Riskli vergi ödəyiciləri siyahısından necə çıxmalı?

posted in: Vergi, Xəbər | 0

ƏDV, cərimə, EDV,Riskli vergi ödəyiciləri siyahısına düşmək istənilən sahibkar üçün arzuedilməzdir. Bəs bu siyahıdan çıxmaq üçün nə etməli? Mövzunu maliyyə mütəxəssisi Vüqar Mirheydərov şərh edir.

“Onlayn Kargüzarlıq”da poçt qutusunu açıb, orada riskli vergi ödəyicilərinin siyahısına daxil olma barədə bildiriş gördükdə hansı hərəkətlərin edilməli olduğunu nəzərdən keçirək. Əksər hallarda bu, obyektiv səbəbdən baş verir. Yəni siyahılara daxil edilən şəxs özü də çox gözəl bilir ki, bu iş hansı əməliyyata, hərəkətə və ya hərəkətsizliyə görə baş verib. Ona görə də əvvəlcə bu məsələni araşdırmaq lazımdır: hansı meyar üzrə və hansı əməliyyat səbəbindən riskli vergi ödəyicisi sayılmısınız?

Qeyd etmək lazımdır ki, bu səbəb riskli vergi ödəyicisi siyahısına daxil olduğunuz barədə məktubda qeyd edilməlidir.

Hadisə barədə şirkət rəhbərliyinə məlumat verin: şirkət rəhbərliyinin baş verənləri Dövlət Vergi Xidmətindən və ya müqavilə tərəfdaşlarından yox, sizdən eşitməsi daha məqbuldur.

Sonuncu dəfə elektron hesab-fakturalarını verdiyiniz hər kəsə zəng edin və onlara məsələni təfərrüatı ilə izah edin. Onsuz da onlar qaimə-fakturanı təsdiqləməyə çalışdıqda, riskli vergi ödəyicisi olduğunuz barədə sistem xəbərdarlığı görəcəklər, bu barədə əvvəlcədən danışmaq daha məqsədəuyğundur.

Bu siyahıdan çıxmaq üçün ilk addım bu siyahılara daxil olmağın səbəbini aradan qaldırmaqdır. Siyahıya düşmə səbəbi Dövlət Vergi Xidməti tərəfindən qeydiyyata alınmış anbarın olmamasıdırsa, dərhal qeydiyyat prosesinə başlayın. Göndərilmiş elektron hesab-fakturada səhv məhsul və ya xidmət kodunu daxil etməmisinizsə, onu düzəldin. Bir sözlə, problemi aradan qaldırın.e

Əgər siz vergi xidmətinin səhv etdiyini və sizin riskli vergi ödəyiciləri siyahısına salınmağınızın əsassız olduğunu hesab edirsinizsə, öz arqumentlərinizi onlara açıqlayıb, mövqeyinizi sübut etməyə cəhd edə bilərsiniz. Öz mövqeyinizi əsaslandırsanız, riskli vergi ödəyicisi siyahısından çıxarılacaqsınız.

Nəhayət, riskli vergi ödəyiciləri siyahısından çıxarılmaq barədə qərarı İqtisadiyyat Nazirliyi verdiyi üçün nazirliyə bu barədə müraciət etməlisiniz. Bir daha xatırlatmaq istəyirəm: ilk növbədə bu siyahılara daxil olmağın səbəbini aradan qaldırmalı və müraciətinizdə bunu qeyd etməlisiniz.

Siyahıdan çıxarılma proseduru uzana bilər. Riskli vergi ödəyicilərinin siyahısına daxil edildiyiniz andan vergi orqanlarının ciddi nəzarəti altında olduğunuzu unutmayın. Yadda saxlayın ki, riskli vergi ödəyicilərinə növbədənkənar səyyar vergi yoxlaması və ya operativ vergi nəzarəti tədbirləri tətbiq edilə bilər.

Mənbə: vergiler.az


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Alıcılar ilə nağd pul hesablaşmaları

posted in: Xəbər | 0

kapital nədir, Pulların təbiəti,Vergi ödəyicisinin əsas vəzifələrindən biri əhali ilə pul hesablaşmaları aparan zaman müştəridən əldə etdiyi pul vəsaitlərinə görə müştəriyə çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etməkdir. Əks halda vergi ödəyicilərini hansı məsuliyyət tədbirləri gözləyir? Mövzunu vergi eksperti Anar Bayramov şərh edir.

Əgər vergi ödəyicisi alıcıdan aldığı pul vəsaitinə görə alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blankı təqdim etməzsə, o zaman vergi ödəyicisinə Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində, ikinci dəfə yol verildikdə 3000 manat məbləğində, üç və daha çox dəfə yol verildikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti üzrə nağd pul hesablaşmalarını qanunvericilikdə nəzərdə tutulmuş qaydada qrafikə uyğun olaraq Nazirlər Kabineti 01 avqust 2019-cu il tarixli 338 saylı Qərarına əsasən, meyarlara cavab verən və Dövlət Vergi Xidmətinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı vasitəsilə həyata keçirməlidir. Əks təqdirdə yuxarıda qeyd edildiyi kimi vergi ödəyicisinə maliyyə sanksiyaları tətbiq edilir.

Bəzən təcrübədə olur ki, vergi ödəyicisi əhali ilə pul hesablaşmaları apardığı zaman hələ də köhnə nəsil nəzarət-kassa aparatlarından istifadə edir. Baxmayaraq ki, vergi ödəyicisi alıcıdan aldığı pul vəsaitlərini kassa aparatından qeydiyyatdan keçirir və alıcıya kassa çeki təqdim edir, lakin bu kassa aparatı meyarlara cavab vermədiyi üçün bu qanun pozuntusu sayılır və vergi orqanının əməkdaşları tərəfindən həyata keçirilən operativ vergi nəzarəti tədbirləri zamanı bu hal aşkar edilsə, o zaman vergi ödəyicisinə Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, maliyyə sanksiyası tətbiq ediləcəkdir.

Nəzərə almaq lazımdır ki, qəzet və jurnalların satışı (əgər satış dövriyyəsinin ümumi dövriyyədəki payı 50 faizdən çoxdursa), kənd təsərrüfatı məhsullarının bazarlarda, yarmarkalarda və səyyar qaydada satışı, səyyar, bazarlarda və digər kütləvi ticarət yerlərində piştaxtadan, avtomobildən və qoşqu vasitələrindən pərakəndə satış fəaliyyəti, qiymətli kağızların və lotereya biletlərinin satışı, elektrik enerjisi, qaz, su, isti su təchizatı və mərkəzi qızdırma sistemi obyektlərinin fəaliyyəti zamanı vergi ödəyicisi yeni nəsil kassa aparatlarından istifadə etməyə bilər. Həmin şəxslər əhali ilə nağd pul hesablaşmalarını qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankı vasitəsilə həyata keçirməlidirlər.

Burada digər nəzərə alınmalı məqam ondan ibarətdir ki, Vergi Məcəlləsinin 16.1.8-ci maddəsinə əsasən, ancaq pərakəndə ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər əhali ilə nağd pul hesablaşmalarını həyata keçirmək məqsədilə mütləq nəzarət kassa aparatlarından istifadə etməlidir. Digər fəaliyyət sahələri üzrə fəaliyyət göstərən şəxslərin nağd pul hesablaşmalarını nəzarət-kassa aparatları vasitəsilə həyata keçirməyə də bilərlər. Misal olaraq əhaliyə hüquqi xidmət göstərən vergi ödəyicisi əhaliyə göstərdiyi xidmətə görə müştəri ilə nağd pul hesablaşmalarını nəzarət kassa aparatının vasitəsilə ilə həyata keçirmək məcburiyyətində deyildir. Həmin şəxslərin Vergi Məcəlləsinin 15.1.15-ci maddəsinə əsasən hüququ vardır ki, nağd pul hesablaşmalarını nəzarət-kassa aparatları vasitəsilə həyata keçirsinlər. Əks təqdirdə Vergi Məcəlləsinin 16.1.9-cu maddəsinə əsasən, müştəriyə mütləq qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankı təqdim etməlidir.

Mənbə: vergiler.az


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

6 oktyabr – Qazaxıstanlı mühasiblərin peşə bayramıdır

posted in: muhasibat, Məqalə, Xəbər | 0

peşə Qazaxıstan respublikasının mühasibləri oktyabrın 6-da öz peşə bayramlarını qeyd edirlər. Qazaxıstanda Mühasib Günü hələ ki, rəsmi statusa malik olmasa da, heç bir təşkilatın keçinə bilmədiyi peşəkarlar onu geniş şəkildə qeyd edirlər.

Mühasib qüvvədə olan qanunvericiliyə uyğun olaraq təşkilatda təsərrüfat və pul uçotunun aparılmasına cavabdehdir. İri müəssisələrdə, adətən, bütöv mühasibatlıq fəaliyyət göstərir, bura baş mühasibdən başqa, onun müavini və sıravi mühasiblər daxildir. Kiçik firmalarda isə mühasibat uçotunun aparılması ilə bir nəfər və ya hətta kənardan dəvət olunmuş mütəxəssis – mühasibat autsorsinqi məşğul ola bilər.
Peşənin bu qədər vacib əhəmiyyətə malik olmasına baxmayaraq, Qazaxıstan mühasibləri hələ də rəsmi peşə bayramına malik deyil. Axı, belə bir bayram – bu, təkcə təbriklər üçün əsas yaratmır, həm də kollektiv şəkildə sahənin ara nəticələrini yekunlaşdırmaq və onun gələcək inkişafının istiqamətini seçmək imkanı verir.

Qazaxıstanda Mühasib Gününün təşəbbüşçüsü kimi “Uçot” internet portalının kollektivi çıxış edib. Hansı ki, qazaxıstanlı mühasiblər istənilən peşəkar suallara cavab tapa bilirlər. PORTAL-ın əməkdaşları hətta “Qazaxıstan Respublikasında peşə və digər bayramlar haqqında” fərmana əlavələr etmək və beləliklə, bu peşə bayramını qanuniləşdirmək üçün onlayn ərizə də yaratmışlar.

Yeri gəlmişkən, onu da demək lazmdır ki, bu ərizə-müraciətin artıq bir neçə il əvvəl yaradılmasına baxmayaraq, mühasiblərin gözləntiləri özünü hələ də doğrultmayıb. Yəni, bu peşə bayramı hakimiyyət orqanları tərəfindən hələ də rəsmiləşdirilməyib.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Kapital Bank-da qeyri-rezident sahibkar və şirkətlər üçün onlayn hesab açmaq mümkün oldu

posted in: Xəbər | 0

Kapital Bank-ın mütəmadi olaraq şirkətlər, hüquqi şəxslər və fərdi sahibkarlar üçün müxtəlif yeniliklər və məhsullar təqdim edir. Bu dəfə olan yeni xidmət qeyri-rezident sahibkarlar və şirkətlər üçün nəzərdə tutulub. Belə ki, onlar Müştəri Bank vasitəsilə banka gəlmədən, vaxta qənaət etməklə hesablarını onlayn aça biləcəklər.

Yeni xidmət vasitəsilə artıq istənilən şirkət və sahibkarlar Kapital Bank xidmətlərindən günün istənilən saatında, dünyanın istənilən yerindən tam olaraq onlayn istifadə edə bilər. Bu kimi xidmətlər rəqəmsallaşmaya öz töhfəsini verir və müştəri xidməti keyfiyyətinin artırılmasına müsbət təsir edir.

Qeyd edək ki, Müştəri Bank vasitəsilə rahat və təhlükəsiz şəkildə bir sıra xidmətlərdən istifadə etmək mümkündür: cari hesabın tam onlayn şəkildə açılması, əmək haqqı layihəsinə qoşulma, əmək haqqı kartlarına mədaxil, əmək haqqı kartlarının sifarişi və çatdırılması, biznes və sahibkar kartlarının sifarişi, ölkə daxili və ölkə xarici nağdsız köçürmələr, konvertasiya əməliyyatları, hesablara nəzarət, çıxarışların əldə edilməsi, sərəncamlar haqqında məlumat və s.

Müştəri Bank sisteminə qoşulmaq üçün https://cb.kapitalbank.az/login linkinə keçid etmək və ya (+99 412) 310 09 99 nömrəsi ilə əlaqə saxlamaq kifayətdir. Qeyd edək ki, Müştəri Bank sistemi vasitəsilə həyata keçirilən bütün köçürmələr zamanı 25%-dək güzəşt əldə etmək mümkündür.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 827 828 829 830 831 832 833 2. 692