147-ci maddələri, Mülki Məcəllənin 56-cı maddəsi.

Mənbə: vergiler.az


Sadələşdirilmiş vergi ödəyicilərində gəlir və xərclərin uçotu


Kapital Bank yerli banklar üçün “Rəqəmsal Bankçılıq Seminarı” təşkil etdi

posted in: Xəbər | 0

Ölkənin ilk rəqəmsal bankı olaraq Birbank Azərbaycanda rəqəmsal bankçılığın inkişafı üçün ardıcıl addımlar atır. Bununla bağlı Kapital Bank ölkəmizdə rəqəmsal bankçılığın inkişafına töhfə vermək və yerli bank sektorunun beynəlxalq təcrübələrlə tanışlığı məqsədilə Azərbaycan Banklar Assosiasiyası (ABA) ilə birgə “Rəqəmsal Bankçılıq Seminarı” təşkil edib.

15 mart 2023-cü il tarixində keçirilən tədbirdə ölkənin 22 bankından ümumilikdə 50-dək əməkdaş iştirak edib. Türkiyədən dəvət edilən və rəqəmsal bankçılıq sahəsində böyük təcrübəyə malik olan spiker iştirakçıların suallarını cavablandırıb və situativ məşğələlər keçirib.

Qeyd edək ki, tədbirin məqsədlərindən biri də bank sektorunun nümayəndələri üçün şəbəkələşmə imkanlarını artırmaq və onların öz təcrübələrini bir-biri ilə paylaşması olub. Kapital Bank yerli banklar arasında təcrübə mübadiləsinin artması üçün bu cür tədbirləri davamlı şəkildə təşkil etməyi planlaşdırır.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 114 filialı və 25 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/krdt, Birbank kartı sifarişi üçün — https://kbl.az/tkstcrd.


Müasir biznes mühitində mühasibat uçotunun rolu (II hissə)

posted in: Xəbər | 0

idarəetmə uçotu, idarəetmə uçotunun roluMüasir biznes mühitində mühasibat uçotunun rolu (II hissə)

I hissəyə nəzər yetirin

İdarəetmə uçotunun rolu nədir?

İdarəetmə uçotu kimi də tanınan müasir biznesdə idarəetmə uçotunun roluna müəssisələr daxilində menecerlərə mühasibat uçotu məlumatlarının verilməsi və bu menecerlərə idarəetmə, qərar qəbul etmək və nəzarət funksiyalarını yerinə yetirmək imkanı vermək daxildir.

O, biznesdə çəkilən xərcləri qeyd etməyi hədəfləyən məsrəf uçotundan və qərar qəbul edənlər və səhmdarlar, təchizatçılar, kreditorlar və banklar, dövlət qurumları və müştərilər kimi daxili və xarici maraqlı tərəflər üçün maliyyə hesabatlarının hazırlanması ilə məşğul olan maliyyə uçotundan fərqlənir.

Bundan əlavə, müasir biznesdə idarəetmə uçotunun roluna strateji idarəetməni, səmərəliliyin və risklərin idarə edilməsini dəstəkləyən məlumatların verilməsi də daxildir, məhz bunlar:

  • Strateji idarəetmə: idarəetmə uçotu üzrə mühasib təşkilatların strateji tərəfdaşıdır.
  • Səmərəliliyin idarə olunması: idarəetmə uçotu üzrə mühasib təşkilatların biznes-qərarlarının qəbul olunması və onların idarə olunmasının səmərəliliyi praktikasının işlənib hazırlanmasında tərəfdaşdır.
  • Risklərin idarə olunması: idarəetmə uçotu üzrə mühasib biznes məqsədlərinə nail olmaq üçün risklərin müəyyən edilməsi, ölçülməsi, idarə edilməsi və hesabatlarının çərçivə və metodlarına öz töhfəsini verir.

İdarəetmə uçotu gələcəyə diqqət yetirir və artıq qeyd edildiyi kimi, biznes məqsədlərinə nail olmaq üçün menecerlər və işçilərin davranışına təsir etmək məqsədi daşıyır.

İdarəetmə uçotu ümumi qəbul edilmiş mühasibat prinsipləri (GAAP) və ya Maliyyə hesabatı üzrə beynəlxalq standartları (MHBS) tərəfindən, xərclərin uçotu və maliyyə uçotu kimi məhdudlaşdırılmır.

İdarəetmə uçotu təşkilatların dəyərini necə yüksəldir?

İndiana Universitetinin Kelli biznes Məktəbinin professoru Con Hassellin sözlərinə görə, idarəetmə uçotu təşkilatın dəyərini bunların hesabına yüksəldir:

  • Menecerləri məhsul xərcləri, büdcələr və pul vəsaitlərinin hərəkəti kimi məlumatlarla təmin etmək. Menecerlərə verilən informasiyaya strateji planlaşdırma və qərar qəbul etməkdə kömək edən maliyyə və qeyri-maliyyə məlumatları daxildir.
  • Büdcə planları ilə faktiki fəaliyyətin təhlili və müqayisəsi, o cümlədən uğur və ya problemli sahələrin müəyyənləşdirilməsinə diqqətin yönəldilməsi daxil olmaqla istiqamət və nəzarətdə köməklik.
  • Planları çatdırmaqla menecerləri təşkilati məqsədlərə nail olmaq üçün motivasiya etmək, plana nə dərəcədə nail olunduğunun ölçülməsini təmin etmək və planlardan sapmalara dair izahat vermək.
  • Səmərəliliyin ölçülməsi maliyyə uçotunda olduğu kimi yalnız bütün təşkilat üçün deyil, şöbələr, bölmələr və hətta rəhbər heyət üçün də keçərlidir.
  • Təşkilatın sürətlə dəyişən biznes mühitində rəqabət mövqeyinin qiymətləndirilməsi, eləcə də şirkət daxilində, müştərilərinin gözündə, innovasiya və davamlı inkişaf baxımından, eləcə də maliyyə baxımından necə yaxşı işlədiyini nəzərdən keçirmək.

İdarəetmə uçotu getdikcə daha çox bütün müasir biznes təşkilatlarında funksionallararası idarəetmə qrupları vasitəsilə, eləcə də marketinq, istehsal, layihələndirmə və əməliyyatlar daxil olmaqla, müxtəlif funksional sahələrdən yüksək səviyyəli menecer və personal tərəfindən istifadə olunur.


III hissəyə nəzər yetirin


1 572 573 574 575 576 577 578 2. 702