Ağıllı mühasibatlıq – firmaların müvəffəqiyyətinin sirri (I hissə)

posted in: Xəbər | 0

Mühasiblərin keyfiyyətli xidmətlərinin zəruriliyi

Bu gün istənilən bir təşkilatın hesabatlılıq olmadan  mövcudluğunu hətta təsəvvür belə etmək olmaz. İstisnasız olaraq bütün proseslər kağız və rəqəmsal daşıyıcıda qeyd tələb edir. Bu, xüsusilə hər bir müəssisənin maliyyə komponentinə aiddir. Mühasibat uçotu, məhz onun üçün məsuliyyət daşıyır. Onun köməyi ilə şirkətdə müəyyən mənbələrin mövcudluğuna və lazımi sənədlərdə, xüsusən xərc və gəlirlərin davamlı olaraq təyin edilməsinə nəzarət edilir.

Müəssisədə mühasibat uçotunun düzgün təmin edilməsi hər bir rəhbərin prioritet vəzifəsi olmalıdır. Firmanın işinin aşağıdakı sahələrini təmin edən bu funksionallıqdır:
  • əməkdaşların əməkhaqlarının hesablanması;
  • vergilərin ödənilməsinin həyata keçirilməsi;
  • bank strukturları ilə əməkdaşlıq;
  • əsas vəsaitlərin mövcudluğunu təmin etmək;
  • maliyyə nəticələrinin yekunlaşdırılması və b.

II hissəyə nəzər yetirin


Biznes barədə maraqlı faktlar (III hissə)

posted in: Xəbər | 0

Biznes barədə maraqlı faktlar (III hissə)

I hissəyə nəzər yetirin

  • Satılan hər bir cüt ayaqqabı üçün hansı ayaqqabı şirkəti yoxsul ailələrdən olan uşaqlara daha bir cüt hədiyyə verir?

Amerikalı sahibkar Bleyk Maykoski, Argentinada istirahətdə olarkən, yoxsul ailələrdən olan bir çox uşaqların küçədə ayaqyalın gəzməsi ilə qarşılaşmışdı. Bu fakt ona yeni bir layihə üçün bir ideya vermişdi: növbəti bir xeyriyyə fondu yaratmaq əvəzinə o, “Toms Shoes” ayaqqabı istehsalı üzrə müəssisə təşkil etdi. Ayaqqabıların dizaynı üçün isə o, ənənəvi Latın-Amerikası tipində toxunmuş alparqat sandalını seçmişdi. 2006-cı ildə istehsal başlanandan “Toms” markası qaydalara ciddi şəkildə riayət edir: Satılan hər bir cüt ayaqqabıya görə, şirkət bütün dünya ürə yoxsul ailələrdən olan uşaqlara daha bir cüt ayaqqabı hədiyyə edir. Hələ 2012-ci ildəki vəziyyətə görə, 25 ölkədən olan milyondan çox uşaq hədiyyə kimi Toms ayaqqabıları almışdı.

  • “Apple” şirkəninin neçə qurucusu olub?

Məlumdur ki, Apple şirkətini Stiv Cobs və Stiv Voznyak təsis ediblər. Lakin 10 faiz paya malik Ronald Ueyn adında daha bir təsisçi də olubmuş, amma, o, öz payını Stiv Cobs və Stiv Voznyaka 800 dollara satıbmış.

  • Qardaşların mübahisəsi səbəbindən hansı iki idman ayaqqabıları şirkəti yaranıb?

1924-cü ildə Adolf və Rudolf Dassler qardaşları tez bir zamanda idman ayaqqabıları istehsalında dünya liderlərindən birinə çevrilən bir firmanı yaratmışdılar. Amma İkinci Dünya müharibəsindən sonra onların arasında mübahisə yaranmış və nəticədə şirkət iki yerə bölünmüşdü. Adolf öz şirkətinin adını “Adidas” (Adi Dasslerdən), Rudolf isə – “RuDa” (Rudi Dasslerdən) adlandırmışdı, bir qədər sonra isə o, şirkətinin adını “Puma” olaraq dəyişdirmişdi. Bu şirkətlərin yerləşdiyi alman şəhərciyi bu günə kimi iki yerə bölünüb, sakinləri də bir-birlərini heç sevmirlər.

  • Hansı məşhur kosmetoloq Ryazanda özünün ilk mağazasını açıb?

“Max Factor” – dünyaca məşgur kosmetika şirkətini 1877-ci ildə Polşada anadan olmuş Maksimilian Faktoroviç təsis edib. O vaxt Polşa Rusiya imperiyasının bir hissəsi hesab olunurdu. O, özünün ilk mağazasını Ryazan şəhərində açmışdı, tədricən çar ailəsinin tədarükçüsü statusuna yiyələnmişdi, 1904-cü ildə isə ABŞ-a mühacirət etmişdi.


Vergitutma məqsədləri üçün birgə fəaliyyət iştirakçılarının gəlirinin və əmlakının bölüşdürülməsi

posted in: Xəbər | 0

Kameral vergi yoxlaması, Kameral vergi yoxlamasının müddəti, Xronometraj metodu ilə müşahidə, qaimə-fakturanın gec göndərilməsi, Vergi sanksiyası gəlirləri, Vergi Məcəlləsinin 159.5-ci maddəsi, cari vergi arayışı, Cari vergilərin hesablanması haqqında Arayış,Hüquqi şəxs yaratmadan birgə sahibkarlıq faəliyyəti ilə məşğul olan hüquqi şəxslərin birgə sahibkarlıq fəaliyyəti nəticəsində əldə etdiyi gəlirləri və birgə faəliyyətdən vergi tutulan əmlakı onların birgə sahibkarlıq fəaliyyətindəki (birgə fəaliyyətindəki) payına mütənasib surətdə bölüşdürülür. Bu barədə Vergi və Dövlət Qulluğu üzrə Tədris Mərkəzinin rəhbəri Təhməz Qaçayev bildirib ki, birgə sahibkarlıq faəliyyətindən gəlirin bölüşdürülməsi Vergi Məcəlləsinin 137-ci maddəsi ilə tənzimlənir: “Hüquqi şəxs yaratmadan birgə sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər, həmin fəaliyyətdən əldə etdikləri birgə gəliri (bu fəaliyyətlə bağlı birgə xərci çıxmaqla) hesabladıqdan sonra, birgə sahibkarlıq fəaliyyətlərinə dair razılığa uyğun olaraq vergiyə cəlb edilən gəliri bu fəaliyyətin iştirakçıları arasında bölürlər.

Misal 1: “A” MMC, “B” MMC və “C” MMC hüquqi şəxs yaratmadan birgə sahibkarlıq fəaliyyəti ilə məşğuldurlar. “A” MMC-nin birgə sahibkarlıq faəliyyətində payı 50 faiz, “B” MMC-nin 30 faiz, “C” MMC-nin isə 20 faiz olduğunu qeyd edək. Şəxslərin vergi ili ərzində birgə sahibkarlıq fəaliyyətindən əldə etdikləri ümumi gəliri 300 000 manat, Vergi Məcəlləsinə müvafiq surətdə gəlirdən çıxılmasına yol verilən xərcləri isə 160 000 manat olmuşdir. Hər bir şəxsin birgə sahibkarlıq faəliyyətindən ödəməli olduğu mənfəət vergisinin məbləğini müəyyən edək:

İlk növbədə birgə sahibkarlıq faəliyyətindən vergi məbləği müəyyən edilməlidir: (300 000-160 000)*20%=28 000 manat

Daha sonra isə hər bir şəxs payına mütənasib surətdə vergi məbləğini büdcəyə hesablamalıdır.

Nəticədə, “A” MMC (50 faiz paya malik olduğu üçün 28 000*50%) 14 000 manat, “B” MMC (30 faiz paya malik olduğu üçün 28 000 * 30%) 8400 manat, “C” MMC isə (20 faiz paya malik olduğu üçün 28 000*20%) 5600 manat mənfəət vergisini büdəcəyə ödəməlidir.

Diqqət edilməli olan məqamlardan biri də, hüquqi şəxs yaratmadan birgə fəaliyyətlə məşğul olan müəssisələrin birgə fəaliyyətdən əldə etdikləri əmlakın bölüşdürülməsidir. Belə ki, Vergi Məcəlləsinin 197.2-ci maddəsinə əsasən, vergitutma obyekti olan və müəssisələr tərəfindən hüquqi şəxs yaratmadan birgə fəaliyyət aparmaq üçün birləşdirilən əsas vəsaitlərin dəyəri, bu əsas vəsaitləri birləşdirən birgə fəaliyyət iştirakçıları tərəfindən vergiyə cəlb edilməsi məqsədləri üçün bəyannaməyə daxil olunur. Birgə fəaliyyət nəticəsində yaradılmış (alınmış) əsas vəsaitlərin dəyəri isə birgə fəaliyyətin iştirakçıları tərəfindən müqavilə üzrə mülkiyyətdə müəyyən olunmuş pay haqqına müvafiq olaraq bəyannaməyə daxil edilir.

Misal 2 : Hüquqi şəxs yaratmadan birgə faəliyyətlə məşğul olan “A” MMC və “B” MMC bu fəaliyyətin həyata keçiriməsi üçün əsas vəsait daxil etmişlər. “A” MMC tərəfindən daxil edilən əsas vəsaitlərin orta illik qalıq dəyəri 200 000 manat, “B” MMC tərəfindən daxil edilən əsas vəsaitlərin orta illik qalıq dəyəri isə 300 000 manat olmuşdur. Bu halda hər biri ayrılıqda öz qoyduqları əmlakın dəyəri həddində əmlak verigisi ödəməlidirlər,yəni “A” MMC (200 000*1%) 2 000 manat, “B” MMC isə (300 000*1 %) 3 000 manat.

Yuxarıdakı misala uyğun olaraq nəzərə alaq ki, “A” MMC birgə faəliyyətdə 40 faiz paya, “B” MMC isə 60 faiz paya malikdirlər. Bu halda isə birgə fəaliyyət nəticəsində əldə edilmiş əsas vəsaitlərə görə əmlak vergisi onların birgə fəaliyyətdə payına mütanasib surətdə bölüşdürüləcək. Fərz edək ki, birgə faəliyyət nəticəsində əldə edilmiş əsas vəsaitlərin orta illik qalıq dəyəri 600 000 manat olmuşdur. Bu halda “A” MMC öz payına uyğun olaraq (600 000*40%) 240 000 manatlıq əsas vəsaitə görə 2400 manat ( 240 000 1%) əmlak vergisi ödəməli, “B” MMC isə (600 000 60%) 360 000 manatlıq əsas vəsaitə görə 3600 manat (360 000*1%) əmlak vergisi ödəməlidir.

Mənbə: vergiler.az


Bax:


Fiziki şəxslərin işləməsi rəsmiləşdirilmədikdə vergi orqanı gəlir vergisini necə hesablayır?

posted in: Xəbər | 0

İqtisadçı ekspert Anar Bayramov bildirib ki, Vergi Məcəlləsinin 67.5-ci maddəsinə əsasən, muzdla işləyən fiziki şəxslərin gəlir vergisini əlaqəli məlumata əsasən hesablamaq qeyrı-mümkün olduqda və ya fiziki şəxslərin işləməsi rəsmiləşdirilmədikdə vergi orqanı gəlir vergisinin məbləğini ölkə üzrə ötən ilki orta aylıq əmək haqqı əsasında hesablayır.

Misal 1: Vergi ödəyicisi tam iş vaxtı norması ilə çalışan baş mühasibə 400 manat məbləğində vəzifə maaşı təyin edib. Vergi orqanı vergi ödəyicisinə müraciət edərək, 2019-cu il üzrə orta əməkhaqqından az əməkhaqqının verilməsi ilə bağlı ondan izahat istəyir. Vergi ödəyicisi hər hansı izahat vermədiyi halda vergi orqanı gəlir vergisinin məbləğini ölkə üzrə ötən ilki orta aylıq əməkhaqqı əsasında hesablaya bilər.

Misal 2: Vergi orqanı keçirdiyi vergi nəzarəti tədbirləri nəticəsində vergi ödəyicisində əmək müqaviləsi olmayan fəhlənin çalışdığını müəyyən edir. Vergi orqanı həmin fəhlə ilə eyni əmək funksiyasına və iş rejiminə malik, əmək müqaviləsi olan şəxs müəyyən etdikdə əlaqəli məlumatlardan istifadə etməklə gəlir vergisini hesablaya bilər. Əks halda, vergi orqanı gəlir vergisinin məbləğini ölkə üzrə ötən ilki orta aylıq əməkhaqqı əsasında hesablaya bilər.

Qeyd edək ki, vergi orqanının məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və könüllü tibbi sığorta məbləğini də ötən ilin yekun ölkə üzrə orta aylıq əməkhaqqı göstəricisi əsasında hesablayacaq.

Mənbə: vergiler.az


Bax:


1 792 793 794 795 796 797 798 2. 685