Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən hallar

posted in: Xəbər | 0

Vergi qanunvericiliyinin pozulması, Vergi Məcəlləsi, fərdi sahibkar, maliyyə sanksiyası, sanksiya, Vergidən azad, Vergi Məcəlləsi 168, vergi məcəlləsi 102.2.5 maddəsi, Vergi qanunvericiliyi, Vergi qanunvericiliyinin pozulması, Elektron qaimə-faktura, Sadələşdirilmiş vergi, fiziki şəxs, xidmət haqqı, VÖEN, zərər, gəlir vergisi, Ezamiyyə norması, Vergi borcları, Vergi ödəyicisi, Vergi ödəyicisimalların uçotu, azadolmalar, vergi güzəştləri, mükafatdan vergi, Vergi güzəşti, təsisçi, Borc məbləğləri, Zərərin keçirilməsi, Zərər, Kameral uyğunsuzluq məktubları, Kameral uyğunsuzluq məktubu, Hüquqi şəxs, nizamnamə kapitalı, əsas vəsaitlər, 57.1 və 58.1-1-ci maddələrin fərqi, vergi ödəyicilərinin mənfəəti, sənədlər, Təmir xərcləri, malların təqdim edilməsi, Xidmətlərin göstərilməsi, Vergi Məcəlləsində dəyişiklik, vergi uçotu, daşımalar, Ödəmə mənbəyində vergi, Vergi elementləri, vergi məcəlləsi, qayda pozuntusu, icra, Nağdsız hesablaşmalar?Sadələşdirilmiş vergi, qayda pozuntusu, təmir xərcləri, vergi ödəyicisinin vergi öhdəliyi, maliyyə dəstəyi, Pandemiya, Vergi Məcəlləsi, Vergi ödəyiciləri, Ezamiyyə xərci, vergi borcu, vergi mükəlləfiyyəti, koronavirusla bağlı fəsil, Vergi Məcəlləsi, vergitutma, Mənfəət vergisi üzrə güzəşt, debitor borclar üzrə – iddia müddətinin bitdiyi vaxt, , maliyyə sanksiyası, Vergi Məcəlləsi, Gəlir vergisi, 102.2.5 maddəsi, 102.2.5 maddəsindəki güzəşt, güzəşt hüququ, satış, fərqlənmə nişanı, EDV, güzəşt, Vergi Məcəlləsi, xərcin çəkilməsi, kassa, vergi mecellesi, Vergi Məcəlləsi, mal, nağd,ÖMV, ƏDV,Əsas vəsaitlər, MMC-nin satılması,Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən hallar hansılardır?

– Vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması;

– Vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunda şəxsin təqsirinin olmaması;

– Vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunu törədən fiziki şəxsin həmin əməl törədildiyi ana məsuliyyətə cəlb edilmə yaşına çatmaması.

– Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb etmə müddətinin qurtarması.

Əsaslandırma: Vergi Məcəlləsinin 54-cü maddəsi

Mənbə: taxes.gov.az


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Rusiyada ən çox maaş verilən vəzifələr məlum olub

posted in: Xəbər | 0

Sahibkarların hüquqlarının müdafiəsi üzrə Rusiya prezidenti yanında müvəkkil Boris Titov, “RIA Novosti” agentliyinə ölkədə ayda bir milyon rubldan çox maaş almağın mümkün olduğu vəzifələri açıqlayıb. Onun sözlərinə görə, bu məbləğdə gəlirə iri şirkətlər və monopoliyaların top-menecerlərində, eləcə də xaricdə işləyənlərdə rast gəlinir.

“Rosstatı”ın məlumatına görə, Rusiyada 17 104 nəfər bir milyon rubldan çox əməkhaqqı alır. Onların arasında 9167 nəfər bir milyondan – bir milyon yarıma kimi, 5326 nəfər – bir milyon yarımdan üç milyon rubla kimi və 2609 nəfər – üç milyon rubldan çox maaş alırlar.

“Bir milyon rubl – bu, 12 min dollar edir. Avropa ölkələri və ABŞ standartlarına görə, bu bir o qədər də çox deyil. Hər şey nisbidir. Bu adamların arasında çoxsaylı xaricdə işləyənlər və əlbəttə ki, bizim monopoliyalar və iri biznes var. Yüksək vəzifələr – bu həm böyük məsuliyyətdir, həm də ixtisas deməkdir, inanın ki, heç bir biznes sahəsi və heç bir dövlət boş yerə çox pul təklif etməz, buna görə də belə maaşların olduğu sahələrdə bu, haqlı bir səviyyədir”, – Titov belə qeyd edib.

“Rosstat”ın məlumatına görə, bu cür maaşlara emal sənayesi, topdan və pərakəndə ticarət, maliyyə və sığorta fəaliyyətində, eləcə də elmi və texniki, informasiya və rabitə sahəsində rast gəlmək olur.

“Maaşların çox diqqətlə yoxlanılması lazım gələn sahələr – bu, infrastruktur monopoliyalarıdır. Biz uzun illərdir deyirik ki, inhisarçılarımızın xərclərinin optimallaşdırılması üçün ehtiyatlar var, bunun hesabına sənaye və əhali üçün tariflər nəinki artmamalı, hətta azaldılmalıdır. Bax, burada əməkhaqqının əsaslandırılmasını, necə deyərlər, əldə lupa ilə ölçmək lazımdır”, – ombudsman söyləyib.

O qeyd edib ki, top-menecerlər istənilən halda yaxşı pul qazanmalıdırlar, amma, eyni zamanda inhisarçılıq siyasətinin qalan iqtisadiyyata necə təsir göstərdiyinə diqqət yetirmək lazımdır.

Bundan əvvəl Plexanov adına Rusiya iqtisadiyyat universitetinin statistika kafedrasının dosenti Olqa Lebedinskaya vətəndaşa firavan həyat üçün nə qədər pul lazım olduğunu söyləmişdi. Əgər aprel ayında 45 yaşlı vətəndaşlar ayda 195 min rubl (2671 ABŞ dolları) almalı idilərsə, inflyasiya nəzərə alınmaqla sentyabr ayında bu məbləğ 205-210 min rubla (2808-2876 dollar) yüksəlib.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Kommersiya və publik hüquqi şəxslərin məlumat dəyişikliyi ilə əlaqədar yerinə yetirilməli prosedurlar

posted in: Xəbər | 0

Kommersiya və publik hüquqi şəxslərin aşağıdakı məlumatları dəyişərkən dövlət qeydiyyatına alınması üçün müraciət olunmalıdır:

– Kommersiya və publik hüquqi şəxsin adı, rəhbərinin adı, soyadı, atasının adı, hüquqi ünvanı, təşkilati-hüquqi forması, maliyyə ili;

– Təsis sənədlərində – hüquqi şəxsin nizamnaməsində və onun idarəetmə orqanlarının formalaşdırılması barədə qərarlarındakı məlumatlar;

– Hər bir təsisçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri, təsisçi hüquqi şəxsdirsə, onun adı, hüquqi ünvanı və qeydiyyatı haqqında, təsisçi dövlət olduqda təsisetmə səlahiyyəti verilmiş dövlət orqanının adı, hüquqi ünvanı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (olduğu halda), təsisçi bələdiyyə olduqda – bələdiyyənin adı, hüquqi ünvanı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi;

– Hər bir qanuni təmsilçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri;

– Kommandit ortaqlığında – hər bir kommanditçinin mayasının miqdarı;

– Məhdud məsuliyyətli cəmiyyətdə və ya səhmdar cəmiyyətində – nizamnamə kapitalının miqdarı, hər bir təsisçinin mayasının miqdarı, direktorlar şurası (müşahidə şurası) yaradıldığı halda, onun hər bir üzvünün adı, soyadı, atasının adı və yaşayış yeri;

– Publik hüquqi şəxsdə – nizamnamə fondunun miqdarı, təsisçi tərəfindənverilmiş əmlakın miqdarı, direktorlar şurası (müşahidə şurası) yaradıldığı halda, onun hər bir üzvünün adı, soyadı, atasının adı və yaşayış yeri.


 Əlavə Dəyər Vergisi üzrə nəzəri və praktiki təlim


Kommersiya və publik hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də hüquqi şəxslərin dövlət reyestrində qeydə alınmış faktlarının hər bir sonrakı dəyişikliyinin qeydiyyata alınması üçün dəyişikliyin baş verdiyi andan 40 iş gündən gec olmayaraq “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında” və ya “Publik hüquqi şəxsin qeydiyyatı haqqında” ərizə ilə müraciət edilməlidir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Kommersiya və publik hüquqi şəxsin nizamnaməsindəki məlumatlarda baş vermiş dəyişiklik faktının dövlət qeydiyyatına alınması zamanı – ərizə, təsisçinin (təsisçilərin) qərarı, nizamnaməyə dəyişiklik, təsisçi dəyişikliyi zamanı yeni təsisçinin (təsisçilərin) şəxsiyyətini təsdiq edən sənəd, hüquqi ünvan dəyişikliyi zamanı yeni hüquqi ünvanı təsdiq edən sənəd və ərizə səlahiyyətli şəxs tərəfindən təqdim olunduqda onun səlahiyyətini təsdiq edən sənəd təqdim olunur.

Dövlət reyestrində qeydə alınmış faktların sonrakı dəyişikliyinin qeydiyyata alınması zamanı – ərizə, təsisçinin (təsisçilərin) qərarı, idarəetmə orqanlarının tərkibində (rəhbəri, idarə heyətinin və müşahidə şurasının üzvlərində) dəyişiklik olunduqda həmin şəxslərin şəxsiyyətini təsdiq edən sənəd və ərizə səlahiyyətli şəxs tərəfindən təqdim olunduqda onun səlahiyyətini təsdiq edən sənəd təqdim olunur.

Dəyişiklik barədə 40 iş günü müddətində qeydiyyat orqanına müraciət olunmaması İnzibati Xətalar Məcəlləsinin 405-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

Kommersiya və publik hüquqi şəxslərin adının dəyişdirilməsi faktının dövlət qeydiyyatına alınması zamanı qeyd olunan sənədlərlə yanaşı həmin hüquqi şəxslərin möhürü və şəhadətnaməsi qeydiyyat orqanına təhvil verilməlidir. Möhür itirildiyi halda bu barədə mətbuatda dərc edilmiş elan və onun tapılmaması haqqında Daxili İşlər Nazirliyi tərəfindən verilmiş arayış təqdim edilməlidir.

Dəyişiklikliyin dövlət qeydiyyatına alınmasından imtina olunan hallar

Təqdim olunmuş sənədlər Azərbaycan Respublikasının Konstitusiyasına, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanuna və digər qanunvericilik aktlarına zidd olduqda, Ərizədə göstərilən məlumatlar və (və ya) ona əlavə edilən sənədlər yanlış olduqda dəyişiklikliyin dövlət qeydiyyatına alınmasından imtina olunur. Təqdim olunmuş sənədlər qanunvericiliyin tələbinə zidd olmadıqda qeydiyyat orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır.

Müraciət olunmadan dövlət qeydiyyatına alınan dəyişikliklər

Kommersiya qurumları və publik hüquqi şəxslər üzrə aşağıdakı məlumatlar birbaşa Dövlət Vergi Xidmətinin qeydiyyat strukturları tərəfindən əldə edilərək qeydiyyata alınır:

• Azərbaycan Respublikasının Prezidentinin və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin aktları ilə təsis sənədlərində və qeydə alınmış faktlarda edilmiş dəyişikliklər;

• Qeydə alınmış faktlarda şəxslərin şəxsiyyətini təsdiq edən sənədlərdəki məlumatlarda dəyişikliklər.

Dövlət mülkiyyətli və ya dövlətin iştirakı ilə yaradılmış hüquqi şəxslərin təsis sənədlərində və qeydə alınmış faktlarındakı dəyişikliklər Azərbaycan Respublikasının Prezidentinin və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin aktları əsasında, Azərbaycan Respublikası vətəndaşlarının şəxsiyyətini təsdiq edən sənədlərdəki məlumatlar Daxili İşlər Nazirliyindən və Dövlət Miqrasiya Xidmətindən onlayn rejimdə əldə olunmuş məlumatlar əsasında 5 gün müddətində Dövlət Vergi Xidmətinin qeydiyyat strukturları tərəfindən qeydiyyata alınır.

Mənbə: vergiler.az


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Mülki geyimdə vergi nəzarəti həyata keçirilə bilərmi?

posted in: Xəbər | 3

Təcrübədə ara-sıra görürük ki, əsas etibarilə ticarət və ictimai iaşə obyektlərinə, eləcə də bəzi xidmət obyetlərinə adi vətəndaş geyimində daxil olmuş şəxs və ya şəxslər vergi orqanından gəldiyini və qanun pozuntusu aşkarladıqlarını bildirirlər. Bu hal sahibkarlar tərəfindən gözlənilməz və sevilməyən haldır. Bəs bunun qanuni əsası varmı? Mövzunu mühasibat mütəxəssisi İlqar Əsədov şərh edir:

İlk növbədə bilməliyik ki, Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanının hüquqlarına aiddir. Sözügedən hal operativ vergi nəzarəti tədbirlərinə aiddir. Bu nəzarət tədbirləri çərçivəsində vergi orqanı vergi ödəyicilərində qanunvericiliyə riayət edilməsi ilə bağlı bir sıra meyarlar üzrə nəzarət keçirmək funksiyasına malikdirlər. Onlardan bir neçəsini sadalayaq:

– Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması,

– Valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi və valyuta sərvətlərinin ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb-satılması və ya dəyişdirilməsi faktlarının aşkar edilməsi,

– Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi,

– İstehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi,

– “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 17-ci maddəsinə uyğun olaraq POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılması hallarına nəzarət edilməsi və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi bu məqsədlərdən biridir.


 Əlavə Dəyər Vergisi üzrə nəzəri və praktiki təlim


Nəzarət tədbirləri yuxarıda sadalanan məqsədlərlə məhudlaşmır, lakin bunlar daha tez-tez rast gəlinən məsələlərdir.

Məsələn, vergi orqanı nəzarət tədbirləri çərçivəsində sizin əhaliyə çek verib vermədiyinizi, yəni əslində satışınızı rəsmiləşdirib rəsmişləşdirmədiyinizi aşkarlamaq üçün adi vətəndaş geyimində təsərrüfat obyektinizə daxil olur, sizdən mal alır və siz ona çek təqdim etmədikdə xidməti vəsiqəsini göstərərək əslində vergi orqanı əməkdaşı olduğunu və sizi yoxladığını sizə bildirir. Vergi orqanı əməkdaşlarının bu cür mülki geyimdə nəzarət tədbiri keçirmələri tam şəkildə qanuna uyğundur. Belə ki, bir sıra önəmli məsələlərə nəzarət məxfilik tələb edir, əks halda gözlənilən nəticələri əldə etmək mümkün olmazdı. Bu səbəblə Vergi Məcəlləsinin 50.4-cü maddəsində qeyd edilmişdir ki, operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir.

Lakin operativ vergi nəzarəti vergi orqanı əməkdaşlarının şəxsi istəkləri ilə seçmə yolu ilə təsərrüfat subyeklərinə daxil olmaqla deyil, vergi orqanının konkret vergi ödəyicisi barədə qərarı əsasında keçirilir. Elə bu səbəblə də operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir.

Qeyd edək ki, verdiyimiz nümunədə əhali ilə nağd pul hesablaşmaları qaydalarının pozulmasına görə vergi ödəyicisinə:

• Təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində;

• Təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində;

• Təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilə bilər.

Mənbə: vergiler.az


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 828 829 830 831 832 833 834 2. 692