Auditorlar Palatası 3 şirkəti bazardan kənarlaşdırıb

posted in: Xəbər | 0

Auditorlar Palatasında struktur islahatları, Vergi Məcəlləsində edilən dəyişikliklər, 2022-ci il üçün iş planı, 2022 iş planı, auditor xidməti,Auditorlar Palatası üzvlük haqqını ödəmədiyinə görə 3 auditor təşkilatının fəaliyyətini dayandırıb.

Bunlar “ASON Audit”, “EON Audit” və “Premium Audit” MMC-lərdir.

“Auditor xidməti bazarında haqlı rəqabətin təmin olunması, sifarişçilərə göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi, bu sistemdə şəffaflığın təmin edilməsi və korrupsiya hallarının aradan qaldırılması ilə əlaqədar audit sifarişçilərinin mənafelərinin qorunması məqsədilə onların risk qrupunda olmaları nəzərinizə çatdırılır”, – deyə Palata bəyan edib.

Mənbə: report.az


Əməkhaqqı artımının işçinin məzuniyyətə göndərildiyi aya düşməsi

posted in: Xəbər | 0

Məzuniyyətdən geri çağırılma, əməkhaqqının hesablanması, ödəmə mənbəyində vergi, icarə xərcləri,Ölkə başçısının müvafiq sərəncamı ilə 1 yanvar 2022-ci il tarixdən minimum əməkhaqqının məbləği 250 manatdan 300 manata artırılıb. Maraqlıdır ki, yanvar ayında məzuniyyətə gedən işçiyə məzuniyyət haqqının hesablanması zamanı əmsallaşdırma tətbiq olunmalıdırmı? Suala iqtisadçı ekspert Anar Bayramov aydınlıq gətirib.

Nazirlər Kabinetinin 25 avqust 1999-cu il tarixli, 137 nömrəli qərarı ilə təsdiq edilmiş “Məzuniyyət vaxtı üçün orta əməkhaqqının əmsallaşdırılması” qaydasına əsasən, məzuniyyətin əmsallaşdırılmasının məqsədi işçinin məzuniyyət dövründəki əməkhaqqını real əməkhaqqına uyğunlaşdırmaqdır. Bu səbəbdən də işçi əməkhaqqında artım olan yanvar ayında məzuniyyətə gedirsə, onun məzuniyyət haqqına mütləq əmsallaşdırma tətbiq edilməlidir. Məzuniyyət haqqı əmsallaşdırılmasa, işçinin yanvar ayı üzrə gəlirləri az olacaq ki, bu da əmsallaşdırma fəlsəfəsinə ziddir.

Misal: Dövlət qurumunda çalışan işçi 20 dekabr 2021-ci ildə 30 günlük məzuniyyət hüququndan istifadə edib. Yanvar ayında işçinin əməkhaqqı artıb. Bu zaman işçinin dekabr ayına təsadüf edən məzuniyyət günlərinə görə hesablanan ödəniş sabit saxlanılsa da, 2022-ci ilin yanvar ayına təsadüf edən məzuniyyət günləri əmsallaşdırma tətbiq edilməklə hesablanmalıdır.

Mənbə: vergiler.az


Tam maddi məsuliyyət barədə müqavilə nə məqsədlə bağlanılır?


Tam maddi məsuliyyət barədə müqavilə nə məqsədlə bağlanılır?

posted in: Xəbər | 0

İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər.

İşlərin yerinə yetirilməsinin, xidmətlərin göstərilməsinin xarakterindən asılı olaraq işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması zamanı müəyyən kollektiv üzvlərinin hər birinin maddi məsuliyyəti dərəcəsini müəyyən etmək, habelə onlarla tam maddi məsuliyyət barədə yazılı müqavilə bağlamaq mümkün olmadığı hallarda kollektiv (briqada) məsuliyyət haqqında müqavilə bağlanıla bilər.

Tam maddi məsuliyyət barədə müqavilə bağlanmadıqda əməlində cinayət tərkibi olan təqsirli hərəkətləri istisna olunmaqla qalan hallarda işəgötürənə vurulan ziyana görə işçi yalnız orta əmək haqqı məbləğində maddi məsuliyyət daşıyır.

Əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər.

Mənbə: sosial.gov.az


İstifadə olunmamış məzuniyyət müddəti üçün ödəniş


Azərbaycanda zədələnmiş və köhnəlmiş əskinaslarla davranmaq qaydası açıqlanıb

posted in: Xəbər | 0

sosial müavinətlər, büdcə ssudası, büdcə ssudasının verilməsi, 2022 minimum əməkhaqqı, 2022 minimum əməkhaqqı, ehtiyac meyarı, illər üzrə minimum əməkhaqqı, yaşayış minimumu, yaşayış minimumunun məbləği, Minimum aylıq əməkhaqqı,Uzun müddət istifadə olunduğu üçün köhnəlmiş, azacıq cırılıb zədələnmiş əskinaslar tez-tez problemə səbəb olur. Alış-veriş münasibətləri zamanı onların qarşı tərəfdən qəbul edilməməsi, dəyişdirilməsinin istənilməsi rast gəldiyimiz mənzərədir. Problem təkcə insanlarla bağlı deyil. Pul qəbul edən ödəmə terminalları da eynilə problem yaradır. Əksər terminallar bu cür pulları qəbul etmir. Bəs elə olan halda vətəndaş nə etməlidir? Pulları dəyişdirməli, yaxud, israrla kiməsə ötürməyə çalışmalıdır?

Azərbaycan Mərkəzi Bankının Nağd pul departamentinin direktoru Elşən Mahmudov bildirib ki, əgər pul nişanı həqiqidirsə, tədavülə yararlıdırsa, dəyərini Mərkəzi Bank ödəyir.

“Pul nişanı tədavülə yararsızdırsa, zədələnmişdirsə, qanuna müvafiq olaraq bütöv bir hissədən ibarət səthinin 60 %-dən çox hissəsini saxlamış, eyni zamanda eyni pul nişanlarına məxsus hissələrindən ibarət səthinin 100 %-ini saxlamış həqiqi pul nişanlarının dəyəri Mərkəzi Bank tərəfindən məhdudiyyətsiz şəkildə ödənilir”, – E. Mahmudov deyir.

O qeyd edib ki, pul nişanlarının həqiqiliyinin müəyyənləşdirilməsində hər hansı çətinlik yaranarsa, Mərkəzi Bankda ekspertizadan keçməsi üçün vətəndaşlardan xüsusi akt əsasında qəbul edilir: “Ekspertizanın nəticəsi vətəndaşa bildirilir”.

E.Mahmudov regionlarda bu hallarla rastlaşan vətəndaşların nə etməli olduğunu da açıqlayıb:

“Kommersiya bankları ilə yanaşı, Mərkəzi Bank pul nişanlarının dəyişdirilməsini Bakı şəhəri və regional mərkəzlərdə yerləşən ofislər vasitəsilə də həyata keçirir. Belə ki, həm Bakı şəhərində, həm də Mərkəzi Bankın Naxçıvan, Gəncə, Yevlax, Biləsuvar, Quba şəhərlərində yerləşən nağd pul ofisləri vasitəsilə əhalinin pul nişanlarının dəyişdirilməsi, ekspertizaya qəbulu, eyni zamanda əhalinin maarifləndirilməsi kimi xidmətlər də təqdim edilir”.


Praktiki “Bəyannamə və Hesabatların Hazırlanması” Kursu


Bank üzrə mütəxəssis Tural Əliyev deyir ki, tədavülə yararsız pul nişanı dedikdə, üzərində istənilən ölçüdə kəsik, çatışmayan hissə, vizual olaraq gözə çarpan dərəcədə çirklənmiş, yazı və ya ləkə olduğu halda, rəngini, parlaqlığını və şaxlığını itirmiş, yapışqan lentlə, eləcə də digər yapışdırıcı vasitələrlə birləşdirilmiş kağız pullar, həmçinin ön və ya arxa tərəfində kimyəvi təsir nəticəsində rəngini dəyişmiş, çirklənmiş və ya korroziyaya məruz qalmış, fiziki deformasiyaya məruz qalmış (əzilmə, deşilmə və s.), hissələrə ayrılmış və ya hər hansı bir hissəsi itirilmiş, lakin nominalı aydın görünən yanmış, cilalanmış və ya hər hansı kənar təsir nəticəsində vizual görünüşünü itirmiş, lakin nominalı aydın görünən metal pullar nəzərdə tutulur.

Ekspert bildirib ki, vətəndaşlar bankomatlardan əldə etdikləri yararsız pul nişanlarını həmin bankomatın məxsus olduğu banka təqdim edə bilərlər.

“Həmçinin Azərbaycan Mərkəzi Bankı tədavüldə təmiz pul siyasətinin həyata keçirilməsinin təmini məqsədilə Bakı şəhəri, Bülbül prospekti 27 ünvanında yerləşən inzibati binasında əhaliyə yararsız pul nişanlarının dəyişdirilməsi xidməti üzrə yeni “Nağd pul ofisi”ni yaradıb. Vətəndaşlar əllərində olan yararsız pul nişanlarını həftənin 2-ci və 4-cü günləri saat 10:00-dan 13:00-dək qeyd edilən “Nağd pul ofisi”nə yaxınlaşaraq milli pul nişanlarını ekspertizaya təqdim edə və zədələnmiş pulları dəyişdirə bilər”, – deyən ekspert onu da əlavə edib ki, Mərkəzi Bankda ekspertiza nəticəsində pulun həqiqi olması və nominal dəyərinin ödənilməsi müəyyən edildikdə pulun dəyəri Mərkəzi Bank tərəfindən təqdim edən şəxsə ödənilir.

Mənbə: report.az


1 730 731 732 733 734 735 736 2. 691