Koronavirusdan ən çox zərər çəkmiş iqtisadiyyat sahəsinin adı məlum olub

posted in: Xəbər | 0

məhdudiyyətlər, İqtisadi böhran, İqtisadi böhrandan qurtulmaq üçün plan“Economist Intelligence Unit” (EIU) analitikləri dünya avtomobil sənayesini pandemiya dövründə tədarük problemləri səbəbindən ən çox təsirə məruz qalan sənaye adlandırıblar. Hesabatdan çıxarışları CNBC nümunə gətirib.

Altı bölməni əhatə edən tədqiqat çərçivəsində EIU logistika üzrə 175 menecer arasında sorğu keçirib. Hesabatda avtomobil istehsalından əlavə aşağıdakı sənaye sahələri təmsil olunmuşdur:  geyim və ayaqqabı; qida və içkilər; sənaye; IT, texnologiyalar və elektronika; səhiyyə, əczaçılıq və biotexnologiyalar.

Avtomobil sənayesindən olan menecerlərin 51,7 faizi qeyd edib ki, tədarükdə fasilələr “çox əhəmiyyətli” olub – bu, altı sektor arasında ən yüksək göstəricidir. Zərərçəkənlərin siyahısında ikinci yerdə geyim və ayaqqabı sənayesi olub ki, onun əməkdaşlarının 43,3 faizi logistika sahəsində problemləri əhəmiyyətli hesab ediblər. Pandemiyadan ən az təsirlənən IT sahəsidir: menecerlərin yalnız 6,7 faizi tədarükdə kəsintilərin ciddi itkilərə səbəb olduğunu bəyan ediblər.

Son bir il ərzində bir çox ölkələr koronavirus pandemiyası səbəbi ilə sərhədləri bağlamağa, karantin tətbiq etməyə və ixracatı məhdudlaşdırmağa məcbur olduqlarından, malların daşınması marşrutları pozulub. Daha geniş yayılan koronavirusun “delta” – ştammı növbəti dəfə narahatlıq yaradıb. Belə ki, Asiyanın Çin və Vyetnam kimi əsas istehsal mərkəzləri – kovidlə xəstələnənlərin sayını azaltmaq məqsədilə öz ölkələrinin müəyyən hissələrində lokdaunlar tətbiq ediblər.

Xüsusilə yarımkeçiricilərin çatışmazlığı avtomobil sənayesində özünü kəskin şəkildə göstərdiyindən, bəzi maşın istehsalçıları istehsalı azaltmağa məcbur olub. Çiplərin çatışmazlığı fərdi kompüterlərə və digər elektronikaya tələbatın artması ilə əlaqədar olub ki, bu da lokdaun dövründə insanlara son dərəcə vacib idi.

Pandemiya bir sıra müəssisələri uzunmüddətli təchizat zəncirlərini yenidən nəzərdən keçirməyə məcbur edib və respondentlərin üçdə biri bu sahədə tam yenidən təşkillə bağlı qərar verib. Hər beşinci menecer artıq Filippində və Hindistanda fabriklərə öz strategiyasının bir hissəsi kimi investisiya yatırıb və ya yatırmağı planlaşdırır. Bununla bağlı sözügedən ölkələrin seçilməsinin əsas səbəbi ucuz işçi qüvvəsi və gənc əhali bolluğuna malik olmalarıdır.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

2021-ci il üzrə mühasibat uçotu statistikası və faktları (VI hissə)

posted in: Xəbər | 0

2021-ci il üzrə mühasibat uçotu statistikası və faktları (VI hissə)

V hissəyə nəzər yetirin

Mühasibat uçotu statistikası

Müasir dövr sizin biznes prosesinizin bütün aspektlərində inkişaf edir. Planlaşdırmadan istənilən fəaliyyətin idarə edilməsinə qədər rəqəmsallaşdırma – bu, oyunda qalmağın açarıdır. Siz eyni şeyi biznesinizin mühasibat uçotu, pul axını və ya maliyyə hesabatı haqqında da deyə bilərsiniz. Hər şeyi daha qeyri-ənənəvi, lakin, inkişaf etmiş bir vəziyyətə çevirən mühasibat proqramıdır.


  • Amerika şirkətlərinin 26%-nə vergilərlə bağlı məsələləri həll etmək üçün təxminən 10 saat vaxt tələb olunur. Digər tərəfdən, müəssisələrin 40 faizi il ərzində bundan ötrü 40 saat əlavə edə biləcəklərini bildiriblər.
  • Sahibkarların 52 faizi həddən çox vergi ödədiklərini hesab edirlər.
  • Yaxın 8 il ərzində qlobal mühasibat proqram təminatı sahələrinin ümumi dəyəri möhtəşəm bir rəqəmə – 11,8 milyard dollara çatacaq.
Son düşüncələr

Öyrənmə texnologiyaları mühasiblərin hazırda əldə etməli olduqları əsas əlavə bacarıqlardır.

Bəli, bu bloqda bu gün qeyd etdiyimiz mühasibat uçotu statistikaları, faktlar və məlumatlar xaricində onu da bilməlisiniz ki, dünya bu gün informasiya ilə doludur.

Lakin, gəlin, məşhur yazıçı-fantast Ayzek Əzimovun vaxtilə söylədiyi bir fikri unutmayaq:

“Həyatın ən kədərli cəhəti odur ki, indi elm bilikləri cəmiyyətin müdriklik əldə etməsindən daha sürətli toplayır”.

Bu o deməkdir ki, siz bütün bu məlumatları dərhal əldə edə bilərsiniz. Amma ən mühüm olanı onlardan ağılla istifadə etməkdir. Buna görə mühasibat prosesində müəyyən bir nöqtəyə gəlmək üçün hansı məlumatları seçməli olduğunuzu öyrənməlisiniz.

Beləliklə, siz özünüzdən soruşmalısınız, şirkətinizin mühasibat uçotunun idarə edilməsi prosesini avtomatlaşdırmaq üçün ERP mühasibat sisteminə ehtiyacınız varmı? Belədə siz ola bilsin ki, tam avtomatlaşdırma üçün Wep ERP uçotunu elə bu gün istəyəcəksiniz.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Əməkhaqqı anlayışı ilə bağlı sual doğuran məqamlar

posted in: Xəbər | 0

gəlir vergisindən azadolma, vergi borcu, üzvlük,Həmkarlar ittifaqı, əmək­haqqıdan gəlir vergisiƏməkhaqqı ilə bağlı Əmək Məcəlləsindəki təsbit olunmuş anlayışlar bəzi xüsusi hallarda müəyyən suallar yaradır. Bu məqamlara sərbəst auditor Altay Cəfərov aydınlıq gətirir.

Əmək Məcəlləsində “əməkhaqqı”, “orta əməkhaqqı”, “orta aylıq əməkhaqqı” kimi ifadələrə rast gəlinir. Məsələn, Məcəllənin “Əmək məzuniyyəti” bölməsində 140-cı maddədə həm “orta əməkhaqqı”, həm də “orta aylıq əməkhaqqı” ifadələri işlədilib. Digər maddələrdə isə “orta əməkhaqqı” ifadəsinə daha çox rast gəlinir. Orta əməkhaqqının hesablanması Əmək Məcəlləsinin 177-ci maddəsi ilə tənzimlənir.

Maddə 177. Orta əməkhaqqı və onun hesablanması qaydası

1. Orta əməkhaqqı – işçiyə vəzifəsi (peşəsi) üzrə işəgötürən tərəfindən ödənilmiş məvacib və onun tərkibinə daxil olan ödənclərin bu Məcəllədə və digər normativ hüquqi aktlarda nəzərdə tutulan qaydada müəyyən olunan məbləğdir.

2. Əmək məzuniyyəti dövrü üçün verilən əməkhaqqı istisna olmaqla, qalan bütün hallarda işçinin orta əməkhaqqı ödənişdən əvvəlki iki təqvim ayı ərzində qazandığı əməkhaqqının cəmi həmin aylardakı iş günlərinin sayına bölməklə bir günlük əməkhaqqı tapılır və alınan məbləğ əməkhaqqı saxlanılan iş günlərinin sayına vurulmaqla müəyyən edilir.

3. 2 aydan az işləmiş işçilər üçün orta aylıq əməkhaqqı aşağıdakı qaydada hesablanır: işçinin faktiki işlənmiş günlər ərzində qazandığı əməkhaqqını həmin günlərə bölməklə bir günlük əməkhaqqı müəyyən edilir, alınan məbləğ əməkhaqqı saxlanılan iş günlərin sayına vurulur.

Ümumi halda orta əməkhaqqı yuxarıdakı göstərilən kimi hesablanır. Məzuniyyət dövrü üçün orta əməkhaqqının hesablanması isə fərqlidir.

Əmək Məcəlləsinin 140-cı maddəsində məzuniyyət vaxtı üçün orta əməkhaqqının hesablanması və ödənilməsi qaydası müəyyən edilib:

1. Məzuniyyət vaxtı üçün ödənilən orta əməkhaqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əməkhaqqına əsasən müəyyən edilir.

2. 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əməkhaqqı onun faktiki işlədiyi tam təqvim aylarına əsasən hesablanır.

Məcəllənin 40-cı maddəsinin 1-ci hissəsində “orta əməkhaqqı”, ikinci bəndində isə “orta aylıq əməkhaqqı” yazılıb. Məzuniyyətin hesablanmasında orta əməkhaqqı deyil, orta aylıq əməkhaqqı ifadəsi və bu ifadə əsasında hesablama aparmaq daha düzgündür. Çünki praktiki olaraq orta aylıq əməkhaqqı konkret bir dövrdə olan aylara aid əməkhaqqının cəminin ayların sayına bölünməsi ilə hesablanır. Odur ki, Əmək Məcəlləsinin 140-cı maddəsinin birinci bəndindəki “orta əməkhaqqı” ifadəsi “orta aylıq əməkhaqqı” kimi qəbul olunmalıdır. Çünki hesablanma forması bunu deyir.

Misal 1: Tutaq ki, işçi 4 sentyabr 2020-ci ildə vəfat edib və şirkət işçiyə müavinət ödəməlidir. İşçinin əməkhaqqı iyul ayında 400 manat, avqust ayında 400 manat, avqustda birdəfəlik mükafatı 200 manat olub. Nəzərə alaq ki, iyulda 22 iş günü və avqustda 20 iş günü vardır. Bu halda işçiyə müavinət necə hesablanmalıdır?

Suala cavab tapmaq üçün Əmək Məcəlləsinin 77-ci maddəsinin 7-ci bəndinə nəzər yetirək: “İşçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə orta aylıq əməkhaqqının azı üç misli miqdarında müavinət ödənilir”.

Göründüyü kimi, işçinin vəfatı ilə əlaqədar müavinət ödənildikdə orta əməkhaqqı yox, orta aylıq əməkhaqqı əsas götürülür.

Daha bir sual çıxır: orta aylıq əməkhaqqı necə hesablanır?

Qeyd etdiyimiz kimi, orta aylıq əməkhaqqının hesablanmasına ancaq Əmək Məcəlləsinin 140-cı maddəsində rast gəlinir və bundan məzuniyyətlərin hesablanmasında istifadə olunur. Məcəllənin digər maddələrində orta aylıq əməkhaqqının hesablanması mexanizmi olmadığına görə orta aylıq əməkhaqqı kimi işçinin son aylıq əməkhaqqı götürülməlidir. Gətirdiyimiz misalda 1200 manat müavinət hesablanmalıdır: 400 manat x3 = 1200 manat

Bəs son ayda işçiyə verilmiş əlavə 200 manat mükafat nəzərə alınmırmı? Həmin mükafat daimi və əmək müqaviləsində nəzərdə tutulmuş konkret məbləğ olmadığına görə əməkhaqqı fonduna daxil edilmir və aylıq əməkhaqqına aid olmur. Ona görə də hesablamalarda nəzərə alınmır.

Bəs orta aylıq yox, orta əməkhaqqı hesablanmaqla onun 3 misli məbləğində müavinət verilə bilərmi?

Əmək Məcəlləsinin 177-ci maddəsində göstərilir ki, orta əməkhaqqının hesablanması üçün gündəlik məbləğ müəyyənləşdirilməli, alınan məbləğ əməkhaqqı saxlanılan iş günlərinin sayına vurulmalıdır.

Vəfat edən işçinin əməkhaqqı saxlanılan iş günləri hansılardır?

Şəxs vəfat etdikdən sonra onun əməkhaqqı saxlanılan iş günləri yoxdur. Tutaq ki, iyul və avqust aylarında müvafiq olaraq 20 və 22 iş günü olub. O zaman gündəlik məbləğin hesablanması belə aparılır:

400+400=800 manat
20+22=42
800 : 42 = 19,04 manat

Avqustdan sonra saxlanılan dövr olmadığına görə orta əməkhaqqını vəfat edən işçi üçün müavinətin verilməsində istifadə etmək olmur: işçi vəfat etdikdə əmək müqaviləsinə xitam verilir və əməkhaqqı saxlanılan dövr yaranmır.

Mənbə: vergiler.az


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Böyük Britaniyada əmək bazarında canlanma baş verib

posted in: Xəbər | 0

Böyük Britaniyada son 20 ildə vakansiyaların sayında rekord artım qeydə alınıb. Əmək bazarında canlanma ölkədə kütləvi işsizlik fonunda baş verib. Bu haqda “Bi-bi-ci” xəbər verib.

Son bir neçə ay ərzində vakansiyaların sayı bir milyon artıb. Bu cür artım tempi 2001-ci ildən bəri ilk dəfə müşahidə olunub. İşsizliyin səviyyəsi ikinci rübdə 4,7 faizdən, 4,6 faizə düşüb. Amma yenə də yüksək olaraq qalmaqdadır. Mütəxəssislər yaranmış vəziyyəti paradoks adlandırıblar.

Milli statistika xidmətinin (MSX) məlumatına görə, avqust ayında əməkdaşların sayı pandemiyadan əvvəlki səviyyəyə qayıdıb. MSX nümayəndəsi Conatan Athou qeyd edib ki, bərpaolunma qeyri-bərabər baş verib. MSX, işini itirənlərin əksəriyyətinin gənclər olması ilə bağlı xəbərdarlıq edib, həmçinin onların məşğulluq səviyyəsinin bərpa olunmağa başladığını bildirib.

“Pandemiyadan sonra bərpaolunma davam etdikcə, biz diqqətimizi əvvəlki tək iş yerlərinin yaradılması və dəstəklənməsi imkanlarına yönəltmişik”, – Maliyyə naziri Rişi Sunak bəyan edib.

O, Britaniya hökumətinin pandemiyanın başlanğıcında tətbiq etdiyi tədbirlərin işlədiyini bildirib. O vaxt ölkə iş yerlərində ixtisarları azaltmaq məqsədilə insanları məcburi məzuniyyətə göndərirdi. Britaniya ticarət palatasının iqtisadi şöbəsinin rəhbəri Siren Tiranın sözlərinə görə, şirkətlərin işçi işə götürə bilməmələrinin əsas səbəbləri, məhz Brexit (Böyük Britaniyanın Avropa İttifaqından çıxışı) və koronavirus olub. O hesab edir ki, məcburi məzuniyyətlərin ləğvi çətin ki, əmək bazarındakı problemləri həll etsin. “Personalın yığılması ilə bağlı çətinliklər, ehtimal ki, şirkətlərin sifarişləri yerinə yetirmək və istehlak tələbatını ödəmək qabiliyyətini məhdudlaşdıraraq iqtisadiyyatın bərpasını yavaşladır”, – xanım Tiru belə söyləyib.

Bəzi müsbət tendensiyalara baxmayaraq, Britaniyada məşğulluq vəziyyəti qeyri-sabit olmaqda davam edəcək, bu barədə KPMG-nin baş iqtisadçısı Yael Selfin xəbərdarlıq edib. Logistika sahəsində işçilərin, xüsusilə yük maşını sürücülərinin çatışmazlığı daha da kəskinləşib. Brexit, əcnəbi işçilərin viza almasını çətinləşdirib və yük maşını sürücüləri koronavirus səbəbiylə bağlanan sürücülük məktəblərində müntəzəm testdən keçə bilmirlər.

Logistik böhran səbəbindən, Britaniya pabları bağlanma ərəfəsində idi və ölkənin müxtəlif yerlərində mağazalar tez-tez boşalmağa başlamışdı. Supermarketlərin sahibləri, milad bayramları – ən aktiv ticarət dövrü ərəfəsində işçilərin çatışmazlığı problemini həll etməyin vacibliyi ilə bağlı xəbərdarlıq ediblər.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 836 837 838 839 840 841 842 2. 692