Kadrların seçiminin müasir kriteriyaları və metodları (III hissə)

posted in: Xəbər | 0

Kadrların seçiminin müasir kriteriyaları və metodları (III hissə)

II hissəyə nəzər yetirin

Kadrların tipik işəqəbul meyarları

Hər bir işəgötürən uyğun iddiaçının axtarışına başlamazdan əvvəl ideal olaraq gələcək əməkdaşın malik olduğu bütün lazımi meyarları müəyyənləşdirir. Onların əsasında son namizəd seçilir. İş elanlarına baxsanız, görərsiniz ki, bir çox müəssisələrdə işə qəbul zamanı kadr seçimi üçün tipik meyarlar çox vaxt belə olur:

  • Peşəkar tələblər (təhsil, iş təcrübəsi);
  • Şəxsi keyfiyyətlər;
  • Fərdi tələblər (cins, yaş, yaşayış yeri).
Gəlin, işəgötürənlərin yeni kadr seçimi zamanı konkret olaraq, hansı meyarlara və nəyə görə üstünlük verdiklərini araşdıraq.

Təcrübə və təhsil

Bəlkə də əksər hallarda yeni işçi axtararkən nəzərə alınan ən vacib işə qəbul meyarları təhsil və iş təcrübəsidir. Təhsil çoxlarının düşündüyü kimi kağız parçasına görə qiymətləndirilmir, lakin bu, işəgötürənə onunla üzbəüz oturan namizədin uzun illər ərzində bilik qazandığını və seçdiyi sahədə inkişaf etdiyini başa salır.

Ərizələrə baxarkən hər şey nəzərə alınır: baza təhsili, əlavə kurslar, şəxsi layihələr, konfranslarda iştirak. Eyni təhsilli iki namizəd arasında seçim edərkən, CV-də daim özünütəhsil və peşəkarcasına inkişaf etdirmək bacarığını nümayiş etdirən şəxs həmin iş yerini qazana bilər.



Təhsilli namizəd üçün əsas rəqib peşəkar sahədə artıq böyük təcrübəyə malik olan şəxs ola bilər. Məsələn, iki proqramçı veb-inkişafla məşğul olan şirkətdə işə düzəlmək istəyir. Namizədlərdən biri artıq hazır layihələr təqdim edir və işəgötürənə nələri bacardığını nümayiş etdir etdirə bilir. Lakin qeyd etmək lazımdır ki, hər hansı bir zəruri təhsilə malik deyil.

Digəri, əksinə, daha az praktiki təcrübəyə malikdir, amma, diplomlu mütəxəssisdir. Öz növbəsində, işəgötürən üçün bu sahədə yeni başlayana güvənməkdənsə, artıq mövcud təcrübəsi və iş təqdimatı olan əməkdaşı işə götürmək daha asandır.

İşgüzar keyfiyyətlər və peşəkar ekspertiza

Bu keyfiyyətlərin səviyyəsi çox vaxt müsahibə zamanı ətraflı qiymətləndirilir. Bu barədə ilkin məlumatların mənbəyi CV olacaq. Daha sonra müsahibə zamanı namizəd öz biliklərini müxtəlif üsullarla nümayiş etdirməli və onun praktiki tətbiqinə dair nümunələr göstərməli olacaq. Namizədin peşəkar uyğunluğunu müəyyən etmək üçün istifadə edilə bilən test alətlərinə aşağıdakılar daxildir:

  • Ekspertlə peşəkar müsahibə;
  • Test tapşırıqları və ya layihə işləri;
  • Namizəddən keçmişdən konkret nümunələr gətirməsi istəniləcək strukturlaşdırılmış müsahibə;
  • Biznes işlərinin həlli.

Bəzi peşələr iddiaçı tərəfindən dövlət nümunəsinin və ya bu və yaxud digər peşə ilə məşğul olmaq hüququ üçün lisenziyanın uyğunluğuna dair sertifikatların verilməsini tələb edəcəkdir.

Şəxsi keyfiyyətlər və dəyərlər

İşçi axtararkən, işəgötürən çox vaxt gələcək işçinin şəxsi xüsusiyyətlərinə diqqət yetirir.

Birincisi, onlar potensial işçinin dəyərləri ilə şirkətin korporativ mədəniyyəti arasındakı uyğunluğu qiymətləndirmək üçün vacibdir.

İkincisi, emosional intellekt (EQ), komandada işləmək bacarığı kimi amillər bir çox vəzifələrdə uğurun vacib komponentidir.

Üçüncüsü, namizədin liderlik keyfiyyətlərinin qiymətləndirilməsi şirkətə yeni işçinin idarəetmə potensialını proqnozlaşdırmağa imkan verir.

Fərdi tələblər

Bu kadr seçimi meyarına geniş çeşidli sorğular daxil ola bilər. Vakansiyalarda ən çox rast gəlinən tələblər cins, yaş, ailə vəziyyəti, fiziki xarakteristikalar, qeydiyyat yeri olacaqdır. Məhz, bu tələblər kadrların səmərəli seçimi mövzusunda müasir nəşrlərdə ən böyük tənqidə səbəb olur.

Şübhəsiz ki, elə vəzifələr vardır ki, əməkdaşların işə cəlb edilməsi üçün bu cür meyarlar özünü doğruldur. Belə ki, fitnes-məşqçi vəzifəsinə namizədlərin seçilməsində namizədin fiziki xüsusiyyətləri onun işinin məhsuldarlığı ilə birbaşa bağlıdır.


IV hissəyə nəzər yetirin


Xarab olan mallar geri qaytarılarkən ödənilmiş aksizlər azaldılırmı?

posted in: Xəbər | 0

Spirtli içkilərin istehsalı ilə məşğul olan müəssisə tərəfindən hazır məhsullar anbardan topdan qaydada digər sahibkarlıq subyektinə təqdim edilib və həmin məhsullara görə aksizlər hesablanaraq büdcəyə ödənilib. Müqavilə şərtlərinə əsasən, xarab olmuş məhsullar istehsalçıya geri qaytarıla bilər. Xarab olmuş aksizli malların geri qaytarılması zamanı həmin mallara görə ödənilmiş aksizlər azaldılırmı?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 1 yanvar 2022-ci il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, aksizli malların istehsalçısı tərəfindən malların istehsal binasının hüdudlarından kənara buraxılmasına görə vergi hesablanmışdırsa, həmin malların xarab olması, yaxud istifadə müddətinin bitməsi və ya digər səbəblərdən geri qaytarılması zamanı hesablanmış aksiz malların qaytarıldığı hesabat dövründə azaldılır.

Aksizli malların istehsalçısı tərəfindən malların istehsal binasının hüdudlarından kənara özünə məxsus obyektlərə buraxılmasından sonra həmin malların xarab olması, yaxud istifadə müddətinin bitməsi səbəbindən geri qaytarılması zamanı vergi ödəyicisi həmin malların aktlaşdırılması və hesablanmış verginin azaldılması üçün vergi orqanına müraciət edir. Müraciətin edildiyi tarixdən 5 iş günü müddətində vergi orqanının məsul şəxslərinin iştirakı ilə həmin mallar aktlaşdırılır.

Xarab olmuş, yaxud istifadə müddəti bitmiş məhsullara görə aksizin azaldılması müvafiq aktın tərtib edildiyi hesabat dövründə aparılır və vergi hesabatı təqdim olunarkən tərtib edilən akt vergi orqanına verilir. Xarab olmuş, yaxud istifadə müddəti bitmiş məhsullar məhv edildikdə həmin məhsulların istehsalı zamanı əvəzləşdirilmiş aksizin büdcəyə hesablanması həyata keçirilir.

Əsas: Vergi Məcəlləsinin 186-1-ci maddəsi.

Mənbə: vergiler.az


Fiziki şəxsin qeyri-rezidentdən əldə etdiyi gəlirlərin vergiyə cəlb olunması


Vergi bəyannaməsi ilə bağlı yeni dəyişiklik sahibkarların işini asanlaşdırır

posted in: Xəbər | 0

idxalı zamanı aksiz, avtomobilin idxalı zamanı aksiz, kreditor borclar, debitor borclar, Vergi güzəşti, Aksizin əvəzləşdirilməsi, Aksiz vergisi üzrə dövriyyə, Ödəniş tapşırıqları, fiziki şəxslərin əmlak vergisi, əmlak vergisi, vergi yükünün azaldılması, Mədən vergisi dəyişikliklər, hüquqi ünvan, Vergi ödəyicilərinin uçotu, Vergi ödəyicisi, əməliyyatların rəsmiləşdirilməsi, e-qaimə, NKA çeki, ƏDV tutulan dövriyyə, kameral vergi yoxlaması, mənfəət vergisi bəyannamələri, Qeyri-kommersiya təşkilatları, vergi öhdəliyi, maliyyə sanksiyaları, Vergi ödəyicisinin uçotu, ƏDV, Avtonəqliyyat vasitələri ilə daşımalar, vergi məcəlləsi dəyişiklik, xüsusilə külli miqdar, Xeyli miqdar, Vergi Məcəlləsi, vergitutma, gəlirin bölüşdürülməsi, əmlakın bölüşdürülməsi, Kameral vergi yoxlaması, Kameral vergi yoxlamasının müddəti, Xronometraj metodu ilə müşahidə, qaimə-fakturanın gec göndərilməsi, Vergi sanksiyası gəlirləri, Vergi Məcəlləsinin 159.5-ci maddəsi, cari vergi arayışı, Cari vergilərin hesablanması haqqında Arayış,Vergi Məcəlləsinə edilən son dəyişikliklərdən biri də mənfəət (gəlir) vergisi bəyannaməsinin təqdim edilməsi şərtləri ilə bağlıdır. Mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir.

Vergi Məcəlləsinə əlavə edilmiş 72.4-1-ci maddə vergi ödəyicilərinin təqdim etdikləri vergi hesabatları ilə bağlı inqilabi dəyişiklik hesab oluna bilər. Həmin maddəyə əsasən, bu Məcəllənin 163-cü maddəsində nəzərdə tutulan hallarda vergilərin dəqiqləşdirilməsi qiymətləndirmə bazasında dəyişikliyin baş verdiyi hesabat dövründə aparılır. Hesabat dövrü üzrə vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamədə dəqiqləşdirilir.

İlk olaraq Vergi Məcəlləsinin 163-cü maddəsində göstərilən halları, sonra isə misallarla vergi bəyannaməsinin təqdim edilməsi hallarını nəzərdən keçirək.

Məcəllənin 163.1-ci maddəsinə qeyd edilir ki, bu maddə aşağıdakı hallarda mal göndərənin, iş görənin və xidmət göstərənin vergi tutulan əməliyyatlarına tətbiq edilir:

  • əməliyyat tam və ya qismən ləğv edildikdə, o cümlədən mal tam və qismən geri qaytarıldıqda;
  • əməliyyatın xarakteri dəyişdikdə;
  • qiymətlərin aşağı düşməsi və ya hər hansı digər səbəbdən əməliyyat üçün razılaşdırılmış kompensasiya dəyişdikdə; yaxud
  • vergi ödəyicisi elektron qaimə-faktura verdikdən sonra vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi üçün əsas verən hallar üzə çıxdıqda və bu cür dəqiqləşdirmə qanunvericiliyə müvafiq olaraq aparıldıqda.


Misal: Vergi ödəyicisi 2021-ci ilin dekabr ayında 30.000 manatlıq malı qarşı tərəfə təqdim edib. Qarşı tərəf 2022-ci ilin fevral ayında həmin malların 12.000 manatlıq hissəsini geri qaytarıb. Vergi ödəyicisi 2021-ci ilin mənfəət (gəlir) vergisi bəyannaməsində 30.000 manatı gəlir kimi tanıyıb. Malların geri qaytarılması 2022-ci ilin fevral ayında baş verdiyi üçün vergi ödəyicisi artıq 2021-ci il yox, 2022-ci il üzrə vergi hesabatında dəqiqləşdirmə aparacaq.

Vergi ödəyicilərinin vergi orqanının səyyar vergi yoxlaması keçirdiyi dövrə dəqiqləşdirmə vermək hüququ məhdudlaşdırdığı üçün yuxarıda qeyd etdiyimiz hallarda problemlərlə üzləşirdilər. Yeni dəyişiklik nəticəsində Vergi Məcəlləsinin 163-cü maddəsində göstərilən hallara dair öncəki dövlərdə təqdim edilən hesabatlar üzrə dəqiqləşdirmə aparılmasına ehtiyac yaranmadığı üçün həmin problem də aradan qalxmış oldu.

Mənbə: vergiler.az


Əmək qabiliyyətinin itirilməsi zamanı müavinət necə hesablanır?


Azərbaycanda vergi daxilolmaları artıb

posted in: Xəbər | 0

Nizamnamə kapitalı, bərbər fəaliyyəti vergi öhdəliyi,Bu ilin I rübündə Azərbaycanda dövlət büdcəsinə vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 34,4% artaraq 2 milyard 802 milyon 191,1 min manat təşkil edib və proqnoz 123,8% icra olunub.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

“O cümlədən, qeyri-neft sektoru üzrə vergi daxilolmaları 48,9% artaraq 2 milyard 249 milyon 381,3 min manat olub və proqnoz 128,6% yerinə yetirilib”, – o qeyd edib.

Mənbə: report.az


1 697 698 699 700 701 702 703 2. 686