Əmlak icarəsinin maliyyə lizinqi sayılmasına hansı hallarda icazə verilir?

posted in: Xəbər | 0

Əmlak icarəsinin maliyyə lizinqi sayılması Vergi Məcəlləsinin müddəaları ilə tənzimlənir. Mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir.

Vergi Məcəlləsinin 140.2-ci maddəsinə əsasən, aşağıdakı hallarda əmlak icarəsi maliyyə lizinqi sayılır:
– Lizinq müqaviləsi ilə icarə müddəti qurtardıqdan sonra əmlakın mülkiyyətə verilməsi nəzərdə tutulur, yaxud icarə müddəti qurtardıqdan sonra icarəçi əmlakı müəyyən edilmiş və ya qabaqcadan güman edilən qiymətlərlə almaq hüququna malikdir;

– İcarə müddəti icarəyə götürülən əmlakın istismar müddətinin 75 faizindən artıqdır;

– İcarə müddəti qurtardıqdan sonra əmlakın qalıq dəyəri icarənin əvvəlinə onun bazar qiymətinin 20 faizindən azdır.

Burada diqqət yetirilməli məqamlar bunlardır:

1. Lizinq müqaviləsində lizinq alana lizinq obyektinin mülkiyyətə verilməsi və ya hər hansı məbləğ ilə satın almaq hüququ verilməlidir.

2. Qeyd etdiyimiz kimi, lizinqə götürülən əmlakın istifadə müddəti bir ildən artıq olmalıdıır. Vergi Məcəlləsinin tələbinə əsasən, lizinq obyektinin istismar müddəti ilə icarə müddəti arasında mütənasiblik gözlənilməlidir. Lizinq obyektinin istismar müddəti 8 ildirsə, o zaman icarə müddəti 6 ildən (8 ilin 75 faizindən) az olmamalıdır.

3. İcarə müddəti ilə əmlakın qaliq dəyəri arasındakı asılılıq gözlənilməlidir. Lizinq obyektinin icarənin əvvəlinə qalıq dəyəri 50.000 manatdırsa, icarə müddətinin soununa əmlakın dəyəri 10.000 manatdan (50.000 x 20 faiz) az olmalıdır.

Vergi Məcəlləsinin 140.2.4-cü maddəsinə əsasən, icarə haqqının ödəniləcək məbləği əmlakın icarənin əvvəlinə olan bazar qiymətinin ən azı 90 faizinə bərabərdir və ya ondan artıq olduqda əmlak icarəsi maliyyə lizinqi sayılır.

Vergi Məcəlləsində ödəniləcək icarə haqqı məbləğinə hədlər müəyyənləşdirilir. Tutaq ki, icarənin əvvəlinə lizinq obyektinin dəyəri 60.000 manatdır. Bu zaman müqavilə əsasında ödəniləcək icarə haqqı 54.000 manata (60.000 manat x 90 faiz) bərabər və ya bu məbləğdən yuxarı olmalıdır.

Qeyd: Bu maddə aktivin istifadə olunması müddətinin 3/4-ü qurtardıqdan sonra başlanan icarəyə tətbiq edilmir.

Vergi Məcəlləsinin 140.2.5-ci maddəsində qeyd olunur ki, icarəyə götürülən əmlak icarəçi üçün sifarişlə hazırlanmışdır və icarə müddəti qurtardıqdan sonra icarəçidən başqa heç kəs tərəfindən istifadə edilə bilməz.

Yəni icarəçi dəyəri 100.000 manat olan texniki avandanlıq xaricdən gətirildikdən sonra lizinqə verilməsini sifariş edə bilər. Bu halda artıq icarə müddəti bitdikdən sonra icarəçi həmin avandanlığı yalnız özü istifadə etməlidir.

Mənbə: vergiler.az


Bax:


Kapitalizm nə vaxt işə yarayır, nə vaxt yox? (X hissə)

posted in: Xəbər | 0

Kapitalizm nə vaxt işə yarayır, nə vaxt yox? (X hissə)

IX hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

Nyu-York universitetinin professoru Robert Allenin Abu-Dabidə çıxışı

Problem baxın, nədədir: bir işçiyə düşən istehsalın həcmi böyüyür, əhəmiyyətli bir iqtisadi dirçəliş var, ancaq, orta əməkhaqqı demək olar ki dəyişməz qalır və əmək gəlirlərinin ümumi gəlirdəki payı azalır. Burada biz belə bir təsviri görürük: 1970-ci illərə kimi bir işçiyə düşən məhsuldarlıq yüksəlirdi, əməkhaqqı da az və ya çox sinxron olaraq artırdı. O vaxtdan bəri böyük bir fərq müşahidə olunur: bir işçiyə düşən məhsuldarlıq hələ də sürətlə artırdı, lakin, orta əməkhaqqı çox zəif bir şəkildə yüksəlirdi və nəticədə 1970-ci ildə milli gəlirdəki əmək gəlirinin payı 56% idi. İndi isə o, 46 faizə kimi aşağı düşüb.

Üstəlik, əməkhaqqı bərabərsizliyi də artmışdı. Bu, xüsusilə də “idarəetmə və ya nəzarət ilə məşğul olmayan istehsal işçiləri” haqqında danışarkən, sənaye inqilabına bənzəyir. Bu zavod fəhlələri və xidmət sahəsinin işçiləridir. Bu, işçi qüvvəsinin təxminən yarısıdır və 1970-ci illərdən bəri onların payı dəyişməyibdir, heç bir artım da yoxdur.

Digər yarısı – menecerlər və mütəxəssislərdir ki, onların maaşları sürətlə artırdı. Menecer və mütəxəssislərin orta əməkhaqqıları arasında elə də böyük fərq yox idi. Amma indi onlar zavod operatorları və xidmət işçilərindən qat-qat çox qazanırlar.

Bu əməkhaqqı dəyişiklikləri məşğulluqda baş verən dəyişikliklər ilə bağlıdır. Menecerlərin və mütəxəssislərin sayı, eləcə də ümumi işçi qüvvəsində onların payı əhəmiyyətli dərəcədə artmışdı. Orta ixtisas sahəsində çalışan işçilərin payı azalıb və xidmət sahəsində çalışan işçilərin sayı isə xeyli artıb (mən xadimələr, kuryerlər, ofisiantlar, avtodayanacaqlarda xidmət göstərən personal, aşpazlar, mühafizəçilər, satıcılar, tibb bacıları, müxtəlif növ köməkçi və s. bu kimi insanları nəzərdə tuturam).

Məşğulluqdakı bu dəyişikliklər istehsalın geriləməsi ilə əlaqələndirilir. 1850-ci ildən bu günə qədər Amerika emal sənayesində məşğul olanların ümumi sayı yüksəliş yaşayıb və indi isə azalır. Mən XIX əsrin ortalarından 1970-1975-ci illərə qədər olan istehsal sektorunun inkişafından danışdım. 1930-cu illərdəki Böyük depressiya zamanını çıxmaq şərtilə bu, demək olar ki, fasiləsiz olaraq yuxarıya yüksəliş idi. 1970-ci ildən isə kəskin aşağı dönüş baş verdi. Sənətkarlıq, fabriklərdə işçilər – bu iş yerləri sadəcə yoxa cıxırdı, onları mağazalarda, restoranlarda və s. yerlərdə adamlar əvəz edirdi.

Bu niyə baş verirdi? Səbəbi qloballaşmadırmı? Məsələn, bu gün bir çoxları Çin ixracını ittiham edir. O, son 20 ildə vacib idi, lakin, emal sənayesində məşğulluğun azalması hələ bundan əvvəl, 1960-cı illərdə başlamışdı. Özü də bu, heç bir idxalla bağlı deyildi.

Digər tərəfdən, sənaye bölgüsünə baxsanız, ABŞ-da idxal nəticəsində tamamilə məhv edilmiş bəzi sahələrin olduğunu görərsiniz: dəri məmulatları, ayaqqabı, toxuculuq malları, geyim və s. – bu məhsulların 90%  indi xaricdən gətirilir, halbuki əvvəllər hər şey ölkə daxilində istehsal olunurdu. Digər tərəfdən, metallurgiya, elektrik avadanlığı, kağız istehsalı, poliqrafiya kimi sahələr bəzən idxal analoqu olmayan və ya cüzi həcmi (10% – dən az) olan sahələrdir, məşğulluğun azalması isə 50-75%-ə çatır.


XI hissəyə nəzər yetirin


Kapital Bank-ın “Dəyərli Kapitalı” 4000-ə çatır

posted in: Xəbər | 0

Ölkənin maliyyə qurumları arasında ən böyük işəgötürən olan Kapital Bank-da hazırda 4000 nəfərə yaxın əməkdaş çalışır. Əməkdaşlarının inkişafına, iş şəraitinin yaxşılaşdırılmasına töhfə vermək üçün bank daim müxtəlif yeni proqramlar və layihələr həyata keçirir. 2020-ci ildən başlayaraq pandemiya ilə əlaqədar məsafədən iş rejimində fəaliyyət dünyada olduğu kimi Azərbaycanda da sürətlə yayılmağa başladı. Kapital Bank da bu tendensiyada kənar qalmadı. Bankın aidiyyəti strukturları tərəfindən çevik şəkildə məsafədən iş rejiminə keçid planı hazırlandı və ən qısa zamanda tətbiq olundu. İşçilərin sağlamlığının qorunmasına yönələn bu addım nəticəsində Kapital Bank-ın baş ofis əməkdaşlarının 80%-i məsafədən iş rejiminə keçdi, filial əməkdaşları isə növbəlilik prinsipi ilə 50% olaraq işə çıxdı.

Bir müddət sonra məsafədən işin effektivliyi ilə bağlı təhlillər edildi. Nəticələrdən bəlli oldu ki, məsafədən iş kifayət qədər üstünlüklərə malikdir. Kapital Bank bu rejimin uzunmüddətliliyi barədə düşünməyə və bu istiqamətdə addımlar atmağa başladı. Hazırda bankda ənənəvi iş yeri və iş vaxtı anlayışlarına tam fərqli yanaşılır. Baş ofis əməkdaşlarına məsafədən iş rejimi üzrə hibrid iş modeli təklif edilir. İş funksiyaları nəzərə alınmaqla, əməkdaşlar birbaşa rəhbərləri ilə öncədən razılaşıb, növbəlilik prinsipi ilə həftə ərzində müəyyən günlərdə ofisdən, müəyyən günlərdə isə məsafədən çalışa bilirlər. İşçilərin əmək hüquqlarında, müqavilələrində, əməkhaqqılarında heç bir dəyişiklik olmayıb.

Əməkdaşların inkişafı Kapital Bank üçün əsas prioritetlərdəndir. Bu prosesə daha sistemli yanaşmaq məqsədilə 2018-ci ildə İnsan Kapitalı Akademiyası yaradıldı. İnsan Kapitalı Akademiyasının təsis olunması və onun geniş fəaliyyəti işçilərin davamlı inkişafının bank üçün nə dərəcədə vacib olduğunu vurğulayır, Kapital Bank-ın daim inkişaf edən və “öyrənən” bank olduğunun nümayiş etdirir.

Artıq 1 ildir ki, Kapital Bank “iSpring Learn” beynəlxalq platformasından fəal istifadə edir. Bu platformaya çoxsaylı video və təlimatlar, həmçinin onlayn kurslar əlavə edilib. 2021-ci il ərzində platformada əməkdaşlar tərəfindən 18 000-dən artıq kurs və təlim tamamlanıb. Platforma tam olaraq Azərbaycan dilinə tərcümə edilib ki, bu da istifadəçilər üçün rahat naviqasiya imkanı yaradır. Canlı təlimlər istiqamətini də davam etdirən Kapital Bank, bankdaxili və bankdan kənar ekspertlərlə birgə müxtəlif vəzifələrdə çalışan, komandaya yeni qoşulan və ya artıq uzun illərdir ki, Kapital Bank-da işləyən “Bank işi”, “Liderlik və İdarəetmə”, “Agile yanaşmalar”, “Data analitika”, “Davranış” və digər peşəkar bacarıqlar üzrə təlim sessiyaları təşkil edir.

Həmçinin, 2018-ci ildən etibarən Kapital Bank müxtəlif strukturlarında profillərə uyğun işçi yetişdirilməsi layihəsinə start verib. Könüllü təcrübə proqramında 500 nəfərə yaxın insan iştirak edib. Onlardan təxminən 100 nəfəri müxtəlif vakansiyalar üzrə Banka işə qəbul olunub.

Peşəkar kadrların yetişdirilməsinə böyük önəm verən Kapital Bank bu istiqamətdə də bir sıra layihələr həyata keçirir. Müasir texnologiyaların və İT sahəsinin inkişafı üzrə də 2020-ci ilin sonlarından “BirCode” layihəsi çərçivəsində artıq “Backend”, “Frontend” və “Mobile” istiqamətləri üzrə 2 qrup developer yetişdirilib. Birinci qrupdan 27 nəfərdən 26 nəfəri, 2-ci qrupdan isə 13 nəfərin hamısı Kapital Bank-da işlə təmin olunub. Hazırda 3-cü qrup üzrə 15 nəfər devoloper yetişdirilməsinə başlanılıb. Paralel olaraq bu ilin may ayından “Bizdən biri” layihəsinə start verilib və ümumilikdə layihəyə cəlb olunan 89 nəfərdən 28-i işlə təmin olunub, 35 nəfər isə təcrübəsini davam etdirir.

Kapital Bank ölkənin bir sıra ali məktəbləri ilə də əməkdaşlıq edir. Bu il ADA Universiteti ilə karyera həftəsi, UNEC –Kapital Bank karyera ayı kimi tədbirlər keçirilib. Bundan başqa PAŞA Holdinq-in  reallaşdırdığı “Career Fair” layihəsində də fəal iştirak edib. 2021-ci ilin ən vacib layihələrindən bir isə ADNSU-da rəqəmsal tələblərə tam uyğun olan Kapital Bank otağının istifadəyə verilməsi olub.

Hazırda Kapital Bank-da Agile transformasiya layihəsi çərçivəsində bir sıra müasir yeniliklər tətbiq olunub. Belə ki, əməkdaşlar sərbəst və çevik iş rejimində fəaliyyət göstərirlər. Həmçinin, artıq bir neçə ildir ki, Kapital Bank-ın baş ofisi üçün dress-kod tələbi ləğv olunub və bununla da əməkdaşlar sərbəst geyimdə işə gəlməklə yanaşı, müasir, rəngarəng ofislərdə daha rahat işləyə bilirlər.

Kapital Bank əməkdaşları sıralarına qoşulmaq istəyənlər üçün hazırda 300-dək aktiv vakansiyalar mövcuddur. Müxtəlif vakansiyalar üzrə namizəd olmaq istəyən şəxslər www.hr.kapitalbank.az portalına daxil olmaqla, mövcud vakansiyalarla tanış ola bilərlər. Əgər Siz də karyeranıza Kapital Bank-da başlayıb və ya davam etdirib, əsl peşəkar olaraq inkişaf etmək istəyirsinizsə, portala daxil olub özünüzə şəxsi kabinet yaradıb, yeniliklərdən birinci xəbər tuta bilərsiniz.


Dünyanın ən qeyri-adi bankomatları (II hissə)

posted in: Xəbər | 0

Bankomatların mənbəyi öz başlanğıcını 1960-cı illərdə yapon firmaları öz kredit kartlarını daxil edən müştərilərə 5% dərəcəsi ilə üç aylıq borc verməyə başladığı vaxtdan götürməyə başlayıb, ABŞ bankirləri bankograph-ı işə saldılar, ingilis müəssisələri isə London sakinlərinə nağd pulun verilməsi üçün tam dəyərli aparat təqdim etdilər.

Müştərilərin bankomatlara ümumi başlıca tələbatı – banknotlarla ödəniş etmək üçün nağd pulların həmin aparatlardan çəkilməsini təmin etmək zərurətidir. Lakin belə bir aparatdan istifadə edərkən mövcud olan xidmətlərin tam çeşidi düşünməyə alışdığımızdan daha geniş ola bilər. Bu yazıda sizə qeyri-adi  bankomatlar və onlarda aparıla bilən əməliyyatların reytinqini təqdim edirik. Dünyada ən qeyri-adi bankomatlar hansılardır? → I hissəyə nəzər yetirin

Kitab bankomatları

İnsanları daha çox kitab oxumağa həvəsləndirmək üçün, Mərkəzi Çinin şəhər dairəsində yerləşən Quandun əyalətində böyük bir bölgə olan Dunquanyanın ictimai kitabxanası ilk kitab bankomatını qurmağa qərar verib.

Aparatın kart sahiblərinin iş saatları və ya coğrafiyası ilə bağlı heç bir məhdudiyyəti yoxdur, lakin bu, bir qayda olaraq, xəstəxanalar, meydanlar və ya hətta sadəcə yaşayış sahələri kimi ictimai ərazilərdə yerləşir. Bankomatlar istifadəçi üçün intuitiv interaktiv rəqəmsal kitabxana ilə təchiz edilib və biliklərə can atan müştərilərə sutka ərzində informasiya xidmətləri göstərir.

1 809 810 811 812 813 814 815 2. 703