Yanvar-avqust ayları üzrə vergi proqnozuna 123,7 faiz əməl edilib

posted in: Xəbər | 0

Əvəzləşdirilən vergi məbləği, aparıcı mühasib, vergi uçotu üzrə mühasib,Uçot əməliyyatları üzrə mühasib, vakansiya, Mühasibat uçotu, Qeyri-rezident, Qeyri-rezidentə ödəmə, ƏDV, ÖMV, müavinət, mühasib, vakansiya,2021-ci ilin yanvar-avqust ayları ərzində dövriyyələrin şəffaflaşdırılması istiqamətində aparılan işlər, vergi inzibatçılığının daha da təkmilləşdirilməsi, iqtisadiyyatın ayrı-ayrı sektorlarında müşahidə edilən bərpa templəri vergi və sosial sığorta daxilolmalarının artımına səbəb olub.

Dövlət Vergi Xidmətindən bildirilib ki, cari ilin səkkiz ayında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 5 milyard 833,16 milyon manat vergi daxil olub, proqnoza 123,7 faiz əməl edilib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 13,4 faiz və ya 690,1 milyon manat artıb.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

21 Sentyabr Rumıniyada Mühasiblər Günüdür

posted in: muhasibat, Məqalə, Xəbər | 0

mühasiblər günüMəlum olduğu kimi, hər il 10 noyabr dünyada Beynəlxalq Mühasiblər Günü kimi qeyd olunur. Amma buna baxmayaraq, bir çox ölkələrdə mühasiblərin ölkə üzrə keçirilən milli bayram günləri də təsis olunub.

Rumıniya da həmin ölkələr sırasındadır. Belə ki, bu ölkədə sentyabrın 21-i Mühasiblər Günü kimi təsis olunub. Rumın mühasiblər bu gün öz peşə bayramlarını qeyd edirlər.

Rumıniya dövləti Avropanın cənubi-şərqində yerləşir. Əhalisi 19 milyon 500 min nəfərdir, ərazisi 238 397 km2 təşkil edir. Hər iki göstəriciyə görə regionun böyük ölkələrindən biri sayılır.

Sənaye ölkəsidir, inkişaf etməkdə olan iqtisadiyyata malikdir. 2017-ci ildə ümumdaxili məhsul (ÜDM) 470 milyard ABŞ dolları təşkil edib ki, bu adambaşına 23 min dollardan çox edir. Pul vahidi rumın leyidir.

Maraqlıdır, bəs Rumıniyada əməkhaqqı ilə bağlı məsələ hansı səviyyədədir, digər peşə sahibləri ilə müqayisədə rumın mühasiblər nə qədər maaş alırlar?

Rumıyada bir sıra peşələr üzrə mövcud olan orta aylıq maaşları sizin diqqətinizə çatdırırıq.

Turizm sahəsində çalışanlar ayda 500 dollar, inşaatçılar 707, rabitəçilər 805, arxitektor 846,  biznes təhlilçilər 905, bank işçiləri 1067, telekommunikasiya sahəsində çalışanlar 1163, satış üzrə menecerlər 1799, mühasibat uçotu sahəsində çalışanlar (mühasiblər) və maliyyəçilər 1816 dollar əməkhaqqı alırlar.

Göründüyü kimi, şərqi Avropa ölkəsi sayılan Rumıniya kimi bir ölkə üçün bu məvacib heç də pis sayıla bilməz. Qeyd etmək lazımdır ki, Rumiyada ən yüksək maaşları tibb işçiləri qazanırlar – onların aylıq əmək haqqı 4600 dollara çatır.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Açıq və qapalı səhmdar cəmiyyət nədir və hansı fərqləri var?

posted in: Xəbər | 0

Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 98-ci maddəsinə əsasən nizamnamə kapitalı müəyyən sayda səhmlərə bölünmüş cəmiyyət səhmdar cəmiyyət sayılır. Səhmdar cəmiyyəti təsərrüfat fəaliyyətini həyata keçirmək məqsədilə nizamnamə fondunu səhm buraxmaq yolu ilə fiziki və (və ya) hüquqi şəxslərin könüllü sazişi əsasında yaradılan müəssisədir. Səhmlər buraxmağa yalnız səhmdar cəmiyyətlərinin hüququ vardır. Səhmdar cəmiyyətinin əmlakı onun səhmlərinin yerləşdirilməsi, maliyyə-təsərrüfat fəaliyyəti nəticəsində, habelə, qanunla qadağan olunmamış digər mənbələr hesabına yaranır. Səhmdar cəmiyyətinin 2 növü var:

1) Açıq Səhmdar Cəmiyyət (ASC)
2) Qapalı Səhmdar Cəmiyyət (QSC)

Səhmdar cəmiyyətinin firma adında onun adı, habelə, “açıq tipli səhmdar cəmiyyəti” və ya “qapalı tipli səhmdar cəmiyyəti” sözləri göstərilməlidir.

Səhmdar cəmiyyəti haqqında qanunun 17-ci maddəsinə görə Cəmiyyətin Nizamnamə fondunun minimum həcmi açıq tipli cəmiyyətlər üçün 10 milyon manat, qapalı tipli cəmiyyətlər üçün isə 5 milyon manat müəyyən edilir.

ASC və QSC-nin dövlət qeydiyyatı üçün müəyyən olunmuş rüsumlar, bankların, birjaların, sığortaçıların, sığorta birlik və brokerlərinin, xarici hüquqi şəxslərin nümayəndəlik və filiallarının qeydiyyatı üçün 220 manat, digər hüquqi şəxslərin qeydiyyatı üçün isə 11 manatdır.

Qapalı səhmdar cəmiyyət (OPEN JOİNT-STOCK COMPANY)

• Səhmdar Cəmiyyətinin iştirakçıları onlara mənsub olan səhmləri digər səhmdarların razılığı olmadan özgəninkiləşdirə bildikdə, o ASC sayılır;

• Bu səhmdar cəmiyyət buraxdığı səhmlərə açıq abunə yazılışını həyata keçirir, yəni onların sərbəst satışını həyata keçirir;

• ASC-də səhmlərə abunə yazılışı təsisçilər tərəfindən müəyyən edilir, cəmiyyət səhmlərini bilavasitə özü, bank və ya birja vasitəsilə sata bilər;

• Səhmlərə abunə yazılışı kütləvi informasiya vasitələrində elan olunmalıdır, abunə yazılışının müddəti 6 aydan çox olmamalıdır;

• ASC illik hesabatını və maliyyə hesabatlarını (mikro və kiçik sahibkarlıq subyektləri istista olmaqla) hamının tanış olması üçün hər il dərc etməyə borcludur;

• ASC-lərin səhmdarlarının sayı məhdudlaşdırılmır. Onun təsisçisi, hətta bir fikizi və ya hüquqi şəxs ola bilər;

• ASC-nin nizamnamə kapitalının minimal həddi 4000 manat təşkil edir.

Qapalı Səhmdar Cəmiyyət (CLOSED JOİNT-STOCK COMPANY)

• Səhmləri yalnız təsisçilər arasında bölüşdürülən və təsisçilərinin əksəriyyətinin razılığı ilə özgəninkiləşdirilə bilən cəmiyyət QSC sayılır;

• QSC buraxdığı səhmlərə açıq abunə yazılışı apara bilməz və ya başqa şəkildə onları əldə etmək üçün şəxslərin qeyri-məhdud dairəsinə təklif edə bilməz;

• QSC səhmlərini yalnız təsisçilər arasında və ya qabaqcadan müəyyənləşdirilmiş digər şəxslər dairəsində yaya bilər;

• QSC-nin səhmləri təsisçilər arasında bağlanmış müqaviləyə uyğun olaraq əldə edilir;

• MM-in 100.3-cü maddəsinə görə cəmiyyət illik hesabatını və mühasibat balansını hamının tanış olması üçün dərc etdirməlidir;

• QSC-nin səhmdarları həmin cəmiyyətin digər səhmdarlarının satdıqları səhmləri əldə etməkdə üstünlük hüququna malikdirlər. Əgər səhmdarlardan heç biri cəmiyyətin nizamnaməsində nəzərdə tutulan müddətdə, lakin satış elan olunduğu tarixdən etibarən 30 gün ərzində özünün üstünlük hüququndan istifadə etməzsə, sonrakı 30 gün ərzində səhmdar cəmiyyəti həmin səhmləri onların mülkiyyətçisi ilə razılaşdırılmış qiymətə özü əldə edə bilər. Səhmdar cəmiyyəti səhmləri əldə etməkdən imtina etdikdə və ya onların qiymətinə dair razılığa gəlinmədikdə, səhmlər üçüncü şəxsə özgəninkiləşdirilə bilər. Bu zaman səhmin satış qiyməti səhmdara və ya səhmdar cəmiyyətinə təklif edilən qiymətdən aşağı olmamalıdır. Əgər nizamnamədə ayrı qayda nəzərdə tutulmayıbsa, qapalı səhmdar cəmiyyətinin səhmləri səhmdar olan fiziki şəxsin vərəsələrinə və ya hüquqi şəxsin hüquqi varisinə keçir;

• QSC-lərdə səhmdarların sayı Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilmiş həddi keçməməlidir, əks halda o, 1 il ərzində ASC-ə çevrilməli, bu müddət bitdikdən sonra isə, əgər onların sayı azaldılıb müəyyənləşdirilmiş həddə endirilməzsə, məhkəmə qaydasında ləğv edilməlidir;

• QSC-lərin iştirakçılarının say həddi 50 fiziki və hüquqi şəxlərdən ibarət müəyyən edilmişdir;

• QSC-nin nizamnamə kapitalının minimal həddi 2000 manat təşkil edir.

Benefisiar.org



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Britaniyalılar ölkə tarixində ən yüksək vergiləri ödəmək məcburiyyətində qalacaqlar

posted in: Xəbər | 0

bank köçürmələri, rəqəmsal valyuta, milyonçu, qida qıtlığı, ƏDV, ictimai iaşə, varlıların vergiləri, vergi,İngiltərənin baş naziri Boris Conson, icmalar Palatasından, səhiyyəni maliyyələşdirmək üçün vergiləri ölkənin bütün tarixi ərzində ən yüksək səviyyəyə qaldırmaqla bağlı mandat alıb.

Gələn ildən əməkhaqqı fonduna vergi 1,25 faiz artıralacaq, habelə əlavə olaraq dividendlərlə əlaqəli verginin məbləğinə də 1,25 faiz əlavə ediləcəkdir. Pullar sosial müdafiə sisteminin maliyyələşdirilməsinə yönəldiləcək. Ölkədə koronavirus böhranından sonra səhiyyənin bərpa olunmasına və pensiyaçılara yardımın həcmini artırmaq üçün vəsaitlər zəruridir.

Bu minvalla, hökumət hakim Mühafizəkar partiyanın 2019-cu ildə seçkiqabağı manifestində qeydə alınan vergiləri artırmayacağına dair vədini pozacaq. Bu təşəbbüsün əleyhdarları Boris Consonun sözügedən qərarını vergi bombası adlandırıblar.

İlkin hesablamalara görə, yeni yığımlardan büdcəyə daxilolmalar təxminən 10 milyard funt sterlinq (14 milyard dollar) gətirəcək. Mühafizəkarların nüfuzlu nümayəndəsi Ceyk Berri hökumətə qərarı yenidən nəzərdən keçirməyi və sığorta haqlarının artırılması əvəzinə şirkətlərdən alınan gəlir və ya korporativ verginin artırılması barədə düşünməyi məsləhət görüb.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 842 843 844 845 846 847 848 2. 692