Dünyanın ən qeyri-adi bankomatları (I hissə)

posted in: Xəbər | 0

Bankomatların mənbəyi öz başlanğıcını 1960-cı illərdə yapon firmaları öz kredit kartlarını daxil edən müştərilərə 5% dərəcəsi ilə üç aylıq borc verməyə başladığı vaxtdan götürməyə başlayıb. ABŞ bankirləri bankograph-ı işə saldılar, ingilis müəssisələri isə London sakinlərinə nağd pulun verilməsi üçün tam dəyərli aparat təqdim etdilər.

Müştərilərin bankomatlara ümumi başlıca tələbatı – banknotlarla ödəniş etmək üçün nağd pulların həmin aparatlardan çəkilməsini təmin etmək zərurətidir. Lakin belə bir aparatdan istifadə edərkən mövcud olan xidmətlərin tam çeşidi düşünməyə alışdığımızdan daha geniş ola bilər. Bu yazıda sizə qeyri-adi  bankomatlar və onlarda aparıla bilən əməliyyatların reytinqini təqdim edirik. Dünyada ən qeyri-adi bankomatlar hansılardır?
Venesiya bankomatı – orqan

Bizim hit-paradı ənənəvi bankomatlarla müqayisədə nağd pulların çıxarılması zamanı daha yüksək nəticələr göstərən və İtaliyada təqdim edildiyi anda nağd pulların verilməsi üçün nəzərdə tutulan ən qeyri-adi aparat açır. Sözügedən aqreqat 2011-ci ildə, iki ildə bir dəfə Venesiyada keçirilən dünyada ən məşhur incəsənət sərgisi olan 54-cü Venesiya Biennale tədbiri zamanı istismara verilmişdi. İstifadəçi aparatın düymələrini basdığı zaman orqan musiqisi səsi çıxarır və nağd pulların çıxarılması əməliyyatı başa çatdıqda yenə də melodiya səslənir. Bəzi məlumatlara görə, melodiyanın müddəti kart sahibinin bank hesabında olan vəsaitinin həcmindən asılı olaraq dəyişsə də, səlahiyyətli şəxslər belə şayiələri təkzib etmişlər.

Qurbanlıq kəsimi üçün keçilər “verən” bankomatlar 

2006-cı ildə İndoneziya bankları imkanlı yerli sakinlərdən olan müştərilərinə, kasıblara ət şəklində ianələr etməsini yerinə yetirmək üçün qurban kəsməkdən ötrü heyvanlar almağı təklif edib. Keçi, qoyun və ya inəklərin qurbanlıq kəsimləri müsəlmanların Qurban bayramı ərəfəsi üçün nəzərdə tutulmuşdu. Bazara getmək və qurban kəsmək üçün heyvan axtaran, lakin buna zamanı çatmayan indoneziyalı imkanlı şəxslərə, pul ianələrini üzərində kəsilmiş keçi və ya inək təsviri olan bankomatlar vasitəsilə etmək təklif olunmuşdu və həmin ətin yoxsul insanlara çatdırılmasını təşkil edəcəklərini bildirmişdilər.

Qızıl verən bankomatlar

Bankomatda pul vəsaiti əvəzinə qızıl almaq istəyən insanlar üçün Almaniyanın “TG Gold Super Markt” korporasiyası müştərilərə təmiz qızıldan hazırlanmış əşyaları “götürmək” imkanını verən “Gold to Go” bankomatları çeşidini hazırlayıb istifadəyə vermişdir. İlk belə aparat Əbu-Dabidə yerləşən “Emirates Palace” mehmanxanasının hollunda quraşdırılmışdır. Bankomatda 320 qızıl əşya, o cümlədən 10 qramlıq külçələr və qızıl sikkələr var. 2010-cu ildə şirkət ABŞ-ın Florida ştatının Boca bölgəsində qızıl çıxarmaq üçün ilk bankomat quraşdırılmışdı. Müştərilər nağd şəkildə və ya plastik kartla ödənişlərini hər 10 dəqiqədən bir bankomat tərəfindən yenilənən cari valyuta məzənnəsinə əsasən həyata keçirə bilərlər.


II hissəyə nəzər yetirin


Avans ödənişi zamanı ƏDV məbləği ödənilməzsə, cərimə tətbiq edilirmi?

posted in: Xəbər | 0

Bir çox mühasibləri maraqlandıran suallardan biri – qabaqcadan avans olaraq banka daxil olmuş ƏDV-siz məbləğin ƏDV öhdəliyini yaradıb-yaratmamasıdır. Digər bir sual isə avans ödənişi zamanı ƏDV məbləği ödənilmədikdə, cərimənin tətbiq olunub-olunmaması ilə bağlıdır. Mövzunu iqtisadçı ekspert Mahmud Abasquliyev misallarla şərh edib.

“MM” şirkəti 30.04.2021-ci il tarixdə 10.000 AZN dəyərində məbləği mal alışı üçün qabaqcadan “RR” MMC-nin bank hesabına avans olaraq ödəyir. Ancaq “MM” şirkəti əsas məbləğlə yanaşı ƏDV-ni (10000*18%=1800 AZN) “RR” MMC-nin Depozit hesabına ödəmir. “RR” MMC tərəfindən malların “MM” şirkətinə təhvil verilməsi 30.10.2021-ci ildə nəzərdə tutulub. Sual meydana çıxır: Bu halda “MM” şirkətini maliyyə sanksiyası gözləyirmi və ƏDV-siz daxil olmuş məbləğə görə “RR”MMC-nin ƏDV öhdəliyi yaranırmı?

Öncəliklə onu deyim ki, malların (iş və ya xidmətlərin) dəyəri malların təqdim edildiyi vaxtadək ödənildiyi halda malların (iş və xidmətlərin) təqdim edilməsinədək ƏDV məbləğinin əsas məbləğdən gec ödənilməsinə görə maliyyə sanksiyası nəzərdə tutulmamışdır. Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən, bu Məcəllənin 175.1.3-cü maddəsinə müvafiq olaraq Məcəllənin 175.8-ci maddəsində göstərilən vergi ödəyicisi tərəfindən təqdim edilmiş malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə vergi ödəyicisinə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Buna əsasən, alınmış avansa görə vergi ödəyicisi tərəfindən mallar (iş və xidmətlər) təqdim edildikdən sonra həmin malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə vergi ödəyicisinə Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən, vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Yuxarıda qeyd olunan nümunə üzərindən yanaşsaq, “MM” şirkəti tərəfindən qabaqcadan avans olaraq ödənilən ƏDV-siz məbləğə görə maliyyə sanksiyası yaranmayacaqdır. Ancaq malların təqdim edildiyi gün ƏDV məbləğini ödəmədiyi halda artıq “MM” şirkətinə Vergi Məcəlləsinin 58.6 maddəsinə əsasən ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq ediləcəkdir.

Qabaqcadan avans olaraq banka daxil olmuş ƏDV-siz məbləğin ƏDV öhdəliyini yaradıb-yaratmaması məsələsinə gəlincə isə, bir cox vergi ödəyicisi və mühasiblər qabaqcadan avans olaraq banka daxil olmuş ƏDV-siz məbləğin ƏDV öhdəliyini yaratdığını düşünürlər. Səbəb olaraq da Vergi Məcəlləsinin 166.6-cı maddəsini istinad gətirirlər. Vergi Məcəlləsində hər bir fəslin qanunvericilik üzrə öz tələbi var. Avans məsələsinə keçmədən öncə Vergi Məcəlləsində Əlavə Dəyər Vergisi fəslinin bəzi maddələrinin anlayışlarına nəzər yetirək. Vergi Məcəlləsinin 153-cü və 159-cu maddələri ona istinad edir ki, ƏDV öhdəliyinin yaranması üçün malların və ya idxalın təqdim edilməsi əsas şərtdir. Vergi Məcəlləsinin 166-cı maddəsi ƏDV məqsədləri üçün vergitutma əməliyyatın vaxtını müəyyənləşdirir. Məcəllənin 166.7-ci maddəsinin məqsədləri üçün ödəmə dedikdə, təqdim edilmiş malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin ödənilməsi nəzərdə tutulur.

Məcəllənin 166.6-cı maddəsinə ödəmə malların (işlərin, xidmətlərin) təqdim edilməsinədək həyata keçirildikdə, vergi tutulan əməliyyatın vaxtı ödəmənin həyata keçirildiyi vaxt sayılır. Bu maddədə ödəmə dedikdə yalnız ƏDV məbləğindən bəhs edilir. Bu halda Vergi Məcəlləsinin 153-cü və 159-cu maddələrinin müddəaları yerinə yetirilmədiyindən Vergi Məcəlləsinin 166.7-ci maddəsinin Məcəllənin 166.6-cı maddəsindən heç bir aslılığı yoxdur. Məcəllənin 166.7-ci maddəsi o vaxt hüquqi qüvvəyə malik olur ki, təqdim edilmiş malın ƏDV-siz dəyəri ödənilsin. Bu zaman ƏDV öhdəliyi yaranır. Vergi Məcəlləsinin 166.7-ci maddəsini məcəllənin 166.6-cı maddəsi ilə o zaman əlaqələndirmək olar ki, təqdim edilmiş malların (işlərin, xidmətlərin) yox, təqdim edilməli olan malların, xidmətlərin dəyəri ödənilmiş sayılsın. Burdan aydın olur ki, Vergi Məcəlləsinin 166.6-cı maddəsinə əsasən ƏDV nəzərə alınmadan, mal və xidmət təqdim edilmədən qabaqcadan avans olaraq ƏDV-siz məbləğ (ƏDV ödənilmədən) ödənilərsə, həmin məbləğ ƏDV məqsədləri üçün vergitutma obyekti sayıla bilməz.

Yuxarıda qeyd olunan nümunə üzərindən yanaşsaq, Vergi Məcəlləsinin 166.6-cı maddəsinə əsasən, “RR” MMC-nin bank hesabına qabaqcadan avans olaraq 10.000 AZN və depozit hesabına 1800 manat ƏDV məbləği daxil olsa idi, bu zaman “RR” MMC-nin 1800 manat ƏDV öhdəliyi yaranacaqdı.

Əgər təqdim edilməli mallara və ya xidmətlərə görə ƏDV nəzərə alınmadan “RR”MMC-nin bank hesabına qabaqcadan avans olaraq 10.000 AZN (ƏDV məbləği ödənilmir) daxil olsa, o zaman mal və xidmət təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 153-cü , 159-cu , 166.7-cı maddələrinə uyğun olaraq ƏDV öhdəliyi yaranmır və ƏDV nəzərə alınmadan (ƏDV ödənilmədən) avans olaraq banka ödənilmiş məbləğ ƏDV məqsədləri üçün vergi tutulan əməliyyatların vaxtı sayılmır.

Mənbə: vergiler.az


Bax:


Ağıllı mühasibatlıq – firmaların müvəffəqiyyətinin sirri (I hissə)

posted in: Xəbər | 0

Mühasiblərin keyfiyyətli xidmətlərinin zəruriliyi

Bu gün istənilən bir təşkilatın hesabatlılıq olmadan  mövcudluğunu hətta təsəvvür belə etmək olmaz. İstisnasız olaraq bütün proseslər kağız və rəqəmsal daşıyıcıda qeyd tələb edir. Bu, xüsusilə hər bir müəssisənin maliyyə komponentinə aiddir. Mühasibat uçotu, məhz onun üçün məsuliyyət daşıyır. Onun köməyi ilə şirkətdə müəyyən mənbələrin mövcudluğuna və lazımi sənədlərdə, xüsusən xərc və gəlirlərin davamlı olaraq təyin edilməsinə nəzarət edilir.

Müəssisədə mühasibat uçotunun düzgün təmin edilməsi hər bir rəhbərin prioritet vəzifəsi olmalıdır. Firmanın işinin aşağıdakı sahələrini təmin edən bu funksionallıqdır:
  • əməkdaşların əməkhaqlarının hesablanması;
  • vergilərin ödənilməsinin həyata keçirilməsi;
  • bank strukturları ilə əməkdaşlıq;
  • əsas vəsaitlərin mövcudluğunu təmin etmək;
  • maliyyə nəticələrinin yekunlaşdırılması və b.

II hissəyə nəzər yetirin


Biznes barədə maraqlı faktlar (III hissə)

posted in: Xəbər | 0

Biznes barədə maraqlı faktlar (III hissə)

I hissəyə nəzər yetirin

  • Satılan hər bir cüt ayaqqabı üçün hansı ayaqqabı şirkəti yoxsul ailələrdən olan uşaqlara daha bir cüt hədiyyə verir?

Amerikalı sahibkar Bleyk Maykoski, Argentinada istirahətdə olarkən, yoxsul ailələrdən olan bir çox uşaqların küçədə ayaqyalın gəzməsi ilə qarşılaşmışdı. Bu fakt ona yeni bir layihə üçün bir ideya vermişdi: növbəti bir xeyriyyə fondu yaratmaq əvəzinə o, “Toms Shoes” ayaqqabı istehsalı üzrə müəssisə təşkil etdi. Ayaqqabıların dizaynı üçün isə o, ənənəvi Latın-Amerikası tipində toxunmuş alparqat sandalını seçmişdi. 2006-cı ildə istehsal başlanandan “Toms” markası qaydalara ciddi şəkildə riayət edir: Satılan hər bir cüt ayaqqabıya görə, şirkət bütün dünya ürə yoxsul ailələrdən olan uşaqlara daha bir cüt ayaqqabı hədiyyə edir. Hələ 2012-ci ildəki vəziyyətə görə, 25 ölkədən olan milyondan çox uşaq hədiyyə kimi Toms ayaqqabıları almışdı.

  • “Apple” şirkəninin neçə qurucusu olub?

Məlumdur ki, Apple şirkətini Stiv Cobs və Stiv Voznyak təsis ediblər. Lakin 10 faiz paya malik Ronald Ueyn adında daha bir təsisçi də olubmuş, amma, o, öz payını Stiv Cobs və Stiv Voznyaka 800 dollara satıbmış.

  • Qardaşların mübahisəsi səbəbindən hansı iki idman ayaqqabıları şirkəti yaranıb?

1924-cü ildə Adolf və Rudolf Dassler qardaşları tez bir zamanda idman ayaqqabıları istehsalında dünya liderlərindən birinə çevrilən bir firmanı yaratmışdılar. Amma İkinci Dünya müharibəsindən sonra onların arasında mübahisə yaranmış və nəticədə şirkət iki yerə bölünmüşdü. Adolf öz şirkətinin adını “Adidas” (Adi Dasslerdən), Rudolf isə – “RuDa” (Rudi Dasslerdən) adlandırmışdı, bir qədər sonra isə o, şirkətinin adını “Puma” olaraq dəyişdirmişdi. Bu şirkətlərin yerləşdiyi alman şəhərciyi bu günə kimi iki yerə bölünüb, sakinləri də bir-birlərini heç sevmirlər.

  • Hansı məşhur kosmetoloq Ryazanda özünün ilk mağazasını açıb?

“Max Factor” – dünyaca məşgur kosmetika şirkətini 1877-ci ildə Polşada anadan olmuş Maksimilian Faktoroviç təsis edib. O vaxt Polşa Rusiya imperiyasının bir hissəsi hesab olunurdu. O, özünün ilk mağazasını Ryazan şəhərində açmışdı, tədricən çar ailəsinin tədarükçüsü statusuna yiyələnmişdi, 1904-cü ildə isə ABŞ-a mühacirət etmişdi.


1 812 813 814 815 816 817 818 2. 703