Read More9
Read More9

Büdcə daxilolmalarının artımına səbəb olan amillər

posted in: Xəbər | 0

2021-ci ilin 8 ayı üzrə dövlət büdcəsinə 5,833 milyard manat (proqnozdan 1.1 milyard manat artıq) daxil olmaqla proqnoza 123,7% əməl edilib. İqtisadçı Fərhad Hüseynli bildirib ki, bu, büdcə gəlirləri üzrə tarixi rekord göstəricidir. Onun sözlərinə görə, audit və operativ vergi nəzarəti tədbirlərinin əvvəlki illərlə müqayisədə dəfələrlə azaldığı, qeyri-dövlət və qeyri-neft sektoruna, mikro sahibkarlığa əhəmiyyətli güzəştlərin verildiyi şəraitdə bu nəticənin göstərilməsi təqdirəlayiq hal olmaqla, Dövlət Vergi Xidməti əməkdaşlarının ciddi əmək və səylərinin göstəricisidir:

“Maliyyə və vergi proqnozlarına əsasən, büdcə daxilolmalarının 4-cü rübdə xüsusi əhəmiyyət kəsb etdiyini, hər il üzrə 4-cü rüb proqnozunun digər rüblərlə müqayisədə ciddi şəkildə fərqləndiyini də göz önünə alsaq, 2021-ci ildə vergi dərəcələrini, vergi yükünü artırmadan, sahibkarlara əlavə öhdəliklər gətirmədən büdcə gəlirləri üzrə ciddi artım (1 milyard manatın üzərində) yaşanacaq.Bu artımın yaranma səbəbini aşağıdakı kimi sıralamaq olar.

1. Vergi ödəyicilərinin, xüsusilə iri topdancı, idxalçı, istehsaçıların əməliyyatlarında nəzarətin təmin edilməsi nəticəsində rəsmiləşdirilmənin xüsusi çəkisinin artması, dövriyyələrində, xüsusi ilə nağd (ticarət, iaşə) sahədə əvvəlki illərlə müqaisədə şəffaflaşma, onlayn kassanın, “ƏDV geri al” layihəsinin uğurlu tətbiqi və s.

2. “Kölgə iqtisadiyyatı”nın həcminin azalması, “ağartma” effekti.

3. Dövlət əsaslı kapital qoyuluşlarının həcmindəki nəzərəçarpacaq artım. Xüsusilə Qarabağda aparılan yenidənqurma və bərpa işləri və s.

4. Bazarda pul bazasının 2020-ci ilin əvvəli ilə müqayisədə 23 faiz artması.

5. ÜDM-in həcmində nisbi artım. Proqnoza əsasən, 2021-ci il üzrə xüsusilə qeyri-neft sektorunda artım proqnozlaşdırılır.

6. Neft qiymətlərinin il üzrə orta qiymətinin planlaşdırılandan yüksək olması.

7. Xarici ticarət dövriyyəsinin, xüsusilə qeyri-neft sektoru üzrə ixracda qeydə alınan artım.

8. Aksiz vergisi üzrə daxilolmaların əvvəlki illərlə müqayisədə əhəmiyyətli artımı”.

Mənbə: vergiler.az


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Xüsusi ehtiyat fondlarının vergiyə cəlb olunması qaydası təsdiqlənib

posted in: Xəbər | 0

işçilərin orta siyahı sayı, Xidmətlərin göstərilməsi, İqtisadiyyat Nazirliyi, Vahid Tarif Cədvəli, qurban bayramı, COVID-19 pasportu, gömrük rüsumları, Gömrük rüsumlarının dərəcələri, Peşəkar mühasib sertifikatı, Sosial müavinət, sənəd dövriyyəsi, əmək haqqı, Peşəkar mühasib sertifikatı, iş günlərinə dəyişiklik, Ailə kəndli təsərrüfatı, əmək haqqının normativləri, Elektron qaimə-fakturanın forması, maliyyə dəstəyi, 190 manat, icbari tibbi sığorta, Kommersiya hüquqi şəxslərin təsisçiləri, karantin rejimi sərtləşdirilir, Gələn ilin bayram günləri, Karantin rejiminin müddəti, Malların ixrac qeydi ilə satışı Qaydası, aztəminatlı azərbaycanlılar, sosial yardım, gömrük güzəştlərinin səmərəliliyinin qiymətləndirilməsi, aqrar sığorta, xüsusi karantin rejimi, Sığortaolunanların fərdi uçotu, Sığortaolunanların fərdi uçotunun aparılması, uyğunluq nişanı, Uyğunluq sertifikatı, Uyğunluq sertifikatının forması, kassa əməliyyatları, Nağd pul vəsaitinin uçotu, Əmək qabiliyyəti, müavinət, Xüsusi karantin rejimi, icbari tibbi sığorta, Dövlət büdcəsi, gömrül rüsumları, gömrük rüsumlarının dərəcələri, Vahid büdcə təsnifatı , Ölkəyə mal gətirilməsi, işçilərin sayı ilə bağlı məhdudiyyət, Karantin rejimi yumşaldılır, Xüsusi karantin rejiminin sərtləşdirilməsi, Sərtləşdirilmiş xüsusi karantin rejimi, Riskli vergi, karantin rejimi yenidən uzadıldı, Sərt karantin rejimi, e-qaimə fakturanın Vahid Forması, E-qaimə faktura, dövlət dəstəyi, Elektron alış aktı, ictimai iaşə, müştəri qəbulu, Xüsusi karantin rejimi, karantin rejimi, 190 manatlıq birdəfəlik ödəmə, Xidməti vəsiqə, işləməyəcək yerlər, Təşkilatlarda çalışanlar, həftəsonu qadağası, həftə sonu qadağası, Vahid büdcə təsnifatı, Kənd təsərrüfatı, təlim, dərslər dayandırıldı, karantin dövrü artırılır, sahibkarlıq subyektləri, Özünüməşğulluğun təşkili, Müavinətlər, karantin rejiminin müddəti uzadıldı, vergi ödəyiciləri, Müvəqqəti vergi rejimi, idxal, digər rayonlara getmək, ƏDV-dən azad, , əmək haqqı, Karantin qaydaları, xüsusi karantin rejimi, sərəncam,işçi qrupların tərkibi, iş yerlərinin standartları, məzuniyyət, tibb müəssisəsinə təhkimolunma, sahibkarlara dəstək, Vergidən azadolunma məqsədləri, Novruz bayramı, İdxal gömrük rüsumları, Koronavirus, təlim-tədris dayandırıldı, gömrük rüsumları, Nazirlər Kabineti, aksiz dərəcələri, məhsul, gömrük güzəştlərinin tətbiqi, vergi, Gömrük rüsumları ,vəsait, nağdsız, qiymətləndirilmə, KOB indeksi, Turizm Reyestri, Publik hüquqi şəxs, Dövlət qulluğuna qəbul, Dövlət qulluğuna qəbul, İcbari tibbi sığorta, yanacaq ehtiyatı, , Vahid büdcə təsnifatı, İcbari tibbi sığorta, hüquqi şəxs, Hüquqi şəxslərin dövlət reyestri, gömrük rüsumu, kvalifikasiya standartının hazırlanması, Peşə, idxal, ixrac,məzuniyyət hesablanması, gömrük rüsumları, idxal, ixrac,İş və istirahət günləri, dövlət reyestrinin aparılması hüquqi“Xüsusi ehtiyat fondlarının yaradılmasına aid edilən məbləğlərin vergitutma məqsədləri üçün gəlirdən çıxılması Qaydası” təsdiqlənib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Sənəddə qeyd edilib ki, bu qayda Vergi Məcəlləsinin 111.3-cü maddəsinə uyğun olaraq hazırlanıb və banklar və bank fəaliyyətinin ayrı-ayrı növlərini həyata keçirən kredit təşkilatları tərəfindən xüsusi ehtiyat fondlarının yaradılmasına aid edilən məbləğlərin vergitutma məqsədləri üçün gəlirdən çıxılması qaydasını müəyyən edir.

Banklar, bank olmayan kredit təşkilatları və kredit ittifaqları “Banklar haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında” və “Kredit ittifaqları haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun qaydada aktivlərin təsnifatından asılı olaraq xüsusi ehtiyatlarını maliyyə bazarları tənzimləyicisinin müəyyən etdiyi qaydaya uyğun yaradır.

Xüsusi ehtiyat fondlarına aid edilən məbləğlər vergitutma məqsədləri üçün bu Qaydaya uyğun olaraq gəlirdən çıxılır. Bank olmayan kredit təşkilatları tərəfindən qarşılıqlı surətdə asılı olan şəxslərə verilmiş kreditlər üzrə maliyyə bazarları tənzimləyicisi tərəfindən müəyyən edilmiş qaydaya uyğun yaradılan xüsusi ehtiyatların vergitutma məqsədləri üçün gəlirdən çıxılması 50 faiz həcmində məhdudlaşdırılır. Bank olmayan kredit təşkilatları tərəfindən digər hallarda verilən kreditlər üzrə yaradılan xüsusi ehtiyatlar vergitutma məqsədləri üçün tam həcmdə gəlirdən çıxılır.

Kredit ittifaqının üzvləri qarşılıqlı surətdə asılı olan şəxslər olduqda və onların kredit ittifaqının nizamnamə kapitalındakı paylarının həcmi 50 faizdən çox olduqda, həmin üzvlərə kredit ittifaqı tərəfindən verilmiş kreditlər üzrə maliyyə bazarları tənzimləyicisi tərəfindən müəyyən edilmiş qaydada yaradılan xüsusi ehtiyatların vergitutma məqsədləri üçün gəlirdən çıxılması 50 faiz həcmində məhdudlaşdırılır. Kredit ittifaqları tərəfindən digər hallarda verilən kreditlər üzrə yaradılan xüsusi ehtiyatlar vergitutma məqsədləri üçün tam həcmdə gəlirdən çıxılır.

Bu Qaydada istifadə olunan anlayışlar Azərbaycanın qüvvədə olan normativ və normativ xarakterli hüquqi aktları ilə müəyyən edilən mənaları ifadə edir.

Mənbə: report.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Bəyannamə tərtibatı proqramının yeni təkmil versiyası hazırdır

posted in: Xəbər | 0

Dövlət Vergi Xidmətindən bildirilib ki, yeni versiyada 7 rəqəmli fəaliyyət kodları əlavə edilib, aksiz bəyannaməsində ixracla bağlı və yalnız aksiz marakalarının hərəkəti ilə bağlı Əlavə 2-ni təqdim edəndə yaranan problemlər aradan qaldırılıb. Həmçinin bəyannamələrin ümumi məlumat hissələrində VÖEN-ə görə ödəyici tipinin avtomatik seçilməsi əlavə edilib.

Dünyanın ən çox kasıblaşan varlı şəxsi məlum olub

posted in: Xəbər | 0

“Bloomberg” agentliyi dünyanın ən kasıblaşan varlı adamının adını açıqlayıb. Bu şəxs, cari ildə şirkəti Çin hökumətinin repressiyalarının qurbanı olduqdan və həmin səbəbdən 27 miyard dollar itirdikdən sonra Çinin “Pinduoduo” texnologiya platformasının qurucusu Kolin Xuandır.

Bu, çin rəhbəri Si Szinpinin “çiçəklənən ümumi rifah” siyasəti yürütməyə və özəl sektorun şirkətlərinə təzyiq göstərməyə başladığı andan bəri çin milyarderləri üçün vəziyyətin necə dəyişdiyini göstərən ən parlaq nümunədir. Çin lideri ölkə əhalisinin rifahı səviyyəsində yaşanan qeyri-bərabəliyi bu yolla azaltmağa çalışır. “Bloomberg” agentliyinin indeksinə əsasən ən çox vəsait itirən 10 milyarderdən altısı Çindəndir.

“Pinduoduo” (PDD) səhmlərinin qiyməti bu il “Alibaba” və ya “Tencent”dən daha çox aşağı düşüb. “PDD”nin qiymətli kağızlarının dəyəri demək olar ki, 44 faiz ucuzlaşıb, halbuki eyni vaxt ərzində “Alibaba” – 33 faiz, “Tencent” isə 19 faiz ucuzlaşma yaşayıb.
“PDD”nin səhmlərinin 28 faizinə sahib olan  Kolin Xuan şirkəti 2015-ci ildə qurub və onu çox tezliklə elektron kommersiya nəhənginə çevirə bilmişdi. Şirkət zirvə nöqtəsinə yüksəldiyi zaman onun bazar qiyməti 178 milyard dollara çatmışdı, sonra isə təxminən 125 milyard dollara kimi düşmüşdü. Sərvəti təxminən 35 milyard dollar təşkil edən Xuan, ötən il baş direktor vəzifəsindən getmişdi, bu ilin mart ayında isə o, direktorlar şurası sədri vəzifəsini də tərk edib.

“Pinduoduo” şirkəti, “Si”nin “çiçəklənən ümumi rifah” proqramına uyğun gələn xeyriyyəçilik üçün cari və gələcək mənfəətinin bir hissəsini qurban verməyi vəd edən texnologiya nəhənglərinə aiddir. Avqust ayında “Pinduodu” bəyan etmişdi ki, gəlirinin 1,5 milyard dollarını ölkədə kənd təsərrüfatının inkişafına ayıracaq. 2020-ci ildə Xuan və “PDD” şirkətinin təsisçilər komandası 2020-ci ildə xeyriyyəçilik fonduna 2,4 milyard dollar ianə verib.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 838 839 840 841 842 843 844 2. 692
error: Content is protected !!