Ümumi staj 25 ildən çox olduqda təhsil dövrü pensiya stajı kimi hesablanır

posted in: Xəbər | 0

məcburi sosial sığorta, gəlir, gəlirlər, sahibkarlar, Fərdi sahibkarlıq fəaliyyəti,Təhsil dövrünün staja əlavə edilməsi ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna daxil olan müraciətlərin sayı çoxdur. Həmin şəxslər təhsil müddəti ilə əlaqədar staj təqdim etdiklərinə baxmayaraq pensiyalarının artmadığını bildirirlər. Bunun bir sıra səbəbləri var. Pensiya əmək haqqına uyğun olaraq hesablandıqda ödənilən pensiya məbləği təhsil stajını tətbiq edib hesablandıqda əldə edilən məbləğdən daha çox olduğu üçün vətəndaşa əmək haqqına əsasən hesablanan pensiya məbləğinin ödənişi davam etdirilir. Belə olan halda, vətəndaşın təhsilə görə staj təqdim etməsinə baxmayaraq, pensiya məbləği dəyişmir.

Bunu Dövlət Sosial Müdafiə Fondunun Pensiya Təminatı Departamentinin müdiri Eyvaz İsmayılov deyib.

Bildirib ki, vətəndaşın 2006-ci ildən 2018-ci ilin iyulun 1-nə qədər müəyyən həcmdə kapitalı və 2006-ci ilə qədər 10 il stajı varsa, deməli həmin vətəndaşa 25 il hədiyyə staj verilib: “Həmin vətəndaş təhsillə bağlı arayış təqdim etdikdə, onun təhsil stajı özünün faktiki mövcud olan əmək stajına əlavə edilir. Yəni, təhsil dövrü stajı 25 illik (hədiyyə) pensiya stajına əlavə edilə bilməz. Belə olan halda, vətəndaşın təhsil dövrü ilə birgə hesablanmış stajı 25 ildən az olarsa, onun pensiya məbləği dəyişmir”.

Departament müdirinin dediyinə görə, vətəndaşın ümumi stajı 25 ildən çox olduğu halda isə onun təhsil müddəti də staj kimi hesablanır: “Belə olan halda, əlbəttə ki, vətəndaşın pensiya məbləği artırılır. Bu, yalnız 2006-cı ilin yanvarın 1-nə qədər əyani təhsil almış vətəndaşlara şamil edilir”.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Qeyri-rezidentin gəlirindən ödəmə mənbəyində vergi tutulması

posted in: Xəbər | 0

Qeyri-rezidentin gəlirindən ödəmə mənbəyində vergi tutulması

Qeyri-rezident, ÖMV, məbləğ,Qeyri-rezidentin vergi ödəməsi bir sıra hallarda ciddi problemlərlə müşayiət olunur və qanunvericilik bu cür problemlərin mümkün qədər aradan qaldırılmasını nəzərdə tutur. Mövzunu maliyyə mütəxəssisi Vüqar Mirheydərov şərh edir.

Vergi Məcəlləsinin 125-ci maddəsində qeyri-rezidentlərin Azərbaycan mənbəyindən gəlirlərindən ödəmə mənbəyində vergi tutulması qaydaları əks olunub. Bu maddənin məntiqi çox sadədir: qeyri-rezidentin vergi ödəməsi əksər hallarda problematik olduğuna görə qanunla nəzərdə tutulmuş vergi bu gəliri qeyri-rezidentə ödəyən şəxsdən tutulur.

Bəs hansı əməliyyatlar Azərbaycan mənbəyindən gəlir kimi qiymətləndirilə bilər?

Bu sualın cavabı Vergi Məcəlləsinin 13.2.16 maddəsində verilir. Burada qeyd edilir ki, güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə, o cümlədən digər ölkələrdə olan filial və ya nümayəndəliklərinə, habelə güzəştli vergi tutulan ölkələrdə olan bank hesablarına rezidentlərin və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlər Azərbaycan mənbəyindən əldə edilən gəlir hesab olunur (bax: maddə 13.2.16.14-1). Göründüyü kimi, ödənişin nəyə (mala və ya xidmətlərə) görə edilməsinin fərqi yoxdur: ödənilən məbləğin 10 faizi qədər pul ödəmə mənbəyində tutulan vergi kimi büdcəyə ödənilməlidir. Bu ödənişlər mala görə edildikdə ödəmə mənbəyində tutulan vergi bəyannaməsinin 1608.5.1 sətirində, xidmətlərə görə edildikdə isə 1608.5.2 sətirində göstərilir. Xatırlatmaq istəyirəm ki, bəyannamənin təqdim edilməsi üçün müəyyənləşdirilmiş vaxt rüb bitdikdən sonrakı ayın 20-sinə kimidir, verginin ödənilməsi də bu vaxta qədər aparılmalıdır.

“Güzəştli vergi tutulan ölkə” analyışının tərifi Vergi Məcəlləsinin 128.2-ci maddəsində verilir:

Güzəştli vergi tutulan xarici ölkə dedikdə, vergi dərəcəsi bu Məcəllədə müəyyən edilmiş dərəcədən 2 dəfə və ya daha çox aşağı olan və (və ya) maliyyə məlumatını, yaxud əmlakın faktiki sahibi və ya gəlir (mənfəət) götürən barədə sirri qorumaq imkanı verilmiş şirkətlər haqqında məlumatın məxfiliyinə dair qanunun mövcud olduğu ölkə başa düşülür.

Vergi Məcəlləsinin 128.3-cü maddəsində isə həmin ölkələrin siyahısının hər il müvafiq icra orqanı tərəfindən təsdiq edildiyi bildirilir. Hazırda siyahıya 37 ölkə daxildir. Bax: http://www.e-qanun.az/framework/42606

Mənbə: vergiler.az


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vaksinləşmənin ləng getməsi dünyanı trilyonlarla dollardan məhrum edəcək

posted in: Xəbər | 0

Əhalinin vaksinasiya olunması tempindəki lənglik, dünya iqtisadiyyatında ciddi itkilərə gətirib çıxaracaq, “The Economist” nəşri belə proqnoz verib.

“The Economist Intelligence Unit” (EIU) tərəfindən aparılan bir araşdırma göstərib ki, əhalisinin 60 faizi 2022-ci ilin ortalarına qədər peyvənd vurulmayan ölkələr, 2022-2025-ci illərdə ÜDM-nin 2,3 trilyon dollarlıq hissəsini itirəcək. Bu məbləğin təxminən üçdə iki hissəsi inkişaf etməkdə olan ölkələrin payına düşəcək ki, bu da onların böhrandan sonrakı bərpasını daha da gecikdirəcək.

ÜDM payının qiymətləndirilməsinə görə ən böyük zərbəni Saxara səhrasından cənubda yerləşən Afrika ölkələri alacaq – ümumilikdə 2022-2025-ci illər üçün proqnozlaşdırılan səviyyədən üç faiz aşağı. Mütləq ifadədə peyvəndin aşağı templərinə görə Asiya daha çox zərərə düşəcək – regionun 1,7 trilyon dollar itirəcəyi proqnozlaşdırılır.

Tədqiqatda peyvənd kampaniyasının dünyada qeyri-bərabər irəlilədiyi qeyd olunub. Daha yüksək gəlir səviyyəsinə malik ölkələrdə avqust ayına qədər ən azı bir vaksin dozasını əhalinin təxminən 60 faizi əldə edib. Yoxsul ölkələrdə isə bu, cəmi 1 faiz təşkil edir. Proqramın icrasının ləngiməsi insanların narazılığına gətirib çıxarır, bu, digərlərindən ləng peyvəndlənmə gedən ölkələrdə sosial təlatümlər riskini artırır.

“Delta” – ştamının geniş yayılması da bir tərəfdən əlavə problemə çevrilib. Belə ki, hökumətlərin vaksinin sözügedən problemi səmərəli həll edə biləcəyinə olan ümidlərini şübhə altına salıb. Tədqiqatçılar qeyd etmişlər ki, siyasi liderlər koronavirusun yayılmasının məhdudlaşdırılması strategiyasını yenidən nəzərdən keçirməlidirlər ki, onu uzunmüddətli perspektivə uyğunlaşdırsınlar.

Yeni ştam və ləng peyvəndləmə tempi Asiyanın iqtisadiyyatına artıq zərbə vurub. Region şirkətlərinin sentyabr ayının yekunları üzrə mənfəəti, ehtimal ki, altı rüb ərzində ilk dəfə aşağı düşəcək, “Reuters” belə yazıb. Bölgənin cənub-şərqindəki fabriklərin məhsuldarlığı, 2020-ci ilin iyun ayından bu yana iyul ayında ən sürətli eniş göstərib.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İcarə müqaviləsi notarial qaydada təsdiqlənməsə obyekt kodu almaq mümkündür?

posted in: Vergi, Xəbər | 0

sərəncam, sahibkar, onlayn növbə, Könüllü vergi ödəyicisi, Bəyannamələrin elektron forması, Vergi güzəştləri, bəyannamə formaları, Fərdi sahibkarlar, maliyyə dəstəyi, ƏDV-nin qaytarılması, Riskli vergi ödəyiciləri, elektron alış aktı, alış aktları, Vergi ödəyicilərinin qəbulu, qeyri-rezident, ödənilmiş vergilər, vergi hesabatları, vergi hesabatlarının vaxtıSual: Obyekt kodu almaq üçün bağlanılmış icarə müqaviləsi mütləq şəkildə notarial qaydada təsdiq olunmalıdır yoxsa obyekt sahibiylə birgə vergi idarəsinə yaxınlaşsaq  notariusa ehtiyac qalmır?

Cavab: Bildiririk ki, vergi ödəyicisi tərəfindən təsərrüfat subyekti (obyekti) olduğu yer üzrə uçota alındıqda, “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə vergi uçotuna alınması haqqında ərizə” forması doldurulur. Ərizəyə təsərrüfat subyektinin bu fəaliyyətin yerinə yetiriləcəyi ünvanı təsdiq edən sənədin (mülkiyyət hüququnu təsdiq edən sənədin, icarə müqaviləsi və ya qanunvericiliklə nəzərdə tutulmuş digər sənədin) surətləri əlavə edilir. Bu zaman icarə müqaviləsinin notarial qaydada təsdiq olunması vergi orqanı tərəfindən tələb olunmur.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü maddələri, Vergilər Nazirinin 06.03.2013-cü il tarixli 1317040100206300 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Qaydalar”.

Mənbə: taxes.gov.az


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 834 835 836 837 838 839 840 2. 692