İşçilərin bədbəxt hadisələrdən sığorta haqqı nə qədərdir?

posted in: Xəbər | 0

İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından sığorta edilməsi “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Resbublikasının Qanunu ilə tənzimlənir. Mövzunu təhlil edən iqtisadçı ekspert Radil Fətullayev bildirib ki, Qanunun 3.1-ci maddəsinə əsasən, əmək fəaliyyəti ilə məşğul olan aşağıdakı şəxslər sığorta olunmalıdır:

1. Əmək müqaviləsi və mülki-hüquqi xarakterli müqavilə bağlamaqla işçi işə cəlb edən fiziki və hüquqi şəxslər;
2. İstehsalat təcrübəsi (təlimi) keçən tələbə və şagirdlər;
3. Müəssisələrdə işə cəlb edilən hərbi qulluqçular;
4. Fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər;
5. Məcburi dövlət sosial sığortasına cəlb olunması nəzərdə tutulan seçkili ödənişli vəzifələrdə işləyənlər (Azərbaycan Respublikası Milli Məclisinin deputatları və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları istisna olmaqla);
6. Təbii fəlakətlərin qarşısının alınmasına və nəticələrinin aradan qaldırılmasına, habelə hərbi və fövqəladə vəziyyət rejimində işlərin yerinə yetirilməsinə cəlb edilən şəxslər.

Sığorta olunmuş şəxslərə sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən bədbəxt hadisə nəticəsində ortaya çıxan aşağıdakı hallarla əlaqədar sığorta təminatı verilir:
  • Ölüm;
  • Əmək qabiliyyətinin daimi tam itirilməsi;
  • Əmək qabiliyyətinin daimi qismən itirilməsi;
  • Əmək qabiliyyətinin müvəqqəti tam itirilməsi;
  • Əmək qabiliyyətinin müvəqqəti qismən itirilməsi.

İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi üzrə sığorta haqqı xeyrinə icbari sığorta müqaviləsi bağlanılmalı olan şəxslərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada hesablanan bir illik əməkhaqqı fondunun sığorta tarifinə hasili əsasında müəyyən edilir.

Peşə riskinin dərəcəsindən və sığorta olunanların kateqoriyalarından asılı olaraq fərqləndirilən sığorta tarifləri 2 faizdən artıq olmamaq şərtilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sığorta tarifləri hər təqvim ili üçün müəyyən olunur. Növbəti təqvim ili üçün sığorta tarifləri cari ilin dekabr ayının 1-dək müəyyən olunmalıdır. Peşə risklərinin dərəcələrini daha aydın şəkildə görmək üçün aşağıdakı cədvələ nəzər yetirək.

İstehsalatda bədbəxt hadisələrə qarşı sığorta olunanların kateqoriyaları üzrə peşə risklərinin dərəcəsinə uyğun tariflər (faizlər):

Peşə riskinin dərəcəsi Sığorta olunanların kateqoriyaları üzrə sığorta tarifi (faizlə)
qulluqçular fəhlələr
1 0,2 0,4
2 0,2 0,5
3 0,2 0,6
4 0,2 0,8
5 0,2 0,9
6 0,3 1,0
7 0,3 1,2
8 0,3 1,4
9 0,4 1,5
10 0,4 1,6
11 0,4 1,7
12 0,5 1,8
13 0,5 1,9
14 0,5 2,0
Qeyd edək ki, müəssisələrin fəaliyyət növləri üzrə peşə riskinin dərəcələri “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta tariflərinin müəyyən edilməsi” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarında aydın şəkildə öz əksini tapır. Həmin qərarda verilmiş iqtisadi fəaliyyət növlərindən bəzilərini müvafiq peşə risklərinin dərəcləri ilə birlikdə aşağıdakı cədvəldə görə bilərik.

Risk dərəcələri üzrə bəzi fəaliyyət növləri:

İqtisadi fəaliyyət növü Peşə riskinin dərəcəsi
– Proqram təminatının işlənməsi, bu sahədə məsləhətlər və bununla əlaqədar fəaliyyət;

– Maliyyə fəaliyyəti (sığorta və pensiya təminatı üzrə xidmətlərdən başqa);

– Hüquq və mühasibat uçotu sahəsində fəaliyyət;

– İctimai birliklərin (təşkilatların) fəaliyyəti.

I dərəcə
– Avtomobillərin satışı;

– Daşınmaz əmlakla əlaqədar əməliyyatlar;

– Kirayə və lizinq fəaliyyəti;

– Təhsil, səhiyyə sahəsində fəaliyyət;

– Poçt və kuryer fəaliyyəti, sair fərdi xidmətlərin göstərilməsi və s.

II dərəcə
– Geyim istehsalı;

– Nəşriyyat fəaliyyəti;

– Baytarlıq fəaliyyəti;

III dərəcə
– Heyvandarlıq;

– Süd məhsullarının istehsalı;

– Kənd təsərrüfatı sahəsində xidmət göstərilməsi və s.

IV dərəcə
– Un və un məmulatlarının istehsalı;

– Ət məhsullarının istehsalı (emalı);

– İdman sahəsində fəaliyyət və s.

V dərəcə
– Kompüter, elektron və optik məhsulların istehsalı;

– Anbar təsərrüfatı və yardımçı nəqliyyat fəaliyyəti;

– Kompüterlərin, şəxsi istifadə əşyalarının, məişət mallarının təmiri və s.

VI dərəcə
– Meyvə və tərəvəzlərin emalı və konservləşdirilməsi;

– Şüşə və şüşədən məmulatların istehsalı;

– Metalların emalı və metallara örtük çəkilməsi, maşınqayırmanın əsas texnoloji prosesləri və s.

VII dərəcə
– Rabitə; – Hava nəqliyyatının fəaliyyəti;

– Dəmir yolu vasitəsilə yük daşınması;

– Su nəqliyyatının fəaliyyəti və s.

VIII dərəcə
– Mebellərin istehsalı;

– Yük avtomobil nəqliyyatlarının fəaliyyəti;

– Mebeldən başqa ağacın emalı və ağacdan məmulatların və tıxacın istehsalı; hopdurma və hörmə materialların istehsalı və s.

IX dərəcə
– Məişət cihazlarının istehsalı;

– Elektrik naqillərinin və elektrik şəbəkələri üçün cihazların istehsalı;

– Sair kimyəvi məhsulların istehsalı və s.

X dərəcə
– Sair hazır metal məmulatlarının istehsalı;

– Balıq, xərçəngkimilər və molyuskaların emalı və konservləşdirilməsi və s.

XI dərəcə
– Balıqçılıq;

– Avtomobil, qoşqu və yarımqoşquların istehsalı və s.

XII dərəcə
– Əlvan metalların istehsalı;

– Sement, əhəng və gips istehsalı;

– Koks və təmizlənmiş neft məhsullarının istehsalı və s.

XIII dərəcə
– Bina tikintisi;

– Xam neft və təbii qaz hasilatı;

– Metal filizlərinin hasilatı;

– Mədənçıxarma sənayesinin digər sahələri və s.

XIV dərəcə
Peşə riskinin dərəcəsindən və sığorta olunanların kateqoriyalarından asılı olaraq fərqləndirilən sığorta tarifləri aşağıdakı kimi müəyyən edilir:

1. Qulluqçular üçün – 0,2-0,5% arasında;
2. Fəhlələr üçün – 0,4-2,0% arasında.

Sığorta haqqı sığortalı tərəfindən sığortaçıya müqavilə ilinin əvvəlində icbari sığorta müqaviləsində nəzərdə tutulmuş qaydada hissə-hissə və ya birdəfəlik ödənilməlidir. Sığorta hadisəsi baş verdiyi təqdirdə zərər çəkmiş şəxsə sığorta ödənişləri sığortalının itirdiyi bədən üzvlərinin həyati əhəmiyyətinə və əmək qabiliyyətinə təsirlərinə görə sığorta məbləğindən faizlə hesablanır. Sığorta ödənişləri sığorta olunmuş şəxslərə birdəfəlik və ya müntəzəm olaraq ödənilə bilər.

Misal: Tutaq ki, “ABC” tikinti müəssisəsi sentyabr ayında fəaliyyətə başlayaraq 01 sentyabr tarixində 3 nəfərlə əmək müqaviləsi bağlayıb. İşçilərin aylıq əməkhaqqısı aşağıdakı kimidir:

Direktor – 900 manat;
Mühasib – 500 manat;
Fəhlə – 400 manat.

Müəssisə sığorta şirkəti ilə müqavilə bağlayaraq işçilərini bədbəxt hadisələrə qarşı sığortalayıb.
Bədbəxt hadisələrə (BH) qarşı sığorta haqqının hesablanması tələb olunur.

Direktor üçün BH-ə qarşı Sığorta haqqı:
900 x 12 x 0,5% = 54 manat.

Mühasib üçün BH-ə qarşı Sığorta haqqı:
500 x 12 x 0,5% = 30 manat.

Fəhlə üçün BH-ə qarşı Sığorta haqqı:
400 x 12 x 2% = 96 manat.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

2021-ci il üzrə mühasibat uçotu statistikası və faktları (V hissə)

posted in: Xəbər | 0

2021-ci il üzrə mühasibat uçotu statistikası və faktları (V hissə)

IV hissəyə nəzər yetirin

Müasir dövr sizin biznes prosesinizin bütün aspektlərində inkişaf edir. Planlaşdırmadan istənilən fəaliyyətin idarə edilməsinə qədər rəqəmsallaşdırma – bu, oyunda qalmağın açarıdır. Siz eyni şeyi biznesinizin mühasibat uçotu, pul axını və ya maliyyə hesabatı haqqında da deyə bilərsiniz. Hər şeyi daha qeyri-ənənəvi, lakin, inkişaf etmiş bir vəziyyətə çevirən mühasibat proqramıdır.

Peşəkarların 80%-i hesab edir ki, süni intellekt mühasibatlıqda pul vəsaitlərinin hərəkəti, əməkhaqqı və vergi idarəçiliyinin saxlanılması zamanı onlara üstünlük verir.

Vergilərin hazırlanması, əmək haqqının idarə edilməsi və audit kimi mühasibat prosesləri 2022-ci ilə qədər avtomatlaşdırılacaq.

Bundan əlavə, mühasiblərin 55 faizi yaxın 3 il ərzində süni intellekti tətbiq etməyi planlaşdırır.

Proseslərin robotlaşdırılmış avtomatlaşdırılması, audit və müqavilələrin emalı üçün lazım olan zamana bir neçə həftədən, bir neçə ayadək qənaət edə bilər.

Mühasibat uçotu üzrə daha bir neçə statistik məlumat

Ənənəvi mühasibat uçotu idarəetmə sistemində nisbətən daha az mürəkkəb olan bir şey də var. Siz öz pullarınızın idarə olunmasını mühasibin üzərinə qoyursunuz. Belədə insan öz metodları ilə aradan çıxa bilər.

Digər tərəfdən, rəqəmsal transformasiya bu sektorda sürəti, rahatlığı və əlçatanlığı təmin edir. Lakin siz həm də yeni investisiyalar, proqram təminatının uğurlu qurulması və əla öz xərcini çıxarma kimi bəzi digər problemlərlə də qarşılaşa bilərsiniz.

Beləliklə, siz burada aradan qaldırılması lazım olan bəzi çətin statistik məlumatlara riayət etməlisiniz. Yaxşı xəbər budur ki, kifayət qədər diqqətli olsanız, bunların öhdəsindən gəlmək, o qədər də çətin deyil.

  • Kiçik və orta müəssisələrin mühasibat uçotunun ən maraqlı problemləri debitor borcları/yığımları (51%), pul vəsaitlərinin hərəkəti (44%), sənədlərin rəsmiləşdirilməsi (33%), kitabların aylıq bağlanması (28%) və əmək haqqının hesablanmasıdır.
  • Auditorların sayı 2020-ci ilin sonunda bütün dünyada 1,2 milyon nəfərdən 1,44 milyon nəfərə yüksəlib.

VI hissəyə nəzər yetirin



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Daxili audit kadrlarının hazırlanması üzrə növbəti təlim keçiriləcək

posted in: Xəbər | 0

Daxili audit kadrları, Maliyyə Monitorinqi Xidməti, Daxili auditorların hazırlanması, Kənar auditorlar, maliyyə hesabatı, Maliyyə Monitorinqi Xidməti, Maliyyə hesabatları, Maliyyə hesabatlarının düzgünlüyü, Auditorlar Palatası, Auditor adı almaq, Beynəlxalq Maliyyə Hesabatları Standartları, auditor xidmətləri, Auditor xidmətlərinin minimum hədləri, Auditorlar Palatası, auditorların reytinqi, vebinar, Auditorlar Palatası, Kölgə iqtisadiyyatı, seminar-təlim, Auditorlar Palatası,imtahan,Daxili audit fəaliyyətinin təşkili, Auditorlar palatası, Təkliflər Paketi, Kölgə İqtisadiyyatı, Auditorlar Palatası seminar imtahan auditorİdarəetmənin yeni dövrün çağırışlarına cavab verən mütərəqqi forması olan Publik hüquqi şəxslərin yaradılması ölkəmizdə geniş vüsət almaqdadır. Publik hüquqi şəxslərdə səmərəli və şəffaf fəaliyyətin təmin edilməsi üçün qanunvericilikdə daxili audit bölməsinin yaradılması nəzərdə tutulmuşdur.

Daxili auditor peşəsinin incəliklərinə dair zəruri biliklərə və səriştəyə malik olan daxili auditor kadrlarına təlabatın artmasını nəzərə alaraq Azərbaycan Respublikası Auditorlar Palatası ilə əməkdaşlıq edən beynəlxalq CIA, CFE sertifikatlara malik Müslüm Rüstəmov tərəfindən Publik hüquqi şəxslərdə daxili nəzarət və daxili audit” ixtisası üzrə kadrların hazırlanmasına başlanılmışdır.

Təlim ödənişlidir.

Təlimdə məhdudiyyətsiz istənilən şəxs iştirak edə bilər.

Təlimdə iştirak etmək istəyən şəxslər Auditorlar Palatasına aşağıdakı sənədləri təqdim etməlidirlər:

– Təlimdə iştirak etmək üçün müəyyən olunmuş formada ərizə;

– Şəxsiyyət vəsiqəsinin surəti.

Təlimin başlama tarixi: 25 oktyabr 2021-ci il.

Təlimin müddəti: 24 saat.

Həftədə: 2 gün.

Dərs müddəti: 2 saat.

Əlaqələndirici şəxs: Kadr hazırlığı idarəsinin rəis müavini Aytən Seyidəliyeva.

E-mail: .

Ünvan: S.Y. Bakuvi küçəsi, 35

Əlaqə telefonları: (012) 465-21-75; Mob-Whatsapp: 055 866 44 29.

Mənbə: audit.gov.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İxtisar olunan işçilərə müavinət necə hesablanır?

posted in: Xəbər | 0

İşəgötürənlərlə işçilər arasında mübahisə yaradan məsələlərdən biri də ixtisar edilən işçiyə müavinət hesablanmasıdır. Mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir.

Əmək Məcəlləsinin 77-ci maddəsinin üçüncü hissəsinə əsasən, əmək müqaviləsi 70-ci maddənin “b” bəndi ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir:

Bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında

Açıqlama: İşəgötürənlə əmək stajı 8 ay olan işçinin orta aylıq əməkhaqqı (əvvəlki iki aya uyğun hesablanan) 400 manat olduqda işçiyə ödəniləcək müavinət də 400 manat olacaq.

Bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında

Açıqlama: İşəgötürənlə əmək stajı 4 il 3 ay olan işçinin orta aylıq əməkhaqqı (əvvəlki iki aya uyğun hesablanan) 600 manat olarsa, ona 840 manat (600 manat x 1,4 misli) müavinət ödənilməlidir.

Beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında

Açıqlama: İşəgötürənlə əmək stajı 7 il olan işçinin orta aylıq əməkhaqqı (əvvəlki iki aya uyğun hesablanan) 800 manat təşkil etdikdə işçiyə 1.360 manat (800 manat x 1,7 misli) müavinət ödənilməlidir.

On ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında

Açıqlama: İşəgötürənlə əmək stajı 12 il olan işçinin orta aylıq əməkhaqqı (əvvəlki iki ay əsasında hesablanan) 1.200 manat olubsa, işçiyə də 2.400 manat (1.200 manat x 2 misli) müavinət ödənilməlidir.

Mənbə: vergiler.az


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 837 838 839 840 841 842 843 2. 692