“Dövlət rüsumunun tutulması haqqında hesabat”ın formasına və onun tərtib edilmə qaydasına dəyişiklik edilib

posted in: Xəbər | 0

Sosial sığorta ödəmələri, Vergi daxilolmaları, vergi uçotu məlumatları, Vergi məbləğləri, AVİS 2, daimi nümayəndəlik, Vergi bəyannamələri, Aktivlər, Büdcə səviyyə kodu, maliyyə sanksiyası, Vergi orqanı, şikayət, büdcə, Vahid elektron lövhə, aksiz vergisi, vergi orqanı, Ölkələrarası hesabat, şəxsi həyata dair məlumat, vergi sirri, nizamnamə kapitalı, elektron xidmət, Səyyar vergi yoxlaması, korrupsiya, Əmək müqaviləsi, Topdansatış ticarət, mühasiblərlə görüş, Vergi inzibatçılığı, Rəqəmsal vergi idarəetməsi, elektron dövlət qeydiyyatı, icbari tibbi sığorta, Rəqəmsal Transformasiya Şurası, alt fəaliyyət növləri, Vergi orqanları, ikiqat vergitutma, Dövlət Vergi Xidməti, vergi sistemi, DVX, vergi xidməti, peşə bayramı,işə qəbul, DTA-03 ərizə forması, DTA-05 ərizə forması, ərizə formaları, Müvəqqəti vergi rejimi, Sosial sığorta haqqı, Nəqliyyat vasitələrinin fəaliyyəti, Vergi Xidməti, Vergi bəyannamələri, icarə müqaviləsi, Obyekt kodu, İcarə müqaviləsi, sərəncam, sahibkar, onlayn növbə, Könüllü vergi ödəyicisi, Bəyannamələrin elektron forması, Vergi güzəştləri, bəyannamə formaları, Fərdi sahibkarlar, maliyyə dəstəyi, ƏDV-nin qaytarılması, Riskli vergi ödəyiciləri, elektron alış aktı, alış aktları, Vergi ödəyicilərinin qəbulu, qeyri-rezident, ödənilmiş vergilər, vergi hesabatları, vergi hesabatlarının vaxtı“Dövlət Rüsumu haqqında” Azərbaycan Respublikası Qanununda edilmiş dəyişikliyə əsasən, özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək üçün şəhadətnamənin verilməsi dövlət rüsumu tutulan hallara aid edilib.

Bununla bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin müvafiq əmri ilə təsdiq edilmiş “Dövlət rüsumunun tutulması haqqında hesabat”ın forması və onun tərtib edilməsi Qaydası yeni redaksiyada təsdiq edilib.

Hesabatın yeni forması və onun tərtib edilməsi qaydası ilə Dövlət Vergi Xidmətinin rəsmi saytının (www.taxes.gov.az) “Bəyannamə” bölməsində tanış olmaq mümkündür.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

“Atəşgah” ilk dəfə olaraq bulud əsaslı mühasibat proqramının müştərilər qarşısında daşıdığı məsuliyyəti sığortalayıb!

posted in: Xəbər | 0

Azərbaycanın aparıcı sığorta şirkətlərindən olan və ölkənin TOP-2 sığorta şirkətləri siyahısına daxil olan “Atəşgah” Sığorta Şirkəti öz sahəsində yenə də bir ilkə imza atıb.

Rəqəmsallaşma istiqamətində sürətlə addımlayan Şirkət ölkədə ilk dəfə olaraq Sığorta sektorunda “TechFin” şirkəti ilə birlikdə, Şirkətin yaratdığı onlayn mühasibat proqramının müştərilər qarşısında daşıdığı məsuliyyəti sığortalayıb.

Şübhəsiz ki, insan faktorunun olduğu hər bir sahədə səhvliklər ola bilər, lakin mühasibatlıq sahəsində aparılmış bir səhv hesablama belə böyük maliyə itkilərinə gətirib çıxara bilər. “TechFin” Şirkətinin təsisçisi və direktoru Hacıağa Hacı bildirib ki, “yanlış qərarların xoşagəlməz fəsadlarından qorunmaq imkanı ilk dəfə olaraq “Atəşgah” Sığorta Şirkəti tərəfindən “TechFin” şirkətinin onlayn mühasibat proqramı layihəsi olan “Hesabat” (www.hesabat.az) üçün yaradılmışdır. Belə ki, Buludda olan müştəri məlumatları sığortalanır. Bu sığorta növü məhsula əlavə bir dəyər qataraq, müştərilərin proqramdan rahat və arxayın şəkildə istifadəsinə zəmin yaradır, sığorta və maliyə/mühasibat sahələrini birlikdə bir ekosistem şəklində birləşdirir”.

Dünya təcrübəsində (Zoho, Moe Delo və s) onlayn mühasibat proqramının istifadəsi zamanı yaranan məsuliyyətlərin sığortası tez-tez rast gəlinən hallardan biridir. Məsuliyyət sığortası çərçivəsində sığortalı tərəfindən üçüncü şəxslərə qəsd olmadan vurulan ziyanın sığorta hesabına ödənilməsi nəzərdə tutulur. Bu sığorta növündə əsas məqsəd – gözlənilməz hallar yarandığı zaman sığortalının əmlak/maliyə maraqlarının müdafiəsidir.

“Atəşgah” Sığorta Şirkətinə daxil olan müraciət əsasında “TechFin” şirkətinin onlayn mühasibat proqramı sahəsində həyata keçirdiyi xidmətlər zamanı yarana biləcək müəyyən hallar nəticəsində şirkətə dəyə biləcək zərəri qarşılamaq üçün xüsusi sığorta təklifi hazırlanmış və sözügedən şirkətlə əməkdaşlığa başlanılmışdır.

Qeyd edək ki, “HESABAT” Azərbaycan dilində bulud əsaslı onlayn mühasibat proqramıdır. Bu proqram peşəkar mühasiblər və proqramçılar tərəfindən fundamental qaydada hazırlanan və hər bir istifadəçi tərəfindən güvənlə istifadə oluna biləcək yerli bir proqramdır. Proqramın əsas üstünlükləri kimi bank və ya digər maliyə qurumu ilə inteqrasiya imkanı ilə mühasiblərin işinin dəfələrlə asanlaşmasını, limitsiz sayda istifadəçinin qoşulma imkanının yaradılmasını, müştərilərə proqram üzərindən invoys göndərilməsi imkanının olmasını, proqramın mühasiblərin gündəlik tələbatına uyğun olaraq mütəmadi yenilənməsini və ən əsası isə onlara sadə və rahat iş imkanlarının yaradılmasını qeyd etmək olar.

Siz də kiçik məbləğ ödəyərək üçüncü şəxslər qarşısında yarana biləcək iri maliyə xərclərinə qarşı biznesinizi “Atəşgah” Sığorta Şirkəti ilə sığortalayın!

Yüksək etibarlılıq imicinə  malik olan “Atəşgah” Sığorta Şirkəti 1996-cı ildən, “Atəşgah Həyat” Sığorta Şirkəti isə 2008-ci ildən fəaliyyət göstərir.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

2021-ci il üzrə mühasibat uçotu statistikası və faktları (IV hissə)

posted in: Xəbər | 0

2021-ci il üzrə mühasibat uçotu statistikası və faktları (IV hissə)

III hissəyə nəzər yetirin

Mühasibat uçotu statistikası,

Müasir dövr sizin biznes prosesinizin bütün aspektlərində inkişaf edir. Planlaşdırmadan istənilən fəaliyyətin idarə edilməsinə qədər rəqəmsallaşdırma – bu, oyunda qalmağın açarıdır. Siz eyni şeyi biznesinizin mühasibat uçotu, pul axını və ya maliyyə hesabatı haqqında da deyə bilərsiniz. Hər şeyi daha qeyri-ənənəvi, lakin, inkişaf etmiş bir vəziyyətə çevirən mühasibat proqramıdır.

  1. Yeni bulud uçotu ilə əlaqəli statistika və faktlar

Cari tendensiyanın təxmin etdiyi kimi, bulud uçotu şübhəsiz ki, gələcəyin uçotudur. Belə bir texnologiyanın köməyilə istənilən cihazdan və ya zamandan asılı olmayaraq, siz bu güclü platformanın sayəsində öz uçot məlumatlarınıza çıxış əldə edə bilərsiniz.

“FinanceOnline” məlumatına görə dünya bulud texnologiyası bazarı gözlənildiyi kimi, 2023-cü ilin sonuna qədər 4,25 milyard dollara çatacaq. Ona görə, bulud uçotuna aid olan bəzi digər son statistik məlumatları da öyrənək.

  • Bulud uçotundan istifadə edən şirkətlər 15 faiz daha çox gəlir əldə bilirlər;
  • Lakin şirkətlərin 67 faizi bu gün öz mühasibatlıq proseslərini bulud uçotuna keçirmək istəmirlər;
  • Beləliklə, iri təşkilatların 58 faizi artıq bulud uçotu üçün proqram təminatından istifadə edirlər;
  • Mühasiblərin 90 faizindən çoxu bulud əsaslı mühasibat proqram təminatından istifadənin biznes prosesində böyük bir dəyişiklik yaratdığını bəyan edib;
  • Mühasibat uçotu üzrə mütəxəssislərin 67 faizi öz bizneslərində bulud mühasibatlıq proqramlarından istifadə etməyə üstünlük verirlər;
  • Beləliklə, şirkətlərin 21% dən çoxu bulud mühasibat proqram təminatından istifadə etmək istəyirlər, halbuki şirkətlərin təxminən 20%-i lokal alətdən istifadə etməyə üstünlük verirlər.

  1. Mühasibat uçotunun avtomatlaşdırılması məlumatlarının və süni intellektin inanılmaz statistikası

Əgər bu peşəyə yenicə qədəm qoyan gənc mühasibsinizsə, onda süni intellektlə birlikdə işləməyə kömək etmək üçün, siz nə baş verdiyini və nələrin əlçatan olduğunu başa düşməlisiniz.

Beləliklə, avtomatlaşdırma və süni intellekt mühasibat sahəsində artıq böyük dəyişikliklər deməkdir. Yaxın illər ərzində bu sahə daha güclü inkişaf edəcək. Ekspertlər hesab edirlər ki, özlərini texnologiyanı dəstəkləməyə qadir olduğunu bilənlər, üstünlük qazanacaqlar.

Bununla birlikdə, gəlin, avtomatlaşdırmanın bütün dünya üzrə mühasibat uçotu prosesinə necə təsir etdiyini göstərən bu həyəcanverici mühasibat statistikalarına nəzər salaq.

Siz bunu eşitdikdə, ola bilsin heyrətlənəcəksiniz. Mühasibatlıq rəhbərlərinin 50%-i avtomatlaşdırmanın növbəti 30 il ərzində mühasibat işinə böyük təsir göstərəcəyinə inanırlar.


V hissəyə nəzər yetirin



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Təhtəlhesab vəsaitin sığortaya cəlb olunması

posted in: Xəbər | 0

Vakansiya: Mühasib (Bank əməliyyatları üzrə), ƏDV, investisiya təşviqi sənədi,“İşəgötürən tərəfindən işçiyə verilmiş təhtəlhesab vəsait geri qaytarılmadıqda həmin məbləğ işsizlikdən sığortaya və icbari tibbi sığortaya cəlb olunurmu?” sualına cavab olaraq Dövlət Vergi Xidməti bildirir ki, işçiyə (təhtəlhesab şəxsə) verilmiş təhtəlhesab vəsait geri qaytarılmadıqda həmin vəsaitin məbləği işçinin muzdlu işlə əlaqədar aylıq gəliri hesab edilir və həmin məbləğdən işsizlik və icbari tibbi sığorta üzrə sığorta haqları hesablanır.

Əsaslandırılma: Əmək Məcəlləsinin 154-cü, Vergi Məcəlləsinin 98.1, 98.2.7-ci maddəsi, İşsizlikdən sığorta haqqında qanunun 9-cu maddəsi və Tibbi sığorta haqqında qanunun 15-10.1.2-ci maddəsi

Mənbə: vergiler.az

 

 


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 841 842 843 844 845 846 847 2. 692