Bayram günlərində işləyən işçilərin əməkhaqları necə hesablanır?

posted in: Xəbər | 0

Bəzi hallarda növbəli iş remində və ya ümumi halda bayram günlərində işləyən işçilər gündəlik müəyyənləşdirilmiş 8 saatdan çox işləyirlər. Bu zaman əməkhaqqının ödənilməsi ilə bağlı bəzi suallar ortaya çıxır. Mövzunu sərbəst auditor Altay Cəfərov misal vasitəsilə şərh edir.

Misal: Növbəli iş rejmində fəaliyyət göstərməyən “AA” MMC-nin bir işçisi 1 və 2 yanvar tarixlərində işləmişdir. Beşgünlük iş rejimində çalışan bu işçinin aylıq əməkhaqqısı 858 manatdır. İşçi 1 yanvar tarixində 6 saat, 2 yanvar tarixində isə 10 saat işləmişdir. Burada iki sual meydana çıxır:

– işçiyə günəvəzi veriləcəkdirsə, onun aylıq əməkhaqqısı nə qədər olacaqdır?

– işçiyə günəvəzi verilməyəcəkdirsə, onun aylıq əməkhaqqısı nə qədər olacaqdır?

Əmək Məcəlləsinin 164-cü maddəsinə əsasən, bayram günlərində işləmiş işçiyə gündəlik əməkhaqqının ən azı iki misli məbləğində ödəniş olmalıdır. Amma işçi işlədiyi bayram günlərinin əvəzinə istirahət günü kimi istifadə etmək istəyirsə, bu zaman ona ikiqat əməkhaqqı ödənilmir və o, normal aylıq əməkhaqqı alır.

Misaldan aydın olur ki, yanvarın 1-də işçi 6 saat işləmişdir ki, bu da normal gündəlik 8 saat iş vaxtından azdır. Yanvarın 2-də isə o, normal iş vaxtından çox – 10 saat işləmişdir. İlk baxışda belə görünə bilər ki, yanvarın 2-də işlənmiş əlavə 2 saat, iş vaxtından artıq işləməkdir (overtaymdır). Buradan da belə çıxır ki, işçiyə bayram günündə işlədiyinə görə əməkhaqqının 2 misli, eləcə də overtaym işlədiyinə görə əlavə olaraq daha 2 misli (nəticə olaraq 4 misli) məbləğində əməkhaqqı ödənilməlidir.

Lakin Əmək Məcəlləsinin 99-cu maddəsinə əsasən, işçinin iş vaxtından artıq işləməsi üçün müəyyən olunmuş iş günləri olmalıdır. Bundan əlavə, müəyyən olunmuş iş günlərində də iş vaxtları müəyyənləşdirilməlidir. Həmin iş saatlarından sonra işçi işləyərsə, artıq bu, overtaym sayılır.

İşəgötürən və işçi arasında münasibətlər əmək müqaviləsi ilə tənzimlənir və əmək müqaviləsində işçinin iş günləri və iş saatları müəyyənləşdirilir. Belə olan halda işçi ancaq iş günlərində müəyyənləşdirilmiş iş saatlarından artıq işlədikdə bu, overtaym kimi qəbul olunur.

Bizim misalımızda normal həftəlik iş günləri 1-ci gündən 5-ci günə kimi, gündəlik iş saatları isə 8 saat müəyyənləşdirilmişdir. İstirahət və bayram günləri iş günləri sayılmadığından həmin günlərdə 8 saatdan çox işləyən işçinin işlədiyi saatlar overtaym sayılmır.

Beləliklə, işçinin yanvar ayı üçün əməkhaqqı aşağıdakı kimi olacaqdır:

Nəzərə alaq ki, yanvar ayında 143 saat iş norması vardır, onda bir saatlıq əməkhaqqı 858/143 saat = 6 manatdır. Yanvarın 1-də və 2-də işlənilmiş (6 saat+10 saat) = 16 saatın əməkhaqqısı 16×6 manatx2 misli = 192 manat olacaqdır.

Deməli, həmin işçinin yanvar ayı üçün əməkhaqqısı (852 + 192) = 1044 manat olacaqdır.

Mənbə: vergiler.az


Bax:


Təbii inhisarçılığın tənzimlənməsi (II hissə)

posted in: Xəbər | 0

Təbii inhisarçılığın tənzimlənməsi (II hissə)

I hissəyə nəzər yetirin

Təbii inhisarların qiymətlərinin tənzimlənməsinin xüsusi orqanları xərclərin qiymətləndirilməsi əsasında onun rentabelliyini tənzimləyir, yəni, inhisarçılığın xərcləri şişirtməyə birbaşa marağı var. Təbii inhisarların effektiv tənzimlənməsi onların xərclərinə daim nəzarət edilməsini tələb edir.

Bəzi təbii inhisarların fəaliyyətində daha bir cəhət də vardır. Bir çox məhsul növlərini mühafizə etmək və qoruyub saxlamaq mümkün deyil və onların istehsalı prosesində dərhal istehlak edilməlidir (məsələn, elektrik enerjisi, rabitə və s.). Bu vaxt həmin məhsullara tələbat zaman baxımından əhəmiyyətli dərəcədə dəyişir və ya başqa sözlə, müəyyən dövrlərdə maksimal, pik tələbat mövcuddur. Müəssisələr öz növbəsində başqa vaxtlarda istifadə olunmayan istehsal güclərinin saxlanması bahasına bu tələbatı ödəməyə hazır olmalıdırlar.

Belə bir vəziyyətdə qiymətləndirmə siyasəti nə olmalıdır? Burada, bir qayda olaraq, “mişarvari” qiymət metodu tətbiq olunur: pik yüklənmələr dövründə yüksək qiymətlər və digər vaxtlarda aşağı qiymətlər. Bu, xidmətlərdən pik hesab olunmayan dövrlərdə istehlak etməyə təşviq edir.

Təbii inhisar fəaliyyətini tənzimləmək üçün başqa bir yol da var: rəqabətin yaradılması, bazar içərisində rəqabətin miqyasından, qənaətin olması səbəbindən mümkün olmadığı yerdə-bazarlara xidmət etmək hüququ üçün hakimiyyət orqanları tərəfindən auksionların təşkili. Hərracın qalibi büdcəyə ən çox pul məbləği verməyi öhdəsinə götürən şəxs və ya şirkət olacaq.

Məsələn, yaşayış fondunun saxlanılması və təmiri hüququ üçün hərracın təşkili mümkündür (ilk belə hərrac 1996-cı ildə Sankt-Peterburqda keçirilmişdi), istilik şəbəkələrinin saxlanılması hüququ və s.


Gələcəkdə mühasib peşəsinin hansı perspektivləri var? (III hissə)

posted in: Xəbər | 0

Mühasib peşəsi səriştələrin daim artırılmasını, qanunvericilikdəki yenilikləri izləməyi, bilik və bacarıqları yüksəltməyi zəruri edən intellektual və məsuliyyətli bir ixtisasdır. Təşkilati-hüquqi formasından və ölçüsündən asılı olmayaraq heç bir müəssisə mühasibat uçotu aparılmadan keçinə bilməz. Buna görə də, xüsusi diplomu və təcrübəsi olan insanlara tələbat həmişə var. Bu ixtisas üzrə illərlə işlədikdən sonra cəsarətlə deyə bilərik ki, bu peşə heç vaxt sıradan çıxmayacaq. Bunu sübüt etməyə çalışacağıq. (II hissəyə nəzər yetirin)

Autsorsinq şirkətləri ayrı-ayrı mütəxəssisləri əmək bazarından sıxışdıracaq?

Əlbəttə ki, bunlar nadir hallarda baş verir və əksər mühasiblər məsuliyyətli və icraedici əməkdaşlardır. Bununla birlikdə mühasibat və vergi uçotu sahəsində xidmətlər göstərən firmaların danılmaz üstünlükləri vardır:

  • bütün mütəxəssislər yüksək ixtisasa və dərin biliyə sahibdirlər;
  • tərəflərin bağladığı müqaviləyə əsasən, icraçı üçün məsuliyyət nəzərdə tutulur;
  • muzdlu mühasiblərin xidmətlərinin qiyməti ştat mütəxəssisindən aşağıdır (proqram təminatı alınmasına, iş yerinin təşkilinə, sosial ödənişlərə və s. ehtiyac olmadığı üçün).
Əlbəttə ki, bu cür xidmətlər bazarında özünü yaxşı tanıtmış firmalara etibar etmək lazımdır. Onlar həyata keçirilən əməliyyatların keyfiyyətinə zəmanət verir, məxfi məlumatları etibarlı şəkildə mühafizə edib saxlayırlar. Autsorsinq firmasının xidmət sifarişçisi olan müəssisənin rəhbərliyi və əməkdaşları mühasibat uçotunu peşəkarlara etibar edərək biznesin inkişafına diqqət yetirə bilərlər.
Gələcəkdə mühasib üçün hansı bacarıqlar tələb olunacaq?

Mühasibat işi ilə məşğul olan mütəxəssis profil üzrə təhsilə malik olmalıdır. Eyni zamanda, müntəzəm olaraq ixtisasını artırmağa, işində yeni standartlar və texnologiyalardan istifadə etməyə məcburdur. Mütəxəssis yalnız mühasibat uçotu ilə əlaqəli qanunvericiliyi deyil, mülki və əmək hüququ ilə əlaqəli qaydaları, izahatları və qaydaları da bilməlidir. İstənilən bir mühasibin əsas şəxsi keyfiyyətləri arasında diqqətlilik, çalışqanlılıq, məsuliyyətlilik, dəyişən şəraitə tez uyğunlaşmanı qeyd etmək olar. Əgər bir mütəxəssis yuxarıda göstərilənlərin hamısı ilə öyünə bilərsə, mühasibat sahəsində uğurlu bir karyera qazanacaqdır. Bu peşənin yaxın gələcəkdə yox olub-olmadığı üzərində düşünmək belə lazım deyil.


Maliyyə Nazirliyi qeyri-hökumət təşkilatlarına müraciət edib

posted in: Xəbər | 0

“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanunun 29.4-cü maddəsinə əsasən, qeyri-hökumət təşkilatları (QHT) illik maliyyə hesabatlarını aprelin 1-dən gec olmayaraq Maliyyə Nazirliyinə təqdim etməlidirlər.

Bu barədə nazirliyin QHT-lərə müraciətində bildirilir.

Qurum bəyan edib ki, “Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası” Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli qərarı ilə təsdiq edilib. Həmin qərara əsasən qeyri-hökumət təşkilatlarının maliyyə hesabatları aşağıdakılardan ibarət olmaqla müəyyən edilib:

1. Maliyyə vəziyyəti haqqında hesabat;

2. Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat;

3. Əhəmiyyətli uçot siyasəti və izahlı qeydlər.

“Eyni zamanda, maliyyə fəaliyyəti olmayan Qeyri-hökumət təşkilatları üçün müvafiq qərarla “Maliyyə fəaliyyəti olmaması barədə arayış” forması təsdiq edilib.

Göstərilənləri nəzərə alaraq, www.qht-hesabat.maliyye.gov.az saytı vasitəsilə “Qeyri-hökumət təşkilatlarının elektron hesabatlılıq proqramı”nda qeydiyyatdan keçməyiniz və nəzərdə tutulan formaya uyğun olaraq maliyyə hesabatlarınızı və ya maliyyə fəaliyyətinizin olmamasına dair təsdiq edilmiş arayış formasına uyğun olaraq hesabatı Maliyyə Nazirliyinə elektron qaydada təqdim etməyiniz tələb olunur”, – müraciətdə qeyd olunub.

Mənbə: report.az


1 747 748 749 750 751 752 753 2. 686