Qarabağdakı rezidentlər 10 il müddətinə idxal gömrük rüsumundan azad edilib

posted in: Xəbər | 0

idxal gömrük rüsumuAzad edilmiş ərazilərdəki rezidentlər 10 il müddətinə idxal gömrük rüsumundan azad edilib.

Bu, Prezident İlham Əliyevin “Gömrük tarifi haqqında” qanuna dəyişikliyi təsdiqləməsi ilə mümkün olub.

Dəyişikliyə əsasən, bundan sonra İqtisadiyyat Nazirliyinin təsdiqedici sənədi əsasında ƏDV-nin məqsədləri üçün qeydiyyatda olan işğaldan azad edilmiş ərazilərin rezidentləri tərəfindən Nazirlər Kabinetinin təsdiqlədiyi siyahı üzrə iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların idxalı – 2023-cü il yanvarın 1-dən 10 il müddətinə gömrük rüsumundan azad edilir.

Nazirlər Kabineti işğaldan azad edilmiş ərazilər üzrə idxalı gömrük rüsumlarından azad edilən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların siyahısını bir ay müddətində təsdiqləyib dövlət başçısına məlumat verməli, qanundan irəli gələn digər məsələləri həll etməlidir.

Mənbə: report.az


Öz hesabına ödənişsiz məzuniyyət üçün ərizə nümunəsi

posted in: Xəbər | 0

Ödənişsiz məzuniyyət nədir?

Ödənişsiz məzuniyyət, onu bəzən öz hesabına məzuniyyət də adlandırırlar, işçiyə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 128-ci maddəsinə uyğun, işçinin yazılı öz hesabına məzuniyyət ərizəsi əsasında verilir. Onun verilmə səbəbləri, müddəti Məcəllənin 130-cu maddəsinə uyğun müəyyən edilir. Ödənişsiz məzuniyyət müddətində işçinin iş yeri (vəzifəsi) saxlanılır, amma əmək məzuniyyətindən fərqli olaraq ona orta əmək haqqı ödənilmir.

Məzuniyyətin rəsmiləşdirilməsi üçün işçi ödənişsiz məzuniyyət üçün ərizə formasını dolduraraq işəgötürənə təqdim edir.

Ödənişsiz məzuniyyət üçün ərizə forması

Aşağıda işçinin məzuniyyətə çıxmaq üçün işəgötürənə təqdim edəcəyi ödənişsiz məzuniyyət üçün ərizə forması verilib. Verilən ərizə nümunəsi mütləq deyil, işçi yaxud işəgötürən tərəfindən sərbəst tərtib edilə bilər. Amma onun tərtib edilməsi zamanı qanunvericiliyin tələblərinə mütləq əməl edilməli, zəruri məlumatlar öz hesabına ərizəsində əks olunmalıdı.

_____________ MMC-nin baş direktoru X.Y.Z

mühasib A.B.C tərədindən

Ərizə

AR Əmək Məcəlləsinə uyğun olaraq, (ödənişsiz məzuniyyət üçün səbəb) məqsədi ilə __________ tarixindən mənə ___ təqvim günü müddətinə ödənişsiz məzuniyyət vermənizi xahiş edirəm.

Tibb müəssisəsinin rəyinin sürəti əlavə olunur.

. t a r i x  .                         .  i m z a  .      A.B.C                        

Ərizə formasının doldurulmasına nümunə

Tutaq ki, “İpək yolu” MMC-nin mühasibi H.N.Fərəcova ailənin xəstə üzvünə qulluq etmək məqsədi ilə 5 günlük öz hesabına məzuniyyət götürmək istəyir. Ödənişsiz məzuniyyət üçün ərizə formasının doldurulmasına baxaq.

Aşağıda öz hesabına məzuniyyət ərizə nümunəsi verilib. Nəzər almaq lazımdır ki, öz hesabına məzuniyyət ərizəsinin əl ilə yazılması tövsiyə olunur. O, rahat oxunmalı, ödənişsiz məzuniyyət üçün ərizə formasının müvafiq sahələr doldurulmalıdır.

“İpək yolu” MMC-nin baş direktoru A.M.Məmmədova

mühasib H.N.Fərəcova tərədindən

Ərizə

AR Əmək Məcəlləsinin 130-cu maddəsinə uyğun olaraq, ailənin xəstə üzvünə qulluq etmək məqsədi ilə 08.05.2023-cü il tarixindən etibarən mənə 5 təqvim günü müddətinə ödənişsiz məzuniyyət vermənizi xahiş edirəm.

Tibb müəssisəsinin rəyinin sürəti əlavə olunur.

01 may 2023-cü il                       ___________    H.N.Fərəcova

Öz hesabına məzuniyyətin rəsmiləşdirilməsi

İşəgötürən işçinin öz hesabına məzuniyyət ərizəsini qanunvericiliyə uyğunluğunu araşdırdıqdan sonra məzuniyyətin rəsmiləşdirilməsinə başlayır. Bunun üçün ödənişsiz məzuniyyət əmri hazırlanır. İşçiyə heç bir ödəniş verilmir. Əgər öz hesabına məzuniyyət ayın sonuna düşərsə (məsələn 23-30 aralığına) ona işdə olduğu günlər əmək haqqı hesablanıb verilir.

Sonda qeyd edək ki, digər məzuniyyət növləri üçün ərizə nümunəsi burada verilib.


Dünyada ən güclü inflyasiya hansı ölkədədir?

posted in: Xəbər | 0

ən güclü inflyasiya,Plexanov adına Rusiya iqtisad universitetinin (RİU) iqtisadiyyat kafedrasının dosenti Aleksandr Timofeyev dünya ölkələrinin mərkəzi banklarının hesabatlarını öyrəndikdən sonra bildirib ki, pulun ən sürətli ucuzlaşması Zimbabvedə baş verir – belə ki, 2022-ci ildə bu ölkədə inflyasiya 244% təşkil edib.

Siyahıda ikinci yerdə 156 faiz ucuzlaşma ilə Venesuela gəlir, onun adınca 142 faiz ucuşlaşma ilə Livan, 139 faiz ucuzlaşma ilə Suriya və 92 faiz ucuzlaşma ilə Argentina qərarlaşıb.

Coğrafi cəhətdən Rusiyaya yaxın olan dövlətlərdən Türkiyə bu reytinqdə ən yüksək pillədə qərarlaşıb – 64%.

“Türkiyədə bu il inflyasiya 85,5%-ə çatıb, – Timofeyev əlavə edib. – Bütün AB ölkələrində valyuta məzənnələrinin iki rəqəmli azalma tempi müşahidə edilib. İndi bütün ölkələrə islahatlar və iqtisadiyyatın təmiri lazımdır. Yaşayış xərcləri – qida, yanacaq, su və elektrik enerjisinin qiymətləri bütün ölkələrdə yüksəlib. Hətta ABŞ-də belə, inflyasiya 9%-dən çox olub”.

Rusiya statistika idarəsnin (Rosstat) hesablamalarına görə, ötən il Rusiyada inflyasiya 11,9% təşkil edib. Bu ölkəni İtaliya – 11,6% və Böyük Britaniya – 10,7% izləyir.


Aksiz vergisi üzrə dövriyyələrin dəqiqləşdirilməsi, əvəzləşdirmə və qaytarılma

posted in: Vergi, Xəbər | 0

Aksiz vergisi bəyannaməsi, Hesablamalar zamanı dövriyyələrin dəqiqləşdirilməsi 

Vergi Məcəlləsinə edilmiş dəyişikliklərlə (maddə 186-1.) 2022-ci ildən başlayaraq aksizli mallarla bağlı bir sıra dövriyyələrin dəqiqləşdirilməsinə əsas verən hallar müəyyənləşdirilmişdir. Belə hallara məhsulun aşağıdakı səbəblərdən geri qaytarılması aiddir:

  • istifadə müddətinin bitməsi;
  • zay olma;
  • digər səbəblər.

Əgər istehsalçı şəxs aksizli məhsula vergi hesablayaraq istehsalın həyata keçirildiyi binadan kənara buraxmışsa və həmin mallar yuxarıda qeyd edilən səbəblərdən geri qaytarılıbsa, bu zaman aksiz hesablaması üçün dövriyyənin dəqiqləşdirilməsi aparıla bilər. Yəni həmin mallara hesablanmış aksiz, həmin malların qaytarıldığı dövr üçün azaldılır.

Azaldılma zamanı aşağıdakı şərtlər ödənilməlidir:

  • geri qayıtmanın səbəbi istifadə müddətinin bitməsi yaxud malların zay olması olmalıdır;
  • vergi orqanına müvafiq aktın tərtibi və aksizin azaldılması məqsədi ilə müraciət edilməlidir;
  • akt, Dövlət Vergi Xidmətinin nümayəndəsi ilə birgə, müraciətdən keçən 5 iş günü ərzində tərtib edilməlidir.

Hesablama üçün dövriyyənin azaldılması aktın yazıldığı hesabat dövrü üçün icra olunur. Tərtib edilmiş akt hesabatla birgə DVX-nin müəyyən qurumuna təqdim edilir. Azaldılma aparılan mallar məhv edildikdə, onların istehsalı zamanı əvəzləşdirilmiş aksizin büdcəyə hesablanması həyata keçirilir.

İstehsal ehtiyacları üçün əvəzləşdirilmə 

Aksizli mal digər aksizli malların istehsalı üçün istifadə etmədikdə, ödənilmiş aksizlər məhsulun maya dəyərinə daxil edilməlidir. Bəzən aksizli mal alıcısı, onları vergi tutulan digər aksizli məhsulun istehsalına sərf edir. Bu halda onun malların alışı zamanı ödənmiş aksizi əvəzləşdirmək yaxud geri almaq hüququ var.

ƏDV-də olduğu kimi aksiz vergisində də əvəzləşdirmə yaxud büdcədən geri alınması mövcuddur

 

Burada mühüm qayda tətbiq olunur: aksizlər yalnız faktiki ödənildikdən sonra əvəzləşdirilə bilər. Əvəzləşdirilmə hüququ xammalın, materialların alışı üzrə qaimə-fakturalar, idxalı zamanı isə yük gömrük bəyannamələri kimi sənədlərlə təsdiq edilməlidir. Əvəzləşdirməyə görə müraciət ərizəsi aksiz bəyannaməsi ilə birgə vergi orqanına verilir.

Artıq ödənmiş aksizlər əməliyyat üzrə ilkin sənədləri vergi orqanına təqdim edildikdən sonra, VM-nin tələbləri (maddə 87) nəzərə alınmaqla  45 gün ərzində qaytarılır.

Nümunələrə baxaq.

Nümunə-1: Firma konyak materiallarını istehsal edən fiziki şəxsdən E-qaiməyə uyğun dəyəri nağdsız ödəməklə 5500 litr konyak materialları almış, ondan hər biri 0.5 litr olmaq şərtilə 10000 ədəd konyak istehsal edib. Hesabat ayını əhatə edən bu mallardan 9000 ədədini istehsal binasının hüdudundan kənara buraxmışdır. VM-nin 189-cu maddəsini nəzərə alıb firmanın aksiz öhdəliyini hesablayaq.

VM maddə 189 aksizi əvəzləşdirmə

– Firma konyak materiallarını alarkən fiziki şəxsə 22000 manat (5500*4.0) aksiz ödənişi etmişdir.

– Hesabat ayı ərzində istehsal binasının hüdudları kənarına buraxılmış 9000 ədəd konyakın miqdarına aksiz dərəcəsini tətbiq etməklə aksizin məbləğini hesablayırıq:

                                       9000 (ədəd) * 0.5 (l) * 4.0 = manat = 18000 manat

– Firmanın malı alarkən ödədiyi aksizin məbləğilə onun hesabat ayında hesabladığı aksiz məbləği arasındakı fərq

                   18000 – 22000 = – 4000 manat onun öhdəliyini təşkil edəcəkdir.

Deməli hesabat dövrü üçün firmaya aksiz üzrə 4000 manat büdcədən qaytarılmalıdır.


İş axtarırsınız? Vakansiyalara nəzərə salın!


Nümunə-2: Vergi ödəyicisi hesabat dövründə E-qaimə əsasında 8 min litr spirt (içməli) almış, həmin spirtdən hesabat dövründə birinin topdansatış bazar qiyməti 0.7 manat olmaqla 0.5 litrlik 15000 ədəd araq (vodka) istehsal edib istehsal binası hüdudundan kənara buraxmışdır.

– Şəxsin aksiz üzrə öhdəliyini müəyyənləşdirək. Vergi ödəyicisi tərəfindən alınmış spirtə görə ödədiyi aksiz 32000 (8000 * 4.0 ) manat təşkil edir.

– İstehsal edilən akzisli malın əvvəlcə həcmi (kəmiyyəti) müəyyənləşdirilir: 15000 * 0.5 = 7500 litr. Həmin miqdarı aksizin dərəcəsinə vuraraq 7500 * 4.0 = 30000 manat hesablanmalı olan aksizin məbləği tapılır.

– Firmanın malı alarkən ödədiyi aksiz məbləğilə onun hesabat ayında hesabladığı akzis məbləği arasındakı fərq

32000 – 30000 = 2000 manat büdcədən qaytarılmalıdır.

İstehsal ehtiyacları üçün aksizlərin əvəzləşdirilməsi VM-in 189-cu maddəsi ilə tənzimlənir. Buradan aksizin əvəzləşdirmə qaydaları ilə bağlı əlavə nümunələr tapmaq olar.

İxrac zamanı aksiz vergisi

Aksiz ödəyiciləri son istehlakçı – vətəndaşdır; başqa ölkənin vətəndaşlarından vergi tutulması qeyri-qanunidir, ona görə də ixrac zamanı bu vergi ödənilmir (aksizli mallara 0% dərəcə tətbiq edilir).

Əgər idxal olunan aksizli mal sonrakı ixrac üçün nəzərdə tutulubsa, idxal zamanı ödənilən aksiz təkrar ixrac edilən malların həcminə mütənasib məbləğdə 15 gün müddətində qaytarılır. Geri qaytarılmanı akzisi alan gömrük orqanı həyata keçirir.

Nümunə-3: “İsti Əllər” MMC-dən Gürcüstana təkrar ixrac məqsədilə noyabr ayında Qazaxstandan Azərbaycana idxal etdiyi aksizli maldan idxal zamanı gömrük idarəsində 32000 manat aksiz vergisi tutulmuşdur. Həmin şirkət idxal edilmiş malların 70 faizini Gürcüstan şirkəti ilə bağlamış yazılı müqaviləyə uyğun olaraq dekabr ayının 10-unda Gürcüstana göndərib. Belə olan halda, idxal zamanı həmin şirkətdən tutulmuş aksizin 70%-i yəni 22400 manat dekabr ayının 25-inə qədər Gömrük idarəsi tərəfindən həmin şirkətə qaytarılmalıdır.


1 590 591 592 593 594 595 596 2. 702