Fiziki şəxslərin işləməsi rəsmiləşdirilmədikdə vergi orqanı gəlir vergisini necə hesablayır?

posted in: Xəbər | 0

İqtisadçı ekspert Anar Bayramov bildirib ki, Vergi Məcəlləsinin 67.5-ci maddəsinə əsasən, muzdla işləyən fiziki şəxslərin gəlir vergisini əlaqəli məlumata əsasən hesablamaq qeyrı-mümkün olduqda və ya fiziki şəxslərin işləməsi rəsmiləşdirilmədikdə vergi orqanı gəlir vergisinin məbləğini ölkə üzrə ötən ilki orta aylıq əmək haqqı əsasında hesablayır.

Misal 1: Vergi ödəyicisi tam iş vaxtı norması ilə çalışan baş mühasibə 400 manat məbləğində vəzifə maaşı təyin edib. Vergi orqanı vergi ödəyicisinə müraciət edərək, 2019-cu il üzrə orta əməkhaqqından az əməkhaqqının verilməsi ilə bağlı ondan izahat istəyir. Vergi ödəyicisi hər hansı izahat vermədiyi halda vergi orqanı gəlir vergisinin məbləğini ölkə üzrə ötən ilki orta aylıq əməkhaqqı əsasında hesablaya bilər.

Misal 2: Vergi orqanı keçirdiyi vergi nəzarəti tədbirləri nəticəsində vergi ödəyicisində əmək müqaviləsi olmayan fəhlənin çalışdığını müəyyən edir. Vergi orqanı həmin fəhlə ilə eyni əmək funksiyasına və iş rejiminə malik, əmək müqaviləsi olan şəxs müəyyən etdikdə əlaqəli məlumatlardan istifadə etməklə gəlir vergisini hesablaya bilər. Əks halda, vergi orqanı gəlir vergisinin məbləğini ölkə üzrə ötən ilki orta aylıq əməkhaqqı əsasında hesablaya bilər.

Qeyd edək ki, vergi orqanının məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və könüllü tibbi sığorta məbləğini də ötən ilin yekun ölkə üzrə orta aylıq əməkhaqqı göstəricisi əsasında hesablayacaq.

Mənbə: vergiler.az


Bax:


Kapital Bank növbəti dəfə “Milli KSM” mükafatına layiq görülüb

posted in: Xəbər | 0

Kapital Bank Azərbaycanda üçüncü dəfədir keçirilən “Milli KSM” layihəsi çərçivəsində daha bir mükafata layiq görülüb. Bu dəfə Qarabağ müharibəsinin bitməsinə həsr olunan, Kapital Bank-ın dəstəyi ilə çəkilən “Qayıdış” qısametrajlı sənədli filmi qaliblər sırasında oldu.

Real əhvalatlar əsasında çəkilən filmdə Birinci Qarabağ müharibəsi zamanı öz doğma yurdlarından köçmək məcburiyyətində qalan azərbaycanlıların sözlə ifadə edilməsi çətin, ancaq yaşayarkən qürur duyulan hisslərindən danışılır. Artıq məcburi köçkün sayılmayan həmvətənlərimiz doğma yurdları ilə bağlı xatirələrini bölüşərkən, hər birinin gözlərində kədər, üzüntü, itki, intizar, sevinc, fərəh, qürur hissini sezmək olur. Filmin ideya və ssenari müəllifi Ersel Serdarlı, quruluşçu rejissoru isə Can Özbaturdur.

Qeyd edək ki, müsabiqəyə təqdim olunan bütün layihələr BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilmiş 17 məqsəd əsas götürülərək komissiya tərəfindən qiymətləndirilib. Komissiyaya Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, ASAN Xidmət, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycanda Qadın Sahibkarlığın İnkişafı Assosiasiyası (AQSİA) və PROAKTİV PR Agentliyi daxildir.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 104 filialı və 22 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/krdt, BirKart sifarişi üçün – https://kbl.az/tkstcrd.

Azərbaycanda yaşa görə pensiya artırılır

posted in: Xəbər | 0

yaşa görə pensiya, müavinət, Əmək qabiliyyətinin müvəqqəti itirilməsi, əməkhaqqı, əməkhaqqının saxlanması, icbari sığorta müqaviləsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, işsizlikdən sığorta, Qadın əməyi, Əmək pensiyası, Əmək pensiyasına əlavə, Zəfər reyestri, Əmək veteranı, əmək məzuniyyətinin mütləq istifadə olunması, Əmək məzuniyyəti, Əmək məzuniyyətindən geri çağırılma, elektron idarəetmə sistemi, əmək kitabçaları, Sosial xidmətlər,“Növbəti ildə yaşa görə əmək pensiyasının 358 manatdan 375 manata çatmasını gözləyirik. Cari ilin 10 ayında isə biz orta pensiyanın məbləğini 331 manat qiymətləndiririk. Növbəti ildə isə bu məbləğin artaraq 345 manata çatmasını gözləyirik”.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev noyabrın 10-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib.

“Bu da birmənalı olaraq ölkədə həm minimal pensiyaların, həm də aztəminatlı ailələrin sosial rifahının dəstəklənməsi və orta pensiya məbləğinin artaraq əhalinin layiqli həyat səviyyəsinin təmin olunması üçün verilən növbəti dəstək tədbiri olacaq”, – nazir vurğulayıb.

Mənbə: report.az


Ödənişsiz “ƏDV bəyannaməsinin hazırlanması” təlimi

posted in: Xəbər | 6

Kursun adı: “ƏDV bəyannaməsinin hazırlanması” təlimi

Müddət: 2 saat

Kursun növü: Onlayn

Kursu əhatə edəcək mövzular:

  1. Əlavə dəyər vergisi nədir?
  2. Bəyannamə tərtibatı proqramı (BTP) haqqında ümumi məlumat (BTP proqramına giriş, proqramın yüklənməsi və yenilənməsi qaydaları);
  3. ƏDV depozit hesabı;
  4. ƏDV bəyannaməsinin tərtib edilməsi;
  5. “Əlavələrin” hazırlanması;
  6. Debitor borclar barədə məlumat;
  7. Əvəzləşdirilən hissənin izahı;
  8. ƏDV bəyannaməsinin rahat hazırlanması üçün bəzi tövsiyələr.

Təlimçilər barədə:

Kəmalə Rzayeva 

İqtisad Universitetində “Mühasibat uçotu” ixtisası üzrə bakalavr, Bakı Mühəndislik Universitetində “Mühasibat uçotu” ixtisası üzrə magistr təhsili almış və hazırda İqtisad Universitetində “Mühasibat uçotu” ixtisası üzrə doktorantura təhsili alır.

2004-cü ildən etibarən fəaliyyəti fərqli olan müəssisələrdə mühasibatlıq və vergi sahəsində çalışır. Mühasibat və vergi uçotu sahəsində 15 ildən artıq təcrübəyə malikdir. “Karvan-L” elmi istehsalat şirkəti, “Azinterval” MMC, “Azərtunel” MMC, “As-İnşaat N” MMC kimi müəssisələrdə “Baş mühasib” vəzifəsində çalışmışdır. Hal-hazırda mühasibat uçotu və vergi sahəsində fəaliyyət göstərən “Accounting Az” MMC-də “Baş mütəxəssis” vəzifəsində çalışır.

Kəmalə Rzayeva vergi hesabatlarının hazırlanması, mühasibat uçotu, praktiki mühasibatlıq, 1C mühasibat proqramı, beynəlxalq maliyyə uçotu üzrə təlimlər keçmişdir. Tətbiqi, praktiki mühasibat və vergi uçotu sahəsində çoxillik təcrübəyə malikdir.

Salman Əbdülrzazadə

İqtisad Universitetində “Biznesin İdarə Edilməsi və Təşkili” ixtisası üzrə bakalavr, Türkiyənin Selçuk Üniversitetində  “Mühasibat uçotu” ixtisası üzrə magistr təhsili almış və hazırda Selçuk Üniversitetində “Mühasibat uçotu” ixtisası üzrə doktorantura təhsili alır.

2019-cu ildən Azərbaycan Dövlət İqtisad Universitetində Mühasibat dərsini tədris etməkdədir. Eyni zamanda “Accounting.az” MMC-də “Mühasibat üzrə aparıcı mütəxəssis” olaraq fəaliyyət göstərməktədir. Mühasibat ilə bağlı bir çox elmi konfranslarda və seminarların təşkil edilməsində iştirak etmişdir.


Kurs üçün qeydiyyat linki: https://form.cubics.pro/form/RGotLzgQyw2EZ6S97




TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 799 800 801 802 803 804 805 2. 691