Təsisçidən alınan borc hansı şərtlərlə nağd qaydada qaytarıla bilər?

posted in: Xəbər | 0

Təsisçidən alınan borc, borc məbləğləri,Şirkətin təsisçidən aldığı borcu nağd qaydada qaytarmasına məhdudiyyət varmı?

Yalnız nağdsız qaydada aparılmalı olan, habelə nağd qaydada aparılmasına icazə verilən əməliyyatların dairəsi və nağd xərcləmələrin limiti “Nağdsız hesablaşmalar haqqında” Qanunla (bundan sonra – Qanun) tənzimlənir.

Vergi orqanında uçotda olmayan təsisçidən alınmış borc məbləğləri vergi ödəyicisinin Qanunun 3.3-cü maddəsində göstərilən şəxslər kateqoriyasına aid olmasından asılı olaraq həmin maddədə göstərilən hədlər daxilində (30.000 manat və ya 15.000 manat) nağd qaydada qaytarıla bilər. Təqvim ayı ərzində 30.000 manatdan və ya 15.000 manatdan artıq hesablaşmalar üzrə ödənişlər, o cümlədən alınmış borcların qaytarılması yalnız nağdsız qaydada həyata keçirilməlidir.

Qanunun 3.4.6-cı maddəsinin tələbinə görə vergi orqanında qeydiyyatda olan təsisçiyə borc məbləğləri yalnız nağdsız qaydada qaytarılmalıdır.

Qanunun qeyd olunan tələblərinin pozulmasına görə borc vəsaitlərini nağd qaydada ödəyən və qəbul edən şəxsə Qanun pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Əsas: Vergi Məcəlləsinin 58.7-1-ci maddəsi və “Nağdsız hesablaşmalar haqqında” Qanun.

Mənbə: vergiler.az


Müəssisənin təsisçiyə qaytardığı faizsiz borc məbləğindən vergi tutulurmu?


Müəssisənin təsisçiyə qaytardığı faizsiz borc məbləğindən vergi tutulurmu?

posted in: Xəbər | 0

Ödənişsiz məzuniyyətlər, Ödənişsiz məzuniyyətlərin müddətləri, Uçot əməliyyatları üzrə mühasib vakansiya, Passiv gəlirlər, Orta əmək haqqı, təmir xərcləri, istismar xərcləri, Əmək məzuniyyəti, Qismən ödənişli məzuniyyət, Əlillik təyinatı, Məzuniyyət haqqının hesablanması, ƏDV, vergi öhdəliyi, Cari vergi ödəmələri, sosial məzuniyyət, əmək məzuniyyəti, Mühasibat uçotu, təmir, gəlir, xərc,boşdayanma, boşdayanmaya görə ödəniş,Vergi ödəyicisi olmayan təsisçi 2018-2020-ci illərdə müəssisənin bank hesabına borc müqavilələri əsasında 300.000 manat vəsait köçürmüş, müəssisə 2021-2022-ci illərdə həmin borcu nağdsız qaydada tam qaytarmışdır. Təsisçiyə qaytarılmış faizsiz məbləğdən vergi tutulmalıdırmı?

Dövlət Vergi Xidmətindən bildirilib ki, qanunvericiliyə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

Eyni zamanda vergi qanunvericiliyinə əsasən təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla həyata keçirilir.
Hüquqi şəxslə onun təsisçisi isə mülki hüququn ayrı-ayrı subyektləri olmaqla vergitutma məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər sayılır.

Qanunvericiliyin müddəaları əsas götürülməklə təsisçi tərəfindən müəssisəyə faizsiz verilmiş borc məbləğinə vergitutuma məqsədləri üçün həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi nəzərə alınmaqla faizlər hesablanmalı və Vergi Məcəlləsinin 123.1-ci maddəsinə uyğun olaraq ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməlidir.

Əlavə olaraq nəzərə alınmalıdır ki, borc müqavilələri faizlə şərtləndirildiyi halda Vergi Məcəlləsinin 110-cu maddəsinin müddəalarına əsasən qarşılıqlı surətdə asılı olan şəxslərin bir-birinə ödədikləri faizlərin faktiki məbləği (hesablamalar metodundan istifadə edildikdə – ödənilməli faizlərin məbləği) faizlərin aid olduğu dövrdə eyni valyuta ilə, oxşar müddətə verilmiş banklararası kredit hərracında olan və ya hərraclar keçirilmədiyi təqdirdə Azərbaycan Respublikası Mərkəzi Bankının dərc etdiyi banklararası kreditlər üzrə faizlərin orta səviyyəsinin 125 faizindən artıq olmamaqla gəlirdən çıxılır.

Əsas: Vergi Məcəlləsinin 14-cü, 18-ci, 110-cu, 123-cü və Mülki Məcəlləsinin 739-cu maddələri.

Mənbə: vergiler.az


Ticarət və ictimai iaşə obyektləri nağdsız ödənişdən imtina edə bilərmi?


Vebinar: “Məzuniyyət və müavinətlərin hesablanması qaydaları”

posted in: Xəbər | 0

Təlimin adı: “Məzuniyyət və müavinətlərin hesablanması qaydaları”

Ünvan: Caspian Plaza

Qeydiyyatdan keçmək üçün keçidə daxil olmaqla sorğunu tamamlamağınız xahiş olunur: https://forms.gle/

Təlimdə əhatə ediləcək mövzular:

  1. Məzuniyyət və onun növləri;
  2. Məzuniyyətlərin hesablanması qaydaları;
  3. Məzuniyyətlər hesablanması zamanı nəzərə alınan gəlirlər;
  4. Məzuniyyətlər hesablanması zamanı nəzərə alınmayan gəlirlər;
  5. Məzuniyyətə görə kompensasiya hesablanması zamanı nəzərə alınmalı məqamlar;
  6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 137 nömrəli qərarı;
  7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 126 nömrəli qərarı;
  8. Müavinətlər və onların növləri;
  9. Müavinətlərin hesablanması qaydası;
  10. Müavinətlər hesablanan zaman nəzərə alınan gəlirlər;
  11. Müavinətlər hesablanan zaman əlavə iş yerindəki gəlirin nəzərə alınması qaydaları;
  12. Müavinətlər hesablanan zaman mükafatların nəzərə alınması qaydaları;
  13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 189 nömrəli qərarı;
  14. Xəstəlik vərəqələrinin doldurulmasi qaydaları (xəstəlik vərəqələri üzərində misallarla izahı).

Təlimçi barədə: Kəmalə Rzayeva

İqtisad Universitetində “Mühasibat uçotu” ixtisası üzrə bakalavr, Bakı Mühəndislik Universitetində “Mühasibat uçotu” ixtisası üzrə magistr təhsili almış və hazırda İqtisad Universitetində “Mühasibat uçotu” ixtisası üzrə doktorantura təhsili alır.

2004-cü ildən etibarən fəaliyyəti fərqli olan müəssisələrdə mühasibatlıq və vergi sahəsində çalışır. Mühasibat və vergi uçotu sahəsində 15 ildən artıq təcrübəyə malikdir. “Karvan-L” elmi istehsalat şirkəti, “Azinterval” MMC, “Azərtunel” MMC, “As-İnşaat N” MMC kimi müəssisələrdə “Baş mühasib” vəzifəsində çalışmışdır. Hal-hazırda mühasibat uçotu və vergi sahəsində fəaliyyət göstərən “Accounting Az” MMC-də “Baş mütəxəssis” vəzifəsində çalışır.

Kəmalə Rzayeva vergi hesabatlarının hazırlanması, mühasibat uçotu, praktiki mühasibatlıq, 1C mühasibat proqramı, beynəlxalq maliyyə uçotu üzrə təlimlər keçmişdir. Tətbiqi, praktiki mühasibat və vergi uçotu sahəsində çoxillik təcrübəyə malikdir.


Müəssisənin mühasibat uçotunun təşkili

posted in: muhasibat, Məqalə, Xəbər | 0

Mühasibat uçotumühasibat uçotunun təşkili, Mühasibat xidmətləri, istənilən bir uğurlu biznesin ayrılmaz tərkib hissəsidir və bunun üçün xərclər şirkətin biznes planına daxil edilməlidir. Əgər idarəetmə uçotu müəssisənin rəhbərinə müəssisədə vəziyyəti anlamaq üçün tələb olunursa, onda mühasibat uçotu ona görə lazımdır ki, müəssisənin vəziyyəti haqqında başqa adamlar nəticə çıxara bilsinlər. Onlara dövlət təşkilatlarını, kütləvi informasiya vasitələrini və s. eləcə də yoxlayan səhmdarlar da aid edilə bilər. İri və ya kiçik müəssisədə uçot funksiyasını iqtisadi şöbə və ya mühasibat adlanan bölmə yerinə yetirir.

Kiçik biznes sahələri, sadələşdirilmiş sxem üzrə mühasibat uçotu aparmaq imkanına malik olmaqla, rəsmi ştata mühasib götürməmək imkanı əldə edə bilərlər. Bu vəziyyətdə sənədlərin, bəyannamələrin, aktların, bank çıxarışlarının hazırlanması və uyğunlaşdırılması üçün fərdi şəxslə “Əmək müqaviləsi” bağlanıla bilər.

Digər variant isə müxtəlif təşkilatlara mühasibat xidmətləri göstərən konsaltinq şirkəti ilə əməkdaşlıqdır. Mühasib müntəzəm olaraq planlı, zəruri hallarda isə plandankənar işləri yerinə yetirmək üçün müəssisəyə gələcək. Bu zaman bütün mühasibat sənədləri müəssisədə qalır.

Yerinə yetirilən işlərin keyfiyyəti və etibarlılığı baxımından konsaltinq şirkəti (autsorsinq) ilə müqavilənin bağlanması üstünlük təşkil edir. Çünki iş mütəmadi olaraq mühasibat uçotunun qanunvericilik sahəsində olan təcrübəli mütəxəssisləri tərəfindən həyata keçiriləcəkdir. Yaxşı bir mütəxəssis, kiçik bir mükafat naminə işi yerinə yetirməyə razılaşmayacaq. Peşəkarı 100 % öz işi ilə yükləmək və ona bu işinin müqabilində lazımi qədər ödəniş verməyə heç də bütün fərdi müəssisələrin imkanları çatmır. Kifayət qədər iş təcrübəsi olmayan iqtisadçılar isə mütləq qeyri-dəqiqliyə  yol verəcək və müxtəlif, qərəzsiz səhvlər törədəcəklər.

Mühasibat xidmətləri göstərən hər şirkətdə ixtisaslı mütəxəssislərin ştatı mövcuddur ki, onların hər biri konkret müəssisəyə təhkim olunur və həmin müəssisənin fəaliyyətinin bütün incəliklərinə və problemlərinə toxunurlar. Gözlənilməz hallarda müəssisənin mühasibat xidmətini həyata keçirən firma həmişə öz əməkdaşını sığortalamaq imkanına malikdir.

Bütün mühasibat tədbirlərinin vaxtında yerinə yetirilməsi, hesabat mühasibat sənədlərinin doldurulma keyfiyyəti, ixtisaslı mütəxəssislərdən məsləhət və məlumat əldə etmək imkanı, əməkhaqqı fonduna qənaət, yalnız fərdi müəssisənin uzunmüddətli autsorsinq müqaviləsi bağlamaqla əldə etdiyi xidmətlərin kiçik siyahısıdır.


1 655 656 657 658 659 660 661 2. 690