Xarici ölkədə çalışan Azərbaycan vətəndaşı hansı hallarda öz ölkəsində gəlir vergisi ödəməlidir?

posted in: Vergi, Xəbər | 0

gəlir vergisi,Sual: Xarici ölkədə müqavilə ilə çalışan Azərbaycan vətəndaşları hansı hallarda Azərbaycanda da gəlir vergisi ödəməlidirlər?

Cavab: Bildiririk ki, Azərbaycan Respublikasının vətəndaşı olan fiziki şəxs Vergi Məcəlləsinin 13.2.5-ci maddəsində göstərilən şərtlərə əsasən Azərbaycan Respublikası rezidenti olduğu halda onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda təqvim ili ərzində əldə etdiyi bütün gəliri (vergidən azad edilən gəlir istisna olmaqla) Azərbaycan Respublikasında vergiyə cəlb olunur.

Azərbaycan Respublikasının ərazisində və xarici ölkədə (hər hansı birində) fiziki şəxsin olma müddəti 182 gündən artıq olmadıqda, həmin fiziki şəxs daimi yaşayış yeri, həyati mənafelərinin mərkəzi, adətən yaşadığı yer və Azərbaycan Respublikasının vətəndaşlığı meyarları üzrə müvafiq ardıcıllıqla Azərbaycan Respublikasının rezidenti sayılır.

Bu halda Azərbaycan Respublikasının hüdudlarından kənarda muzdlu işlə əlaqədar gəlir əldə edən Azərbaycan Respublikasının rezidenti olan fiziki şəxs gəlir əldə etmək hüququ yarandığı gündən gec olmayaraq vergi orqanına müraciət edərək vergi uçotuna alınmalı (fəaliyyət növünün kodu kimi 97002 (muzdlu işə görə əmək haqqından gəlir vergisi ödəyən fiziki şəxs) seçilməklə) və il ərzində əldə etdiyi 14 faiz həcmində gəlir vergisini hesablamalı və hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanlarına “Gəlir vergisinin bəyannaməsi”ni elektron və ya kağız formada təqdim edərək hesablanmış vergini dövlət büdcəsinə köçürməlidir.

Əsas: Vergi Məcəlləsinin 13.2.5-ci, 33-cü, 96.1-ci, 101.2-ci, 127-ci, 130-cu, 149.1.4-cü, 149.2-ci, 152.1-ci maddələri.

Mənbə: taxes.gov.az


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Maliyyəçi yüksək artım potensialı olan valyutalardan söz açıb

posted in: Xəbər | 0

Avro, Avro üçün dizayn,İsveçrə frankı, Çex Respublikasının kronası, həmçinin Yeni Zelandiya dolları yüksək artım potensialı olan valyutalardır, deyə Sankt-Peterburq dövlət universitetinin iqtisadiyyat fakültəsinin kredit nəzəriyyəsi və maliyyə menecmenti kafedrasının dosenti Aleksandr Kazanskiy “Praym” agentliyi ilə söhbətində bildirib.

Onun sözlərinə görə, bu valyutaların artımına sözügedən ölkələrin iqtisadiyyatının davamlı inkişafı, eləcə də yaxşı investisiya mühiti kömək edir. Bundan əlavə, İsrail şekeli, Cənubi Koreya vonu və BƏƏ dirhəmi də inkişaf potensialına malikdir.

Kazanskiy qısamüddətli planda ABŞ dollarının, həmçinin avronun perspektivini şübhəli hesab edir. O, bunu həmin valyutalar üçün aşağı faiz dərəcələri və ABŞ-da kəmiyyət yumşalma proqramının gələcəyi ilə bağlı qeyri-müəyyənliklə əlaqələndirib.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İşçilərin orta illik siyahı sayının və hansı sahibkarlıq subyektinə aid olmasının müəyyən edilməsi

posted in: Xəbər | 0

gəlir, işsizlikdən sığorta, İşsizlikdən sığorta, mühasib köməkçisi, baş mühasib vakansiya məbləğ işsizlikdən sığortaSual: Mikro sahibkarın 2019-cu ilin 12 ayında işçilərinin sayı uyğun olaraq yanvar, fevral, mart, may, iyul, avqust, oktyabr və noyabr aylarının hər birində 10 nəfər, aprel ayında 15 nəfər, iyun ayında 11 nəfər, sentyabr ayında 9 nəfər və dekabr ayında 5 nəfər olmaqla cəmi il ərzində cəmi 120 nəfər, eləcə də illik gəliri 200 000 manatdan az olmuşdur. Belə olan halda həmin sahibkar mikro sahibkar meyarlarına uyğun gəlir, yoxsa o, kiçik sahibkar kateqoriyasına aid edilməlidir?

Məlum olduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli 556 nömrəli Qərarı ilə “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları” təsdiq edilmişdir.

Həmin meyarların “Qeydlər” bölməsinə əsasən sahibkarların mikro, kiçik, orta və ya iri sahibkar kimi müəyyənləşdirilməsi üçün “işçilərin orta siyahı sayı” və “illik gəlir” meyar göstəricilərindən daha yüksək olanı əsas götürülür. Yeni yaradılan sahibkarlıq subyektlərinin mikro, kiçik, orta və ya iri sahibkarlıq subyektləri kimi müəyyənləşdirilməsi onların dövlət qeydiyyatına və ya vergi uçotuna alındığı tarixdən həmin hesabat ilinin sonunadək olan dövr üzrə artan yekunla gəlir göstəricisi müəyyən edildiyi halda gəlir göstəricisi əsasında, gəlir göstəricisi müəyyən edilmədiyi halda isə işçi sayı əsas götürülməklə həyata keçirilir. Həmin sahibkarlıq subyektlərinin dövlət qeydiyyatına və ya vergi uçotuna alındığı tarixdən ilk hesabat ilinin sonunadək olan dövrü əhatə edən təqvim ilinin nəticələri üzrə təqdim edilən hesabatlara əsasən gəlir və işçilərin orta siyahı sayı göstəriciləri dəqiqləşdirilir və onlardan daha yüksək olanı əsas götürülməklə vergi ödəyicisinin meyarlar üzrə bölgüsü təkrar müəyyən edilir.

Cavab: Bildiririk ki, işçilərin orta aylıq siyahı sayı müəyyən edilərkən işçilərin siyahı sayına daimi, müvəqqəti və ya mövsümi işə qəbul edilmiş, istər faktiki olaraq işləyən, istərsə də hər hansı bir səbəbdən müvəqqəti olaraq işdə olmayan (növbəti, əlavə və tədris məzuniyyətlərində olan, xəstəlik üzündən işə gəlməyən, hamiləliyə, doğuma və uşağa qulluq etməyə görə məzuniyyətdə olan qadınlar və s.) əmək müqavilələri qüvvədə olan ümumi işçilərinin sayı aid edilir. Bu zaman vergi ödəyicisinin əvəzçilik üzrə işləyən işçiləri və mülki-hüquqi xarakterli müqavilələr üzrə işləri yerinə yetirən şəxslər orta aylıq siyahı sayına daxil edilmir.

Hesablama qaydası: Siyahı tərkibində olan işçilərin orta sayı = Aydakı bütün günlər üçün siyahı saylarının cəmi / Aydakı təqvim günlərinin sayı.

Ay ərzində vergi ödəyicisi tərəfindən işçilərin işdən çıxarılması və ya işə qəbulu halları olduğu halda işçilərin orta aylıq siyahı sayının müəyyən edilməsi;

Nümunə: Yanvar ayının 1-də müəssisənin siyahı tərkibində 205 nəfər olmuş, yanvar ayının 6-da 15 nəfər işə götürülmüş, yanvar ayının 16-da 5 nəfər işdən çıxarılmış və yanvar ayının 29-da 10 nəfər yenidən işə götürülmüşdür.

Hesablama qaydası: Yanvar ayı üçün siyahı tərkibində olan işçilərin orta sayı = (205 * 5 + 220 * 10 + 215 * 13 + 225 * 3) / 31 = 216 nəfər.

İşçilərin orta illik siyahı sayının müəyyən edilməsi zamanı sahibkarlıq subyektinin fəaliyyət göstərdiyi ayların sayından, yəni faktiki olaraq bütün il üzrə fəaliyyət göstərib-göstərməməsindən asılı olmayaraq orta aylıq işçilərin sayı toplanaraq 12-yə bölünməlidir.

Əsas: Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin “Əmək üzrə” 1-əmək №-li illik rəsmi statistika hesabatı forması və onun doldurulmasına dair göstəriş haqqında” 25 fevral 2014-cü il tarixli 14/06 nömrəli və “İşçilərin sayı, hərəkəti və əmək haqqı fondu haqqında” 4-əmək №-li aylıq rəsmi statistika hesabatı forması və onun doldurulmasına dair göstəriş haqqında” 25 fevral 2014-cü il tarixli 15/06 nömrəli Qərarları.

Mənbə: taxes.gov.az


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Boris Conson “Amazon” şirkətini vergi ödəməyə məcbur edəcək

posted in: Xəbər | 0

İngiltərənin baş naziri Boris Conson bəyan edib ki, dünyanın ən varlı adamı Ceff Bezosa məxsus “Amazon” şirkətini dövlət büdcəsinə “ədalətli vergi payını” ödəməyə məcbur edəcək. Bu haqda “Bloomberg” agentliyi məlumat verib.

“Amazon” şirkətinin rəhbəri ilə görüşdə Conson şirkətin vergi hesabatlarını müzakirə etməyi planlaşdırır. Dünya liderləri texnologiya nəhənginin dövlətlərin büdcələrinə ayırmalar üzrə öhdəliklərini vicdanla yerinə yetirdiyinə şübhə edirlər. Britaniya hökuməti “Amazon” tərəfindən ödənilən vergilərin miqdarından narahatdır. Belə ki, “The Guardian” nəşrinin məlumatına görə, sözügedən şirkətin gəlirləri 2020-ci ildə Böyük Britaniyada 20,63 milyard funta (28,24 milyard dollar) yüksəlib ki, bu da 50 faizdən çox artım deməkdir.

İyun ayında Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, Fransa, Yaponiya və ABŞ-ı birləşdirən Böyük yeddilik dünyanın ən böyük texnoloji şirkətlərinin vergiyə cəlb edilməsi haqqında sazişin imzalandığını elan etmişdilər. Sənəd “Amazon”, “Facebook”, “Apple” və “Alphabet” (“Google”un ana şirkəti) kimi rəqəmsal nəhənglərin fəaliyyətini tənzimləmək üçün nəzərdə tutulmuşdur. Yeni razılaşmaya əsasən, G7 ölkələri korporativ verginin minimum dərəcəsini 15 faiz müəyyən edəcəklər.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 830 831 832 833 834 835 836 2. 692