Ofşor zonalarda dividendlər vergiyə hansı qaydada cəlb olunur?

posted in: Xəbər | 0

vergidən azad, Dividendlər nə deməkdir, vergi, dividend, təsisçi,Bir çox hallarda vergi ödəyiciləri güzəştli vergi tutulan ölkələrdə, zonalarda (Ofşor zonalar) qeydiyyatda olan və ya bankı yerləşən şəxslərə müxtəlif ödəmələr edirlər ki, həmin ödəmələrdən 10 faiz ödəmə mənbəyində vergi tutulmaları həyata keçirilir. Eyni hal kimi dividend ödəmələrindən də vergi tutulmalıdırmı? Suala sərbəst auditor Altay Cəfərov aydınlıq gətirib:

Hətta bir çox hallarda vergi ödəyiciləri buna etirazını da bildirirlər ki, dividenddən bir dəfə vergi tutulmuşdur, ikinci dəfə vergi tutulmalı deyildir. Bunu misal üzərində nəzərdən keçirək.

Misal: “AA” MMC-nin təsisçisi “SS LTD” ofşor zona olan Honq Konqda qeydiyyatdadır və 2020-ci ilin maliyyə göstəricilərinə görə cəmiyyətin 100 000 manat xalis mənfəəti yaranıb. MMC bunu elan edərək 2021-ci ilin aprel ayında vergiləri ödəmək istəyib. Bu zaman hansı vergilər hesablanıb, tutulmalıdır?

Vergi Məcəlləsinin 122-ci və 125-ci maddələrində göstərilib:

Maddə 122. Ödəmə mənbəyində dividenddən vergi tutulması

122.1. Rezident müəssisə tərəfindən ödənilən dividenddən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur.

122.2. Dividendin faktiki sahibi olan fiziki və hüquqi şəxslərdən bu Məcəllənin 122.1-ci maddəsinə uyğun olaraq vergi tutulmuşdursa, dividendi alan fiziki və hüquqi şəxslərin həmin gəlirindən bir daha vergi tutulmur.

Həmin gəlir yenidən dividend şəklində verilən zaman vergiyə cəlb olunmur.

Maddə 125. Qeyri-rezidentin gəlirindən ödəmə mənbəyində vergi tutulması

125.1.1. dividend – bu Məcəllənin 122-ci maddəsinə uyğun olaraq;

Hər iki maddədən aydın olur ki, qeyri-rezidentlərə ödənilən dividenddən 10 faiz vergi tutulur və bir daha ondan vergi tutulmalı deyil. Odur ki, “SS LTD”nin ofşor zonada qeydiyyatda olmasına baxmayaraq ona ödənilən dividenddən əlavə 10 faiz vergi tutulmalı deyil. Amma Vergi Məcəlləsinin 125.1.9-cu maddəsində göstərilib ki, bu Məcəllənin 13.2.16.14-1-ci maddəsində göstərilən ödəmələr – 10 faiz.

Həmçinin, 13.2.16.14-1.ci maddəyə də nəzər yetirək.

13.2.16.14-1. bu Məcəllənin 128-ci maddəsində nəzərdə tutulan güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə, o cümlədən digər ölkələrdə olan filial və ya nümayəndəliklərinə, habelə güzəştli vergi tutulan ölkələrdə olan bank hesablarına rezidentlərin və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlər. Deməli ofşor zonalarda qeydiyyatda olan şəxslərə edilən ödəmələrdən 10 faiz vergi tutulmalıdır.

Axı dividendən bir dəfə vergi tutulub və yuxarıdakı 122-ci maddədə göstərilib ki, ikinci dəfə vergi tutula bilməz. Məsələyə və maddələrə daha geniş ölçüdən baxaq.

Vergi Məcəlləsinin 125-ci maddəsində mallara, işlərə və xidmətlər görə ödənilən ödəmələrin 10 faiz vergiyə cəlb edilməsi qeyd edilməyib. Maddədə ümumi ödəmələrdən vergi tutulması bildirilir. Məcəllədə də ödəmə anlayışının açılışı dəqiq yoxdur.

Odur ki, həm mallara, işlərə və xidmətlərə görə və həm istənilən digər ödəmələrdən 10 faiz vergi tutulmalıdır.

Həmçinin, Məcəllənin 122-ci maddəsinə əsasən, dividend ödənilən andan ondan 10 faiz vergi tutulur və bu normaldır. Növbəti addım artıq həmin vergi tutulandan sonra qalan məbləğin kimə ödənilməsi mərhələsi gəlir. Yəni, burada iki addım vardır. Növbəti addım kimi ödəməni normal şəxsə ödəyiriksə, onda Məcəllə hər hansı əlavə verginin tutulmasını bildirmir, yox ofşor zonada olan şəxsə ödəyəcəkdirsə, onda əlavə olaraq 10 faiz vergi tutulacaqdır.

Odur ki, birinci addım dividend vergisinin tutulması mərhələsidir, ikinci addım isə ödəmənin ödənilməsi mərhələsidir. Yəni, ofşor zonada olan şəxsdən tutulan 10 faiz vergi dividend vergisi deyildir.

Cavab: “SS LTD”-yə ödənilən 100.000,00 manat dividenddən 10 faiz dividend vergisi tutulacaq:

100.000 x 10% = 10.000 manat

Nəticədə, qarşı tərəfə 90.000 manat ödəniləcək və “SS LTD” ofşor zonada qeydiyyatda olduğundan, aparılan ödəmədən 10 faiz vergi tutulmalıdır.

90.000 x 10% = 9000 manat.

Nəticə olaraq 81.000 manat vəsait ofşorda qeydiyyatda olan “SS LTD”yə çatacaq.

90000 – 9000 = 81.000 manat.

Yaxşı olardı ki, vergi orqanları ilə problemlərin yaşanmaması üçün ofşor zonalarda qeydiyyatda olan şəxslərə hər hansı ödəmələr həyata keçirməsinlər.

Mənbə: vergiler.az


Bax:


Mediasiya fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən təqdim edilən Vahid bəyannamədə məlumatların qeyd edilməsi

posted in: Xəbər | 0

Dövlət Vergi Xidmətindən bildirilir ki, mediasiya fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən təqdim edilən Vahid bəyannamədə fəaliyyət növünün kodu sətrində MDSS üzrə 0300, İTS üzrə 2202, Vergi üzrə 6910011 kodu seçilməlidir. Növbəti bölmədə “Məcburi dövlət sosial sığorta haqqına cəlb olunan gəlirlər” sətrində gəlirin əldə olunması ilə bağlı xərclər çıxıldıqdan sonra qalan məbləğ yazılır və sistem avtomatik olaraq həmin məbləğə 10% sığorta haqqı hesablayır. “İTS haqqına cəlb edilən gəlirlər” sətrində fəaliyyət göstərilən aylar üçün “250” yazılır və sistem avtomatik olaraq həmin məbləğə 4% icbari tibbi sığorta haqqı hesablayır, fəaliyyət göstərilməyən aylar üçün isə “0” yazılmalıdır.

Əsaslandırma: Azərbaycan Respublikası Vergilər Nazirinin 30 dekabr 2019-cu il tarixli 1917040101742500 №-li Əmri ilə təsdiq edilmiş “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsinin tərtib edilməsi qaydası, Sosial sığorta haqqına qanunun 14.5.5-ci maddəsi, Tibbi sığorta haqqında qanunun 15-2.2.2-ci və 15-10.1.3-cü maddələri.

Mənbə: vergiler.az


Dövlət Vergi Xidmətinin büdcə yükü 22% artırılır

posted in: Xəbər | 0

Dövlət Vergi Xidmətinin büdcə yükü, DVX büdcə yükü, Əmlakın siyahıya alınması, vergi uçotundan çıxarılma, VÖEN-in ləğv edilməsi, Tibbi xidmətlər ədv-dən azad, Sadələşdirilmiş vergi bəyannaməsi vergi orqanıGələn il Azərbaycanda dövlət büdcəsi gəlirlərinin 8 820 milyon manatını və yaxud 32,9%-ni İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti təmin edəcək.

Bu məsələ “2022-ci il dövlət büdcəsi zərfi haqqında” qanun layihəsində əksini tapıb.

Sənədə əsasən, bu, bu ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 21,7% çoxdur.

Vergi orqanlarının xətti ilə daxilolmaların 1 980 milyon manatı və yaxud 22,4%-i neft, 6 840 milyon manatı və yaxud 77,6%-i isə qeyri-neft sektorunun payına düşəcək.

Mənbə: report.az


Kapitalizm nə vaxt işə yarayır, nə vaxt yox? (IX hissə)

posted in: Xəbər | 0

Kapitalizm nə vaxt işə yarayır, nə vaxt yox? (IX hissə)

VIII hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

Kapitalizm nə vaxt işə yarayır

Nyu-York universitetinin professoru Robert Allenin Abu-Dabidə çıxışı

Necə olmasından asılı olmayaraq, nəticə Birləşmiş Ştatların kütləvi istehsal texnologiyasını icad etdiyini və istifadə etdiyini, eləcə də ABŞ-da əməkhaqqı səviyyəsinin Böyük Britaniyadakı əməkhaqqı səviyyəsini aşdığını nəzərdə tuturdu. Amma uzun müddət ərzində Britaniyada əməkhaqqı səviyyəsi, amerikalı ixtisassız işçilər və amerikalı istehsal işçilərinin maaş səviyyəsindən daha yüksək idi.

Britaniyalı ixtisaslı işçilər 1920-ci illərin sonuna kimi amerikalı ixtisassız həmkarlarından daha çox qazanc əldə edirdilər, lakin, sonra vəziyyət dəyişdi. İxtisassız amerikalı işçilər britaniyalı ixtisaslı işçilərdən daha çox qazanc əldə etməyə başladılar. Bu, Amerikada yaşayış səviyyəsinin Avropanı üstələdiyi və hər yerdə fəhlə sinfi adlandırılan amerikan orta təbəqəsinin ortaya çıxdığı vaxtdır.

Amerikalı orta təbəqənin böyüməsinə kömək edən texnologiyadan başqa daha iki amil də vardır. Birinci Dünya müharibəsindən sonra avropalı fermerlərin kütləvi mühacirəti dayandırıldı və bu ixtisassız işçilərin çatışmazlığına gətirib çıxardı ki, o da öz növbəsində əmək haqqının artmasına səbəb oldu. Bunun nəticəsi, maaşların yüksəldilməsi uğrunda çıxış edən həmkarlar ittifaqı hərəkatının 1930-cu illərdə daha geniş yayılması oldu.

Bizə yalnız Henri Fordun həqiqətən bunları dediklərini təxmin etmək qalır, çünki bu sözləri ona aid edirlər: “Mən eşitmişəm ki, hansısa ixtisas üzrə peşənin işdən məhrum olunmasını bizim adımıza yazırlar. Biz bunu etməmişik. Biz planlaşdırma, idarəetmə və qurğuların və alətlərin yaradılması sahəsində öz işçilərimizin ixtisaslarını artırmışıq,  bunun nəticələrindən isə ixtisassız olan adamlar istifadə edirlər”.

Bu, təxminən ABŞ-da baş vermiş bir şeydir və o, cansıxıcı istehsal və inzibati işlərin bolluğu səbəbindən bu gün gəldiyimiz vəziyyət üçün çox vacibdir. Bu, olduqca vacibdir, çünki məhz, bu işləri robotlar və kompüter sistemləri ilə əvəz edə bilər.

Bu düşüncə bizi indiki dövrə, tarixi dövrləşdirməmizin dördüncü mərhələsinə – 1973-cü ildən 2020-ci ilə qədər olan xidmət sənayesindəki inqilaba gətirib çıxarır. Hazırda biz sənaye inqilabına oxşar yeni bir erada qərarlaşmışıq. Qloballaşma, texniki dəyişikliklər, yeni iqtisadi mexanizmlər köhnə modelləri və onlardan gözlənilən nəticələri təhlükə altına qoymuşdu.

Problem baxın, nədədir: bir işçiyə düşən istehsalın həcmi böyüyür, əhəmiyyətli bir iqtisadi dirçəliş var, ancaq, orta əməkhaqqı demək olar ki dəyişməz qalır və əmək gəlirlərinin ümumi gəlirdəki payı azalır. Burada biz belə bir təsviri görürük: 1970-ci illərə kimi bir işçiyə düşən məhsuldarlıq yüksəlirdi, əməkhaqqı da az və ya çox sinxron olaraq artırdı. O vaxtdan bəri böyük bir fərq müşahidə olunur: bir işçiyə düşən məhsuldarlıq hələ də sürətlə artırdı, lakin, orta əməkhaqqı çox zəif bir şəkildə yüksəlirdi və nəticədə 1970-ci ildə milli gəlirdəki əmək gəlirinin payı 56% idi. İndi isə o, 46 faizə kimi aşağı düşüb.


X hissəyə nəzər yetirmək üçün keçidə daxil olun



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 800 801 802 803 804 805 806 2. 691