İşsizlikdən sığorta ödənişinin verilməsi qaydası

posted in: Xəbər | 0

2021-ci ilin 11 ayı ərzində 3 367 nəfərə işsizlikdən sığorta ödənişi təyin olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin şöbə müdiri Misirxan Hüseynov deyib: “Dövlət orqanı və yaxud da hüquqi şəxsin ləğv edilməsi nəticəsində əmək münasibətlərinə xitam verilmiş şəxslərdə son 24 ay ərzində 12 ay sığorta stajı olduqda həmin şəxslərə itirilmiş orta aylıq əməkhaqqının 50 faizi məbləğində işsizlikdən sığorta ödənişi təyin edilə bilər. Həmin şəxslərdə son 24 ay ərzində 12 təqvim ayı işsizlikdən sığorta ödənişi üzrə staj olmadıqda və ümumiyyətlə, onların 1 il stajı olduqda minimum sığorta ödənişi məbləğındə işsizlikdən sığorta ödənişi təyin edilir.

Əmək müqaviləsinin bitməsinə görə əmək münasibətlərinə xitam verilmiş şəxslərə 3 ay müddətində minimum sığorta ödənişi təyin oluna bilər. Ancaq həmin şəxslər işsizliyin başlamasından əvvəlki 36 ay ərzində 35 aydan çox ardıcıl gələn müqavilə üzrə sığorta stajı olmalıdır”.

Şöbə müdirinin deyinə görə, sığorta ödənişi almaq hüququna malik şəxs ilk olaraq “Məşğulluq” altsistemində (və ya müvafiq məşğulluq filiallarına müraciət etməklə) qeydiyyatdan keçməlidir: “Şəxs üçün münasib iş tapmaq mümkün olmadıqda ona işsiz statusu verilir və şəxs işsiz kimi qeydiyyata alındıqdan sonra sistemdə yerləşdirilmiş ərizəni təsdiq edir. Şəxsin müraciətinə 10 gün ərzində baxılır və sığorta ödənişinin təyin və ya imtina edilməsi barədə qərar çıxarılaraq bu barədə məlumat onun elektron kabinetində yerləşdirilir və (və ya) qeyd edilmiş mobil telefon nömrəsinə bildiriş göndərilir”.

Agentlikdən onu da bildiriblər ki, rəsmi şəkildə işləməyən və sığorta ödənişi etməyən vətəndaşlar isə işsizliyə görə sığorta ödənişindən faydalana bilməzlər. Həmin ödənişdən daha çox şəxsin yararlanması məqsədilə qanuna dəyişiklik layihəsi də hazırlanır. Eyni zamanda, işsizlikdən sığorta ödənişinin avtomatlaşdırılmış təyinatı mexanizminin yaradılması da nəzərdə tutulub. Bu da işsiz şəxslərin müxtəlif sənədlər toplamasına və bu sənədlərlə hansısa quruma müraciət etməsinə ehtiyacı aradan qaldıraraq, avtomatlaşdırılmış qaydada işsizlikdən sığorta ödənişinin təyinatına imkan verəcək.

Mənbə: vergiler.az


Bax:


Azərbaycan xalqı qarşısında xüsusi xidmətləri olan şəxslərin məzuniyyəti necə hesablanır?

posted in: Xəbər | 0

Fərdi zirehli geyimlərin idxalı, vergidən azad, Vakansiya: Vergi uçotu üzrə Mühasib, Borc vəsaitlərinin alınması, Borc vəsaitləri, Sabit sadələşdirilmiş vergi,Əmək Məcəlləsinin 120-ci – “Azərbaycan xalqı qarşısında xüsusi xidmətləri olan işçilərin əmək məzuniyyətinin müddəti” maddəsinə əsasən, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda xəsarət (yaralanma, travma, kontuziya) alan işçilərə, Azərbaycanın Milli Qəhrəmanlarına, Sovet İttifaqı Qəhrəmanlarına, 1941-1945-ci illər müharibəsində döyüş əməliyyatlarında iştirak etmiş, habelə hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçulara, İstiqlal ordeni ilə, habelə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün müdafiəsi ilə bağlı digər dövlət təltifləri ilə təltif olunmuş işçilərə məzuniyyət 46 təqvim günündən az olmayaraq verilir. Maddədə diqqət çəkən məqam ikinci Qarabağ müharibəsində vuruşan, yaralanan və ya döyüşlərdə fərqlənənlərə (məsələn, Füzuli və ya Şuşanın azad olunmasına görə medal alan) 46 təqvim günü məzuniyyətin aid edilib-edilməməsidir.

İqtisadçı ekspert Anar Bayramov açıqlamasında bildirib ki, İkinci Qarabağ müharibəsində (Vətən müharibəsində) qələbə münasibətilə müvafiq qaydada Azərbaycan Respublikasının orden və medalları təsis edilib ki, bu döyüşlərdə fədakarlıq göstərmiş şəxslər ölkə Prezidenti tərəfindən orden və medallarla təltif ediliblər. Bu təltiflər Əmək Məcəlləsinin 120-ci maddəsində nəzərdə tutulan Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün müdafiəsi ilə bağlı digər dövlət təltiflərinə aid edildiyi üçün həmin təltifləri olan işçilərə 46 təqvim günü müddətində əmək məzuniyyəti verilir.

Mənbə: vergiler.az


Bax:


Azərbaycanlı bankir Amerika Banklar Assosiasiyasının “Gələcək Liderlər – 2022” proqramına seçilib

posted in: Xəbər | 0

Hər il Amerika Banklar Assosiasiyasının törəməsi olan BAFT (The Bankers Association for Finance and Trade) tərəfindən həyata keçirilən “BAFT Future Leaders Program” (BAFT Gələcək Liderlər Proqramı) üçün namizədlərin seçimi prosesi başa çatıb. Azərbaycanda və regionda bu təşkilatın yeganə üzvü olan Kapital Bank-ın ödənişlər sahəsinin rəhbəri Fərid Səmədov seçim prosesini uğurla keçərək, növbəti il üçün proqramda iştirak etmək hüquqi əldə edib.

Proqramın məqsədi davamlı transformasiyadan keçən bank sənayesində potensiallı liderləri müəyyən edərək, onların inkişafına dəstək verməkdir. BAFT dünyanın 60 ölkəsində 280 maliyyə institutu və qeyri-bank təşkilatları ilə əməkdaşlıq edir ki, bu da seçimlər zamanı coğrafi müxtəlifliyi nəzərə almağa və proqrama fərqli təcrübəyə sahib peşəkarların cəlb edilməsinə imkan verir.

Eyni zamanda dünyanın müxtəlif ölkələrindən proqrama namizədliyi irəli sürülən şəxslər öz sahələrində innovativ yanaşmaları tətbiq edən şəxslərdir. Onlar üçün rəqəmsallaşma dövründə fərqli ölkələrdəki transformasiyalar prosesində qazandıqları təcrübəni öyrənmək əsas prioritetlərdəndir. Proqram zamanı həmçinin, iştirakçılar BAFT-ın İdarə Heyəti, qlobal bankların rəhbərləri, BAFT-ın müxtəlif komitə və şuralarının tövsiyələri və fikirləri əsasında seçilən layihələrdə komanda işi nümayiş etdirəcəklər.

Qeyd edək ki, Fərid Səmədov 2015-ci ildən Kapital Bank-da işləyir. Ödənişlər sahəsinin rəhbəri olaraq müştərilərin istəklərinə uyğun, innovativ ödəniş alətlərinin və sistemlərinin yaradılması, bank xidmətlərinin rəqəmsallaşdırılması sahəsinə rəhbərlik edir.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 104 filialı və 22 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/krdt, BirKart sifarişi üçün – https://kbl.az/tkstcrd.


Mühasibat uçotunun təhlili və auditi arasında fərq varmı? (I hissə)

posted in: Xəbər | 0

Mühasibat uçotunun təhlili və auditi (I hissə)

Mühasibat və vergi uçotunun keyfiyyəti daim nəzarət altında olmalıdır. Ancaq yalnız daxili nəzarət yetərli ola bilməz. Mühasibat uçotunun vəziyyətinin ekspert qiymətləndirilməsinin əldə edilməsinin bir neçə yolu var. Hər şeydən əvvəl, iki profil xidmətini qeyd etmək lazımdır: müəssisənin mühasibatlığının təhlili və audit. Onları çox vaxt bir-birindən fərqləndirmirlər.

Əslində mühasibat uçotunun təhlili və auditi arasında əhəmiyyətli fərqlər vardır. Onlar eyni məqsədi daşıyırlar: ümumi və ya ayrı-ayrı sektorlarda mühasibat səhvlərinin müəyyən edilməsi. Yoxlamanın dərinliyi və miqyası isə fərqlidir. Bu və ya digər xidmətin sifarişinin nə vaxt sərfəli olduğunu müəyyən etmək üçün təhlili və yoxlamanı daha ətraflı nəzərdən keçirək.
Uçotun təhlili: əsas vəzifələri
Müəssisənin mühasibat uçotunun təhlili ekspres-yoxlamadır. Çox vaxt o, bu tapşırıqları həll edir:
  • hesabatlarda cari səhvlərin, uçotda maliyyə-təsərrüfat əməliyyatlarının yanlış və ya qeyri-düzgün əks olunması faktlarının aşkar edilməsi;
  • vergi bazasının, vergilərin hesablanmasının düzgünlüyünü yoxlamaq;
  • mühasibatın kadr heyətinin səriştəliliyinin yoxlanılması;
  • məlumatların bir hissəsi itirildikdə və ya mühasibat uçotu sahibkarlıq subyektinin fəaliyyətində fasilədən sonra bərpa edildikdə, uçotun bərpa edilməsinin zəruriliyinin müəyyən edilməsi.

Təhlil vergi yoxlaması ərəfəsində aktual ola bilər. Xidmət vergi orqanlarını maraqlandıran sektoru tez və keyfiyyətlə yoxlamağa, müfəttişlərlə görüşədək vaxtında düzəldilə biləcək səhvləri aşkar etməyə imkan verir.

Uçot təhlilinin fokus nöqtələri
Şirkətin mühasibat uçotunun təhlili bunlara təsir göstərə bilər:
  • uçot siyasətinə;
  • vergi uçotuna;
  • mühasibatlığın ilkin sənədlərinə;
  • kassa əməliyyatlarına;
  • uçotda iqtisadi əməliyyatların əks olunmasına (qeydiyyatlar, hesablar, alt hesablar).

Mütəxəssislər tərəfindən konkret müddət üçün məlumatlar yoxlanılır. Uçot siyasətinə gəldikdə isə, bu siyasət qüvvədə olan qanunvericiliyə uyğun olaraq təhlil edilir. Həmçinin mütəxəssislər tətbiq olunan uçot metodlarının lokal sənədə uyğunluğunu müəyyən edirlər. Uyğunsuzluqlar aşkar edildikdə, xidmətin müştərisinə uçot siyasətində dəyişiklik edilməsi tövsiyə olunur.


II hissəyə nəzər yetirin


1 773 774 775 776 777 778 779 2. 691