Read More9
Read More9

Müharibə veteranlarının əməkhaqlarından sığorta haqları necə tutulur?

posted in: Xəbər | 0

Müharibə veteranlarının əməkhaqlarıMən müharibə veteranıyam, marketdə işləyirəm. İş yerimdə mənə bildirirlər ki, müharibə veteranlarına verilən güzəştlə əlaqədar əməkhaqqımdan vergi tutulmasa, pensiya fonduna pul köçürülməyəcək. Bu belədirmi?

Dövlət Vergi Xidmətindən bildirilib ki, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektorunda işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirləri 8.000 manatadək olduqda vergi 0 faiz, 8.000 manatdan çox olduqda 8.000 manatdan çox olan məbləğin 14 faizi məbləğində müəyyən edilir.

Həmçinin, Vergi Məcəlləsinin 102.2.7-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Bundan savayı, həmin işçinin gəlirlərindən sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları ödəmə mənbəyində adi qaydada işəgötürən tərəfindən tutulur və bu tutulmalarda müharibə veteranları üçün azadolma və ya güzəşt nəzərdə tutulmamışdır.

“Əməkhaqqıdan tutulmaların hesablanması kalkulyatoru”ndan istifadə edərək, işlədiyiniz sektoru seçməklə əməkhaqqınızdan tutulmalar barədə məlumat əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 98-ci, 101-ci maddələri, “Sosial sığorta haqqında”, “İşsizlikdən sığorta haqqında” “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunları, “Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabineti 18 fevral 2019-cu il tarixli 56 saylı Qərarı.


İctimai təşkilata ayrılan qrant dövlət büdcəsindən maliyyələşmə hesab edilirmi?

posted in: Xəbər | 0

dövlət büdcəsindən maliyyələşməİctimai birlik Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının elan etdiyi qrant müsabiqəsində qalib olmuşdur və həmin qrant vəsaitlərindən işçilərə əməkhaqqı verir. Bu halda ictimai birlik dövlət büdcəsindən maliyyələşən təşkilat hesab edilirmi və işçilərə ödənilən əməkhaqqıdan gəlir vergisini güzəştli dərəcələrlə hesablaya bilərmi?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvədə olan müddəalarına əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən gəlir vergisi 7 il müddətinə güzəştli dərəcələrlə hesablanır. “Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun meyarları” (bundan sonra – Meyarlar) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 fevral 2019-cu il tarixli 56 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Meyarların 2.2-ci bəndinə əsasən dövlət adından yaradılan publik hüquqi şəxslər, büdcə təşkilatları, dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan maliyyələşən digər orqan və qurumlar, habelə səhmlərinin və ya paylarının 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan hüquqi şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxslər və vergi ödəyicisi olan fiziki şəxslər qeyri-dövlət sektoruna aid edilir.

Bunlarla yanaşı, sorğuda qeyd olunan halda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının elan etdiyi qrant müsabiqəsində qalib olmuş ictimai birliyə qrantın ayrılması dövlət büdcəsindən maliyyələşmə hesab edilmir. Birlik qeyri-dövlət sektoru hesab edilir və orada işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən gəlir vergisi Vergi Məcəlləsinin 101.1-1-ci maddəsində qeyd olunan cədvələ uyğun olaraq güzəştli dərəcələrlə hesablanır.

Əsas: Vergi Məcəlləsinin 101-ci maddəsi və Nazirlər Kabinetinin 18 fevral 2019-cu il tarixli 56 nömrəli Qərarı ilə təsdiq edilmiş “Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun meyarları”.

Mənbə: vergiler.az


Topdansatış ticarət obyektlərindən malların təqdim edilməsi necə rəsmiləşdirilməlidir?


Topdansatış ticarət obyektlərindən malların təqdim edilməsi necə rəsmiləşdirilməlidir?

posted in: Xəbər | 0

malların təqdim edilməsi, Topdansatış ticarət obyektləri,Yanacaq məhsullarını topdan və pərakəndə satan müəssisənin bir sıra şirkətlərlə müqaviləsi vardır. Şirkətlərin sürücülərinə ay ərzində təqdim edilmiş yanacağa görə elektron qaimə-faktura göndərilir. Satış zamanı sürücülərə nəzarət-kassa aparatının çeki də təqdim olunur ki, bu zaman eyni məbləğ dövriyyəyə iki dəfə daxil edilmiş olur. Müəssisə əlavə maliyyə itkisinə məruz qalmamaq üçün nə etməlidir?

Dövlət Vergi Xidmətindən bildirilib ki, topdansatış qaydasında ticarət fəaliyyətini həyata keçirən şəxslər tərəfindən həmin fəaliyyətin məqsədləri üçün nəzarət-kassa aparatının tətbiq edilməsi Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. Topdansatış ticarət obyektlərindən sahibkarlıq fəaliyyəti subyektlərinə malların təqdim edilməsi elektron qaimə-faktura ilə rəsmiləşdirilir. Belə ki, Vergi Məcəlləsinin 13.2.62-ci maddəsinə əsasən pərakəndə satış malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron-qaimə faktura) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir.

Vergi Məcəlləsinin 13.2.63-cü maddəsinə əsasən topdansatış malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Eyni zamanda vergi ödəyiciləri ilə bağlanmış müqavilə əsasında onların işçiləri tərəfindən alınan yanacaqlara görə elektron qaimə-faktura ilə yanaşı nəzarət-kassa aparatının çeki təqdim edildiyi halda vergitutma məqsədləri üçün həmin əməliyyatlara bir əməliyyat kimi baxılmalı və vergi orqanına bu əməliyyatlar barədə məlumatlar təqdim edilməlidir.

Əsas: Vergi Məcəlləsinin 13-cü və 71-1-ci maddələri.

Mənbə: vergiler.az



Əmlakların icarəsi zamanı nələrə diqqət yetirilməlidir?

posted in: Xəbər | 0

Əmlakların icarəsi, mmc-ə icarəyə verilən sahəMövzu ilə bağlı təcrübədə yaranan suallara aparıcı mühasib Orxan İsgəndərov aydınlıq gətirir.

Vergi Məcəlləsinin 33.2-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə edilən təsərrüfat subyektləri vergi orqanında qeydiyyata alınmalıdırlar.

Obyektin qeydiyyatı zamanı “İcarəyə götürən”, “Ödəmə mənbəyində” və “Subicarə” seçimlərindən birini seçdikdə obyektin məlumatları icarədar tərəfindən icarəçiyə verilir və bu barədə müqavilədə müvafiq qeyd edilir.

İcarədar mülkiyyətində olan obyektin sahəsini bir neçə hissəyə bölərək fərqli şəxslərə icarəyə verə bilər. Bəzən elə olur ki, əvvəllər icarəyə verilmiş, sonradan icarə münasibətinə xitam verilmiş sahə vergi orqanında uçotdan çıxarılmır və qeydiyyatda qalır. Halbuki obyektdə hər hansı icarə münasibəti yoxdur. Bu zaman icarəçi üçün bəzi problem yarana bilər.

Misal: “İCARƏÇİ” MMC “İCARƏDAR” MMC ilə icarə müqaviləsi bağlayaraq 50 kv. metr sahəni icarəyə götürür. Bu icarə obyektinin vergi orqanında qeydiyyatı barədə vergi orqanına ərizə göndərilir.

İcarə obyektinin vergi qeydiyyatında ümumi sahəsi 100 kv. metrdir. “İCARƏDAR” MMC bu obyektin 50 kv. metrini “BB” MMC-ə icarəyə verib. 30 kv. metri isə əvvəllər “CC” MMC-yə icarəyə verilsə də, sonradan müqaviləyə xitam verilib. Lakin obyekt köhnə icarəçi tərəfindən uçotdan çıxarılmayıb.

AVİS proqramı belə bir hesablama aparacaq:

“İCARƏDAR”ın mülkiyyətində olan obyektin sahəsi – 100 kvadratmetr

“BB” MMC-ə icarəyə verilən sahə – 50 kvadratmetr

“CC” MMC-ə icarəyə verilən sahə – 30 kvadratmetr

“İCARƏÇİ” MMC-nin ərizəsində göstərilən sahə – 50 kvadratmetr

100-50-30-50= -30 kvadratmetr

Bu zaman vergi orqanı tərəfindən 30 kvadratmetr başqa şəxslərə icarəyə verilməsi barədə vergi ödəyicisinə “Təsərrüfat subyektinin qeydiyyata alıması ərizəsinə rədd bildirişi” göndəriləcək.

Belə hallarla qarşılaşmamaq üçün icarədarlar daim məlumatlarını yeniləməli və yoxlamalı, icarəçilər isə əmlakın qeydiyyat ərizəsini tələb edərək məlumatları dəqiqləşdirməlidirlər.



 

1 600 601 602 603 604 605 606 2. 686
error: Content is protected !!